Məhkəmə qərarları › İş №6(3-7)-28/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-7)-28/2026

26.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 6(3-7)-28/2026 26.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası; hakimlər X1 (sədrlik edən), Hüseynov Salman Bilal oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Məmmədov Elvin Israyıl oğlunun katibliyi, Şikayət verən şəxs Şikayət verən şəxs oğlunun iştirakı ilə, Samux Rayon Polis X8 müstəntiqi, R X4 ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Samux Rayon Polis X8 müstəntiqi, R X4 ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qanuni hesab edilməsinə dair Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarından Şikayət verən şəxs oğlu tərəfindən verilmiş şikayətə əsasən həmin qərarın qanuniliyini və əsaslılığını Gəncə Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında yoxlayaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs Samux Rayon Polis X8 müstəntiqi, R X4 ##.##.2026-cı il tarixli qərarından məhkəmə nəzarəti qaydasında şikayət verərək qərarın qanunsuz və əsassız olması səbəbi ilə ləğv edilərək işin yenidən araşdırılması üçün istintaq orqanına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, ##.##.2025-ci il tarixdə saat 19:00 radələrində idarə etdiyi “VAZ 2106” markalı ** CP *** dövlət nömrə nişanlı avtomobillə Samux rayonu ərazisindi Alıuşağı- Zazalı kənd avtomobil yolu ilə üzü Alıuşağı kəndi istiqamətində saatda 70 km/saat sürətlə hərəkət edərkən Ahuşağı kəndində yerləşən körpünü keçdikdən sonra Samux rayon sakini X2 yol hərəkəti qaydalarını pozaraq günün qaranlıq vaxtı məhdud görünmə şəraitində heyvan sürüsünü qəfil yolun hərəkət hissəsinə çıxartmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Beləki Ahuşağı kəndində yerləşən körpünü düşən zaman əks istiqamətdən gələn Kamaz markalı avtomobil keçdikdən sonra qaij^ıda, təxminən 10 metr məsafədə yolun hərəkət hissəsində qoyun sürüsünün olduğunu gördüm və mən, həmin an əyləci başaraq maşını saxlasam da qəfil yaranmış maneə səbəbindən qəzanın qarşısını almaq mümkün olmamış, avtomobil asfalt üzərində sürüşərək heyvan sürüsü ilə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 6 baş qoyun, 1 baş quzu və 1 baş keçi olmaqla 8 baş heyvan tələf olmuşdur. Eyni zamanda qəza nəticəsində mən,; avtomobilin içərisində yüngül xəsarət almışam və əlavə olaraq idarə etdiyim avtomobilə 3180 manat ziyan vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi Samux Rayon Polis Şöbəsində HK-1/1182 nömrə ilə qeydə alınaraq icraata götürülmüş və IQ-nin müstəntiqi, R Şəhriyar Əhmədli tərəfindən araşdırılmışdır. ##.##.2025-ci il tarixdə HK*/**** nömrəli yol-nəqliyyat hadisəsi üzrə araşdırma işi başa çatdırılaraq “Cinayət işinin başladılmasmm rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərarda baş vermiş yol nəqliyyat hadisəsində cinayət tərkibinin olmadığı bildirilsə də, qərarın 5-cü bəndində əsassız olaraq mənim “X3” AR Qanunun tələblərini pozduğum və əməlimdə Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olduğu bildirilmişdir. Həmçinin yolnəqliyyat hadisəsinin baş verməsinin birbaşa səbəbkarı olan heyvan sürüsünün sahibi X2 “X3” AR Qanunun 39-cu maddəsinin tələblərini açıq-aşkar pozmasına və onun əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 338.5.2-ci, 338.5.5- ci və 338.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına baxmayaraq qeyd olunan xüsusatlar qərarda göstərilməmişdir. HK-*/**** nömrəli yol-nəqliyyat hadisəsi üzrə “Cinayət işinin başladılmasmm rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərardan Samux Rayon Prokuroruna şikayət vermişəm. Samux Rayon Prokurorunun ##.##.2025-ci il tarixli qərarı ilə “Cinayət işinin başlanılmasmın rədd edilməsi haqqında” qərar ləğv edilmiş və material əlavə araşdırılma aparılması üçün Samux RPŞ-nə qaytarılmışdır. İ Samux Rayon Polis Şöbəsinin IQ-nin R Şəhriyar Ə ımədli ##.##.2026-cı il tarixdə HK-*/**** nömrəli yol-nəqliyyat hadisəsi üzrə “Cinayət işinin başlanılmasmın rədd edilməsi haqqında” yeni qərar qəbul etmişdir. ##.##.2026-cı il tarixdə qəbul edilmiş yeni qərar cüzi əlavələri nəzərə almasaq ##.##.2025-ci il tarixidə qəbul edilmiş əvvəlki qərarın kserosurətidir. Yəni, əvvəlki qərarda çox ciddi pozuntuların olmasına baxmayaraq əlavə “araşdırma” aparılarkən pozuntular aradan qaldırılmadan, əvvəlki qərara hüquqi don geyindirmək üçün yalnız formal olaraq avtotexniki ekspertizanın bir neçə cümlədən ibarət şübhəli rəyi əlavə edilmişdir. Hətta əvvəlki qərarda əslində 7 bənddən ibarət olan, amma nömrələmədəki yanlışlıq üzündən (3-cü və 4-cü bəndlər yoxdur) 9 bənddə göstərilən qərar hissəsi, yeni qərarda da eyni yanlışlıqla düzəliş edilmədən 9 bənddə göstərilmişdir. Iş üzrə yeni, obyektiv və hərtərəfli araşdırma aparılmamışdır. ##.##.2026-cı il tarixdə protokol tərtib edilərək HK*/**** nömrəli yol-nəqliyyat hadisəsi üzrə “Cinayət işinin başlanılmasmın rədd edilməsi haqqında” qərara əsasən IXM-nin 327.1-ci maddəsi ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə yol hərəkət qaydasının pozuntusuna görə ona 40 manat cərimə təyin edilmişdir. “Cinayət işinin başlanılmasmın rədd edilməsi haqqında” qərar ##.##.2026- cı ildə qəbul edilib və qərardan şikayət verilməsi müddəti bitdikdən sonra qanuni qüvvəsini almalıdr. Qanuni qüvvəsini almamış qərarın əsasında cərimə təyin edilməsi də prosessual pozuntudur. Ona görə də Samux Rayon Polis X8 müstəntiqi, R X4 ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının qanunsuz və əsassız olması səbəbi ilə ləğv edilərək yenidən təhqiqata qaytarılması barədə qərar qəbul edilməsini xahiş edir Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı ilə Samux Rayon Polis X8 müstəntiqi, R X4 ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, Samux Rayon Polis X8 müstəntiqi, R X4 ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının qanuni hesab edilməsi və həmin qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan Şikayət verən şəxs oğlu şikayət verərək Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli (*-***)-l/**** saylı qərarının ləğv edilməsi və Samux RPŞ -nin IQ-nin müstəntiqi, R Şəhriyar Əhmədlinin ##.##.2026-ci il tarixli “Cinayət işinin başlanılmasının redd edilməsi haqqında” qərarından verdiyim şikayətin təmin edilməsi barədə qərar qəbul qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ##.##.2025-ci il tarixdə saat 19:00 radələrində idarə etdiyim “VAZ 2106” markalı ** CP *** dövlət nömrə nişanlı avtomobillə Samux rayonu ərazisində Alıuşağı-Zazalı kənd avtomobil yolu ilə üzü Alıuşağı kəndi istiqamətində saatda 70 km/saat sürətlə hərəkət edərkən Alıuşağı kəndində yerləşən körpünü keçdikdən sonra Samux rayon sakini X2 yol hərəkəti qaydalarını pozaraq günün qaranlıq vaxtı məhdud görünmə şəraitində heyvan sürüsünü qəfil yolun hərəkət hissəsinə çıxartmaqla yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, Alıuşağı kəndində yerləşən körpünü düşən zaman əks istiqamətdən gələn Kamaz markalı avtomobil keçdikdən sonra qarşıda, təxminən 10 metr məsafədə yolun hərəkət hissəsində qoyun sürüsünün olduğunu görmüş və o, həmin an əyləci başaraq maşını saxlasa da qəfil yaranmış maneə səbəbindən qəzanın qarşısını almaq mümkün olmamış, avtomobil asfalt üzərində sürüşərək heyvan sürüsü ilə toqquşmuşdur. Baş vermis yol-nəqliyyat hadisəsi nəticəsində 6 baş qoyun, 1 baş quzu və1 baş keçi olmaqla 8 baş heyvan tələf olmuşdur. Eyni zamanda qəza nəticəsində o, avtomobilin içərisində yüngül xəsarət almış və əlavə olaraq idarə etdiyi avtomobilə 3180 manat ziyan vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi Samux Rayon Polis Şöbəsində HK-1/1182 nömrə ilə qeydə alınaraq icraata götürülmüş və IQ-nin müstəntiqi, R Şəhriyar Əhmədli tərəfindən araşdırılmışdır. ##.##.2025-ci il tarixdə HK-*/**** nömrəli yol-nəqliyyat hadisəsi üzrə araşdırma işi başa çatdırılaraq “Cinayət işinin başladılmasmm rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Qərarda baş vermiş yol nəqliyyat hadisəsində cinayət tərkibinin olmadığı bildirilsə də, qərarın 5-cü bəndində əsassız olaraq mənim “X3” AR Qanunun tələblərini pozması və əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olduğu bildirilmişdir. Həmçinin yol-nəqliyyat hadisəsinin baş verməsinin birbaşa səbəbkarı olan heyvan sürüsünün sahibi X2 “X3” AR Qanunun 39-cu maddəsinin tələblərini açıq-aşkar pozmasına və onun əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 338.5.2-ci, 338.5.5- ci və 338.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasına baxmayaraq qeyd olunan xüsusatlar qərarda göstərilməmişdir. HK-*/**** nömrəli yol-nəqliyyat hadisəsi üzrə “Cinayət işinin başladılmasmm rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli qərardan Samux Rayon Prokuroruna şikayət vermişəm. Samux Rayon Prokurorunun ##.##.2025-ci il tarixli qərarı ilə “Cinayət işinin başlanılmasmm rədd edilməsi haqqında” qərar ləğv edilmiş və material əlavə araşdırılma aparılması üçün Samux RPŞ-nə qaytarılmışdır. Samux Rayon Polis Şöbəsinin IQ-nin R Şəhriyar Əhmədli ##.##.2026-cı il tarixdə HK-*/**** nömrəli yol-nəqliyyat hadisəsi üzrə “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” yeni qərar qəbul etmişdir. ##.##.2026-cı il tarixdə qəbul edilmiş yeni qərar cüzi əlavələri nəzərə almasaq ##.##.2025-ci il tarixidə qəbul edilmiş əvvəlki qərarın kserosurətidir. Yəni, əvvəlki qərarda çox ciddi pozuntulann olmasına baxmayaraq əlavə “araşdırma” aparılarkən pozuntular aradan qaldırılmadan, əvvəlki qərara hüquqi don geyindirmək üçün yalnız formal olaraq avtotexniki ekspertizanın bir neçə cümlədən ibarət şübhəli rəyi əlavə edilmişdir. ##.##.2026-cı il tarixdə HK-*/**** nömrəli yol-nəqliyyat hadisəsi üzrə “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərara əsasən inzibati xəta haqqında protokol tərtib edilərək IXM-nin 327.1-ci maddəsi ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə yol hərəkət qaydasının pozuntusuna görə ona 40 manat cərimə təyin edilmişdir. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar ##.##.2026-cı ildə qəbul edilib və qərardan şikayət verilməsi müddəti bitdikdən sonra qanuni qüvvəsini almalıdır. Qanuni qüvvəsini almamış qərarın əsasında cərimə təyin edilməsi də prosessual pozuntudur. Samux Rayon Məhkəməsində şikayətə baxılarkən şikayətin dəlillərinə düzgün qiymət verilməmiş, işə baxan müstəntiqin yol vermiş olduğu prosessual pozuntulara haqq qazandırılaraq şikayətin təmin edilməməsi barədə əsassız və qanuna zidd qərar qəbul edilmişdir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli (*-***)-l/**** saylı qərarı ləğv edilməli və Samux RPŞ-nin IQ-nin müstəntiqi, R Şəhriyar Əhmədlinin ##.##.2026-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından verdiyi şikayətin təmin edilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən Şikayət verən şəxs oğlu şikayəti müdafiə etdiyini bildirdi. Məhkəmə işin materiallarını yoxlayıb, qeyd olunan izahatı dinləyərək və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətdən görünür ki, şikayətçi birinci instansiya məhkəməsində irəli sürdüyü dəlilləri eynilə şikayətində təkrarlamış, araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmadığını bu səbəbdən Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli Samux Rayon Polis X8 müstəntiqi, R X4 ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməsini, Samux Rayon Polis X8 müstəntiqi, R X4 ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qanuni hesab edilməsi və həmin qərar dəyişdirilmədən saxlanılması barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayətin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası CPM-nin 207.5-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işi başlamaq; cinayət işinin başlanmasını rədd etmək; məlumatı istintaq aidiyyəti üzrə göndərmək; xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək barədə qərar qəbul edir. Həmin Məcəllənin 209.1-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş səbəblər və əsaslar mövcud olduğu bütün hallarda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal cinayət işi başlamalıdır. Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. CPM-in 212.4.2-ci maddəsinə əsasən, təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında verilmiş şikayət üzrə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. Belə ki, CPM-in 442.1-ci maddəsinə əsasən, məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 442.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara, həmçinin cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Azərbaycan Respublikası Konstitusiyasının (bandan sonra Konstitusiya) 63-cü maddəsinin İ və II-ci hissələrinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Konstitusiyanın 71-ci maddəsinin VIII-ci hissəsinə əsasən heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. «Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın (bandan sonra Konvensiya) 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinə əsasən heç kəs törədildiyi zaman Milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. «Deveyer Belçikaya qarşı iş üzrə» Insan Hüquqları üzrə Avropa Məhkəməsinin ## ###### 1980-ci il tarixli qərarında qeyd edilmişdir ki, ittiham termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Ittiham fərdin cinayət hüquq pozuntusu törətdiyinə dəlalət edən və ya şübhəli şəxs qismində onun vəziyyətinə mühüm təsir göstərən ehtimalların olduğu barədə səlahiyyətli dövlət hakimiyyəti orqanı tərəfindən ona rəsmi məlumatın verilməsidir. Iş materiallarından olan, ## ##### 2026-cı il tarixli cinayət işinin başlanması rədd edilməsi barədə qərarın surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şikayət verən şəxs “X3” AR Qanunun tələblərini pozmuş və əməlində Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Samux RPŞ-nin DYPB-nə göndərilmişdir. Iş materiallarından olan ## #### 2026-cı il tarixli **/*** nömrəli nömrəli ekspert rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim edilmiş məlumatlara əsasən VAZ-21061 markalı **-CP- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şikayət verən şəxs hərəkətlərində “X3” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərkən daxil olmuş şikayət ətraflı araşdırılmış, hadisəyə aidiyyəti olan şəxslərin izahatları alınmış, zəruri sənədlər tədqiq edilmiş, müvafiq ekspert rəyi alınmış, maddi və prosessual qanunvericiliyin tələblərinə riayət olunmuş və araşdırmanın yekununda əsaslı nəticəyə gəlinmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən aparılan araşdırma zamanı iş üzrə yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq ekspert rəyi alınmış və həmin rəyə əsasən müəyyən olunmuşdur ki, Şikayət verən şəxs hərəkətlərində “X3” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Qərardan şikayət verən şəxs Şikayət verən şəxs sözügedən qərarı məhz onun əməlində IXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri olmadığı halda onun barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin müvafiq inzibati orqana göndərilməsi hissəsində mübahisələndirir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının şəxsin əməlində IXM-nin 327.1-ci maddəsinin tərkib əlamətini görməsi və bu səbəbdən qərarın surətini sözügedən məsələnin araşdırılması və hüquqi qiymət verilməsi üçün müvafiq inzibati orqana göndərməsi üçün kifayət qədər əsas olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, mübahisəlndirilən qərarda müstəntiqin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Şikayətdə göstərilən xüsusatlar isə əsaslı olmadığından şikayət təmin edilməməlidir. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam hərtərəfli və obyektiv araşdırma aparılmış, şikayətçinin dəlillərinə və təhqiqatçının cinayət işinin başlanmasının rədd edilməsi qərarına obyektiv hüquqi qiymət verilmişdir. Məhkəmə hesab edir ki, hazırkı materialın araşdırılması zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərtərəfli, tam və obyektiv istintaq aparılmış, şikayət vermiş şəxsin irəli sürdüyü bütün arqumentlər tam araşdırılmış, şikayətdə və izahatda adları çəkilən bütün şəxslərin izahatı alınmış, lazımı qaydada qanuni tədbirlər görülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, həmin qərarın ləğv edilməsi üçün əsaslar yoxdur. Beləliklə, prokuror tərəfindən CPM-in tələblərinə əməl edilərək, cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılmış, həmin araşdırmanın nəticəsində qeyd edilən qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmışdır. Şikayətin dəlilləri iş materialları ilə təkzib edildiyindən həmin dəlillər əsasında birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş heç bir faktiki və hüquqi əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 442.2 və 442.2.2-ci maddələrinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə də baxır. Həmin Məcəllənin 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 442, 450, 451, 452, 453, 454-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz. Sədrlik edən: Faiq Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar