Məhkəmə qərarları › İş №6(3-6)-562/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-6)-562/2026

21.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 6(3-6)-562/2026 21.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası; Hakimlər - Babayev Qədim Xalid oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Cavid Vaqif oğlu və İbrahimov Anar Firdovsi oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İsgəndərova Afaq Sənan qızının, Şikayətçi Şikayət verən şəxs iştirakı ilə, Şikayət verən şəxs Bakı şəhər Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü və 5-ci maddələri, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının 12, 46, 66, 68, 71-ci maddələrinə uyğun olaraq pozulmuş hüquqlarımın tanınmasına və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərini düzgün həyata keçirilməməsinə görə araşdırmanın aparılmasına dair şikayəti ilə bağlı Respublika Baş Prokurorluğunun və hərəkətindən (qərarından) şikayət verilən orqan1 hərəkətsizliyinin qanunsuz hesab edilməsi, şikayəti üzrə araşdırmanın aparılması və təqsirkarların müəyyən edilərək barələrində cinayət xarakterli tədbirlər görülməsi üçün cəzalandırılmalarının təmin edilməsinə dair qərar qəbul edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən e t d i: Şikayət verən şəxs məhkəməyə müraciət edərək Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü və 5-ci maddələri, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının 12, 46, 66, 68, 71-ci maddələrinə uyğun olaraq pozulmuş hüquqlarının tanınmasına və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərini düzgün həyata keçirilməməsinə görə araşdırmanın aparılmasına dair şikayəti ilə bağlı Respublika Baş Prokurorluğun və hərəkətindən (qərarından) şikayət verilən orqan1n hərəkətsizliyi qanunsuz hesab edilməsi, şikayəti üzrə araşdırmanın aparılması və təqsirkarların müəyyən edilərək barələrində cinayət xarakterli tədbirlər görülməsi üçün cəzalandırılmalarının təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarı ilə Şikayət verən şəxs Bakı şəhər Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü və 5-ci maddələri, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının 12, 46, 66, 68, 71-ci maddələrinə uyğun olaraq pozulmuş hüquqlarımın tanınmasına və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərini düzgün həyata keçirilməməsinə görə araşdırmanın aparılmasına dair şikayəti ilə bağlı Respublika Baş Prokurorluğunun və hərəkətindən (qərarından) şikayət verilən orqan1 hərəkətsizliyinin qanunsuz hesab edilməsi, şikayəti üzrə araşdırmanın aparılması və təqsirkarların müəyyən edilərək barələrində cinayət xarakterli tədbirlər görülməsi üçün cəzalandırılmalarının təmin edilməsinə dair qərar qəbul edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılmışdır. Həmin qərardan Şikayət verən şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarın ləğv edilməsini, Bakı şəhər Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən pozulmuş hüquqlarının tanınması barədə qərar qəbul edilməsini, yəni Avropa İnsan Hüquqları Konvensiyasının 3cü, 5-ci maddələri, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının 12, 46, 66, 68, 71 -ci maddələrinin tələblərinə uyğun olaraq pozulmuş hüquqlarının tanınması barədə qərar qəbul edilməsini, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərini düzgün həyata keçlrilməməsinə görə araşdırmanın aparılmasına dair şikayətilə bağlı Respublika Baş prokurorluğun və hərəkətindən (qərarından) şikayət verilən orqan1n hərəkətsizliyi qanunsuz hesab edilməsini, şikayəti əsasında Respublika Baş prokurorluğunda araşdırmanın aparılması və təqsirkarların müəyyən edilərək barələrində cinayət xarakterli tədbirlər görülməsi üçün cəzalandırılmalarının təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ## ######## 2026-cı il tarixli qərarda məhkəmənin əsaslandığı Bakı şəhər Səbail rayon Polis İdarəsinin rəisinin məktubları şikayətçinin DİN “102” xidmətinə, Bakı şəhər Baş Polis idarəsinə və Daxili İşlər Nazirinə etdiyi müraciətlərə cavab məktubları olmuşdur. İdarə rəisinin yazdığı məktubları oxuduqda məktubların məzmunundan aydın olur ki, şikavətci tərəfindən Nazirliyə ünvanlanmış məktublara cavabdır. Şikayətçi Daxili İşlər Nazirliyinə etdiyi müraciətlərinin narazı olduğu və hüquqlarının pozulduğu idarəyə yəni Bakı şəhər Səbail rayon Polis İdarəsinə göndərilməsindən və Bakı şəhər Səbail rayon Polis İdarəsinin rəisinin məktublarından narazı və şikayətçi olduğuna görə Səbail rayon prokurorluğuna, hərəkətindən (qərarından) şikayət verilən orqan1 və Respublika Baş prokurorluğuna şikayətlər etmişdir. Şikayətçinin Səbail rayon prokurorluğuna, hərəkətindən (qərarından) şikayət verilən orqan1 və Respublika Baş prokurorluğuna etdiyi müraciətləri nə Bakı səhər Səbail rayon Polis İdarəsinə nə Bakı şəhər Bas Polis İdarəsinə nə Daxili İşlər Nazirliyinə göndərilmiş nə də Respublika Baş Prokurorluğunda baxılaraq araşdırılmışdır.Əgər şikayətçinin Səbail rayon prokurorluğuna, hərəkətindən (qərarından) şikayət verilən orqan1 və Respublika Baş Prokurorluğuna etdiyi müraciətlərinin hər hansı birinin baxılması üçün aidiyyəti üzrə ya Bakı şəhər Səbail rayon Polis idarəsinə ya Bakı şəhər Baş Polis idarəsinə ya Daxili İşlər Nazirliyinə göndərilmiş olsaydı o zaman onlar tərəfindən digər müraciətlərində olduğu kimi həmin müraciətləri də cavablayarkən qeyd edilərək yazılardı ki, “Səbail rayon prokurorluğundan hərəkətindən (qərarından) şikayət verilən orqan1 və Respublika Baş Prokurorluğundan daxil olmuş müracitinizə baxılmış və araşdırılmışdır”. Odur ki, şikayətçinin Səbail rayon prokurorluğuna, hərəkətindən (qərarından) şikayət verilən orqan1 və Respublika Baş prokurorluğuna etdiyi müraciətlərə baxılmadığına, araşdırılmadığına və müraciətləri cavablandırılmadığına görə Bakı şəhəri Səbail rayon Məhkəməsinə müraciət edərək, “Bakı şəhər Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü və 5-ci maddələri, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxaıq Paktın 7-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının 12, 46, 66, 68, 71-ci maddələrinə uyğun olaraq pozulmuş hüquqlarımın tanınmasına və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərini düzgün həyata keçirilməməsinə görə araşdırmanın aparılmasına dair şikayətimlə bağlı Respublika Baş Prokurorluğun və hərəkətindən (qərarından) şikayət verilən orqan1n hərəkətsizliyi qanunsuz hesab edilməsi, şikayətim üzrə araşdırma nın aparılması və təqsirkarların müəyyən edilərək barələrində cinayət xarakterli tədbirlər g örülməsi üçün cəzalandırılmalarının təmin edilməsinə dair qərar qəbul edilməsi haqqında xahiş etmişdir. Lakin, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarı Azərbaycan Respublikasının məhkəmə sistemində formalaşmış presedent hüquqlara, bir çox qanuni əsaslara, Konstitusiyaya və Avropa insan Hüquqları Konvensiyasına əsaslanmadan qanunsuz, əsassız və ədalətsiz qəbul etmişdir. İmanov Ruslan Yusif oğlunun barəsində aparılan ********* nömrəli cinayət işi çərçivəsində Sumqayıt şəhər Polis İdarəsində və Bakı şəhəri Səbail rayon Polis idarəsində yalnız şahid qismində dindirilmişdir. ## ### 2024-cü ildə ölkədən çıxışına müvəqqəti məhdudiyyət tətbiq edilşmişdir. Bu barədə təsadüfən xəbər tutmuşdur. ********* nömrəli cinayət işi üzrə Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə telefon zəngi ilə dəvət edilmiş və prosesual tələblərə uyğun olaraq istintaqa ifadəsini vermişdir. ********* nömrəli cinayət işi üzrə Bakı şəhər Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinə rəsmi və ya qeyri-rəsmi dəvət edilmədən prosesual tələblərə uyğun olaraq istintaqa dəvət edilməmiş şahid qismində ifadəsini vermiş və məhkəmə qərarı olmadan da ölkədən çıxışına (sərhədkeçmə) müvəqqəti məhdudiyyət qoyulmuşdur. ## #### 2024-cü il tarixdə ölkədən çıxmağa cəhd edərkən X8 Hava Limanında saxlanılmış, Bakı şəhəri Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinə aparılmış və təxminən 19 saat yuxudan, yemək və içkidən məhrum etməklə ayaqüstə saxlanılmışdır. Bu müddətdə vəkilinin iştirakını tələb etsə də, vəkilinin iştirakı təmin edilməyib, ona qarşı qeyri-insani və ləyaqətini alçaldan rəftarlar ilə üzləşmiş, həbs edilməklə təhdid edilmiş, təhqir və hədələməklə qardaşının əleyhinə ifadə verməyə məcbur edilmiş və yalnız şahid qismində ifadə alındıqdan sonra sərbəst buraxılmışdır. Bakı şəhər Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsində məruz qaldığım qeyri-insani və ləyaqətini alçaldan rəftarla bağlı DİN “102” xidmətinə (## #### 2024-cü il tarixdən başlayaraq bugünə qədər), Bakı şəhər Baş Polis İdarəsinə (səhərisi gün yəni ## #### 2024), Daxili İşlər Nazirinə, Baş Prokurora və Prezident Administrasiyasına müraciətlər etsəm də, həmin müraciətlərim araşdırılmayıb və bugünə kimi mahiyyəti üzrə cavab almamışam. Bildirirəm ki, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin Bakı şəhər Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X7 tərəfindən qanunsuz və əsassız olaraq barəsində saxlama qərarı verilməsi nəticəsində ## #### 2024-cü ildə Bakı şəhəri Səbail rayon Polis idarəsinin 9-cü Polis Bölməsində və sonra İstintaq Şöbəsində saxlanılarkən ona dəfələrlə ac olduğunu, yuxusuz və yorğun olduqurru bildirmişdir. Lakin, Z.Mustafayev buna heç bir əhəmiyyət verməmiş onu yuxusuz və yorğun halda saxlamış, həmçinin yemək və sudan məhrum etmişdir. Ona bildirmişdir ki, onu buraxsın gedib bir gün dincəlib gəlib ifadəsini verər. Lakin, o onu buraxmamışdır. Mən uşaqlıqdan mədə xəstəliyindən və bel ağrılarından əziyyət çəkdiyini müstəntiqə və onun rəisi Röyal Hümbətova bildirmiş və onlar da ona cavab olaraq bildirərək hədələmişlər ki, “səni aşağıda müvəqqəti saxlama yerində saxlayacağıq. Bakı şəhər Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsində yaşadığı əsəb, gərginlik, qorxu və stressdən onun sağlığında əlavə narahatçılıqlar yaranmışdır. Həmçinin, bel və mədə ağrıları daha da şiddətlənmişdir. Həmin məsələ ilə bağlı, ## #### 2024, ## #### 2024, ## #### 2024, ## ###### 2024, ## ######## 2024, ## ######## 2024 və digər tarixlərində hərəkətindən (qərarından) şikayət verilən orqan1, Respublika Baş Prokuroru cənab Kamran Əliyevə, Səbail rayon prokurorluğuna, Azərbaycan Respublikası cənab Prezidentinin köməkçisi, X14 mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Daxili İşlər Naziri Vilayət Eyvazova çoxsaylı müraciətlər (məktub, teleqram, veb linklərində müraciət və poçt qutuları) etmişdir. Bakı şəhər Səbail rayon Polis İdarəsinin rəisi 05 Avqust 2024, ## ####### 2024 tarixli və digər məktublarında bildirmişdi ki, “müraciətinizdə qeyd etdiyiniz xüsusatlar üzrə aparılan araşdırma zamanı polis əməkdaş tərəfindən qanunazidd hərəkətlərə yol verilməsi halları təsdiqlənməmişdir”. Sonra, o vəkili ilə birlikdə ölkədən çıxışına (sərhədkeçmə) qoyulmuş məhdudiyyətin götürülməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Dövlət orqanının bu cür davranışı mənim ləyaqətimə hörmət prinsipi ilə uzlaşmamış və AİHM-in formalaşmış presedent hüququna əsasən (İrlandiya Böyük Britaniyaya və Ataun Rojo İspaniyaya qarşı) Konvensiyanın 3-cü və 5-ci maddələrinin tələblərini çox kobud şəkildə pozmuşdur. Səbail rayon Polis İdarəsinin istintaq Şöbəsinin əməkdaşının bu cür kobud davranışı və təhdidləri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı işi üzrə keçirilən məhkəmə prosesində audio-video müşahidə kameraları qarşısında və hakimin, məhkəmə katibinin, vəkilinin, Səbail rayon prokurorunun köməkçisinin gözü qarşısında oldu və bununla bağlı müraciət edərək audiovideo görüntülərin təqdim edilməsini istəmişdir. Lakin, məhkəmə şifahi və Məhkəmə-Hüquq Şurasından ona rəsmi məktubla bildirilmişdir ki, audio-video müşahidə kameraları həmin məhkəmə prosesində qoşulu olmadığı üçün işləməyib və Şura tərəfindən hakimə bununla bağlı xəbərdarlıq edilib. Məhkəməyə bildirmək istəyir ki, Bakı şəhər Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Zamiq Mustafayevin ona qarşı qanunsuzluğu yalnız bu davranışı olmamışdır. Belə ki, o, Şikayət verən şəxs ölkədən çıxışına (sərhədksçmə) qoyulmuş məhdudiyyətin götürülməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2024 tarixli, *(***)-**/**** saylı Məhkəmə Qərarının icra olunmamasına görə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin - Şikayət verən şəxs ölkədən çıxışına (sərhədkeçmə) qoyulmuş müvəqqəti məhdudiyyətin götürülməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2024 tarixli, *(***)-**/**** saylı, ## #### 2025 tarixli, *(***)-**/**** saylı, ## ####### 2025 tarixli, *(***)-***/**** saylı, ## ###### 2026 tarixli, *(*- ***)-***/**** saylı və Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2025 tarixli, *(***)-**/**** saylı, ## ######## 2025 tarixli, *(***)-***-**** saylı və ## ####### 2025 tarixli, *(***)-***/**** saylı məhkəmə qərarları Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən icra olunmamasına görə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2025 tarixli, *(***)- **/**** saylı məhkəmə qərarı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhəri Səbail rayon Polis idarəsinin üzərinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2024 tarixli, *(***)-**/**** saylı qərarının icra edilməsi vəzifəsi qoyulmuş, buna baxmayaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon Polis idarəsinin istintaq şöbəsinin müstəntiqi X7 məhkəmə qərarlarının icra olunmamasında qərəzli olaraq məqsədinə müvafiq hesab etməməsinə görə qeyd olunan qərarların icralarını bugünə kimi təmin etməmişdir. Dövlət adından, yəni Azərbaycan Respublikası adından çıxarılmış altı məhkəmə qərarına baxmayaraq, Daxili İşlər Nazirliyi sözügedən qərarları 24 aydan çox zamandır qəsdən icra etməkdən imtina edirlər. Bu davamlı icra edilməmə onu effektiv hüquqi müdafiədən məhrum edib, bütün ölkədaxili vasitələri tükətmiş və azadlığını, şəxsi təhlükəsizliyini ciddi təhlükə altına qoyub. Bu təcrübə qanunun aliliyini və Azərbaycanın Avropa Şurasına üzvlüyündən və Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə öhdəliklərini kobud şəkildə pozur. Məhkəmə kollegiyasının iclasında şikayətçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada məlumatlandırılmış səlahiyyətli orqanların nümayəndələri iştirak etmədiyindən məhkəmə kollegiyası məhkəmə iclasının onların iştirakları olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, şikayətdə göstərilənləri müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarı ləğv edilərək material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəmə hesab etmişdir ki, Şikayət verən şəxs Bakı şəhər Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının 3cü və 5-ci maddələri, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının 12, 46, 66, 68, 71-ci maddələrinə uyğun olaraq pozulmuş hüquqlarımın tanınmasına və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərini düzgün həyata keçirilməməsinə görə araşdırmanın aparılmasına dair şikayəti ilə bağlı Respublika Baş prokurorluğun və hərəkətindən (qərarından) şikayət verilən orqan1n hərəkətsizliyi qanunsuz hesab edilməsi, şikayəti üzrə araşdırmanın aparılması və təqsirkarların müəyyən edilərək barələrində cinayət xarakterli tədbirlər görülməsi üçün cəzalandırılmalarının təmin edilməsinə dair qərar qəbul edilməsi barədə şikayəti məhkəmə nəzarəti qaydasında şikayətin predmetini təşkil etmədiyindən məhkəmə nəzarəti qaydasında baxıla bilməz. Lakin məhkəmə kollegiyası iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayətçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərini düzgün həyata keçlrilməməsinə görə araşdırmanın aparılmasına dair şikayətilə bağlı Respublika Baş prokurorluğun və hərəkətindən (qərarından) şikayət verilən orqan1n hərəkətsizliyi qanunsuz hesab edilməsinə dair şikayəti bilavəsitə məhkəmə nəzarətində baxılmalı olan şikayətin predmetinə aid olduğundan məhkəmə bu hissəyə baxaraq hüquqi qiymət verməli idi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə görə həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesi iştirakçısının cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında məhkəmənin qəbul etdiyi prosessual qərar və hərəkətlərdən yuxarı məhkəməyə şikayət etmək hüququ vardır. 122.2-ci maddəsinə əsasən “Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından şikayət aşağıdakılara verilir: 122.2.1. təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından — ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora; 122.2.2. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından — yuxarı prokurora; 122.2.3. bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə; 122.2.4. bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmənin hərəkətlərindən və ya qərarlarından — yuxarı məhkəməyə”. 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutma və həbsdə saxlanılması, tutulmuş və ya həbs edilmiş şəxsin hüquqlarının pozulması, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin şikayətin geri qaytarılması barədə qənaəti əsaslı olmamışdır, ona görə də Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilməli və material yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 384- 386-cı maddələrini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Qərara a l d ı: Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şikayət verən şəxs Bakı şəhər Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü və 5-ci maddələri, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının 12, 46, 66, 68, 71-ci maddələrinə uyğun olaraq pozulmuş hüquqlarımın tanınmasına və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərini düzgün həyata keçirilməməsinə görə araşdırmanın aparılmasına dair şikayəti ilə bağlı Respublika Baş Prokurorluğunun və hərəkətindən (qərarından) şikayət verilən orqan1 hərəkətsizliyinin qanunsuz hesab edilməsi, şikayəti üzrə araşdırmanın aparılması və təqsirkarların müəyyən edilərək barələrində cinayət xarakterli tədbirlər görülməsi üçün cəzalandırılmalarının təmin edilməsinə dair qərar qəbul edilməsi barədə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin baxılmadan geri qaytarılmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarı Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə ləğv edilsin və iş üzrə material yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Qədim Babayev Hakimlər: Cavid Hüseyn Anar İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar