Məhkəmə qərarları › İş №6(3-7)-22/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-7)-22/2026

15.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 6(3-7)-22/2026 15.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və X9 ibarət tərkibdə, Kərimova Jalə Müseyib qızının katibliyi, zərəçəkmiş şəxsin hüquqi varisi Şikayət verən şəxs İman oğlunun və Göygöl Rayon prokurorluğunun böyük müstəntiqi, II dərəcəli hüquqşünas Nümayəndə iştirakları ilə, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi, R Nümayəndə ********* nömrəli cinayət işi üzrə “cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi” barədə Göygöl Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(*-***)-*/**** saylı qərarından zərəçəkmiş şəxsin hüquqi varisi Şikayət verən şəxs İman oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı (hakim L.Hüseynzadə) ilə Şikayət verən şəxs İman oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi, R Nümayəndə ********* nömrəli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” ## ###### 2026-cı il tarixli qərar qanuni hesab edilmişdir. İŞİN HALLARI: İş materialına əlavə edilmiş “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” ## ###### 2026-cı il tarixli qərara əsasən X23 ölümündə cinayət hadisəsinin olmaması müəyyən edildiyindən Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına xitam verilmiş. İş üzrə zəruri bütün istintaq hərəkətləri aparılmış və cinayət işi üzrə aparılmış istintaq hərəkətləri zamanı tərtib edilmiş hadisə yerinə və meyitə baxış protokolları, şahidlərin ifadələri, eləcə də məhkəmə-tibbi, məhkəmə tibbi-bioloji ekspertiza rəyləri və cinayət işinə əlavə edilmiş digər sənədlər sübut növü kimi tanınmışdır. Qəbul edilmiş qərarın surəti Şikayət verən şəxs İman oğluna göndərilməklə, qərardan narazı qaldığı halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmək hüququ olduğu izah edilmişdir. Göygöl rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarına əsasən Şikayət verən şəxs İman oğlunun nümayəndəsi (vəkili) X16 tərəfindən verilmiş şikayəti təmin edilmiş, Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R Nümayəndə ********* saylı cinayət işinin materialları üzrə ## ###### 2025-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə qərar ləğv edilmişdir. Qərarda göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması, qərarın icrasına nəzarət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırılması qərara alınmışdır. İş materialına əlavə edilmiş Göygöl rayon Məhkəməsinin *(***)-*/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarına əsasən Şikayət verən şəxs iman oğlu tərəfindən verilmiş şikayəti təmin edilmiş, Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R Nümayəndə ********* saylı cinayət işinin materialları üzrə ## ##### 2025-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi barədə ləğv edilmiş, qərarda göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması qərarın icrasına nəzarət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırılmışdır. “Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi və ibtidai istintaq müddətinin uzadılmasına dair” Azərbaycan Respublikasının Baş Prokurorunun birinci müavini R Elçin Məmmədov tərəfindən qəbul edilmiş qərara əsasən ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş icraata xitam verilməsinə dair ## #### 2025-ci il tarixli qərar ləğv edilmiş, ********* nömrəli cinayət işi üzrə istintaq müddəti 2 ay, yəni ## ####### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixə kimi uzadılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, həmin cinayət işi X23 ölüm faktına görə Hərəkətindən (qərarından) şikayət verilən orqan ## ####### 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə başlanaraq istintaq aparılmışdır. İstintaqla müəyyən edilmişdir ki, ## ######## 2010-cu il tarixdə Tərtər rayonunda olmuş, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ünvanında yaşayan Murad Allahverdiyev ## ### 2024-cü il tarixdə saat 13 radələrində yaşadığı evdən çıxaraq sinif yoldaşı X10 yaşadığı evə getmiş, orada digər sinif yoldaşı X4 və Aqil Şəfiyevlə görüşərək birlikdə sonuncunun Göygöl rayonu, Üçtəpə kəndində yaşayan nənəsi evinə getmək qərarına gəlmişlər. Bu məqsədlə qeyd edilən istiqamətdə piyada hərəkətdə olarkən Gəncəçay çayının Göygöl rayonu, Qızılqaya qəsəbəsi ilə Üçtəpə kəndinin arasından axan hissəsindən keçmək istəyərkən su axının güclü olması səbəbindən yıxılaraq çayda boğulmuşdur. Murad Allahverdiyevin meyiti ## ### 2024cü il tarixdə saat 06:30 radələrində X24 Mərkəzinin yaxınlığında Gəncə çayının sahilindən tapılmışdır. Aparılmış istintaq nəticəsində Murad Allahverdiyevin ölümündə cinayət hadisəsinin olmaması qənaətinə gəlinərək cinayət işi üzrə icraata sonuncu dəfə ## #### 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Qərar və cinayət işinin materialları Baş Prokurorluqda öyrənilərkən müəyyən edilmişdir ki, hadisənin araşdırılması və obyektiv hüquqi nəticəyə gəlinməsi üçün zəruri olan bütün halların müəyyən edilməsi və araşdırılması təmin edilməmiş, istintaq Murad Allahverdiyevin öz ehtiyatsızlığı nəticəsində suda boğularaq ölməsi fərziyyəsi üzərində olmaqla, digər mümkün istintaq fərziyyələri yoxlanılmadan, hadisənin tam, hərtərəfli və obyektiv araşdırılması, xüsusən də hadisənin baş vermə mexanizminin müəyyən edilməsi zəruri olan bütün istintaq hərəkətlərinin aparılması təmin edilməmişdir. Belə ki, cinayət işinin materialları öyrənilərkən müəyyən edilmişdir ki, iş üzrə hadisənin mexanizminin dəqiq müəyyən edilməsi üçün hadisənin şahidləri Aqil Şəfiyev və Elcan Vəliyevin hadisənin təsviri ilə bağlı göstərdiyi halların bir-biri ilə dəqiq uyğunluğu yoxlanmamışdır. Odur ki, onların hər birinin ifadələri ayrı-ayrılıqda yerində yoxlanılmalı, işin faktiki halları ilə müqayisəli təhlil aparılmaqla obyektiv həqiqət müəyyən edilməlidir. Bundan başqa Murad Allahverdiyevin hadisədən əvvəl Aqil Şəfiyev və Elcan Əliyevdən başqa digər şəxslərlə ünsiyyətdə olub olmaması, həmin şəxslərlə hansı mövzularda danışması, mübahisəsi olub-olmaması və s. kimi hallar araşdırılmamışdır. Odur ki, qeyd edilən xüsusatların araşdırılması məqsədi ilə Murad Allahverdiyevin ümumiyyətlə, əsasən də hadisə ərəfəsində, ünsiyyətdə olduğu şəxslərin dairəsi müəyyən edilməli, onun həmin şəxslərlə münasibətləri və mübahisəsinin olub-olmaması araşdırılmalıdır. Göstərilən xüsusatların aydınlaşdırılması zamanı Murad Allahverdiyev 2024-cü il tarixdə saat 14:10-da yaşadığı evə yaxın "Oba" marketin qarşısından Aqil Şəfiyev və Elcan Vəliyevlə birlikdə keçərək Gəncə çayı istiqamətində hərəkət etmələri bununla bağlı mərhumun valideynlərində qeyd edilən mağazanın müşahidə kamerasının yaddaşından götürülmüş videogörüntünun olması halı nəzərə alınmaqla qeyd edilən videogörüntü əldə edilməklə cinayət işinə əlavə olunmalı və həmin videogörüntüyə baxış keçirilməli, bu zaman videogörüntüdə əks olunan zaman kəsiyində Murad Allahverdiyev emosional vəziyyəti (əsəbi və ya sakit davranışı) diqqət mərkəzində olmalıdır. Bundan başqa X11 rayon polis şöbəsinə verdiyi izahatında bildirmişdir ki, Murad Allahverdiyevi çay apardıqdan təxminən 10 dəqiqə sonra iqamətgahın gözətçisi onlara yaxınlaşmış və orada olmalarının səbəbini soruşmuş, onlar təlaş içərisində olduqları üçün həmin gözətçiyə dostları Murad Allahverdiyevi çay apardığını deyə bilməmişlər. Aqil Şəfiyev isə Göygöl rayon polis şöbəsinə verdiyi izahatında göstərmişdir ki, həmin vaxt uzaqda gözətçi olduğunu görsələr də, onlar gözətçidən kömək istəməmiş və gözətçi də onlardan heç nə soruşmamışdır. Bu xüsusatla bağlı gözətçinin şəxsiyyəti müəyyən edilməklə şahid qismində dindirilməli və hadisənin şahidi olub-olmaması aydınlaşdırılmalı, E.Vəliyevlə A.Şəfiyevin izahatlarındakı ziddiyət aradan qaldırılmalıdır. X19 və Aqil Şəfiyevin hadisədən sonra birlikdə sonuncunun nənəsi Minarənin yaşadığı Göygöl rayonu Üçtəpə kəndində yerləşən evə getdikləri müəyyən edilsə də, həmin zaman evdə olmuş Minarənin və bacısı Saranın ifadələri alınmamışdır. Odur ki, qeyd edilən şəxslər şahid qismində dindirilməklə baş vermiş hadisə ilə bağlı nəkimi məlumatlarının olması, Elcan Vəliyev və Aqil Şəfiyevin evə gələrkən üzərləri su olmaması aydınlaşdırılmalıdır. Bundan başqa iş materiallarından görünür ki, istintaq zamanı hadisənin baş vermə yeri yalnız Elcan Vəliyev və Aqil Şəfiyevin ifadələri ilə müəyyən edilmiş, bu zaman hadisədən sonra mərhum Murad Allahverdiyevin çaya girməmişdən öncə üzərindən çıxardığı bir ədəd açıq göy rəngli cins şalvarın, bir ədəd boz rəngli qolsuz gödəkçənin və ya cüt qara rəngli corabın tapılma yeri müəyyən edilməklə həmin yerin Elcan Vəliyev və Aqil Şəfiyevin göstərdikləri hadisə yeri ilə eynilik təşkil edib-etməməsi, qeyd edilən ərazidə çayın dərinliyi müəyyən edilməklə hadisənin həmin yerdə baş verməsinin mümkünlüyü aydınlaşdırılmamışdır. Odur ki, hadisənin baş vermə yerinin dəqiqiləşdirilməsi üçün Murad Allahverdiyevin və ya girməmişdən öncə üzərindən çıxardığı geyim əşyalarının hansı ərazidən, nə vaxt, meyitin aşkar edildiyi yerdən hansı məsafədə tapılması, həmin yerin Elcan Vəliyev və Aqil Şəfiyevin göstərdikləri hadisə yeri ilə eynilik təşkil edib-etməməsi xüsusatlarının mühüm əhəmiyyət kəsb etməsi nəzərə alınmaqla, qeyd edilən geyim əşyalarını tapan Məmməd və Gəncəli adlı şəxslər, həmin paltarları götürüb evində saxlayan X12 şahid qismində dindirilməli, Məmməd və Gəncəli adlı şəxslərin hər birinin ayrı-ayrılıqda ifadələri yerində yoxlanılmalıdır. Həmçinin hadisə yeri dəqiqləşdirildikdən sonra həmin yerdə çayın dərinliyinin və hadisə zamanı çayda suyun səviyyəsinin müəyyən edilməsi məqsədi ilə hadisə yerinə əlavə baxış keçirilməklə və ərazi aidiyyəti üzrə Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya xidmətinə müvafiq sorğular verilməklə hadisə vaxtı ərazidə suyun səviyyəsi (sel olub olmaması, çayın gur axması, suyun səviyyəsi, axın sürəti və s.) müəyyən edilməklə hadisənin ifadələrdə göstərilən mexanizm üzrə baş verməsinin mümkünlüyü aydınlaşdırılmalıdır. Bundan başqa, mərhum Murad Allahverdiyev atası Şikayət verən şəxs ifadələrində, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan verilmiş şikayət üzrə məhkəmə proseslərindəki çıxışları zamanı oğlunun çayda boğulmadığını, onun ölümündə Aqil Şəfiyev və Elcan Vəliyevdən şübhələndiyini, oğlunun paltarlarında qan ləkəsi olduğunu müşahidə etdiyini (məhkəmə-tibbi bioloji ekspertizasının rəyi ilə paltarlarda aşkar edilmədiyi müəyyənləşdirilmişdir) və sair xüsusatlar bildirmişdir. Odur ki, Şikayət verən şəxs ərizələri və məhkəmə proseslərindəki səsləndirdiyi fikirlərlə (##.##.2025-ci il tarixdə keçirilən məhkəmə prosesində bacısı Mahirənin, qardaşı Qismətin, qaynı arvadı Floranın, qaynı X12, yoldaşının dayısı və onun qardaşı Sübhanın, qaynanası Məmləkətin, qaynı Anarın, əmisi nəvələri Nazimin və onun qardaşı Rasimin və bacısı Xanımın, bacısının kürəkəni Elçinin, Tərtər rayonundan olan Dilarənin, Arif, Aqil, Mələk adlı şəxslərin dindirilməsinin və hər birinin onlarla üzləşdirilməsinin zəruri olduğunu göstərmişdir) bağlı şahid qismində özü və həyat aşı Elnurə Allahverdiyeva ətraflı dindirilməli, bundan sonra zərurət yarandığı halda şəxslərin ifadələri alınmalıdır. Bundan başqa, Məhkəmətibbi ekspertizasının ##.##.2024-cü il tarixli, ** saylı rəyində qeyd olunmuşdur ki, Murad Allahverdiyevin meyitindən götürülmüş sağ bud “sümüyü nümunəsinin kimyəvi parçalanmasından alınan destruktatın mikroskopik tədqiqi zamanı diatom planktonu zirehi aşkar olunmamışdır. Odur ki, Murad Allahverdiyevin kənarda öldürüldükdən sonra meyitinin atılması fərziyyəsinin yoxlanması üçün, Gəncə çayının hadisənin baş verdiyi hissəsindən nümunə götürülməklə həmin çay suyunda diatom planktonunun olub-olmamasının məyyənləşdirilməsi məqsədi ilə müvafiq ekspertiza təyin edilərək rəy alınmalı, eləcə də rəy vermiş məhkəmə-tibb eksperti çürümüş meyitdə diatom planktonunun aşkar edilibməməsinin mümkünlüyü və digər zəruri suallar ətrafında şahid qismində dindirilməlidir. Həmçinin iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının ## ###### 2024-cü il tarixli ** saylı rəyində mərhum Murad Allahverdiyevin meyitinin qəbirdən çıxarılmaqla “müayinəsi nəticəsində meyit kəskin çürümə dəyişiklikliyinə məruz qaldığından onun ölüm səbəbinin təyin edilməsinin mümkün olmadığı qeyd edilsə də, iş materiallarında olan Yasin – Allahverdiyevin ifadələrində və ərizələrində göstərdiyi mərhum Murad Allahverdiyevin bədəni və baş nahiyələrində xəsarətlərin olması, ağız boşluğu və mədəsində suyun olmaması barədə xüsusatlar nəzərə alınmaqla, ölümün səbəbinin müəyyən edilməsi üçün “məhkəmə-tibb ekspertinin dindirilməsi və qeyd edilən xəsarətlərin əmələ gəlməmexanizminin, həmin xəsarətlərin göstərilən şəraitdə, yəni insanı gur axan çayda boğularkən əmələ gəlməsinin mümkünlüyü araşdırılmalıdır. İş üzrə Aqil Şəfiyevin anası X5 ifadəsində göstərmişdir ki, baş vermiş hadisədən sonra oğlu ilə söhbət zamanı özü, Elcan Vəliyev və Murad Allahverdiyevin birlikdə onlardan çıxdıqdan sonra əvvəlcə Muradın yaşadığı evə gedib evdə heç kim olmayan vaxt çay içdiklərini, daha sonra qonşuluqda yaşayan Muradın dayısı Anarın arvadının xahişi ilə yaxınlıqda yerləşən meyvə-tərəvəz mağazasından kələm alıb gətirib verdikdən sonra Göygöl rayonu Üçtəpə kəndinə getmək üçün yola düşdüklərini bildirmişdir. X44 da ifadəsində hadisə baş verən gün günorta saatlarında qonşuluqda yaşayan qardaşı arvadı Flora ilə telefon danışığı zamanı oğlu Murad Allahverdiyevin dostları Aqil Şəfiyev və Elcan Vəliyevlə birlikdə evdə çay içib çıxdıqlarını, lakin hara getdiklərini bilmədiyini dediyini göstərmişdir. Odur ki, bu xüsusatla bağlı Elnurə Allahverdiyevanın qardaşı arvadı Flora şahid qismində dindirilməlidir. Yuxarıda qeyd olunanlarla kifayətlənilməməli, zərurət olduqda üzləşdirmələr keçirilməli, eləcə də digər hallar aydınlaşdırılmalıdır. Göründüyü kimi, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarda istintaq zamanı toplanmış sübutlar birtərəfli, yalnız bir fərziyyə üzərində qurulmaqla və cinayət qanunvericiliyinin müddəalarına uyğun olmadan qiymətləndirilməklə səthi nəticəyə gəlinmişdir. Odur ki, cinayət işi üzrə qəbul edilmiş icraata xitam verilməsi barədə ## #### 2025-ci il tarixli qərar ləğv edilib əlavə araşdırma aparılması üçün Hərəkətindən (qərarından) şikayət verilən orqan qaytarılmalıdır. Göstərilən istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün əlavə vaxt tələb olunduğu, ibtidai istintaq müddətinin bitməsini, eləcə də işin mürəkkəbliyi nəzərə alınmaqla, sınaq müddəti 2 (iki) ay, yəni ## ####### 2025-ci il tarixdən ## ###### 2025-ci il tarixədək 5 (beş) ayadək uzadılmalıdır. ##.##.2024-cü il tarixli ekskumasiya protokolundan görünür ki, mərhum X23 Göygöl rayonu Quşqara kəndində yerləşən qəbiristanlıqda dəfn edilmiş məzarı açılaraq sonuncunun meyiti qəbirdən çıxarılmış və məhkəmə-tibbi ekspertizaya təqdim edilmişdir. “Üzləşdirmə aparılması haqqında” ## ###### 2024-cü il tarixli protokola əsasən Şikayət verən şəxs İman oğlu ilə X4 barəsində üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Elcan Vəliyev Şikayət verən şəxs ilə üzləşdirmə zamanı ifadəsində göstərdiklərini təsdiq edərək, Murad Allahverdiyevi öldürmədiyini, Muradla heç vaxt aralarında mübahisə olmadığını, Muradın çay axınına qapılıb boğulub öldüyünü bildirmişdir. “Üzləşdirmə aparılması haqqında” ## ###### 2024-cü il tarixli protokola əsasən Şikayət verən şəxs İman oğlu ilə X10 barəsində üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. “Şahidin dindirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokola əsasən X12 şahid qismində dindirilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Murad Allahverdiyevə məxsus paltarları Gəncəlidən alan zaman açıb baxmamışdır, həmin paltarları aldıqdan sonra bir sellofanda evə qoyub. Yasinin pis olmaması üçün paltarları ona verməmişdir. Lakin hadisədən bir neçə ay sonra paltarları istədiyi üçün o artıq paltarları ona təqdim edib. “Şahidin dindirilməsi haqqında” ##.##.2025-ci il tarixli protokola əsasən X7 şahid qismində dindirilmiş və göstərmişdir ki, ## ### 2024-cü il tarixdə günorta saatlarında Elnarə ilə görüşüb söhbətləşmək üçün onların yaşadığı evə getmiş, evə çatan zaman o, Elnarənin evdə olmadığını, Muradın əvvəllər tanıdığı Aqil və Elcan adlı dostları ilə evdə oturub çay içdiklərini görmüşdür. Bundan sonra, o, Murada yaxınlıqda yerləşən tərəvəz mağazasına gedib ona kələm alıb gətirməsini, bununla bağlı Murada pul verməsi üçün onunla birlikdə evə gəlməsini xahiş etmişdir. Murad onunla birlikdə yaşadığı evə gəlib ondan pul götürmüş, daha sonra gedib ona kələm alıb gətirmişdir. Bundan sonra, Murad evdən çıxan zaman o, hara getdiyini soruşduqda Murad uşaqlarla yaxın ətrafda gəzib geri qayıdacağını bildirmiş, sonrakı hadisələrdən məlumatı olmamışdır. Həmin gün axşam saatlarında əvvəlcə Muradın itkin düşməsi, daha sonra Aqil və Elcanla birlikdə Gəncəçay çayını keçən zaman Muradı sel aparması xəbərini eşitmişdir. Ertəsi gün səhər saatlarında Muradın cansız bədəni çay sahilindən aşkar edilmişdir. Hadisə ilə bağlı başqa məlumatı yoxdur. Məhkəmə tibbi-bioloji ekspertizasının ##.##.2024-cü il tarixli, ** saylı rəyindən görünür ki, X23 məxsus bir ədəd ağ rəngli mayka, bir ədəd qısaqol köynək, bir ədəd qolsuz gödəkcə, bir ədəd trusik üzərində qanaoxşar ləkə aşkar olunmadığından müayinə edilmədi. Bir ədəd açıq göy rəngli cins şalvardan götürülmüş kəsiklərdə qan aşkar olunmadı. ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəsmi dövlət platformasından ##.##.2024-cü il tarixdə olan hava şəraitina dair məlumatlar yoxlanılmış, həmin tarixdə saat 12:40-da “Gəncəçay” çayı daxil olmaqla bir sıra çaylarda daşqın və sel olmasına dair hava proqnozu olması müəyyən edilmişdir. Məhkəmə-tibbi ekspertizasının ##.##.2024-cü il tarixli, ** saylı rəyindən görünür ki, mərhum X23 meyiti kəskin çürümə dəyişikliyinə məruz qaldığından onun ölüm səbəbini təyin etmək mümkün deyildir. Ətraf mühit şəraitlərini və meyit əlamətlərini nəzərə alaraq ölümün müddəti 5-7 aydır. Mərhum X23 meyiti kəskin çürümə dəyişikliyinə məruz qaldığından onun bədəni səthində hər hansı bir xəsarətin olub-olmaması barədə fikir söyləmək mümkün deyil. Məhkəmə nəzarəti qaydasında iş materialına baxan Göygöl Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qeyd olunan qərarından zərəçəkmiş şəxsin hüquqi varisi Şikayət verən şəxs İman oğlu apellyasiya şikayəti verərək Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarının ləğv edilərək Hərəkətindən (qərarından) şikayət verilən orqan 15 feval 2026-cı il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ********* nömrəli cinayət işi ## ####### 2024-cü il tarixdə Göygöl rayon prokuroru Rəsul Həsənov tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmalı olduğu halda, həmin məcəllənin 125.1-ci maddəsi ilə başlanılmışdır. Cinayət işinin başlanmasına səbəb və əsas X23 ##.##.2024-cü il tarixdə yaşadığı evdən çıxaraq, guya, tanışları X10 və X4 ilə birlikdə Gəncə çayının Göygöl rayonu, Qızılqaya kəndi ilə Üçtəpə kəndi arasından axan hissəsindən keçən zaman həmin çaya yıxılaraq boğularaq ölməsi ilə əlaqədar toplanmış təhqiqat materialı olmuşdur. ## ###### 2026-cı il tarixdə Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi R Nümayəndə tərəfindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi üçün Göygöl rayon məhkəməsinə şikayət versə də şikayəti təmin olunmamış və ## ###### 2026-cı il tarixli Hərəkətindən (qərarından) şikayət verilən orqan qərarı qüvvədə saxlanmışdır. Birinci instansiya məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edir, həmin qərarın ləğv edilməsini və ## ###### 2026-cı il tarixdə Hərəkətindən (qərarından) şikayət verilən orqan cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi barədə qərarın çıxarılmasını qanuni və əsaslı hesab edir, yeni qərar çıxarılmasını xahiş edir. Hadisə baş verən günün axşamı hadisə şahidlərinin qeyd etdiyi "Gəncəçay" çayının yatağı qarış-qarış axtarılsa da həmin gün meyit tapılmamışdır. X33 məxsus paltarlar isə ##.##.2024-сü il saat 23 radələrində Gəncə çayının Göygöl rayonu, Qızılqaya kəndi ilə Üçtəpə kəndi arasından axan hissəsindən çay yatağından tapılmamışdır. Həmin paltarların yerini Elcan Vəliyev göstərmişdir. Paltarlar yaş vəziyyətdə bir yerdə tapılmışdır. Bu hissə ifadələrlə ziddiyyət təşkil edir. Belə ki, Aqil Şəfiyev və Elcan Vəliyev hadisədən əvvəl Muradın şalvarını və gödəkçəsini soyunduğunu, həmin paltarların Aqilin əlində olduğunu bildirirlər. Əgər paltarlar çaya düşmüşdürsə onların çayın kənarına birlikdə atılması qeyri-mümkündür. ##.##.2024-cü il saat 06:30 radələrində mərhum Murad Allahverdiyevin cansız bədəni Gəncə çayının Gəncə şəhər X47 yaxınlığından keçən hissəsindən tapılmışdır. ##.##.2024-cü il tarixdə 2 axşam saatlarında Muradın guya "çayda batdığı" qeyd olunan yerdən başlayaraq çay yatağı qarışqarış axtarılmış, lakin tapılmamışdır. Həmçinin meyitin tapıldığı yer də öncədən axtarılsa da orada meyit olmamışdır. Odur ki, Muradın meyiti həmin yerə sonradan yəni, ilkin axtarışlar dayandıqdan sonra ##.##.2024-cü il tarixdə gecə saatlarında gətirilib qoyulmuşdur. Əgər həqiqətən də hadisə X10 və X4 qeyd etdiyi kimi olmuşdusa, yəni, əgər Murad çayda boğularaq ölmüşdürsə ilkin axtarışlar zamanı meyit tapılmalı idi. Buradan da görünür ki, mərhum Murad Allahverdiyev X10 və X4 ifadəsində qeyd etdiyi kimi çayda boğularaq ölməsi yalandır, Murad Allahverdiyev öldürülərək sonradan çaya atılmışdır. İstintaq zamanı X10 və X4 yaxın qohumlarının meyitin tapıldığı yerə gedib-getməməsi, müsbət halda hansı saatlarda getmələrini müəyyən etmək üçün mobil nömrələrinin müəyyən olunaraq hadisə günü gəlib-gedən zənglərin siyahısının çıxarılması və anten dairələrinin müəyyən olunmasını xahiş etsəm də müstəntiq tərəfindən təmin olunmamışdır. Əgər həqiqətən də hadisə X10 və X4 qeyd etdiyi kimi olmuşdursa, yəni, əgər Murad çayda boğularaq ölmüşdürsə Muradın suya batdığı qeyd olunan ərazi ilə meyitin tapıldığı ərazi arasında 2180 metr məsafə var və həmin hissədə çay yatağında kəsici qayalar, dəmir torlar,kol-kos, selin yıxdığı ağaclar və dəmir boru var. Əgər həqiqətən də Murad çayda boğularaq meyitin tapıldığı yerə qədər çay axını ilə gəlmiş olsaydı bədəni parça-parça olardı. Halbuki, Muradın bədənində qeyd olunan şəraitə uyğun xəsarətlər yox idi. Bu da onu göstərirki, bədənində qan olmamış, yəni Murad aldığı zədələr nəticəsində qan itirmədən ölmüş və sonradan aparılıb həmin yerə qoyulmuşdur. Yas mərasiminin gedişində X4 anası X25 Muradın heç vaxt gilas yemədiyi halda gilas yemək üçün getdiyi barədə soruşarkən Mehriban uşaqların ağartı məhsulu gətirmək üçün çayı keçdiklərini bildirmişdir. Bundan başqa Mehriban Vəliyevadan nə səbəbə Muradın çayda batması xəbərini gizlədib yalandan meşəyə getdiyini soruşarkən Mehriban mənə elə bir söz demədiyini, deyibsə də yadından çıxdığını bildirmişdir. Hadisə ilə bağlı X4 ilə söhbət edərkən hadisənin saat 15 radələrində baş verdiyini, hadisədən sonra evə gəlib təxminən saat 19 radələrində anası Mehriban Vəliyevaya məlumat verdiyini bildirmişdir. Mehriban isə Muradı sel aparması barədə məlumatlı olduğu halda 2 saat sonra saat 21 radələrində qohumlara məlumat vermişdir. Hadisə vaxtı Muradın əynində olan paltarlarda qanabənzər ləkələr aşkar olunmuşdur. Muradın meyiti tapılan zaman əynində boz rəngli tursik, ağ rəngli mayka və qısaqol köynək olmuşdur. Evdən çıxarkən əynində olan cins şalvar və gödəkçə isə meyitin tapıldığı ərazidən 2180 metr məsafədə çay sahilində tapılmışdır. Həmin paltarlar üzərində qanabənzər ləkələr vardır. Həmin ləkələrdən görünür ki, paltarlar cinayətin izini itirmək üçün məqsədli şəkildə yuyulmuş və sonradan həmin yerə atılmışdır. Əgər suya düşən vaxtı Muradın əynində gödəkçə və şalvar olmamışdırsa həmin paltarlar üzərində qan necə əmələ gələ bilərdi. Həmçinin tursik, gödəkçə və şalvarda olan qan ləkəsi gözlə görünən eyni hissədədir. Meyitin fotoşəkillərindən aydın şəkildə görünür ki, burunun üstündə, göz ətrafı və alın nahiyyəsində xəsarət izləri, boğazdan sağ qoltuğa doğru cırmaq izləri və döş qəfəsinin sol hissəsində təpik izi vardır. Həmin xəsarətlərin də çay axını prosesində alınması mümkünsüzdür. Məhkəmə tibbi-ekspertizasının ## ####### 2024-cü il tarixli rəyindən görünür ki, mərhum Murad Allahverdiyevin meyitindən götürülmüş sağ bud sümüyü nümunəsinin kimyəvi parçalanmasından alınan destruktatın mikroskopik tədqiqi zamanı diatom planktonu zirehi aşkar olunmamışdır. Lakin “Gəncəçay” çayından götürülmüş su nümunələrinin bioloji ekspertizası zamanı diatom planktonu zirehi aşkar olunmuşdur. Hadisə şahidlərinin ifadələrindən görünür ki, guya, mərhum Murad Allahverdiyev hadisədən əvvəl əynində olan gödəkçəni soyunaraq əlinə almışdır. Lakin həmin gödəkçənin üzərində gözlə aşkar şəkildə görünən sürtünmə izləri vardır. Bu da onu deməyə əsas verir ki, cinayəti törəden şəxslər sonradan Muradın cansız bədənini gödəkçə əynində olduğu vaxt hadisə yerindən uzaqlaşdırmaq üçün sürümüşdürlər.İstintaq orqanından dəfələrlə öz vəsaitim hesabına mərhum Murad Allahverdiyevin hadisə zamanı əynində olan paltarların xarici dövlətlərdən birinə (məsələn Almaniya) ekspertizaya və ya loboratoriyaya göndərilməsini xahiş etsəm də təmin edilməmişdir. Hesab edir ki, həmin ekspertiza ilə paltarlarda olan qanabənzər ləkələrin qan ləkəsi olub-olmamasını, həmin qan ləkələrinin X33 məxsus olub-olmamasını, hadisənin necə baş verməsini müəyyən etməyə imkan verər. Həyat yoldaşı Allahverdiyeva X32 axtarışı zamanı Elcan Vəliyevgilin evinə gedərkən evin girişində bir qutu iynə-dərmanın dağılmış vəziyyətdə olduğunu görmüşdür. Ona görə də hesab edir ki, Murad hadisədən sonra Elcangilin evinə gətirilmişdir. Əlavə olaraq bildirir ki, Elcanın anası Mehriban Kəlbəcər rayon xəstəxasında tibb bacısı işləyir. Meyidin ekskumasiyası zamanı müəyyən olundu ki, kəllə gövdədən ayrılmışdır, lakin qollar və ayaqlar gövdədən ayrılmamış vəziyyətdədir. Bu da onu sübut edir ki, hadisə zamanı oğlumu öldürən şəxslər onun boynunu qırmışdır. ##.##.2024-cü il Muradın dəfn günü onun halı pis olduğu üçün telefon zənglərinə cavab verə bilmirdi, zəng gələrkən ətrafında olan qohumlara telefonu verirdi. Hadisə baş verən günü də dəfələrlə Elcanın anası Mehriban və digər qohumları ilə telefon danışığı olub. Dəfn gününün axşamı telefonuna diqqət edərkən həmin zənglərin zəng tarixçəsində silindiyini gördü. Bu faktın özü də onda ciddi şübhələr yaratmış oldu. Belə ki, tarixçədən silinən zənglər yalnız Elcan Vəliyevin yaxın qohumları ilə olan zənglər idi, qalan zənglər silinməmişdi. Müstəntiqdən dəfələrlə zəng tarixçəsinin bərpa edilməsi üçün həmin mobil telefonunun kompyuter-texniki ekspertizaya göndərilməsini xahiş etsə də təmin edilməmişdir. Bundan başqa müstəntiqə dəfələrlə X35, Allahverdiyev Qismət İman oğlunun, Həsənova Mahirə İman qızının, Allahverdiyev İman Ədil oğlunun, Allahverdiyeva Göyçək İslam qızının, X18, X8, X14, X1, X2, Allahverdiyev İsa Musa oğlunun, Allahverdiyev İlham Musa oğlunun, X12 ifadələrinin alınması və ifadələr arasında ziddiyyət olduğu halda onunla üzləşdirilməsini xahiş etsə də təmin olunmamışdır. İstintaq zamanı X10 və X4 dindirilməsi və onunla keçirilən üzləşdirmə istintaq hərəkətinin videogörüntü ilə aparılmasını xahiş etsə də təmin edilməmişdir. X3 və X4 üzləşdirmə zamanı tez-tez özlərini itirmiş və bu zaman qanuni nümayəndələr mimikalarla onlara işarə verərək təsir göstərib obyektiv reallığın ortaya çıxarılmasına maneə olmuşşlar. Hətta o, üzləşdirmə istintaq hərəkətinə etirazını bildirərək müstəntiqin otağından çıxmışdır. Odur ki, Göygöl Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı ## ##### 2026-cı il tarixli qərarının ləğv edilərək Hərəkətindən (qərarından) şikayət verilən orqan ## ###### 2026-cı il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi barədə qərar qəbul etməyinizi xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxsin hüquqi varisi Şikayət verən şəxs İman oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini və Göygöl Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı ## ##### 2026-cı il tarixli qərarının ləğv edilərək Hərəkətindən (qərarından) şikayət verilən orqan ## ###### 2026-cı il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi, R Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və Göygöl Rayon Məhkəməsinin *(*-***)-*/**** saylı ## ##### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şikayət verən şəxs tərəfindən irəli sürülən xüsusatlar istintaq dövründə araşdırılıb. Əvvəl məhkəmə ekspertizası təyin edilməyib, ancaq sonradan ekskumasiya həyata keçirilib. Meyit qəbirdən çıxarılan zaman üstündən 5-6 ay keçdiyi üçün meyit çürümüş vəziyyətdə olmuşdur. Bu səbəbdən ölüm səbəbini dəqiq müəyyən etmək mümkün olmamışdır. Meyit tapılan zaman çəkilmiş şəkillər var. Şəkillərdə meyidin üzərində göyərmiş ləkələr, xəsarətlər görünür. Bu xəsarətlər meyidin çay yatağı boyu sürüklənməsi nəticəsində yaranmışdır. Paltarlar da məhkəmə bioloji ekspertizasına təqdim olunmuşdur. Paltarların üzərindəki ləkələrin qan ləkəsi olmadığı müəyyən olunmuşdur. Şahidlər dindirilmiş, ifadələri yerində yoxlanılmış, hadisə yerinə baxış keçirilməsi istintaq hərəkətləri aparılmışdır. Bütün bu sübutların nəticəsində Murad Allahverdiyevin qəsdən öldürülməsi halı təkzib edilir. Dəfələrlə Şikayət verən şəxs izah edilmişdir ki, şahid hadisəni bilavasitə görən və ya bilən şəxs olur. Yas yerində iştirak edən hər kəs şahid kimi çağrıla bilməz. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətindən görünür ki, zərəçəkmiş şəxsin hüquqi varisi Şikayət verən şəxs İman oğlunun dəlilləri birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillərlə eynilə təkrarlamışdır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin (İ) hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcludur. Həmin Konstitusiyanın 129-cu maddəsinin üçüncü (III) hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsəslanmalıdır. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam hərtərəfli və obyektiv araşdırma aparılmış, şikayətin dəlillərinə və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara obyektiv hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası CPM-nin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Həmin Məcəllənin 122.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən şikayət verilə bilər. Həmin Məcəllənin 122.2.3-cü maddəsinə görə bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilə bilər Həmin Məcəllənin 209.1-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş səbəblər və əsaslar mövcud olduğu bütün hallarda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal cinayət işi başlamalıdır. Apellyasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, araşdırma nəticəsində düzgün olaraq Göygöl rayon prokurorunun böyük müstəntiqi, II dərəcəli hüquqşunas Nümayəndə icraatında olmuş ********* nömrəli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi” barədə ## ###### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması nəticəsinə gəlmişdir. Belə ki, iş materialına əlavə edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının ##.##.2024cü il tarixli, ** saylı rəyindən görünür ki, X23 məxsus bir ədəd ağ rəngli mayka, bir ədəd qısaqol köynək, bir ədəd qolsuz gödəkcə, bir ədəd trusik üzərində qanaoxşar ləkə aşkar olunmadığından müayinə edilmədi. Bir ədəd açıq göy rəngli cins şalvardan götürülmüş kəsiklərdə qan aşkar olunmadı. İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının ##.##.2024-cü il tarixli, ** saylı rəydən görünür ki, mərhum X23 meyiti kəskin çürümə dəyişikliyinə məruz qaldığından onun ölüm səbəbini təyin etmək mümkün deyildir. Ətraf mühit şəraitlərini və meyit əlamətlərini nəzərə alaraq ölümün müddəti 5-7 aydır. Mərhum X23 meyiti kəskin çürümə dəyişikliyinə məruz qaldığından onun bədəni səthində hər hansı bir xəsarətin olub-olmaması barədə fikir söyləmək mümkün deyil. Habelə “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” ## ###### 2026-cı il tarixli qərara əsasən X23 ölümündə cinayət hadisəsinin olmaması müəyyən edildiyindən Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatına xitam verilmiş. Apellyasiya məhkəməsi yuxarıda təsvir olunan xüsusatları nəzərə alaraq hesab edir ki, X23 ölüm faktına görə Hərəkətindən (qərarından) şikayət verilən orqan ## ####### 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə cinayət işi açılmış, bütün lazimi istintaq hərəkətləri aparılmış- meyidin ekskumasiyası həyata keçirilmiş, Aqil Şəfiyev və Elcan Vəliyev psixoloji ekspertizaları həyata keçirilmiş, hadisənin şahidləri Aqil Şəfiyev və Elcan Vəliyevin yerində ifadələri yoxlanmış, Şikayət verən şəxslə üzləşmə aparılmış, Murad Allahverdiyev 2024-cü il tarixdə saat 14:10-da yaşadığı evə yaxın "Oba" marketin video görüntüləri əldə edilmiş, Məmməd və Gəncəli adlı şəxslər, həmin paltarları götürüb evində saxlayan X12 şahid qismində dindirilmiş, Məmməd və Gəncəli adlı şəxslərin hər birinin ayrıayrılıqda ifadələri yerində yoxlanılmış, həmçinin hadisə yeri dəqiqləşdirildikdən sonra həmin yerdə çayın dərinliyinin və hadisə zamanı çayda suyun səviyyəsinin müəyyən edilməsi məqsədi ilə hadisə yerinə əlavə baxış keçirilməklə və ərazi aidiyyəti üzrə Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya xidmətinə müvafiq sorğular verilməklə hadisə vaxtı ərazidə suyun səviyyəsi (sel olub olmaması, çayın gur axması, suyun səviyyəsi, axın sürəti və s.) müəyyən edilmiş, mərhum Murad Allahverdiyev atası Şikayət verən şəxs ifadələrində, cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan verilmiş şikayət üzrə məhkəmə proseslərindəki çıxışları zamanı oğlunun çayda boğulmadığını, onun ölümündə Aqil Şəfiyev və Elcan Vəliyevdən şübhələndiyini, oğlunun paltarlarında qan ləkəsi olduğunu müşahidə etdiyini və bu əsasla məhkəmə-tibbi bioloji ekspertizası təyin edilərək rəyi alınmış, Şikayət verən şəxs qaynı arvadı Floranın, qaynı X12, həyat yoldaşı Elnurə Allahverdiyevanın ifadələri alınmış və sair hərəkətlər aparılmışdır. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın (bandan sonra Konvensiya) 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinə əsasən heç kəs törədildiyi zaman Milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. «Deveyer Belçikaya qarşı iş üzrə» İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ## ###### 1980-ci il tarixli qərarında qeyd edilmişdir ki, ittiham termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. İttiham fərdin cinayət hüquq pozuntusu törətdiyinə dəlalət edən və ya şübhəli şəxs qismində onun vəziyyətinə mühüm təsir göstərən ehtimalların olduğu barədə səlahiyyətli dövlət hakimiyyəti orqanı tərəfindən ona rəsmi məlumatın verilməsidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan şikayətin dəlilləri iş materiallarında olan yuxarıda sadalanan sübutlarla tam olaraq təkzib edildiyindən həmin dəlillər əsasında birinci instansiya məhkəməsinin və “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarın ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir faktiki və hüquqi əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 442.1, 442.2.2-ci maddələrinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Məhkəmə nəzarəti qaydasında cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxılır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbsdə saxlanılma yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutulması və həbsdə saxlanılması, tutulmuş şəxsin hüquqlarının pozulması, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 451.1.1 və 451.1.2 maddələrinə əsasən hakim barəsində şikayət verilən hərəkət və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilən hərəkət və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 442, 449, 450, 451-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Göygöl Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar