Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 6(3-7)-24/2026 08.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X1 (sədrlik edən), Əzizov Sevindik Əziz oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə,Məmmədov Elvin Israyıl oğlunun katibliyi ilə, Gəncə şəhər prokurorunun köməkçisi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi barədə Şikayət verən şəxs şikayəti təmin edilməməsi barədə Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Şikayət verən şəxs Afdandil oğlu tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsi məsələsinə Gəncə Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxılaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər prokurorunun köməkçisi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ***-c** nömrəli material üzrə ## #### 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarını ləğv edib, cinayət işinin başlanılıb istintaq aparılmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası CPM-in 212.4.2-ci maddəsində nəzərdə tutulan qərarı qəbul edib ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna göndərilməsini xahiş etmişdi. Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Gəncə şəhər prokurorunun köməkçisi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsi barədə Şikayət verən şəxs şikayəti təmin edilməməsi, Gəncə şəhər prokurorunun köməkçisi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2026-cı il tarixli qərarın qanuni hesab edilməsi qərara alınmışdır. Həmin qərardan Şikayət verən şəxs apellyasiya şikayəti verərək Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli surətdə araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən elan olunduqdan sonra 3 (üç) gün müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, haqqında yaxud bundan imtina barədə hakimin qərarından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər. Cinayət prosessual qanunvericiliyin tələbindən aydın olur ki, məhkəmə nəzarəti qaydasında olan qərarlardan elan olunduqdan sonra 3 (üç) gün müddətində şikayət verilməsi nəzərdə tutulmuşdur. Iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsində işə ## ##### 2026-cı il tarixdə Şikayət verən şəxs oğlunun iştirakı ilə baxılmışdır. Həmin qərardan Şikayət verən şəxsun apellyasiya şikayəti ## ### 2026-cı il tarixdə tərtib olunaraq poçt vasitəsilə Gəncə Şəhər Məhkəməsinə təqdim olunmuş, ## ### 2026-cı il tarixdə isə məhkəməyə daxil olmuşdur. CPM-in 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Məhkəmə qeyd edir ki, cinayət prosessual qanunvericiliyində məhkəmə nəzarətinin həyata keçirilməsi nəzərdə tutulan prosessual normalarda şikayətin müddət ötürülməsi ilə verilməsi və bu zaman qərarın qanuniliyini yoxlayan məhkəmənin hansı hərəkətlər etməsi nəzərdə tutulmasa da, CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, materialdan məlum olduğu kimi Şikayət verən şəxs şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə ki, qərar ## ##### 2026-cı il tarixdə qəbul edilmiş, şikayət isə ## ### 2026-cı il tarixdə poçt vasitəsilə Gəncə Şəhər Məhkəməsinə təqdim olunmuşdur. Bununla da, şikayətçi tərəfindən birinci instansiya məhkəməsinin qərarından şikayət müddət ötürülməklə verilmişdir, belə ki, CPM-nə əsasən qərardan şikayət vermə müddəti qərarın alındığı tarixdən deyil, qərarın elan olunduğu tarixdən hesablanır. Bununla belə, Şikayət verən şəxs birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmamışdır. CPM-in 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Bunları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Şikayət verən şəxsun şikayəti geri qaytarılmalı və şikayət vermiş şəxs Şikayət verən şəxsa birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüquqları izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və CPM-in 386, 452 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Şikayət verən şəxs oğlu tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Şikayət verən şəxs oğluna birinci instansiya məhkəməsi (Gəncə Şəhər Məhkəməsi) qarşısında məhkəmə nəzarəti qaydasında olan qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüquqları izah edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz
Məhkəmə qərarları › İş №6(3-7)-24/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-7)-24/2026
08.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver