Məhkəmə qərarları › İş №6(3-7)-32/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-7)-32/2026

24.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 6(3-7)-32/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Əzizov Sevindik Əziz oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X1, Şikayətçi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) vəkili Şikayət verən şəxs iştirakı ilə Hərəkətindən (qərarından) şikayət verilən orqan ## ### 2026-cı il tarixli “Məcburi gətirilmə haqqında“ qərarından şikayətçi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) vəkili Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından şikayətçi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) vəkili tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hərəkətindən (qərarından) şikayət verilən orqan ********* nömrəli cinayət işi üzrə Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) barəsində ## ### 2026-cı il tarixli “Məcburi gətirilmə haqqında“ qərardan Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) vəkili Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında şikayət vermişdir Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı (hakim Vəliyev Kazım) ilə Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) vəkili Şikayət verən şəxs Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X1 ## ### 2026-cı il tarixli məcburi gətirilmə haqqında qərardan məhkəmə nəzarəti qaydasında vermiş olduğu şikayət təmin edilməmişdir. İŞİN HALLARI: ## ##### 2026-cı il tarixdə Hərəkətindən (qərarından) şikayət verilən orqan toplanmış **C-** nömrəli material üzrə fakta görə “Cinayət işinin başlanması barədə” qərar qəbul olunmuşdur. Goranboy rayonu, Eyvazlılar kəndində yaşayan X2 müraciəti əsasında toplanmış HK-*- *** nömrəli materialda Göyüş Nağıyev tərəfindən verilmiş izahatda təhsil işçisi olmuş Təranə ilə aralarında kiçik mübahisənin baş verdiyini göstərmişdir. Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X1 ## ### 2026-cı il tarixdə ********* nömrəli cinayət işi üzrə Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) barəsində məcburi gətirilməsi haqqında qərar qəbul etmişdir. ## ##### 2026-cı il tarixli Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X1 tərəfindən tərtib edilmiş protokoldan görünür ki, müstəntiq tərəfindən Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) istifadəsində olan 077-740-90-90 mobil nömrəsinə zəng olunmuş və ## ##### 2026-cı il tarixdə, saat 10:00-da izahat verilməsi üçün rayon prokurorluğuna dəvət olunmuşdur. Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) rayon prokurorluğuna gələcəyini bildirmişdir. ## ##### 2026-cı il tarixli Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X1 tərəfindən tərtib edilmiş protokoldan görünür ki, müstəntiqi tərəfindən Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) istifadəsində olan 077-740-90-90 mobil nömrəsinə zəng olunmuş, lakin telefon zənginə cavab verilməmişdir. ## ##### 2026-cı il tarixli Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X1 tərəfindən tərtib edilmiş protokoldan görünür ki, müstəntiqi tərəfindən Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) istifadəsində olan 077-740-90-90 mobil nömrəsinə zəng olunmuş, lakin telefon zənginə cavab verilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş ## ### 2026-cı il tarixli Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X1 tərəfindən tərtib edilmiş protokoldan görünür ki, müstəntiqi tərəfindən Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) istifadəsində olan 077-740-90-90 mobil nömrəsinə zəng olunmuş, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) rayon prokurorluğuna 01 və ## ### 2026-cı il tarixlərində gələ bilməyəcəyini, vəkili ilə danışıb gələ biləcəyi günü dəqiqləşdirib məlumat verəcəyini bildirmişdir. ## ### 2026-cı il tarixli Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X1 tərəfindən tərtib edilmiş protokoldan görünür ki, müstəntiqi tərəfindən Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) istifadəsində olan 077-740-90-90 mobil nömrəsinə zəng olunmuş, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) rayon prokurorluğuna ## ### 2026-cı il tarixdə, saat 15:00-da vəkili ilə gələcəyini bildirmişdir. ## ### 2026-cı il tarixdə, saat 16:06-da Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X1 tərəfindən tərtib edilmiş protokoldan görünür ki, müstəntiq icraatında olan ********* nömrəli cinayət işi üzrə xidməti otağına nümayəndəsi ilə 15:08-də daxil olan Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) şahid qismində dindirəcəyini bildirmişdir. Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) hüquqularını müdafiə etmək üçün sonuncunun yanında xidməti otağına daxil olan şəxsdən nümayəndə kimi işə buraxılması üçün etibarnaməsinin olub-olmamasını soruşmuş, şəxs etibarnaməsinin olmadığını və indi gedib etibarnamə alıb gələcəklərini demiş, 7 dəq. sonra çıxıb getmiş, lakin 1 saat keçməsinə baxmayaraq həmin şəxslər geri qayıtmamışlar. Bundan sonra 16:06-dan başlayaraq dəfələrlə Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) telefon zəngləri edilsə də, sonuncu telefon zənglərinə cavab verməmiş və ifadə vermək üçün Hərəkətindən (qərarından) şikayət verilən orqan qayıtmamışdır. ## ### 2026-cı il tarixdə, saat 16:22-də Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X1 tərəfindən tərtib edilmiş protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə ## ### 2026-cı il tarixdə etibarnamə vermək adı ilə xidməti otağından çıxıb getmiş, lakin daha sonra geri qayıtmamış Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) dəfələrlə zəng olunmasına baxmayaraq müstəntiqin telefon zənginə yalnız 16:22-də cavab vermişdir. Telefon danışığı zamanı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) şahid qismində ifadə verilməsi üçün 06 və ya ## ### 2026-cı il tarixdə, saat 10:00-da rayon prokurorluğuna gəlməsi təklif olunsa da, sonuncu işlərinin çox olması səbəbindən ifadə vermək üçün rayon prokurorluğuna gələ bilməyəcəyini bildirmişdir. Bundan sonra Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ## ### 2026-cı il tarixdə haqqında məcburi gətirilmə barədə qərar çıxarılacağı və sonrakı gün, yəni ## ### 2026-cı il tarixdə polis əməkdaşları ilə birgə rayon prokurorluğuna məcburi gətiriləcəyi bildirilsə də, o “problem yoxdur” deyərək telefonu söndürmüşdür. Hərəkətindən (qərarından) şikayət verilən orqan ## ### 2026-cı il tarixli məktubundan görünür ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X1 məcburi gətirilmə haqqında qərar icra edilməsi üçün Goranboy RPŞ-nə göndərilmişdir. Mobil telefon zənglərindən edilmiş telefon danışıqlarına dair çıxarışdan görünür ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X1 ilə Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) arasında ## ##### 2026-cı il tarixdə 1 dəqiqə müddətinə, ## ### 2026-cı il tarixdə, saat 09:20-də 4 dəqiqə müddətinə, həmin tarixdə, saat 09:34-də 22 saniyə müddətinə, həmin tarixdə, saat 13:13-də 1 dəqiqə müddətinə, həmin tarixdə, saat 13:43-də 15 saniyə müddətinə, ## ### 2026-cı il tarixdə, saat 16:22-də 1 dəqiqə müddətinə telefon danışığı olmuşdur. Məhkəmə nəzarəti qaydasında iş materialına baxan Goranboy Rayon Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: Məhkəmənin qərarından şikayətçi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) vəkili apellyasiya şikayəti verərək məhkəmənin qərarının tam mətni təqdim olunmadığından şikayətini əsaslandıra bilmir, ona görə də Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən şikayətçi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) vəkili Şikayət verən şəxs izahatında şikayətin dəlillərini müdafiə edərək birinci instansiya məhkməsində müdafiə etdiyi xüsusatları yenidən göstərərək şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, ## ##### 2026-cı il tarixdə Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi Qorqud Abdinli tərəfindən müdafiə etdiyi şəxs Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) prokurorluğa çağırılmış, lakin həmin vaxt onun cinayət prosesində prosessual statusu müəyyən edilməmişdir. Qeyd olunan tarixdə o, onun vəkili qismində prokurorluq orqanına getmiş, vəkil orderini və şəxsiyyət vəsiqələrini təqdim etmişlər. Buna baxmayaraq, nə hər hansı prosessual qərar elan edilmiş, nə də ondan izahat və ya ifadə alınmış, müstəntiq tərəfindən “sonra çağırılacaqsınız” deyilməklə oradan göndərilmişlər. Daha sonra, ## ### 2026-cı il tarixdə yenidən Hərəkətindən (qərarından) şikayət verilən orqan çağırılmışlar. Həmin vaxt müstəntiq tərəfindən Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) onun iştirakı ilə dindirilməsi üçün guya əlavə olaraq etibarnamə tələb olunduğu bildirilmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyə əsasən vəkilin cinayət prosesində iştirakı üçün təqdim olunmuş vəkil orderi kifayət edir və əlavə etibarnamənin tələb olunması qanunsuzdur. Bundan sonra etibarnamə alınması məqsədilə notariat ofisinə müraciət etdikləri zaman məlum olmuşdur ki, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) şəxsiyyət vəsiqəsi yanında olmadığından həmin gün etibarnamə rəsmiləşdirilməsi mümkün olmamışdır. Müdafiə etdiyi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən şəxsiyyət vəsiqəsinin uzun axtarışından sonra xatırlanmışdır ki, şəxsiyyət vəsiqəsi ## ##### 2026-cı il tarixindən Hərəkətindən (qərarından) şikayət verilən orqan qalmışdır. Bütün bunlara baxmayaraq, onlar ## ##### 2026 və ## ### 2026-cı il tarixlərində çağırışlara könüllü qaydada gəlinməsinə və istintaq orqanı ilə əməkdaşlıq edilməsinə baxmayaraq, müstəntiq tərəfindən ## ### 2026-cı il tarixdə əsassız olaraq məcburi gətirilmə haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi Qorqud Abdinli şikayətin dəlillərinə etriaz edərək əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, şikayətçi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsində irəli sürülən dəlillərlə eynilə təkrarlanmışdır. Apellyasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, araşdırma nəticəsində düzgün olaraq Hərəkətindən (qərarından) şikayət verilən orqan “Məcburi gətirilmə haqqında“ ## ### 2026-cı il tarixli qərarının dəyişdirilmədən saxlanılması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün və qanuni hesab edir. Belə ki, iş materialında olan ## ##### 2026-cı il tarixli, ## ##### 2026-cı il tarixli, ## ##### 2026-cı il tarixli, ## ### 2026-cı il tarixli, ## ### 2026-cı il tarixli protokollardan görünür ki, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ilə Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi X1 arasında bir neçə dəfə telefon danışıqları olmuş və Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) rayon prokurorluğuna hansı məsələ ilə bağlı çağırıldığı ona məlum olmuş və ## ### 2026-cı il tarixdə rayon prokurorluğunda olan zaman onun şahid qismində dindirilməli olduğu elan edilmiş, lakin o nümayəndə ilə dindirilməsi tələb etdiyindən müstəntiq tərəfindən ona etibarnamə verməsi üçün ona şərait yaradılmışdır. Lakin yaranmış şəraitdən Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) istifadə edərək rayon prokurorluğunun inzibati binasını tərk etmiş və 1 saat ərzində müstəntiqə hər hansı məlumat vermədən Gəncə şəhərinə getmişdir. Eyni zamanda birinci instansiya məhkəməsində Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) verilmiş suallara cavab olaraq müstəntiqin zənglərə cavab verməməsini internetinin olmaması ilə əsaslandırsa da, birinci instansiya məhkəməsi haqlı olaraq bu halı əsaslı hesab etməmişdir. Belə ki, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ilk növbədə şahid statusunda olduğunu bildiyinə görə özü müstəntiqə mövcud vəziyyət barədə məlumat verməkdə maraqlı olmalı və internetinin olmadığını nəzərə alaraq “Whatsapp” tətbiqi üzərindən deyil, mobil nömrə vasitəsi ilə zəng edərək məlumat verməli idi. İzahatlarla təsdiq edilmişdir ki, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) öz nümayəndəsi ilə birlikdə Gəncə şəhərinə getmiş və onun nümayəndəsi olmasını istədiyi şəxsin vəkil olduğunu nəzərə alaraq Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) müstəntiqə məlumat verməli olduğunu və özü məlumatsız olsa da bu da onu məsuliyyətdən azad edən hal deyildir. Amma onun nümayəndəsi olmasını istədiyi şəxs müstəntiqə məlumat verməli olmasını bilirdi. CPM-nin 95.4.1-ci maddəsinə görə şahidin cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək üçün gəlmək və dindirmədə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab vermək vəzifəsi müəyyən edilmişdir. Belə olan halda hazırki vəziyyətdə şikayətçinin vəkili tərəfindən qeyd olunan dəlillər əsasında aparılmış araşdırma əsasında və iş materialında olan sənədlər və izahatlardan göründüyü kimi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) şahid statusunda olduğunu bilə-bilə müstəntiqin qanuni çağırışlarından boyun qaçırmış və həmin xüsusatları təsdiq edən mötəbər sübutlar təqdim olunmuşdur. Bundan başqa, məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, şikayətçinin vəkili izahatında “...Qüvvədə olan qanunvericiliyə əsasən vəkilin cinayət prosesində iştirakı üçün təqdim olunmuş vəkil orderi kifayət edir və əlavə etibarnamənin tələb olunması qanunsuzdur...” dəlili əsassızdır, ona görə ki, CPM-nin 102.9.2-ci və 105.2-ci maddələrinə əsasən nümayəndənin vəzifəsi kimi həm də özünün səlahiyyətlərini təsdiq edən sənədləri cinayət prosesini həyata keçirən orqana təqdim etməlidir. Belə olan halda qüvvədə olan cinayət prosessual qanunvericiliyin tələbinə görə müstəntiq tərəfindən şahidin nümayəndəsinə müdafiə etdiyi şəxsin hüquqlarını nümayəndəsi kimi müdafiə etməsi üçün səlahiyyətini təsdiq edən sənədi tələb etməsi qanuni və əsaslıdır. CPM-nin 451.1.1 və 451.1.2 maddələrinə əsasən hakim barəsində şikayət verilən hərəkət və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilən hərəkət və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanaraq və CPM-nin 442, 449-451-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar