Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-555/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi və məruzəsilə, İbrahimli İbrahim Adil oğlu və X1 ibarət tərkibdə, Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Osmanov İlkin Əjdər oğlunun iştirakı ilə, Osmanov İlkin Əjdər oğlunun ölkədən çıxışına “Qadağandır” statusu ilə məhdudiyyət qoyulması qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə şikayətin təmin edilməməsinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026cı il tarixli qərarından Osmanov İlkin Əjdər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Osmanov İlkin Əjdər oğlu şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Osmanov İlkin Əjdər oğlunun ölkədən çıxışına "Qadağandır" statusu ilə məhdudiyyət qoyulması qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə “Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhədkeçməyə məhdudiyyət” altsistemində barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qoyulmuş "Çıxışı Qadağan” statuslu məhdudiyyətin qanunsuz hesab edilib ləğv edilməsi"nə dair məhkəmə nəzarəti qaydasında şikayətimin icraata götürülməsindən imtina olunmuşdur. Şikayətinin icraata qəbul olunmasından imtina aşağıda göstərilənlərə görə əsassızdır. Belə ki, məhkəmə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətinin icraata qəbulundan imtinasını artıq məhkəmələr tərəfindən həmin şikayətə hüquqi qiymət verilməsi ilə əsaslandırmışdır. Halbuki, istər məhkəmə nəzarəti qaydasında, istərsə də inzibati məhkəmə icraatı qaydasında AR DİNə qarşı belə bir tələb qoyulmamışdır, belə bir tələb irəli sürülmədiyi halda, sonuncunun hərəkətlərinə hər hansı hüquqi qiymət verilməsindən söhbət gedə bilməz. Hazırkı şikayətinin AR DİN-Ə qarşı yönəldilməsinin səbəbi isə çoxsaylı məhkəmə araşdırmalarının nəticəsində ölkə hüdudlarından giriş-çıxışıma qoyulmuş məhdudiyyətin qanunsuz sayılması və məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulması tələbim üzrə şikayətinin təmin olunması barədə çıxarılmış və hazırda qüvvədə olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının # #### 2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarının faktiki icrasının mümkün olmamasıdır. Belə ki, məhkəmə araşdırmaları nəticəsində məlum olmuşdur ki, ölkədən çıxışına məhdudiyyət AR DİN tərəfindən qoyulmuş və həmin məhdudiyyətin götürülməsi isə DSX-nın səlahiyyətinə aid deyildir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Osmanov İlkin Əjdər oğlu apellyasiya şikayəti verib Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti səlahiyyətli orqanın qərarından verdiyi şikayətin məzmununa uyğun şəkildə əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi İlkin Osmanov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumat verilmiş səlahiyyətli orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası şikayətə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. İşin halları və hüquqi məsələlər: Məhkəmə kollegiyası iş materialları nəzərdən keçirib, apellyasiya şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası CPM-in tələblərinə uyğun olaraq məhkəmə nəzarəti qaydasında şikayətin əsaslandığı halları ətraflı tədqiq etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli 6(005)- **/**** nömrəli qərarı ilə şikayəti qismən təmin edilərək ona məxsus nəqliyyat vasitəsinin üzərinə məhdudiyyətin qoyulmasına dair Azərbaycan Respublikası DİN BMCMİ-nin vəzifəli şəxslərinin hərəkətləri qanunsuz hesab edilmişdir. Həmçinin, həmin qərarda qeyd edilmişdir ki, şikayətçinin ölkədən getmək hüququna dair məhdudiyyətin qoyulması ilə bağlı ərizəsində göstərdiyi hallar məhkəmə araşdırması zamanı mötəbər sübutlarla öz təsdiqini tapmadığından şikayət həmin hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** nömrəli, ## ###### 2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli *(***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. ## ###### 2021-ci il tarixində Osmanov İlkin Əjdər oğlu inzibati məhkəmə icraatı qaydasında Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Azərbaycan Respublikası DİN BMCMİ və AR Dövlət Sərhəd Xidməti tərəfindən ölkə hüdudlarından çıxışına qoyulmuş məhdudiyyətin qanunsuz hesab edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə Osmanov İlkin Əjdər oğlunun iddiası təmin olunmamış və həmin qərardan verilmiş apellyasiya şikayəti də Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## ####### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə təmin olunmadığından, sonuncu qərardan verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2023-cü il tarixli, 2-1(102)-386/ **** nömrəli qərarı ilə təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin # ####### 2022-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı ləğv edilmiş, həmin qərarla cavabdeh Azərbaycan Respublikası DİN BMCMİ-nə qarşı iddia mümkün sayılmamış və mümkün sayılmamanın səbəbi kimi həmin cavabdehə qarşı artıq məhkəmə nəzarəti qaydasında Nərimanov Rayon Məhkəməsində işə mahiyyəti üzrə baxılıb qüvvədə olan məhkəmə qərarının mövcud olması əsas gətirilmiş, cavabdeh Azərbaycan Respublikası DSX-nə qarşı tələb üzrə işə isə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İnzibati işə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya məhkəməsinin göstərişlərini nəzərə alaraq ## ###### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə apellyasiya şikayətini təmin edərək Bakı İnzibati Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarını ləğv etmiş və onun Azərbaycan Respublikasının hüdudlarından giriş-çıxışına qoyulmuş məhdudiyyəti qanunsuz hesab edərək, məhdudiyyətin götürülməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası DSX-nin üzərinə qoymuşdur. Məhkəmə qərarı cavabdeh Azərbaycan Respublikası DSX tərəfindən icra olunmadığı üçün Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası DSX 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, ****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ****/**** saylı, ## ###### 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin ## #### 2024-cü il tarixli, ****/**** nömrəli qərardadının ləğv edilməsi və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi ikinci icraatda da 0# #### 2025-ci il tareixli, 2-1(103)- ****/**** nömrəli qərardadı ilə apellyasiya şikayətini təmin etməmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)- ****/**** nömrəli, ## ###### 2024-cü il tarixli qərardadını dəyişdirmədən qüvvədə saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilmişdir. Göründüyü kimi, Osmanov İlkin Əjdər oğlunun “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin “Sərhədkeçməyə məhdudiyyət altsistemində barəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən qoyulmuş “Çıxışı Qadağan” statuslu məhdudiyyətin qanunsuz hesab edilib ləğv edilməsi”nə dair məhkəmə nəzarəti qaydasında verdiyi hazırki şikayətində qeyd olunanlara hüquqi qiymət verilmişdir. Odur ki, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449-451, 452-454-cü maddələrini rəhbər tutaraq Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan kassasiya şikayəti və kassasiya protesti verilə bilməz. Sədrlik edən: Telman Hüseynov
Məhkəmə qərarları › İş №6(3-6)-555/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-555/2026
18.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver