Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 6(3-7)-31/2026 12.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Məmmədov Müşfiq Vaqif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) İstintaq qrupunun müstəntiqi, R X3 iştirakı ilə Şikayət verən şəxs tərəfindən Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) İstintaq qrupunun baş müstəntiqi, polis R Rı X6 ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə ## #### 2025-ci il tarixli qərarından vermiş olduğu şikayətin təmin edilməməsinə dair Kəlbəcər Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-*/**** saylı qərarından Şikayət verən şəxs etibarnamə üzrə nümayəndəsi (vəkili) Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs şikayət ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) İstintaq qrupunun müstəntiqi Məmmədov Qabil tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsinə dair” qərarın ləğv edilməsi və cinayət işinin prokurorluq orqanında araşdırılmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-*/**** saylı qərarı ilə (sədrlik edən hakim H.S.Qəniyev) Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) İstintaq qrupunun baş müstəntiqi, polis R Rı X6 ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə ## #### 2025-ci il tarixli qərarından verilmiş şikayət təmin edilməmiş və həmin qərar qanuni hesab edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından Şikayət verən şəxs etibarnamə üzrə nümayəndəsi (vəkili) Müdafiəçi Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək Kəlbəcər Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-*/**** saylı qərarının ləğv edilməsini, şikayətin təmin edilməsini və cinayət işinin araşdırılması üçün Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Məhkəmənin ilkin mövqeyi ondan ibarət olmuşdur ki, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) İstintaq Qrupunun müstəntiqi Məmmədov Qabil tərəfindən qəbul edilmiş ##.##.2025-cü il tarixli "Cinayət işi üzrə icraata xitam verilməsinə dair" qərarı üzrə qərara aldı hissəsində CM-in 263.2-ci maddəsi üzrə xitam verilmişdir. Əməyin mühafizəsi hissəsi üzrə xitam verilməmişdir. Lakin həmin qərara nəzər yetirdikə görünür ki, qərarın əsaslandırma hissəsində əməyin mühafizə qaydalarının pozulmaması qənaətinə gəlinmişdir. Əslində polis orqanı əməyin mühafizəsinin pozulubpozulmaması hissəsində cinayət işi ayıraraq araşdırılması üçün prokurorluğa göndərməli idi. Ona görə də hesab edir ki, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) İstintaq Qrupunun müstəntiqi Məmmədov Qabil tərəfindən qəbul edilmiş ##.##.2025-cü il tarixli "Cinayət işi üzrə icraata xitam verilməsinə dair" qərarı ləğv edilməli, əməyin mühafizəsi qaydalarının pozulub-pozulmaması hissəsi aradırılmalı və aidiyyatı üzrə prokurorluğa göndərilməlidir. Cinayət işi üzrə icraata xitam verildiyi üçün həmin məsələlər öz hüquqi nəticəsini tapmamışdır. Ona görə də hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı ləğv edilməli, şikayət təmin edilməli və cinayət işi araşdırılması üçün Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) qaytarılmalıdır. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırki hadisə ilə bağlı əməyin mühafizəsi qaydaları pozulmuşdur. Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) istintaq qrupunun baş müstəntiqi Qabil Məmmədov tərəfindən ##.##.2024-cü il tarixdə ********* №-li cinayət işi CM-in 263.2-ci maddəsi ilə başlayıb. Cinayət işinin başlamasının əsası kimi ##.##.2024-cü il tarixdə saat 13:00 radələrində ##.##.1974-cü il təvəllüdlü X4 idarə etdiyi "VAZ 21214" markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kəlbəcər rayonu Bəylik kəndi ərazisindən keçən avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirərək avtomobilin yoldan çıxıb dərəyə aşması nəticəsində avtomobildə sərnişin qismində olan ##.##.1991-ci il tarixli İbrahimbəyli Allahverdi Elşən oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması və sürücü Dadaşov Şahların yerində vəfat etməsi ilə bağlı rayon polis şöbəsinə daxil olmuş məlumat olub. Səbəb isə fakt əsasında toplanmış HK-*/*** saylı material olub. İş üzrə məhkəmə yol nəqliyyat hadisəsinin ekspert rəyi ##.##.2025-ci il tarixdə şöbəyə daxil olmadığından iş üzrə icraat CPM-in 53.1.1-ci və 53.3.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməli şəxs müəyyən edilmədiyindən iş üzrə icraat dayandırılıb. ##.##.2025-ci il tarixdə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi istintaq qrupuna daxil olduğundan cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərar qəbul edilmiş və istintaq davam etdirilib. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyində qeyd edilib ki, sürücü Dadaşov Şahların hərəkətlərində "Yol hərəkəti haqqında" Qanunun 36.1-ci maddəsinin III bəndin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa imkanı olub. Yol nəqliyyat hadisəsi ilə bağlı Dadaşov Şahlar ##.##.2024-cü il tarixində idarə etdiyi VAZ 21214 markalı ** SU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kəlbəcər rayonu Bəylik kəndi ərazisindən keçən avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində yol hadisəsini nəticəsində hadisə zamanı almış olduğu xəsarətlərdən hadisə yerində vəfat edib. MTE və PA Birliyi PHŞ-ın Gəncə şəhər şöbəsinin ##.##.2024-cü il tarixli *** №-li rəyində yazılıb ki, X9 qanında götürülmüş kimyəvi tədqiqat zamanı onda etil spirti və narkotik maddələr aşkar edilməyib. X9 ölümünə səbəb yol nəqliyyat hadisəsi nəticəsində aldığı açıq küt kəllə beyin travması nəticəsində baş beyinin ağır dərəcəli əzilməsi və kəllə sümüklərinin sınması olub. MTE və PA Birliyi PHŞ-ın ##.##.2025-ci il tarixli 05/MEŞ №-li rəyində yazılıb ki, Allahverdi İbrahimbəylinin üzərində müəyyən edilmiş xəsarətlər-sol bazu sümüyünün böyük qabarının qapalı yerdəyişməmiş sınığı, sol bazu oynağının çıxığı, dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aiddir. Rəydə sadalanan xəsarətlərin xarakteri, lokalizasiyası və cinayət işi materiallarında olan sənədlərdə qeyd edilənləri nəzərə alsaq həmin xəsarətlərin yol nəqliyyat hadisəsi nəticəsində avtomaşının salonunda əmələ gələ bilmələri mümkündür. Ona görə cinayət işi ##.##.2025-ci il tarixdə CM-in 263.1-ci maddəsi ilə tövsif edilib. Yol hadisəsi nəticəsində sağlamlığına az ağır zərərvurmaya aid edilən xəsarət aldığından İbarimbəyli Allahverdi iş üzrə zərər çəkmiş şəxs qismində tanınıb. Ölmüş şəxsin hüquqi varisi qismində tanınmış Şikayət verən şəxs cinayət işi üzrə dindirilib. İstintaqa ifadəsində bildirib ki, yol nəqliyyat hadisəsi ilə bağlı zərər çəkmiş şəxs İbrahimbəyli Allahverdini heç vaxt tanımadığını, lakin yol nəqliyyat hadisəsi ilə bağlı mərhum həyat yoldaşının ölməsi və hadisə nəticəsində həmin şəxsin xəsarət alması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi ilə bağlı başlanmış cinayət işinə bəraətverici əsaslar olmadan xitam olunmasına etirazı yoxdur. İş üzrə zərər çəkmiş şəxs İbarimbəyli Allahverdi Kəlbəcər RPŞ-nə ərizə ilə müraciət edib. Bildirib ki, xəsarət almasında heç kimin barəsində şikayət, iddia, tələbinin olmadığını, həmçinin, cinayət işinin ibtidai istintaqı ilə bağlı şikayət və tələbinin olmadığını, cinayət işinə xitam verilməsinə etiraz etmədiyini bildirib. Müstəntiq CPM-in 39.1.5-ci maddəsinə istinad edərək cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edib. Pozuntu odur ki, müstəntiq vəzifə səlahiyyətini aşmış, özbaşınalıq edib onun səlahiyyətinə aid edilmədiyi halda cinayət işində baxılmasına dair qərar olmayan, tövsifi verilməyən cinayət qanunvericiliyinin digər qanunları barədə əməldə qanun pozuntusunun olmadığına dair qənaəti qərarda yazıb. Həmçinin, Dadaşov Şahların hansı səbəblərdən hadisənin səbəbkarı olması, ehtiyatsızlıq yazmaqla həqiqətini təhrif etmiş, onu bunu etməyə vadar etmiş şəxslərin məsuliyyətdən yayınmasına bilavasitə kömək edib. Ona görə ibtidai istintaq orqanın gəldiyi nəticə və istinad etdiyi sübutlar şəxsi maraq müqabilində, qərəzli olaraq təhrif edildiyindən qərar ləğv edilməlidir, müstəntiqin qərəzli hərəkətləri ilə bağlı xüsusi qərar qəbul edilməsi təmin edilməlidir. İbtidai istintaq orqanı qərarda "araşdırmanın nəticəsi" kimi bu qənaətə gəlib ki, Dadaşov Şahlar özünün ehtiyatsız hərəkəti nəticəsində idarə etdiyi avtomobilin idarəsini itirmiş və sözü keçən hadisəni törətmiş və nəticədə özü xəsarətlərdən hadisə yerində ölüb, yanındakı sərnişinin sağlamlığına az ağır zərər vurub. Qərarda yazılıb ki, cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Dadaşov Şahlar avtomobili etibarnamə əsasında və sürücülük vəsiqəsinə əsasən idarə edirdi. Cinayət işinə əlavə edilmiş 2022-ci il tarixli və 2023-cü il tarixli əmək müqavilələrinə əsasən Dadaşov Şahlar və İbrahimbəyli Allahverdi fərdi sahibkar Güllü Asim İlker oğlu arasında rəsmi qaydada əmək müqaviləsi bağlanılıb. İbtidai istintaqla müəyyən edilib ki, Dadaşov Şahlar fərdi sahibkar Güllü Asim İlker ilə aralarında bağlanmış müqavilə əsasında mexanik vəzifəsində xidmət etmiş, ##.##.2024-cü il tarixdə vəzifəsinin icrası ilə əlaqədar getdiyi Laçın rayonundan geri qayıdarkən Kəlbəcər rayon Bəylik kəndi ərazisində idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman adı çəkilən hadisəni törətmişdir. Həmçinin, müəyyən edilib ki, baş vermiş hadisə yol nəqliyyat hadisəsi olduğundan hadisə ilə bağlı texniki təhlükəsizlik və ya əməyin mühafizə qaydaları, həmçinin, tikinti, mədən işlərinin və s. işlərin aparılmasının təhlükəsizlik qaydaları pozulmamış, eləcə də Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xeyli miqdarda işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarına yol verilməyib. Odur ki, cinayət işinin həmin xüsusat üzrə CM-in 162, 162-1 və 222-ci maddələri ilə tövsif olunması üçün hüquqi əsas müəyyən edilməyib. Cinayət işi üzrə təqsirləndirilən şəxsin hüquqi varisi CM-in 263.1-ci maddəsi ilə cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyi bildirib. Həmçinin, zərər çəkmiş cinayət işinə xitam verilməsinə etiraz etmədiyini bildirib. CM-in 263.1-ci maddəsi ilə istintaq olunan ********* saylı cinayət işinin icraatına CPM-in 39.1.5-ci maddəsinin tələblərinə əsasən xitam verilməlidir. İ. Pozuntu odur ki, müstəntiq iş üzrə əsas bir fakt yol nəqliyyat hadisəsi ilə bağlı CM-in 263.2-ci, 263.1-ci maddələri üzrə cinayət işinin icraatını apardığından yalnız buna fakt ilə bağlı qısa müddətdə qeyd edilən maddələrə istinad edərək yol nəqliyyat hadisəsi ilə bağlı cinayət işinin icraatına xitam verə bilərdi. Sadalanmış digər cinayət maddələri ilə cinayət işinin başlanmasına dair qərar, cinayət işinin icraata qəbul edilməsinə dair qərar, həmin maddələr üzrə istintaq işinin aparılması ilə bağlı heç bir araşdırma aparılmamış, heç bir qərar qəbul edilməmiş, həmin maddələr ilə bağlı təqsirləndirilən şəxsin cəlb edilməsinə dair heç bir qərar qəbul edilməyib, heç bir istintaq tədbiri aparılmayıb. Ona görə bu qərarda yalnız həmin maddələrə istinad edərək həmin maddələr ilə bağlı cinayət tərkibinin olmamasına dair tövsif verə bilməzdi. II. Pozuntu odur ki, iş üzrə təqsirləndirilən şəxsin hüquqi varisi Şikayət verən şəxs və zərər çəkmiş şəxs Allahverdi İbrahimbəyli yalnız CM-in 263.1-ci maddəsi ilə bağlı cinayət işinin icraatına xitam verilməsi barədə ərizə vermişlər. Bu iş üzrə hüquqi varis Şikayət verən şəxs özü yalnız mərhum əri barədə yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığa az ağır zərər vurma ilə bağlı cinayət işinin icrasına xitam verilməsinə etiraz etmədiyini bildirib. Bəraətverici əsasların olmadan ifadəsini belə başa düşüb ki, həqiqətən mərhum ilə əlaqəsi olan adamların və Allahverdinin deməsinə görə mərhum sükan arxasında olarkən yuxulayıb, ona görə idarəçiliyi itirməklə nəticədə qəza törədib. Qəzada Allahverdinin sağlamlığına zərər dəyib. Buna əsasən hüquqi varis Dadaşovaya deyiblər ki, o, təqsiri etiraf etdiyindən barəsində qərar qəbul ediləcək və iş məhkəməyə göndəriləcək və onun barəsində bəraət olmadan hökm elan ediləcək. Buna inanaraq qorxduğundan təqsiri etiraf etmişdir. Həyat yoldaşı öldüyündən xahiş edib ki, cinayət işinə bəraət verilmədən xitam verilsin. Lakin, qərarda sadalanmış digər cinayətlər barədə ona heç bir məlumat verilmədiyi, heç bir sənəd, qərar verilmədiyini qeyd edir. Məqsədinin mərhum ərinə görə cinayət məsuliyyətinə cəlb olunmaması, barəsində hökm elan edilməməsi olub. III. Pozuntu odur ki, müstəntiq vəzifə səlahiyyətini aşaraq qanunla onun araşdırması səlahiyyətinə aid olmayan və pozuntu 1-də etdiyi hərəkətləri etməklə aidiyyat qaydalarını pozub. Nəticə odur ki, qərarda sadalanmış digər cinayət maddələri üzrə polis orqanı heç bir cinayət işini icraata qəbul edə, cinayət işi başlaya bilməz, bu halda mütləq işin aiddiyyatı üzrə araşdırıması üçün aiddiyyatı istintaq orqanının müəyyən edilməsi üçün material prokurorluq orqanına göndərilməli idi. Əslində yuxarıda qeyd edilən faktlar ilə bağlı hesab edilməlidir ki, ümumiyyətlə Kəlbəcər RPİ İQ-də, digər maddələr üzrə cinayət işi üzrə istintaq aparıla bilməzdi. Qərarda sadalanan digər maddələrə aidiyyəti üzrə baxılması üçün Baş Prokurorluğa göndərilməli idi. Bu hissədə aşkar şəkildə görünür ki, müstəntiq vəzifə səlahiyyətini aşmış, üstünə vəzifə qoyulmayan prokuror vəzifəni özbaşına götürmüş, prokuror kimi qərar qəbul etmiş və şikayət edilən qərarda sadalanan digər maddələrə cinayət hüquqi qiymət vermişdir. Bu hal aşkar kobud pozuntu hesab edilir. Eyni zamanda vəzifə səlahiyyətini aşma cinayət məsuliyyəti nəzərdə tutulan hərəkət kimi qiymətləndirilir. Həqiqətin müəyyən edilməsi, cinayətin baş verməsinə səbəb olan vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməsi, vurulmuş ziyanın ödənilməsini təmin etmək əvəzinə polis orqanı onlara himayədarlıq edir. Ona görə qeyd edilən vəzifəli şəxslər tərəfindən cinayətə dair cinayət İşinin istintaqı birbaşa prokurorluq orqanında aparılmalı olmasına baxmayaraq həmin polis orqanı himayədarlıq etdiyindən qərəzli olmasını birbaşa sübut edir. IV. Pozuntu odur ki, müstəntiq mərhumun ehtiyatsızlıq etməsini qərarda yazır, amma onun ehtiyatsızlıq etməsi dedikdə nəyi nəzərdə tutması aydın deyil, həm də mərhumun hansı səbəblərdən ehtiyatsızlıq etməsinə dair həqiqəti təhrif edib. Qeyd edildiyi kimi hadisə vaxtı zərər çəkmiş şəxs eyni vaxtda avtomobildə qabaqda sürücünün yanında olub. Onun hadisənin qarşısını alması üçün imkanın olub-olmamasına dair məsələni heç araşdırmamışdır, ekspertiza keçirilməsi vaxtı onunda belə imkanın olub-olmaması ilə bağlı ekspert qarşısında sual qoymamışdır, ümumiyyətlə hər 2 zərər çəkmiş şəxsin ehtiyatsızlıq etməsinin əsl səbəblərinə dair heç bir münasibət bildirməyib. V. Pozuntu odur ki, müstəntiq mərhumun 20.12-##.##.2024-cü il tarixlərdə hansı rayonlarda olması, nə dəqər yol qət eləməsi, ard-arda hansı tapşırıqları icra etməsinə dair mobil telefonundan olan məlumatlar cinayət işi materiallarına əlavə edilməyib, Onun istifadəsində olan mobil telefonun 3 gün müddətində anten dairəsi məlumatları götürülməyib. Həmçinin, hadisənin saat 10-11 radələrində baş verməsini nəzərə alaraq Laçın rayonundakı düşərgə, Laçın rayonundan Kəlbəcərə gedən yolda kamerə görüntülərinə heç bir baxış keçirilməsinə dair heç bir məlumat cinayət işi materiallarına əlavə edilməyib. İş üzrə ziddiyyətli məqamları diqqətlə araşdırdıqda aydın olur ki, əslində təkcə zərər çəkmiş şəxs Allahverdi İbrahimbəyli deyil, eyni vaxtda mərhum zərər çəkmiş şəxsdir! 1) Belə ki, şikayət edilən ziddiyyətli qərarda yazılıb ki, zərər çəkmiş şəxs Allahverdi İbrahimbəyli ifadəsində bildirib: mərhum onun iş yoldaşıdır. Şirkətdə mexanik işləyirdi. ##.##.2024-cü il tarixdə Şahlar ilə birlikdə şirkətin Kəlbəcər rayonunda olan düşərgəsindən Şahların idarə etdiyi avtomobil ilə Laçın rayonuna gediblər və Laçın rayonunda olan şirkətə məxsus texnikaları təmir ediblər. ##.##.2024-cü il tarixdə səhər saat 06:00 radələrində Şahlar işi qutarmışdı. Şahlar işi qutarmışıq gəl çıxaq gedək Kəlbəcərə dediyində Allahverdi təklif edib ki, bir az istirahət eləsin. Şahlar toya dəvət olunmasına görə vaxtında şirkətə icazə almaq istəməsini deyib Allahverdinin təklifindən imtina edib. Allahverdi razılaşıb avtomobilə birlikdə minərək hərəkətə başlamışlar. Allahverdinin deməsinə görə o, qabaqda sərnişin oturacağında əyləşdiyini, daha sonra yorğun olduğundan yuxulayıb yatdığını, sonra saat 13:00 radələrində yüksək səsdən, avtomobilin sirkələnməsindən yuxudan ayıldığını, avtomobilin dərə istiqamətində aşmasını gördüyünü, zərbənin təsirindən huşunu itirdiyini, huşu özünə gələndə avtomobilin içində olmasını, avtomobilin dərənin dibində olmasını, Şahların avtomobildə olmadığını, ətrafa baxan zaman Şahların hərəkətsiz halda avtomobilin sol tərəfində uzanmasını, onun başı daşa dəydiyindən daşın üzərində qan İzlərinin olmasını gördüyünü, Şahların vəfat etməsini başa düşdüyünü, xəsarət alsa da, kömək çağırmaq üçün yuxarı istiqamətdə qalxıb yolun kənarında uzandığını, həmin vaxt yoldan keçən tanımadığı avtomobillər saxlayıblar, daha sonra şirkətdən 1 neçə nəfər işçinin ora gəldiyini, onu təcili tibbi yardım avtomobili ilə Tərtər rayon xəstəxanasına apardıqlarını bildirib. Hadisə vaxtı Şahlara heç bir iş tapşırılmadığını və onların heç bir işi icra etmədiklərini bildirib. Bu hissədən aydın olur ki, Allahverdinin deməsinə görə 1) mərhum ilə Allahverdi ##.##.2024-cü il tarixdə həftənin cümə günü iş vaxtından sonra rəhbərliyin tapşırığı əsasında şirkətə məxsus avtomobil ilə Kəlbəcər rayonundakı düşərgədən, Laçın rayonuna şirkətə məxsus texnikaları təmir etmək üçün gediblər. 2) Şahlar şənbə günü yuxu almadan, istirahət etmədən ##.##.2024-cü il tarixdən gecə saatlarında Laçın rayonunda işlərini bitiribi düşərgəyə qayıdarkən səhər saat 06:00 radələrində nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. 3) Şahlar həftənin şənbə günü iş günü olduğundan mütləq şirkətə qayıtmalı idi, həmin gün toya getməsi üçün o, şirkətə qayıdıb müdiriyyətdən icazə almalı idi. 4) Şahlar və Allahverdi hər 2-si səhərə kimi işlədiklərindən gecə yatmadıqlarından yorğun olublar. Ona görə Allahverdi avtomobildə yuxulayıb yatmışdı. Avtomobil dərəyə düşən vaxtı ayılıb. Zərbədən huşunu itirib, sonra ayılıb və Şahların avtomobilində olmadığını kənarda hərəkətsiz vəziyyətdə görüb. Nədənsə, müstəntiq Allahverdidən onun avtomobil dərəyə düşən vaxtı yuxudan ayıldığı zaman Şahların halının, vəziyyətinin necə olması barədə heç bir sual etməyib. Həftənin şənbə günü iş günü olub-olmamasını, Şahların həftənin neçə günü işləməli olmasına dair, onun həftənin şənbə günü işdən icazə alması üçün mütləq şirkətə qayıtmalı olubolmamasını, icazənin mobil telefon ilə şifahi alınmasının mümkün olub-olmamasının səbəbi ilə bağlı heç bir sual etməyib!!!! 2) Qərarda şahid kimi dindirilmiş Əliyev Rasim ifadəsi yazılıb. Qeyd edilib ki, o, şirkətdə briqadir vəzifəsində işləyir, Şahlar və Allahverdi ilə iş yoldaşıdır, onların mexanik vəzifəsində işləyirdilər, işlədiyi şirkətin düşərgəsinin Kəlbəcər rayon Nadirxanlı kəndində yerləşir, texnikanın isə Laçın rayonunda işləyirdi. Laçın rayonuna texnikanın yağını dəyişmək üçün onların getmələrini, ##.##.2024-cü il tarixdə saat 10-11 radələrində onlara zəng etsə də onlara zəng çatmadığını, operator ilə əlaqə saxlayıb və öyrənib ki, Şahlar və Allahverdi toya tələsdiklərindən səhər saat 06:00 rədələrdə yola çıxıblar. Lakin düşərgəyə gəlmədiklərindən, zəng çatmadığından o, narahat olduğundan Laçın rayonunda olan işçilərdən birinin onların getdikləri yol ilə ardlarınca yola düşüb, özü də Laçın istiqamətdə yola düşüb. Saat 12:00 radələrdə şirkətdə işləyən işçilərdən biri onların Kəlbəcər rayonu Bəylik kəndində ərazisində qəza edib dərəyə düşmələri barədə məlumat verib. Həmin istiqamətdə gedib və saat 13:00 radələrdə ora çatıb. Orada tanımadığı bir neçə türk vətəndaşının olmasını və Allahverdinin yol kənarında olmasını, onu avtomobilə əyləşdirib Qozlu körpü kəndi ərazisinə apardığını, oradan təcili tibbi yardım avtomobilinə əyləşdirib. Hadisənin baş verməsi səbəbi Şahların səhər tezdən geri qayıtdığı üçün yuxusuz olması və idarəetməni itirməsi olmasını fikirləşib. Qərarda şahid kimi dindirilmiş Xəlilov Nəbinin ifadəsi yazılıb. Qeyd edilib ki, Kəlbəcər RPŞ-nin DYPB-nin baş inspektoru vəzifəsində xidmət edir, ##.##.2024 tarixdə saat 13:00 radələrdə hadisə barədə məlumat verildiyindən xidməti avtomobil ilə hadisə yerinə çatıb. Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının çayın içərisində olan avtomobildən Şahların meyitini çıxarıb aidiyyatı üzrə təhvil veriblər. Qərarda şahid kimi dindirilmiş Ölkəliyev Elvinin yazılıb. Qeyd edilib ki, ##.##.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə müraciət edib. Saat 13:00 radələrdə Laçın rayonunda tanımadığı yol ilə Kəlbəcər rayonu istiqamətində avtomobil ilə gedirdi. Yolun kənarında bir nəfər şəxsin yaralı vəziyyətdə yolun alt hissəsindəki dərə hissədən yola tərəf çıxdığını görüb, yaxınlaşıb, hadisə barədə məlumat alıb. Ona görə xidmətə məlumat verib. Sonra hadisə yerinə polis tibb və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər. Yaralanmış şəxsi təcili tibbi yardım maşını xəstəxanaya aparıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının çayın içərisində olan avtomobildən Şahların meyitini çıxarılmasını həyata keçiriblər. İfadəsində bildirib ki, o, hadisə barədə Allahverdinən maraqlanıb. Allahverdi bildirib ki, Kəlbəcər rayonuna getdikləri vaxt sürücü sükan arxasında yatması nəticəsində yol nəqliyyat hadisəsinin baş verib. Ziddiyyət odur ki, şahidlərin verdikləri ifadələr ilə Allahverdinin ifadəsində uyğunsuzluq var. Belə ki, müəyyən edilir ki, ani ayılması, təkrar huşunu itirməsi, ayılması, özünə gəlməsi, kömək üçün yuxarıya doğru baş verib. Çünki, yaralı şəxsin hadisə vaxtı yola çıxması üçün, avtomobil ilə yaxınlaşan şəxslərin onu görmələri, yaxınlaşmaları üçün xeyli vaxt keçməsi tələb edilir. Həm də şirkətin işçisi Rasimin ifadəsində yazılıb ki, səhər 10-11 radələrdə hər şəxsə zəng etsə də onlara zəng çatmayıb. 2) Şahlar qəza vaxtı avtomobilin içində olub. Lakin, Allahverdi ifadəsində bildirib ki, Şahlar avtomobildən kənarda hərəkətsiz halda avtomobilin sol tərəfində uzanmış halda, onun başı daşa dəydiyindən daşın üzərində qan izləri görüb. Nəzərə alsaq ki, şahidlərin ifadələri doğrudur, bu halda əgər hadisə saat 10-11 radələrində baş verdiyindən sual olunur ki, azı 2 saat müddətində Allahverdi niyə ayılan kimi şirkət işçiləri ilə və ya DİN 102 xidmətinə müraciət etməyib? 3) Hadisənin baş vermə səbəbi kimi Şahların yuxulu olması barədə məlumatı ancaq Allahverdi hamıya verib. Özünün ifadəsində bildirib ki, özü yorğun olduğundan qabaq oturacaqda yuxulamışdı. İfadəsində maşın silkələndiyi səbəbindən ayıldığı vaxta dərəyə düşdüklərini görüb, lakin ayıldığı vaxtda Şahların vəziyyətini bildirməyib. 4) Əlaqəli digər uyğunsuzluq odur ki, şahid ifadəsi verən şirkətin işçisi Rasim bildirib ki, hadisə yerinə Laçın rayonunda işləyən işçilərdən birini hadisə yerinə göndərib, özü isə saat 13:00 radələrdə əraziyə çatıb. Lakin, nədənsə, hansı işçinin ora gəlməsini bildirməyib. Həm də hadisə yerinə Rasimdən öncə çatmış işçinin ifadəsini müstəntiq almayıb və qərarda yazmayıb. 5) 2022-ci il və 2023-cü il tarixli mərhumun əmək müqaviləsinə əsasən işçi gündə 8 saatdan həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. İş, saat 09:00 başlayır, saat 18:00 qurtarır. İstirahət günləri hər həftənin şənbə günləridir. İşə gəlib getməsi üçün nəqliyyat ilə təmin edilmir. İşçiyə iş vaxtından artıq işlərin yerinə yetirilməsinə görə qanunla nəzərdə tutulan 0 (sıfır) manat məbləğdə haqq ödənilir. Əmək müqavilələrdən aydın olur ki, mərhum fəhlə kimi işə cəlb edilib və sonuncu dəfə mexanik fəhlə işinə cəlb edilib. Həftənin şənbə günləri əslində istirahət günü olub. Ziddiyyət odur ki, müstəntiq qərarında mərhum ilə fərdi sahibkar arasında əmək müqaviləsinin qanuna əsasən bağlanmasını qeyd edir. Hadisənin tarixini yazsa da, lakin, əmək müqaviləsi üzrə işçinin hansı saatlarda işləməli olmasını, əmək şəraiti şərtlərini, hadisənin baş verdiyi həftənin gününü qəsdən yazmayıb. Şahların istirahət gününün şənbə günü olmasına baxmayaraq səhərə kimi yatmayıb işləməsinə dair, tapşırığa əsasən işi bitirdikdən sonra həmin günü mütləq hara Kəlbəcərə yoxsa, Bakıya qayıtmalı olmasına dair heç bir məlumatı yazmayıb. Həqiqətləri təhrif edib. 6) Əlaqəli ziddiyyət odur ki, ##.##.2024-12.2024-cü il tarixlərdə mərhum Şahların mobil telefonunda Whatsap proqramı ilə rəhbəri ilə yazışması, səsli məlumat verməsi, səsli müraciətlər etməsi, səsli məcburi tapşırıqlar almasına dair sübutlar gizlədilib! Onlar nədənsə sübut kimi işə əlavə edilməyib. Belə ki, həmin səsli audio danışıqlardan aydın olur ki, şirkətdə rəhbər vəzifələi şəxslərdən biri olan Nəriman adlı şəxs ilə Şahlar arasında tabeçilik münasibəti var idi. O, Nərimana axşamın xeyir deyir, bildirir ki, niyə axtarmır onu, Tərtərə gedib, pul verib işi icra edib və 25 AZN pul verib. Sabah pul vurulmasını xahiş edib. Sonra gözlədiyini bildirib. Karta 1050 manat pul vurulmasını istəyir Tərtərə gedəcək, hansısa texnikanın təkəri buraxdığından götürüb gələcəyini bildirir yolda qalmasın deyə ağ maşına benzin tökəcək deyir. Sonrası yenə axşamın xeyir deyir. Təklif edir ki, bəlkə toydan çıxandan sonra Bakıya gəlib maşını götürsün, rayona gəlsin. Sabah toydan çıxanda gəlib maşını götürüb gəlsin. Nəriman cavab verir ki, yox, çatdıra bilmir, əgər özü çatdıra bilirsə, getsin, toy-moy heç nə edə bilmir, Laçına getmək lazımdır, onları həll eləmək lazımdır. Keysi e yatıb günü kəsilir. O, Asimənecə izah etsin ki, Şahların toyu var, ona görə qoy texnikanın günü kəsilsin. Keçən dəfə neçə dəfə getdin heç nə demədim. Amma uje vəziyyət o deyil. Qabaqdanda bayram gəlir, Asim deyəcək ki, hamısını həll edin, sonra çıxın. Şahlar təkrar təklif edir ki, toydan Bakıya maşınlar çıxır, o, minib gələrdi Bakıya maşını götürüb gedərdi. Nəriman bildirir ki, onun toya gedib gəlməsi keysin 4 gün işləməməyi deməkdir. Deyir ki, Bakıya gəlib, bunu götürüb getsin. keysi həll eləsin, gəlsin, sonra toyuna getsin, sonra gedib Nicatı həll eləsin. Nəriman ancaq bu yaxşılığı edə bilir. 4 gün texnikanı necə yatızdırsın, nə cavab versin müdirə? Şahlar bildirir ki, axşam burdan çıxacaq, Tərtərə çatdım, verim aparsınlar, gəlsin ora, sabah da gələcək qaraja, Allahverdini də götürəcək gəlsin. Kömək lazımdır. Allahverdi ilə gəlib baxarıq. Nəriman deyir ki, gəl, Allahverdini götür get Laçına, məsələni həll edib qutarın, sonra get toyuna gəl, get Nicatı həll elə. Şahlar texnikanı o qədər yatızdıra bilməaz. Ona ancaq bu yaxşılığı edə biləcəyini deyir. Şahlar razılaşır. Deyir çıxacam, zad hələ çatmayıbdı, hələ Bərdədi, gəlsin onu götürüm boşaldım verim yola salım getsin. Sonra minib gəlsin. Allahverdini götürüb gəlim yoluna qoyarıq narahat olma. Nəticə odur ki, bu səsli yazışmalar aşkar göstərir ki, Şahlar ayın 19-20- 21 tarixlərində iş tapşırıqları ilə yüklü idi. Belə ki, ##.##.2024-cü il həftənin cümə günü olub. Mərhum tapşırığa əsasən cümə günü müəyyən tapşırıqları icra edib, həm də uzaq yol məsafə qət edib, fasilə vermədən axşam vaxtı Kəlbəcərdən çıxıb Laçına gedib. Həftənin şənbə günü səhər saat 06:00 radələrinə kimi işləyib. O, həm müxtəlif rayonlara uzaq yollar qət etməli idi, həm də texnikaları təmir etməli idi. Yalnız bundan sonra icazə alıb toya rayona getməsi üçün faktiki iş yerinə qayıtmalı idi. Dadaşov Şahlar 4 gün üçün şirkətin maddi ziyan çəkməsinin qarşısını aldı, lakin canı bahasına. Üstəlik yol nəqliyyat hadisəsini törətməkdə təqsirli bilindi. V. Pozuntu odur ki, mərhuma münasibətdə hadisə baş verməmişdən öncə və sonra əmək qanun pozuntularının olmasını, onun əslində əməyin texniki təhlükəsizlik və mühafizəsi normaları üzrə zərər çəkmiş olmasını müstəntiq müəyyən etsə də, əməlin cinayət araşdırlmasına xitam verib. İş üzrə əlavə sübutlar təqdim edilir. Belə ki, 1) Güllü Asim İlker fərdi sahibkar tərəfindən ##.##.2025-ci il tarixli İstehsalatda bədbəxt hadisə haqqında AKT tərtib edilib. Ziddiyyətlər odur ki, 1) 9-cu bəndə qeyd edilib ki, axırıncı dəfə əməyin təhlükəsizliyi üzrə təlimat sonuncu dəfə ##.##.2024-cü il tarixdə keçirilib. Lakin, təlimatın hansı təhlükəsizlik qaydaları mövzusunda keçirilməsi, neçə saat keçirilməsi, hansı şəraitdə və harada keçirilməsi, kim tərəfindən keçirilməsi ilə bağlı heç bir məlumat yazılmayıb, bununla bağlı hansı rəsmi sənədlərin qəbul edilməsinə dair heç bir məlumat yazılmayıb. Heçe bir sənəd yoxdur, çünki, həqiqət deyildir. 2) Ümumiyyətlə Aktda ancaq müstəntiqin onların xeyrinə qəbul etdikləri ##.##.2025-ci il tarixli qərarına istinad edilib və qərarda yazılmış məlumatları Akta köçürdüblər. Bu isə ##.##.2000-ci il tarixli AR Nazirlər Kabinetinin "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması" Qaydalarına və istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması proseduruna tamamilə ziddir. 3) Sonuncu səhifədə yazılıb ki, əməyin mühafizəsi xidmətinin rəisi yoxdur. Əgər yoxdursa, bu halda sual olunur ki, əməyin mühafizəsi qaydalarına, Şahlara nəzarəti kim edirdi? 4) Akta 12-ci bəndə əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxs yerinə mərhumun adını qeyd ediblər. Amma, əmək qanunvericiliyinin pozuntusunun nədən ibarət olmasını, əmək qanunvericiliyinin hansı maddəsini, necə pozmasına dair heç bir məlumat yoxdur. Çünki, yazılanlar həqiqətdən uzaq məsuliyyətdən yayınmaq xarakterli arzulardır. 5) Aktda 13-cü bənndə yazılıb ki, hadisənin şahidi Allahverdi İbrahimbəylidir. Başqa şahidlərin olması, xüsusən şahid Rasimin və Laçından hadisə yerinə gələn adı qərarda yazılmayan işçinin nədənsə yazılmayıb. 6) Aktı işəgötürənin vəzifəli şəxsi supervayzeri Nəriman Şahvələdov tərtib edir. Nəriman həmin şəxsdir ki, Şahlar ilə 19-20-si tarixlərdə whatsap proqramı üzrə səsli danışıqlar aparıb!!! Hadisənin bilavasitə əlaqədar olduğu şəxsin bu aktı tərtib etməsi qeyd edilən qaydalara ziddir. 2) İş üzrə hüquqi varis Dadaşova Mehbarəyə AR ƏƏSMN yanında X11 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin ##.##.2025-ci il tarixli rəsmi cavabı əldə edilib. Cavabda qeyd edilib ki, göndərilmiş müraciət üzrə araşdırma ilə bağlı fərdi sahibkar Gülli Asim İlkərə sorğular göndərilmiş və həmin şəxs tərəfindən şöbəyə cavab məktubları daxil olub. Qeyd edilib ki, sonuncu dəfə ##.##.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılıb. Müqavilə onun əmək haqqısı 360 AZN təşkil edirdi (əslində 1300 manat əmək haqqı almışdır). Müqavilə Bakı şəhərində bağlansa da, mərhumun faktiki iş yeri Kəlbəcər rayonu, Nadirxanlı kəndi olub. Şirkətə aid düşərgə həmin ərazidə yerləşirdi. Mərhum mütəmadi olaraq şirkətin texnikasının işlədiyi rayonlara gedib texnikaya nəzarət edirdi. Müəyyən edilib ki, Güllü Asim İlker tərəfindən mərhuma münasibətdə əmək qanunun pozuntusuna yol verilib. Belə ki, fərdi sahibkar Nazirlər Kabinetinin ##.##.2002-ci il "Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında" Qərarın qaydalarını pozub. Ona görə Əmək Mcəlləsinin 159.1 maddəsinin tələbi fərdi sahibkar tərəfindən pozulduğundan Şahlara əmək haqqına əlavələr ödənilməyib. Barəsində tənbeh qərarı qəbul edilib. Nəticə odur ki, Şahların yol nəqliyyat hadisəsində ehtiyatsızlığının səbəbi bilavasitə onu məcburi şəkildə həddən artıq işlədən və az əmək haqqı verən, iş saatlarından artıq işlərə cəlb edib əvəzində əlavə işlədiyi saatlara görə haqqını ödəməyən, məzuniyyət haqqısını verməyən işəgötürən və onun tabeliyində olan vəzifəli şəxs olub. Bu isə o deməkdir ki, Şahlar istehsalat qəzası ilə üzləşdiyindən o, hadisədən zərər çəkmiş şəxs qismində tanınmalı idi, onun hüquqi varisi də zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanınmalı idi. İstehsalat qəzası baş verdiyindən müstəntiq qərarda istinad etdiyi CM-in 162-ci maddəsi ilə cinayət işi üzrə sonrakı araşdırmalar aparılması üçün aidiyyatı üzrə prokurorluğa göndərməli idi. Bütün bu pozuntulardan sonra müstəntiq qərarında mərhuma münasibətdə heç bir qanun pozuntusuna yol verilmədiyi qənaətinə gəlib. Ona görə qeyd edilən ziddiyyətli hallar və dəlillər birlikdə sübut edir ki, mərhumun əməlində ehtiyatsızlıqdan hadisə törətməsi səbəbindən sağlamlığa zərər vurması nəticəsində təksirkar olması faktı həqiqəti əks etmir. Həmçinin, onun iş vaxtından əlavə heç bir istirahət verilmədən tapşırıqların icra edilməsinə dair məcburi işə cəlb edilməsi bilavasitə Azərbaycan Respublikasının Konstitusiyasında "Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək" hüququnun pozulması kimi qiymətləndirilməlidir. Əmək Məcəlləsində işçilərin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququna təminat verilir. Belə ki, ölkə ərazisindəki hər bir müəssisə, idarə və təşkilat mülkiyyət formasından aslı olmayaraq qanunvericilikdə əks olunmuş əməyin mühafizəsi normaları, prinsipləri və qaydalarına riayət etməyə borcludur. Qanunvericilik bununla əlaqədar işəgötürənlərin və mülkiyyətçilərin üzərinə müəyyən vəzifələr qoyur. Əməyin mühafizəsi normaları və qaydaları işçilərin, istehsalat təcrübəsi keçən tələbələrin, müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların, məhkəmə hökmlərinin icrası ilə əlaqədar məhkumların, habelə hərbi və fövqəladə vəziyyət rejimində işlərin görülməsinə cəlb edilən şəxslərin çalışdıqları bütün iş yerlərində tətbiq edilməlidir. CM-in 162.1ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarını pozan şəxs, bu qaydaların pozulması nəticəsində insan sağlamlığına ağır zərər vurması ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Bu maddə ilə baş vermiş hadisə, şəxsin diqqətsizliyi nəticəsində baş verən zərərdir, çünki o, qaydaların pozulmasının ictimai təhlükəli nəticələrə gətirib çıxara biləcəyi ehtimalını görməli idi, lakin görməmişdir. Göründüyü kimi müstəntiq cinayətin ört-bastır edilməsində bilavasitə maraqlı olub”. Apellyasiya baxışı zamanı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) İstintaq qrupunun müstəntiqi, R X3 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının qanuni və ədalətli olduğunu göstərdi və bu səbəbdən apellyasiya şikayətinin təmin edilməməsini, Kəlbəcər Rayon Məhkəməsinin # #### 2026-cı il tarixli *(*-***)-*/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 449cu maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Həmçinin həmin maddədə qeyd edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər məhkəməyə şikayət vermək hüququna malikdirlər. (CPM-in 449.1 və 449.2-ci maddələri) CPM-in 450.4-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılması üzrə məhkəmə iclası başlananadək məhkəmə ona təqdim olunmuş bütün materialları əvvəlcədən öyrənir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmə cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxslərinin cinayət-prosessual fəaliyyətində qəbul etdiyi qərarların və onların hərəkətlərinin qanuniliyini və əsaslılığını məhkəmə nəzarəti qaydasında yoxlayır, bu yolla cinayət prosesini həyata keçirən orqanın prosessual qərarlarına faktiki məhkəmə nəzarətini də təmin etmiş olur. Məhkəmə yoxlanılması və qiymətləndirilməsi cinayət-prosesini həyata keçirən orqanın səlahiyyətinə aid olan məsələyə maddi-hüquqi qiymət verə bilməz, məsələn, cinayət işi başlaya və ya cinayət işinin başlanması üçün şərait yaradan əsaslar formalaşdıra bilməz. Məhkəmə daha çox cinayət prosesini həyata keçirən orqanların, fiziki və hüquqi şəxslərin şikayəti əsasında başladıqları araşdırmanı tam, hərtərfli aparıb-aparmamasını, habelə işin müəyyən edilmiş faktiki hallarına cinayət və cinayət-prosessual qanununvericliyin tələbləri baxımından düzgün qiymət verilib-verilmədiyini yoxlaya, eləcə də, bu orqanların maddi və prosessual hüququ düzgün tətbiq edib-etmədiyini müəyyən edə bilər. Məhkəmə nəzarətinin həyata keçirilməsinin prosedur qaydalarına gəldikdə isə, qeyd olunmalıdır ki, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkət və qərarlarının qanuniliyinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Məhz bu məhkəmə instansiyası cinayət prosesini həyata keçirən orqanların araşdırmanı tam, hərətəfli aparıb-aparmadıqlarını və hüququ düzgün tətbiq edib-etmədiklərini öz səlahiyyətləri çərçivəsində yoxlamağa borcludur. Nəticədə məhkəmə cinayət prosesini həyata keçirən orqanın qərarını qanuni hesab edir, yaxud yuxarıda qeyd edilən tələblərə cavab verməyən qərarı ləğv edib araşdırmanın təkrar aparılmasını təmin edir. Apellyasiya instansiyası məhkəməsi isə işə mahiyyəti üzrə baxan məhkəmə kimi birinci instansiya məhkəməsinin, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkətlərinə və qərarlarına düzgün qiymət verib-verməməsini yoxlayır, eyni zamanda, əgər birinci instansiya məhkəməsi işə baxarkən səhvə yol vermişdirsə, bu səhvi aradan qaldırır və fiziki və hüquqi şəxslərin şikayətləri üzrə birbaşa qərar qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) İstintaq qrupunun müstəntiqi Məmmədov Qabil tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsinə dair” qərarının ləğv edilməsindən imtina etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, hazırki materialın araşdırılması zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərtərəfli, tam və obyektiv şəkildə şikayət vermiş şəxsin irəli sürdüyü bütün arqumentlər araşdırılmışdır. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, şikayətdə qeyd edilən hallar hazırki iş üçün mühüm əhəmiyyət kəsb etməməklə yanaşı mübahisələndirilən qərarın ləğvi üçün əsas ola bilməz. Belə ki, şikayət vermiş şəxsin şikayətinin predmeti şikayəti üzrə ibtidai araşdırma orqanı tərəfindən araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmaması ilə bağlı olmuşdur. İş materialları ilə müəyyən edilir ki, X4 yol-nəqliyyat hadisəsi zamanı ölməsi və İbrahimbəyli Allahverdi Elşən oğlunun xəsarət alması ilə bağlı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) İstintaq qrupunda istintaqı aparılmış ********* nömrəli cinayət işi nəzərdən keçirilərkən məlum olmuşdur ki, cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmış və cinayət işi üzrə ## #### 2025-ci il tarixdə qəbul edilmiş qərarla Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) İstintaq qrupunda CM-nin 263.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə X4 cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən cinayət işi üzrə icraata CM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilmişdir. Baş vermiş hadisə yol nəqliyyat hadisəsi olduğundan hadisə ilə bağlı texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydaları, həmçinin tikinti, mədən işlərinin və s. işlərin aparılmasının təhlükəsizlik qaydalarının pozulması, eləcə də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları araşdırılmamışdır. Çünki hadisə Şahlar Dadaşovun nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti iştirakçısı olduğu zaman baş vermişdir. Mübahisə predmeti olan Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) İstintaq qrupunun baş müstəntiqi, polis Rı X6 ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi barədə ## #### 2025-ci il tarixli qərarından aydın olur ki, müstəntiq yol-nəqliyyat hadisəsinin istintaqını aparmış və şikayət verənin ehtimalı üzrə araşdırılmalı olan digər halların baş vermiş yol-nəqliyyat hadisəsi ilə heç bir səbəbli əlaqəsi yoxdur. Odur ki, şikayətdə qeyd edilən hallar hazırki iş üçün mühüm əhəmiyyət kəsb etməməklə yanaşı mübahisələndirilən qərarın ləğvi üçün əsas ola bilməz. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, yuxarıda qeyd edilən xüsusatlara əsasən Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) İstintaq qrupunun müstəntiqi Məmmədov Qabil tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsinə dair” qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) İstintaq qrupunun müstəntiqi Məmmədov Qabil tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsinə dair” qərar cinayətprosessual qanunvericiliklə müəyyən edilmiş qaydalara və prosedura uyğun qəbul edilmişdir. Birinci instansiya məhkəməsi də bu nəticəyə gələrkən göstərilən prosessual normaları nəzərə almaqla düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də kollegiya hesab edir ki, məhkəmənin qanuni və əsaslı olan qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Həmçinin şikayətverənə əlavə olaraq izah edilir ki, şikayətdə qeyd etdiyi qanun pozuntuları, yəni texniki təhlükəsizlik və ya əməyin mühafizəsi qaydaları, həmçinin tikinti, mədən işlərinin və s. işlərin aparılmasının təhlükəsizlik qaydalarının pozulması, eləcə də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi halları ilə bağlı onun prokurorluq və digər aidiyyəti orqanlara müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və CPM-in 450, 451, 453 və 454-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin məhkəmə nəzarəti qaydasında qəbul edilmiş # #### 2026cı il tarixli *(*-***)-*/**** saylı qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №6(3-7)-31/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-7)-31/2026
12.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver