Məhkəmə qərarları › İş №6(3-7)-30/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-7)-30/2026

05.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 6(3-7)-30/2026 05.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə Şəmkir rayon prokurorluğu tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2025-ci il tarixli, ***-C/** saylı qərardan şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi barədə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından şikayətçi tərəfindən verilmiş apellyasiya şikayətinin məhkəmənin icraatına qəbul edilməsi məsələsinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir rayon prokurorluğu tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli qərardan görünür ki, ***-C/** nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və maraqlı tərəfə mülki qaydada məhkəmə orqanlarına müraciət hüququ izah edilmişdir. Şikayətçi Şikayət verən şəxs Şəmkir rayon prokurorluğu tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2025-ci tarixli qərarının ləğv edilməsi barədə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli (hakim Yusifli Seymur) qərarı ilə şikayət təmin edilməmiş, Şəmkir rayon prokurorunun böyük köməkçisi, Rı Hacı Məmmədli tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixdə qəbul olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ***-C/** saylı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı qanuni hesab edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində şikayətçi Şikayət verən şəxs məlumat verilməsinə baxmayaraq, o üzlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə rəsmi məlumat verməmiş, belə olan halda məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. CPM-nin 452.1-ci maddəsinə əsasən elan olunduqdan sonra 3 (üç) gün müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, haqqında yaxud bundan imtina barədə hakimin qərarından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər. Cinayət prosessual qanunvericiliyin tələbindən aydın olur ki, məhkəmə nəzarəti qaydasında olan qərarlardan elan olunduqdan sonra 3 (üç) gün müddətində şikayət verilməsi nəzərdə tutulmuşdur. İş materialından görünür ki, Şəmkir Rayon Məhkəməsi tərəfindən ## ##### 2026-cı il tarixə saat 10:00-da keçiriləcək məhkəmə iclasının yeri və vaxtı barədə Şikayət verən şəxs elektron kabinetinə ##.##.2026-cı il tarixdə bildiriş yerləşdirilmiş, eyni zamanda ##.##.2026-cı il tarixdə məhkəmənin ştamplı möhürü ilə təsdiq olunmuş reyestrin surətindən görünür ki, onun yaşadığı ünvana bildiriş göndərilmişdir (cild 1, səh 31-32). Şikayətçi Şikayət verən şəxs heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə iclası təxirə salınaraq yenidən 2-ci dəfə ## ##### 2026-cı il tarixə saat 11:00-a təyin edilmiş və məhkəmə iclasının yeri və vaxtı barədə Şikayət verən şəxs elektron kabinetinə ## ##### 2026-cı il tarixdə bildiriş yerləşdirilmiş, lakin o, heç br üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün sayaraq ##.##.2026-cı il tarixdə qərar qəbul etmişdir (cild 1, səh 35). Məhkəmənin qərarı ilə razılaşmayan şikayətçi Şikayət verən şəxs tərəfindən Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından 3 gün müddətində şikayət verilməli olduğu halda 24 gündən sonra - ##.##.2026-cı ildə apellyasiya şikayəti vermiş, bunula da CPMnin 454-cü maddəsinin tələbləri pozulmuş, şikayətçi Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında olan qərardan şikayət vermə müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət prosessual qanunvericiliyində məhkəmə nəzarətinin həyata keçirilməsi nəzərdə tutulan prosessual normalarda şikayətin müddət ötürülməsi ilə verilməsi və bu zaman qərarın qanuniliyini yoxlayan məhkəmənin hansı hərəkətlər etməsi nəzərdə tutulmasa da, CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, materialdan məlum oluduğu kimi şikayətçi Şikayət verən şəxs tərəfindən şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür. CPM-nə əsasən qərardan şikayət vermə müddəti qərarın alındığı tarixdən deyil, qərarın elan olunduğu tarixdən hesablanır. Lakin şikayətçi Şikayət verən şəxs birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında Şəmkir Rayon Məhkəməsində vəsatət qaldırmamışdır. CPM-in 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir Bunları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayətçi Şikayət verən şəxs şikayəti məhkəmənin icraatına qəbul edilməməli və şikayət vermiş şəxsə birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüquqları izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və CPM-in 386, 452 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Şikayət vermiş şəxs Şikayət verən şəxs birinci instansiya məhkəməsi (Şəmkir Rayon Məhkəməsi) qarşısında məhkəmə nəzarəti qaydasında olan qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququnun olması izah edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar