Məhkəmə qərarları › İş №6(3-7)-33/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-7)-33/2026

03.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 6(3-7)-33/2026 03.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Məmmədov Müşfiq Vaqif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı X1 və qərardan şikayət vermiş şəxs Şikayət verən şəxs iştirakları ilə Şikayət verən şəxs Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı X1 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ## ### 2026-cı il tarixli qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs şikayət ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı X1 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı ilə (sədrlik edən hakim N.A.Heydərova) Şikayət verən şəxs şikayəti təmin edilməmiş, Şəmkir RPŞ-nin TBnin təhqiqatçısı X1 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ## ### 2026-cı il tarixli qərarı qanuni hesab edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından Şikayət verən şəxs Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini, Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı X1 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ## ### 2026-cı il tarixli qərarının ləğv edilməklə işin yenidən araşdırılması üçün daha təcrübəli İB-nin əməkdaşının icraatına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “İlk ərizəsində qeyd etmişdir ki, hərəkətlər qanunsuzdur, şəxs ən azından onu polis şöbəsində vurmuş və bu hal polislərə məlum olmuşdur. Həmçinin ekspertiza rəyi düzgün keçirilməmişdir. Məhkəmə işi tam araşdırmamışdır, kamera görüntülərini izləməmişdir, götürməmişdir, onu vuran şəxsi məhkəmə iclas zalına gətirməmişdir. Şəxsin əməlində xuliqanlıq və hədə-qorxu nittəti vardır. Hadisələr polisin yanında olmuşdur. Məhkəmə bu halları tam araşdırmamışdır. # ### 2026-cı il tarixdə saat 09:30 radələrində Hərəkətindən (qərarından) şikayət verilən orqan Zəyəm polis bölməsinin inzibati binasında Gəray İsayev əli ilə onun üz və baş nahiyyəsinə vuraraq ona başın tüklü hissəsində təpə nahiyyəsinin sıyrığı və sağ budun orta üçdə birinin bayır səthinin qançırı ilə nəticələnən ağırlıq dərəcəsi təyin edilməyən xəsarət yetirməklə İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı qəsdən törətmişdir. Şəmkir Rayon PŞ-nin TB-nin təhqiqatçısı, R X1 ## ### 2026-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Hazırda həmin qərardan narazıdır, ona görədə şikayət vermişdir. Belə ki, Gəray İsayevin əməlində CM-nin 221ci maddəsinin tərkibi vardır. Belə ki, o heç bir səbəb olmadan onu həm polis bölməsində, həmdə kənarda döymüş və xəsarət yetirmişdir. Xəsarətlər polis tərəfindən gizlədilmişdir, sübutları vardır, məhkəmə zamanı təqdim edəcəkdir. Bundan başqa Gəray İsayev polisə hörmətsizlik etmiş, onu polis otağında vurmuş, onun əməlində xuliqanlıqdan başqa öz başınalıqda mövcuddur. Necə ola bilər ki, o, polis otağında onu döyüb vura bilər. Demək burada polislərin hər hansısa marağı mövcuddur. İş üzrə şahidlər və sübutlar təqdim edəcəkdir, ona görə də işin dərindən araşdırılmasını xahiş edir. Qərarın surəti ona verilməmişdir. O, Gəray İsayevə heç bir narazılıq bildirməmiş, qeyd etmişdir ki, o düzgün hərəkət etməmişdir. O, məsələ ilə bağlı yuxarı orqanlara (Azərbaycan Respublikasının Prezidentinə, Prokurorluğa, DİN-ə və digər orqanlara) müraciət etmişdir. Özü hərbi əlildir. Hesab edir ki, müraciəti düzgün araşdırılmamışdır, iş üzrə yetərli araşdırılma aparılmamışdır, iş aparılarkən təhqiqatçı heç bir hüquqi hərəkət etməmişdir, sadəcə tərəflərin izahatı ilə yekunlaşdırmışdır. Kompleks araşdırılma aparılmamış, bir sözlə heç bir hüquqi hərəkət və araşdırma aparmamışdır. İş üzrə sübutlar mövcuddur”. Apellyasiya baxışı zamanı şikayətçi Şikayət verən şəxs apellyasiya şikayətini müdafiə edərək ona uyğun çıxış etdi və Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)- **/**** saylı qərarının ləğv edilməsini, Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı X1 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ## ### 2026-cı il tarixli qərarının ləğv edilməklə işin yenidən araşdırılması üçün daha təcrübəli İB-nin əməkdaşının icraatına göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apellyasiya baxışı zamanı Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsinin qanuni və ədalətli qərar qəbul etdiklərini göstərdi və Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Şəmkir rayon prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Şəmkir rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 449cu maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Həmçinin həmin maddədə qeyd edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər məhkəməyə şikayət vermək hüququna malikdirlər. (CPM-in 449.1 və 449.2-ci maddələri) CPM-in 450.4-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılması üzrə məhkəmə iclası başlananadək məhkəmə ona təqdim olunmuş bütün materialları əvvəlcədən öyrənir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmə cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxslərinin cinayət-prosessual fəaliyyətində qəbul etdiyi qərarların və onların hərəkətlərinin qanuniliyini və əsaslılığını məhkəmə nəzarəti qaydasında yoxlayır, bu yolla cinayət prosesini həyata keçirən orqanın prosessual qərarlarına faktiki məhkəmə nəzarətini də təmin etmiş olur. Məhkəmə yoxlanılması və qiymətləndirilməsi cinayət-prosesini həyata keçirən orqanın səlahiyyətinə aid olan məsələyə maddi-hüquqi qiymət verə bilməz, məsələn, cinayət işi başlaya və ya cinayət işinin başlanması üçün şərait yaradan əsaslar formalaşdıra bilməz. Məhkəmə daha çox cinayət prosesini həyata keçirən orqanların, fiziki və hüquqi şəxslərin şikayəti əsasında başladıqları araşdırmanı tam, hərtərfli aparıb-aparmamasını, habelə işin müəyyən edilmiş faktiki hallarına cinayət və cinayət-prosessual qanununvericliyin tələbləri baxımından düzgün qiymət verilib-verilmədiyini yoxlaya, eləcə də, bu orqanların maddi və prosessual hüququ düzgün tətbiq edib-etmədiyini müəyyən edə bilər. Məhkəmə nəzarətinin həyata keçirilməsinin prosedur qaydalarına gəldikdə isə, qeyd olunmalıdır ki, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkət və qərarlarının qanuniliyinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Məhz bu məhkəmə instansiyası cinayət prosesini həyata keçirən orqanların araşdırmanı tam, hərətəfli aparıb-aparmadıqlarını və hüququ düzgün tətbiq edib-etmədiklərini öz səlahiyyətləri çərçivəsində yoxlamağa borcludur. Nəticədə məhkəmə cinayət prosesini həyata keçirən orqanın qərarını qanuni hesab edir, yaxud yuxarıda qeyd edilən tələblərə cavab verməyən qərarı ləğv edib araşdırmanın təkrar aparılmasını təmin edir. Apellyasiya instansiyası məhkəməsi isə işə mahiyyəti üzrə baxan məhkəmə kimi birinci instansiya məhkəməsinin, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkətlərinə və qərarlarına düzgün qiymət verib-verməməsini yoxlayır, eyni zamanda, əgər birinci instansiya məhkəməsi işə baxarkən səhvə yol vermişdirsə, bu səhvi aradan qaldırır və fiziki və hüquqi şəxslərin şikayətləri üzrə birbaşa qərar qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı X1 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsindən imtina etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, hazırki materialın araşdırılması zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərtərəfli, tam və obyektiv şəkildə şikayət vermiş şəxsin irəli sürdüyü bütün arqumentlər araşdırılmışdır. Belə ki, iş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübə və Tədris birliyi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli *** nömrəli ekspert rəyindən görünür ki, Şikayət verən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - başın tüklü hissəsinin təpə nahiyəsinin sıyrığı və sağ budun orta üçdə birinin bayır sətinin qançırı KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 0# ### 2026-cı il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı X1 HK-*/*** saylı material üzrə ## ### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, İsayev Gəray Elman oğlunun əməlində İXM-nin 157-ci maddəsinin tərkibi və Şikayət verən şəxs əməlində İXM-nin 510-cu maddələrinin tərkibi olduğundan onların barəsində həmin maddələr ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanması üçün qərarın surəti şöbənin İTB-nə göndərilməsi qərara alınmışdır. Qeyd edilməlidir ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2004-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, Şikayət verən şəxs İsayev Gəray Elman oğlunun əməlində CM-nin 221-ci maddəsinin tərkib əlamətlərinin olduğunu qeyd edərək “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ## ### 2026-cı il tarixli qərarını qanuni və ədalətli hesab etməmişdir. Lakin yuxarıda əks olunan “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” ## #### 2004-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarında göstərilənlərə əsasən İsayev Gəray Elman oğlunun əməlində CM-nin 221-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu təkzib edilir. Belə ki, “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ## ### 2026-cı il tarixli qərardan və materiallardan aydın şəkildə görünür ki, tərəflər arasında mübahisə və ya dalaşma şəxsi münasibətlər zəminində, həmçinin zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmışdır. İbtidai araşdırma zamanı bütün hallar üzrə hərtərəfli və obyektiv araşdırma aparılmışdır. Şikayət verən şəxs müraciəti əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş və ona məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, yuxarıda qeyd edilən xüsusatlara əsasən Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı X1 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ## ### 2026-cı il tarixli qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. CPM-in 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı X1 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ## ### 2026-cı il tarixli qərarı cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydalara və prosedura uyğun qəbul edilmişdir. Birinci instansiya məhkəməsi də bu nəticəyə gələrkən göstərilən prosessual normaları nəzərə almaqla düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də kollegiya hesab edir ki, məhkəmənin qanuni və əsaslı olan qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və CPM-in 450, 451, 453 və 454-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin məhkəmə nəzarəti qaydasında qəbul edilmiş ## #### 2026cı il tarixli *(*-***)-**/**** saylı qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar