Məhkəmə qərarları › İş №6(3-7)-26/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-7)-26/2026

25.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 6(3-7)-26/2026 25.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi R Nəsimi Vəliyev tərəfindən qəbul edilmiş «Şəxsin barəsində inzibati qaydada tədbir görülməsinin təmin edilməsi haqqında» ##.##.2023-cü il tarixli qərardan Şikayət verən şəxs verdiyi şikayətin geri qaytarılması barədə Tovuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)- */**** saylı qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin məhkəmənin icraatına qəbul edilməsi məsələsinə Gəncə Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxılaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi R Nəsimi Vəliyev tərəfindən qəbul edilmiş «Şəxsin barəsində inzibati qaydada tədbir görülməsinin təmin edilməsi haqqında» ##.##.2023-cü il tarixli qərarın ləğv olunmasını və işin yenidən araşdırılması üçün qərar qəbul edilməsi xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı ilə (sədrlik edən hakim S.A.Hacıyev) Şikayət verən şəxs tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Məhkəmənin qeyd olunan qərarından Şikayət verən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə əlaqəli surətdə araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 454cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanların qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, elan olunduqdan sonra 3 (üç) gün müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması haqqında, yaxud bundan imtina barədə hakimin qərarından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər. Cinayət prosessual qanunvericiliyin tələbindən aydın olur ki, məhkəmə nəzarəti qaydasında olan qərarlardan, elan olunduqdan sonra 3 (üç) gün müddətində şikayət verilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Tovuz Rayon Məhkəməsində işə ## ##### 2026-cı il tarixdə şikayətçi Şikayət verən şəxs iştirakı ilə baxılmış və qərar qəbul edilmişdir. Həmin qərardan Şikayət verən şəxs apellyasiya şikayəti # ### 2026-cı il tarixdə Tovuz Rayon Məhkəməsinə daxil olmuşdur. Halbuki, şikayət verilməsi üçün sonuncu gün ## ##### 2026-cı il tarixi olmuşdur. Bununla da, Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında olan qərardan apellyasiya şikayəti vermə müddəti ötürülmüşdür. CPM-in 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət prosessual qanunvericiliyində məhkəmə nəzarətinin həyata keçirilməsi nəzərdə tutulan prosessual normalarda şikayətin müddət ötürülməsi ilə verilməsi və bu zaman qərarın qanuniliyini yoxlayan məhkəmənin hansı hərəkətlər etməsi nəzərdə tutulmasa da, CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, materialdan məlum oluduğu kimi şikayət vermiş şəxs Şikayət verən şəxs apellyasiya şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür. CPM-nə əsasən qərardan apellyasiya şikayəti vermə müddəti qərarın alındığı tarixdən deyil, qərarın elan olunduğu tarixdən hesablanır. Lakin Şikayət verən şəxs birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında Tovuz Rayon Məhkəməsində vəsatət qaldırmamışdır. CPM-in 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Bunları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Şikayət verən şəxs apellyasiya şikayəti məhkəmənin icraatına qəbul edilməməli və şikayət vermiş şəxsə birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququ izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və CPM-in 386, 452 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Tovuz Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Şikayət verən şəxs birinci instansiya məhkəməsi (Tovuz Rayon Məhkəməsi) qarşısında məhkəmə nəzarəti qaydasında olan qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququ izah edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar