Məhkəmə qərarları › İş №6(3-6)-548/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-548/2026

14.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-548/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının iştirakı ilə, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti icraata qəbul edilmədən geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən e t d i: İş materiallarından görünür ki, Şikayət verən şəxs məhkəməyə müraciət edərək, Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə əsasən “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.2-ci və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 34.1-ci maddələri baxımından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 179.3.2-ci maddələrinin həmin Məcəllənin 308-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi” üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməsini və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş ## ### 2016-cı il tarixli ittiham aktının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti icraata qəbul edilmədən geri qaytarılmışdır. Həmin qərardan narazı qalan Şikayət verən şəxs apellyasiya şikayəti verərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarının ləğv edilərək yenidən baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya qaydasında verilmiş şikayətlə bağlı işin materiallarını araşdırıb məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materialından görünür ki, mübahisə edilən qərar birinci instansiya məhkəməsi tərəfindən ## ###### 2026-cı il tarixdə elan edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanların qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 452.1-ci maddəsinə görə hakimin bu barədə çıxardığı qərarlardan apellyasiya instansiyası məhkəməsinə protest və şikayət qərar elan olunduqdan sonra üç gün müddətində verilir. Göründüyü kimi, hakimin çıxardığı qeyd olunan həmin qərarlardan apellyasiya instansiyası məhkəməsinə protest və şikayət qərar əldə olunduğu vaxtdan deyil, elan olunduğu vaxtdan üç gün müddətində verilir. Hazırki halda isə Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti ## ###### 2026-cı il tarixdə, yəni apellyasiya şikayəti vermə müddəti başa çatdıqdan uzun müddət sonra tərtib edilərək məhkəməyə göndərilmiş, həmçinin müddətin bərpa olunması ilə bağlı məhkəməyə vəsatət təqdim olunmamışdır. Belə olan halda Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən və ötürülmüş müddətin bərpa olunmasına dair vəsatət şikayətə əlavə olunmadığından material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası eyni zamanda izah edir ki, apellyasiya şikayəti vermə müddətini üzrlü səbəbdən ötürmüşdürsə, buraxılmış müddətin bərpası barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 452 və 454-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l ı r: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayəti icraata qəbul edilmədən geri qaytarılmasına dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddət ötürülməklə verildiyindən material baxılmadan birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardan şikayət və protest verilə bilməz. Sədrlik edən: Qədim Babayev Hakimlər: Cavid Hüseyn Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar