Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-553/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, Ibrahimli Ibrahim Adil oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, Fomin Vadim Nikolayeviç və şikayət verən şəxs1 məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ######## 2026-cı il tarixli qərarından X2 Nikolayeviç və şikayət verən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Fomin Vadim Nikolayeviç və şikayət verən şəxs1 məhkəməyə şikayətlə müraciət edərək, əgər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.3.1 və 449.3.5-ci maddələri əsasında həyata keçirilən məhkəmə nəzarəti zamanı şikayət edilən hərəkətlərin və qərarların yoxlanılması nəticəsində ibtidai icraat zamanı Azərbaycan Respublikası CPM in tələblərinin pozulması faktı müəyyən edilərsə, Azərbaycan Respublikası CPM-in 355.1.2 ci maddəsində nəzərdə tutulmuş xüsusi qərarın məhkəmə tərəfindən çıxarılması üçün əsas yaranır. Odur ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli № *(5- ***)-*/**** nömrəli, qanuni qüvvəyə minmiş qərarının icra edilməməsində, habelə Hərəkətindən (qərarından) şikayət verilən orqan və Sabunçu Rayon Polis Idarəsinin sonrakı hərəkətsizliyində ifadə olunan cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması hallarının müəyyən edilməsi, Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli № *(5- ***)-**/**** nömrəli qərarı ilə müəyyən edilmiş hallara, o cümlədən ##.##.2026-cı il tarixli məhkəmə qərarının ##.##.2026-cı il tarixində alınması və bundan sonra zəruri prosessual hərəkətlərin həyata keçirilməməsi faktına prosessual qiymət verilməsi, Hərəkətindən (qərarından) şikayət verilən orqan və Sabunçu Rayon Polis Idarəsinin vəzifəli şəxslərinin göstərilən hərəkətlərinə (hərəkətsizliyinə) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 286, 307, 308, 311, 312, 314 və 326-cı maddələrində nəzərdə tutulmuş cinayət əlamətlərinin mövcudluğu baxımından hüquqi qiymət verilməsi, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 355.1.2-ci maddəsinə əsasən Hərəkətindən (qərarından) şikayət verilən orqan və Sabunçu Rayon Polis Idarəsinin vəzifəli şəxsləri barəsində xüsusi qərar çıxarılması, xüsusi qərarda müvafiq dövlət orqanları tərəfindən aşkar edilmiş pozuntuların aradan qaldırılması, təqsirkar vəzifəli şəxslərin müəyyən edilməsi və qanunla nəzərdə tutulmuş əsaslar mövcud olduğu halda onların məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsinin zəruriliyinin müəyyən edilməsi məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarı ilə Fomin Vadim Nikolayeviç və şikayət verən şəxs1 məhkəmə nəzarəti qaydasında verdiyi şikayət və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayət verən şəxsə geri qaytarılması, xüsusi qərarın çıxarılması barədə vəsatətin baxılmamış saxlanılması qərara alınmışdır. Məhkəmənin həmin qərarından X2 Nikolayeviç və şikayət verən şəxs1 qərarın qanunsuz və əsassız olmasını qeyd edərək, apellyasiya şikayəti verərək, ##.##.2026-cı il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin № *(5-101)-123/2026 saylı material üzrə qəbul etdiyi və müraciətin «geri qaytarılması» ilə nəticələnmiş məhkəmə aktını qanunsuz və əsassız olduğuna, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələbləri pozulmaqla qəbul edildiyinə və şikayətçilərin dəlillərinin mahiyyəti üzrə lazımi qaydada məhkəmə tərəfindən araşdırılmasını təmin etmədiyinə görə ləğv edilməsini, № *(5-101)-123/2026 saylı materialı yeni baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini, birinci instansiya məhkəməsinin üzərinə şikayətin bütün dəlillərinə, əvvəlki məhkəmə aktları ilə müəyyən edilmiş və aradan qaldırılmamış pozuntulara, məhkəmə aktlarının faktiki icrasının təmin edilib-edilməməsinə, habelə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 355-ci maddəsində nəzərdə tutulmuş XÜSUSI QƏRARIN çıxarılması üçün qanunla nəzərdə tutulmuş əsasların mövcudluğuna lazımi hüquqi qiymət vermək vəzifəsinin qoyulmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli məhkəmə aktı qanuni və əsaslı hesab edilə bilməz, çünki həmin akt qəbul edilməzdən əvvəl müraciətin həlli üçün birbaşa əhəmiyyət kəsb edən zəruri prosessual yoxlama təmin edilməmişdir. Məhkəmə ***/** nömrəli materialı və ona aid sənədləri tələb etməmiş və araşdırmamışdır. Məhkəmə əvvəlki məhkəmə aktlarının faktiki icrasını yoxlamamışdır. Məhkəmə ##.##.2026-cı il tarixli məhkəmə aktı alındıqdan sonra hansı prosessual hərəkətlərin həyata keçirildiyini müəyyən etməmişdir. Məhkəmə prokurorluq tərəfindən zəruri prosessual qərarın qəbul edilib-edilmədiyini müəyyən etməmişdir. Məhkəmə prokurorluğun davam edən hərəkətsizliyinə lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə Ombudsman Aparatının müraciəti və həmin müraciətdən sonra lazımi nəticənin əldə edilməməsi ilə bağlı halları araşdırmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 355-ci maddəsinə əsasən xüsusi qərarın çıxarılması barədə vəsatətə mahiyyəti üzrə baxmamışdır. Beləliklə, material qanunla nəzərdə tutulmuş məhkəmə nəzarəti həyata keçirilmədən geri qaytarılmışdır. Bu isə səmərəli məhkəmə müdafiəsini təmin etmir və şikayətçiləri artıq dəfələrlə məhkəmələr tərəfindən müəyyən edilmiş hallara məhkəmə tərəfindən hüquqi qiymət verilməsi imkanından faktiki olaraq məhrum edir. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış şikayətçilər, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğun nümayəndəsi və prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilmiş cinayət prosesini həyata keçirən oqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxslərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, məhkəmə nəzarəti qaydasında şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ######## 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin LII fəsli (Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442-454cü maddələri) ilə tənzimlənir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 442.2.2-ci maddəsinə əsasən məhkəmələr məhkəmə nəzarəti qaydasında həm də cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxırlar. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqdim edilmiş şikayət məzmununa görə mahiyyəti üzrə baxılmasına imkan verəcək qədər aydın deyildir. Belə ki, şikayətdən hansı hərəkət və ya hərəkətsizlikdən narazılıq edildiyi, həmin hərəkət və ya hərəkətsizliyin hansı vəzifəli şəxs tərəfindən törədildiyi, habelə şikayətçilərin məhkəmədən hansı hərəkətin həyata keçirilməsini və ya hansı qərarın qəbul edilməsini tələb etdikləri aydın müəyyən edilmir. Eyni zamanda, şikayətçilər tərəfindən xüsusi qərarın çıxarılması barədə verilmiş vəsatətdə də belə qərarın hansı şəxs və ya şəxslər barəsində çıxarılmasının tələb edildiyi, həmin şəxslərin hansı hərəkət və ya hərəkətsizliklərinə görə məsuliyyət daşıdıqları və xüsusi qərarın çıxarılması üçün əsas olan halların nədən ibarət olduğu dəqiq göstərilməmişdir. Bu baxımdan, şikayətin predmetini və irəli sürülən tələbləri müəyyən etmək mümkün olmadığından, şikayət dəqiqləşdirilməsi üçün geri qaytarılmalı, xüsusi qərarın çıxarılması barədə vəsatət isə şikayətin məzmunundan irəli gələn tələb olduğundan baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsində qeyd edilir ki, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1.cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-
1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan digər şəxslər müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan aşağıdakı prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər: cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; tutulma və həbsdə saxlanması; tutulmuş şəxslərin hüquqlarının pozulması; həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; məhkəmənin qərarı olmadan istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyataxtarış tədbirinin həyata keçirilməsi; təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması (CPM-in 449.3.1-449.3.7-ci maddələri). Yuxarıda qeyd olunanlardan göründüyü kimi, yalnız Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 449.3-cü maddəsində konkret olaraq göstərilmiş hallarla bağlı hərəkətlərdən və ya qərarlardan məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlər şikayətin əsassız olmasını təsdiq edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə nəzarəti qaydasında şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qərarının ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin həmin qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 452, 453 və 454-cü maddələrini rəhbər tutaraq,
QƏRARA ALDI:
Məhkəmə nəzarəti qaydasında Fomin Vadim Nikolayeviç və şikayət verən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. X2 Nikolayeviç və şikayət verən şəxs1 məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin geri qaytarılmasına dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## ######## 2026-cı il tarixli qərarı Fomin Vadim Nikolayeviç və şikayət verən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir, qətidir, ondan şikayət və protest verilə bilməz.
Sədrlik edən: Habil Məmmədov Hakimlər: Ibrahim Ibrahimli Elnur Nuriyev