Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-557/2026 18.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Telman Qulaməli oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimov İlahə Arif qızının, Şikayət verən şəxs Şikayət verən şəxs iştirakları ilə, Bakı şəhəri Nəsimi rayon prokurorunun köməkçisi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin qismən təmin edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Az1073, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) qapalı məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Hərəkətindən (qərarından) şikayət verilən orqan ## #### 2026-cı il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərarının ləğv edilməsi ilə işin yenidən araşdırılması üçün geri qaytarılmasına dair qərar qəbul edilməsini, işin natamam və qeyri-obyektiv araşdırılmasına görə Nəsimi rayon prokurorunun köməkçisi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) barəsində xüsusi qərar çıxarılmasını və cinayət işi üzrə araşdırmanın obyektiv aparılmaması səbəbindən material üzrə araşdırmanın Azərbaycan Respublikasının Baş Prokurorluğuna həvalə edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim S.Mustafayeva) ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarına əsasən şikayət qismən təmin olunaraq, Bakı şəhəri Nəsimi rayon prokurorunun köməkçisi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS)Taryel oğlu tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərar qanunsuz hesab edilərək ləğv edilməsi, toplanmış material üzrə araşdırma davam etdirilməsi, qərarın icrası Bakı şəhəri Hərəkətindən (qərarından) şikayət verilən orqan həvalə edilməsi, qərarın icrasına nəzarət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora həvalə edilməsi və şikayət qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından şikayət verən şəxs Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarın ləğv edilməsini, məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin tam təmin olunmasını, müstəntiq Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) barəsində xüsusi qərar çıxarılmasını və iş üzrə təkrar araşdırma aparılması üçün material Bakı şəhər prokurorluğuna göndərilməsini xahiş etmişdir. Verilmiş şikayətin apellyasiya baxışı zamanı şikayətçi Şikayət verən şəxs məhkəmə iclasında verdiyi apellyasiya şikayətdən imtina etdiyini və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 122.7.1-ci maddəsinə əsasən şikayəti verən şəxsin özü cinayət prosesini həyata keçirən orqanın, yaxud istintaq və ya digər prosessual hərəkəti həyata keçirən şəxsin hərəkət və qərarından verilmiş şikayəti geri götürmək hüququna malikdir. Həmin Məcəllənin 122.8-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa, şikayətin geri götürülməsi müəyyən edilmiş müddətlər keçməmiş onun təkrar verilməsinə mane olmur. Həmin Məcəllənin 391.11-ci maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir. Göründüyü kimi apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina (geri götürmə) etdiyi halda, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxs Şikayət verən şəxs apellyasiya şikayətindən imtina edilməsi və apellyasiya şikayətinə xitam verilməsi barədə ərizəsini nəzərə alaraq belə gənaətə gəlir ki, apellyasiya şikayətindən imtina edilməsi və apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilməli və apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 122, 452 və 453-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Bakı şəhəri Nəsimi rayon prokurorunun köməkçisi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin qismən təmin edilməsinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən imtina edilməsi və apellyasiya şikayəti üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilsin və həmin apellyasiya şikayətinin baxılmasına xitam verilsin. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Telman Hüseynov Aqil Musayev
Məhkəmə qərarları › İş №6(3-6)-557/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-557/2026
18.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver