Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 6(3-7)-29/2026 03.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Şikayətçi Şikayət verən şəxs və Şəmkir rayon Polis şöbəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, R X4 iştirakları ilə, Şəmkir rayon Polis şöbəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, R X4 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan Şikayət verən şəxs tərəfindən verilən şikayətin təmin edilməməsi barədə Şəmkir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarından şikayətçi tərəfindən verilmiş şikayətə əsasən materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq мəhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Hərəkətindən (qərarından) şikayət verilən orqan-nin Təhqiqat şöbəsinin təhqiqatçısı, R X4 ## #### 2026-cı il tarixli qərarı ilə HK1/3466 və HK-*/**** nömrəli material üzrə cinayət işinin başlanmasının cinayət hadisəsinin olmamasına görə rədd edilməsi qərara alınmışdır. Şikayət verən şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərəkətindən (qərarından) şikayət verilən orqan-nin TB-nin təhqiqatçısı, R X4 ## #### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli (hakim Şəfəq Məmmədova) qərarı ilə Şikayət verən şəxs Şəmkir PRŞ-nin təhqiqatçısı X4 ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan Şikayət verən şəxs apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şikayət verən şəxs X1 ilə ## ######## 2024-cü ildə ailə qurmuş, birgə nikahdan ##.##.2025-ci il təvəllüdlü Hüseyn adlı uşaqları doğulmuşdur. Həmin fərdi yaşayış evinin və torpaq sahəsinin çıxarışı olmayıb. Evə köçüb yaşamağa başladıqdan sonra qaynı Ramin ailələrinə müdaxilə etməyə başlayıb, hətta gəlib onu yaşadığı evdə döyüb, təhqir edib. Əri Rasim sakit adam olduğundan müdaxilə edə bilməyib. Sonradan isə onlar əri Rasimi evdən aparıb onu evdə tək qoyublar. Raminin məqsədi həmin evi və torpağı onun əlindən almaq olub. O evin və torpağın heç bir sənədi olmadan hətta cehiz çıxarma ilə məhkəməyə müraciət etmiş, sənəd olmadığına görə məhkəmə tərəfindən onun iddiasına baxılmamışdır. Yaşamağa başqa evi olmadığından əşyaları orada olub, orada tək qala bilmədiyi üçün ata evində yaşamağa başlamışdır. Evə dövlət tərəfindən işıq və qaz xətti çəkilməmişdir. ## ###### 2025-ci il tarixdə saat 08:30 radələrində Şəmkir rayonu Sarıtəpə kəndində yaşadığım evdə olan zaman qeyd olunan evə baxmaq məqsədi ilə getmiş, bu zaman həmin evin içərisində olan əşyalarla birlikdə yanmış olduğunu görmüşdür. Həmin evdə ona məxsus geyim, qızıl-zinət, mətbəx və digər zəruri əşyalarım olmuşdur. Baş vermiş yanğın hadisəsi nəticəsində ümumilikdə 16100 manat miqdarında maddi ziyan dəymişdir. Yanğın hadisəsindən 4-5 gün əvvəl həmin evdə olan zaman qaynı Ramin Həsənov evə gələrək oranı tərk etməyəcəyi təqdirdə həmin evi yandıracağını ona bildirmişdir. Evi tərk etməzdən əvvəl həyətdə olan elektrik lampasının içərisinin yanaraq yararsız vəziyyətə düşmüş olduğunu görmüş, həmçinin evi tərk edərkən evdə elektrik xəttinə qoşulmuş hər hansı bir əşya qoymamışdır. Həmin ev içərisindəki cehiz əşyaları qərəzli olaraq yandırılmışdır. Evin və əşyalarının yandırılması barədə şikayət etsə də, Hərəkətindən (qərarından) şikayət verilən orqan-də araşdırma aparılmış və ## #### 2026-cı il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir.Yanğın hadisəsi ilə bağlı kompleks məhkəmə tikinti-texniki, yanğın texniki və kimyəvi ekspertizaları təyin edilmişdir. Materialların məhkəmə ekspertizası “Yanacaq və sürtkü materiallarının tədqiqi” ekspertizasının ## ###### 2025-ci il tarixli, */**** nömrəli rəyində tədqiqata yanğından sonrakı qalıq nümunələr qismində təqdim olunmuş paketdə qablaşdırılmış kömürlənmiş taxta qalıqlarının, yarıyanmış elektrik naqillərinin üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlərin müəyyən edilmədiyi göstərilmişdir. Halbuki, evdə evin yanmasına səbəb olan heç bir hal olmamışdır. Həmin ev öz-özündən yana bilməzdi. Elektrik xətti və qazı olmayan ev necə yana bilərdi? Həmin gün hətta hər hansı təbiət hadisəsi də baş verməmişdir. Bu səbəbdən, ekspert rəyini tamamilə əsassız hesab edir. Təhqiqatçı tərəfindən isə əlavə və ya təkrar ekspertizalar təyin edilmədən, yanğının əsl səbəbləri araşdırılmadan cinayət işinin başlanması rədd edilmişdir. Hadisəni görməyən, ümumiyyətlə həmin gecə orada olmayan şəxslərin ifadəsi qərarda qeyd edilmişdir. Beləliklə də, hadisənin baş verməsinin əsas səbəbləri araşdırılmadan, əlavə və təkrar komissiyon ekspertizalar təyin edilmədən və əsl təqsirli şəxslərin dairəsi müəyyən edilmədən ## #### 2026-cı il tarixli qərarla cinayət işinin başlanması ehtimallara əsasən rədd edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs şikayətin dəlillərini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış edərək şikayətin təmin edilməsini məhkəmənin və polis şöbəsinin qərarlarının ləğv edilməsini və yenidən hərtərəfli araşdırma aparılması üçün istintaq mərhələsinə qaytarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən qərarından şikayət verilən şəxs şikayətin dəlillərini qəbul etmədi, şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini və birinci instansiya məhkəməsi tərəfindən toplanmış materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 8.0-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən suiistifadə edilməsi hallarından qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Həmin Məcəllənin 12.1 və 12.3-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidir, cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin topladığı materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarı və Şəmkir rayon Polis şöbəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, R X4 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı qanunsuz hesab edilməklə ləğv olunmalı və material üzrə yenidən araşdırma aparılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi Ç.Süleymanovun şikayətində qeyd etdiyi dəlillərə düzgün hüquqi qiymət verməmiş, təhqiqatçının Şikayət verən şəxs məxsus evin yanması faktı üzrə hər hansı cinayət hadisəsi olmamasına görə cinayət işinin başlanmasının rədd edilməsi qərarını qanuni hesab etməklə ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yenidən araşdırma aparılarkən aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməlidir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, ilkin araşdırma zamanı keçirilən “Yanacaq və sürtkü materiallarının tədqiqi” ekspertizasının ## ###### 2025-ci il tarixli, */**** nömrəli rəyində tədqiqata yanğından sonrakı qalıq nümunələr qismində təqdim olunmuş paketdə qablaşdırılmış kömürləşmiş taxta qalıqlarının, yarıyanmış elektrik naqillərinin üzərində tezalışan neft məhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlərin müəyyən edilmədiyi göstərilmişdir. “Yanğın və texnoloji partlayışların tədqiqi ekspertizası” nın ## ###### 2026-cı il tarixli, **/**** nömrəli rəyində göstərilmişdir ki, Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən fərdi yaşayış evinin ümumi təyinatlı otağının konstruktiv elementləri üzərində yaranmış termiki təsir izləri bərabərləşdiyi üçün yanğının mənbəyini, eləcə də yayılma ardıcıllığını müəyyən etmək mümkün olmadı. Həmçinin həmin rəydə göstərilmişdir ki, yanğının ilkin yarandığı yeri (yəni yanğının mənbə zonasını) müəyyən edib həmin sahəni yerli (lokal) sahəyə gətirməklə yanğının bilavasitə texniki səbəbini əks etdirən faktiki halların müəyyən edilməsinin mümkün olmadığını, həmçinin otağda olan elektrik qurğularının üzərində qəza halına xas olan izlərin aşkar edilmədiyini,hadisə yerindən götürülmüş nümunələrin üzərində tezalışan neftməhsullarına (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlərin müəyyən edilmədiyini nəzərə alaraq, baş vermiş yanğının səbəbini müəyyən etmək mümkün olmadı. Şəmkir rayon Prokurorluğun ##.##.2026-cı il tarixli Şikayət verən şəxs müraciəti əsasında Şəmkir rayon polis şöbəsinin Təhqiqat bölməsində toplanmış HK1/3466 və HK- */**** nömrəli material (2025-ci il) üzrə qəbul edilmiş qərarın qanuni və əsaslılığına dair rəyindən görünür ki, yanğının ilkin yarandığı yeri (yəni yanğının mənbə zonasını) müəyyən edib həmin sahəni yerli (lokal) sahəyə gətirməklə yanğının bilavasitə texniki səbəbini əks etdirən faktiki halların müəyyən edilməsinin mümkün olmadığını, həmçinin otaqda olan elektrik qurğularının üzərində qəza halına xas olan izlərin aşkar edilmədiyini, hadisə yerindən götürülmüş nümunələrin üzərində tezalışan neft məhsullarına (benzin, kerosdin və ya dizel yanacağı) məxsus izlərin müəyyən edilmədiyini nəzərə alaraq, baş vermiş yanğının səbəbini müəyyən etmək mümkün olmadı. Beləliklə, aparılmış ilkin yoxlama zamanı Şəmkir rayonu, Sarıtəpə kəndində yaşayan X2 məxsus 0,08 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 30 kv.metr olan 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinin ##.##.2025ci il tarixdə saat 04 radələrində hər hansı şəxs və ya şəxslər tərəfindən qəsdən və ya ehtiyatsızlıqdan neft məhsullarından istifadə etməklə və ya başqa üsul və vasitə ilə kənar müdaxilə edilərək yandırılaraq məhv edilməsi faktı öz təsdiqini tapmamış, bu səbəbdən təhqiqatçı Müşfiq Şahmuradov tərəfindən ## #### 2026 cı il tarixdə toplanmış materialda cinayət hadisənin olmadığı qənaətinə gəlinərək Azərbaycan Respublikası CPM-nin 39.1.1ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yanğınlar və yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozulması haqqında təhqiqat aparmaq, habelə inzibati xətalar haqqında işlər üzrə icraatı aparmaq və bunlara dair qəbul olunmuş qərarları icra etmək kimi səlahiyyətləri icra edir. Kollegiya qeyd edir ki, qanunvericiliyinə uyğun olaraq yanğınlar və yanğın təhlükəsizliyi qaydasının tələblərinin pozulması haqqında təhqiqat aparmaq, habelə inzibati xətalar haqqında işlər üzrə icraatı aparmaq və bunlara dair qəbul olunmuş qərarları icra etmək kimi səlahiyyətlərin “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulmasına baxmayaraq müvafiq qurum tərəfindən təhqiqat aparılmamışdır. Eyni zamanda şikayətçi Şikayət verən şəxs qeyd olunan yaşayış sahəsində elektrik və qaz xətti çəkilməməsini, evdə yanğına səbəb olacaq heç bir halın olmadığını bildirsə də, təhqiqatçı M.Şahverdiyev evə qeyri-qanuni elektrik xətti çəkildiyini,yanğına bu haıln səbəb ola biləcəyini bildirmiş, lakin iş materiallarına əsasən bu halın araşdırılmadığı, evdə elektrik xəttinin olub-olmamasını müəyyən edilmədiyi aşkar olunmuşdur. Odur ki, yenidən araşdırma zamanı işin qeyd olunan bu hallarına aydınlıq gətirilməli, yenidən araşdırma aparılmaqla baş vermiş hadisənin cinayət hadisəsi olub-olmamasına qanunvericiliyin tələbinə uyğun düzgün hüquqi qiymət verilməlidir. Eyni zamanda qeyd olunan evin elektrik və qaz xətti olub-olmaması da araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 29-cu maddəsinin İ və II hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ümumiyyətlə, şikayətdə göstərilən xüsusatların yenidən araşdırılaraq hüquqi qiymət verilməsi CPM-in tələbləri baxımından qanuni və əsaslıdır. Obyektiv həqiqətin müəyyən edilməsi, şikayətçinin istintaqın tam, hərtərəfli və obyektiv aparıldığına inamının bərqərar olması cinayət prosesi qanunvericiliyinin əsas tələblərindən biridir və işin vəziyyətindən asılı olaraq hər hansı istintaq hərəkətlərinin təkrar və ya əlavə olaraq aparılması təmin edilməlidir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır və qəbul etdiyi qərarı qanuni və əsaslı hesab etmir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir və hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 125-ci maddəsinin VI hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «İnsan hüquqları və X8» haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. CPM-in 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi yer üzrə səlahiyyəti daxilində müvafıq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 451.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim aşağıdakı qərarlardan birini çıxarır: 451.1.1. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə; 451.1.2. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə. Qeyd olunanları yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarı və Şəmkir rayon Polis şöbəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, R X4 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı ləğv edilməli və araşdırmanın yenidən aparılması məqsədilə ilə qərar və material Şəmkir Rayon Polis Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasları qismində birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi üçün məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qeyd olunub. Həmin Məcəllənin 401.2-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir: 401.2.1. məhkəmənin hökm və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədikdə 401.2.2. birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda 401.2.3. birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda 401.2.4. birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Şərh оlunanları və CPM-in 442, 450, 451 və 454-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət verən şəxs şikayəti təmin edilsin. Şəmkir rayon Polis şöbəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, R X4 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı və həmin qərarın qanuni hesab edilməsi barədə Şəmkir Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarı ləğv edilsin və material araşdırmanın yenidən aparılması məqsədilə Şəmkir Rayon Polis Şöbəsinə göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, оndan kassasiya qaydasında şikayət və prоtesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-7)-29/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-7)-29/2026
03.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver