Məhkəmə qərarları › İş №6(3-7)-34/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-7)-34/2026

06.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 6(3-7)-34/2026 06.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Şikayətçi Şikayət verən şəxs və Hərəkətindən (qərarından) şikayət verilən orqan Təhqiqat bölməsinin təhqiqatçısı, R X1 iştirakları ilə, Hərəkətindən (qərarından) şikayət verilən orqan təhqiqatçısı, R X1 tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qanuni hesab edilməsi barədə Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən materiala Gəncə Apellyasiya Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq мəhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Bərdə RPŞ-nin təhqiqatçısı, R X1 ## ###### 2026-cı il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı ilə Şikayət verən şəxs müraciəti əsasında toplanmış HK-*/*** saylı material üzrə X6 əməlində cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Şikayət verən şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə RPŞ-nin təhqiqatçısı, R X1 ## ###### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının ləğv edilməsi və X6 barəsində yenidən hərtərəfli və obyektiv istintaq aparılması üçün aidiyyəti orqana, yəni Bərdə RPŞ-nə göndərilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-*/**** nömrəli (hakim Ziya Abdullayev) qərarı ilə Şikayət verən şəxs tərəfindən verilən şikayət təmin edilməmiş, Bərdə RPŞnin təhqiqatçısı, R X1 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ## ###### 2026-cı il tarixli qərarının qanuni hesab edilməsi qərara alınmışdır. Həmin qərardan Şikayət verən şəxs apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Köçəri Süleymanov onu aldadaraq dərman biznesi qurmaq adı ilə cəmi 5080 manat pulunu mənimsəmişdir. Onu əvvəlcə Bərdə rayonunda ofis açmağa inandırmış, sonra məqsədli şəkildə Ağdam rayonunun Xındırıstan kəndinə apararaq vaxt qazanmış, sonda isə heç bir biznes qurmadan onun pulunu dələduzluq edərək tamamilə ələ keçirmişdir. Hakim Ziya Abdullayev işə baxarkən aşağıdakı sübutları nəzərə almamışdır: Onun adına sistemdə yığılmış və birbaşa adının (Şikayət verən şəxs) qeyd olunduğu 750 m, habelə 576 m, 546 m və 892 m məbləğində bonus çekləri maddi sübut kimi işdə olsa da, məhkəmə bu vəsaitlərin Köçəri Süleymanov tərəfindən mənimsənilməsinə hüquqi qiymət verməmişdir. Köçəri Süleymanovun tibbi təhsili olmadan özünü “mütəxəssis” kimi təqdim edib onun etibarını qazanması, CM-nin 178-ci maddəsi üzrə aldatma üsulunun əsas elementidir, lakin hakim bunu mülki mübahisə kimi qiymətləndirmişdir. Məhkəmə, müstəntiqin qərarındakı uydurma “təmir xərcləri” və digər yalan ifadələrin onun izahatında olmadığını araşdırmamış, CPM-nin 8.0.3-cü maddəsinin (hərtərəfli, tam və obyektiv araşdırma vəzifəsi) tələblərini kobud şəkildə pozmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi faktları düzgün qiymətləndirməmiş və cinayət hadisəsinin üstünün örtülməsinə şərait yaradan polisin rədd qərarını qüvvədə saxlamışdır. Bu isə CPM-nin 399.1.1 və 399.1.2-ci maddələrinə əsasən həmin qərarın ləğv edilməsi üçün mütləq əsasdır. Bərdə Rayon Məhkəməsinin hakimi Ziya Abdullayev öz qərarında polisin gəldiyi nəticəni təkrarlayaraq bildirmişdir ki, tərəflər arasında yaranmış münasibətlər ticarət xarakterlidir və mülki qaydada həll olunmalıdır. Lakin bu yanaşma AR Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” ##.##.2015-ci il tarixli qərarının tələblərinə tamamilə ziddir. Həmin Plenum qərarında açıq şəkildə qeyd olunur ki, əgər şəxs əmlakı və ya vəsaiti (onun vəziyyətində 5080 manatı) alarkən artıq onu geri qaytarmaq niyyətində olmayıbsa və aldadıcı üsullardan istifadə edibsə, bu, mülki mübahisə deyil, birbaşa dələduzluq cinayətidir. Köçəri Süleymanovun onu Ağdam rayonu və sonra yenidən Bərdə rayonuna apararaq vaxt qazanması, malları təhvil verməməsi və onun adına olan bonusları (1642 manat) mənimsəməsi onun ən başından cinayət qəsdində olduğunu sübut edir. Birinci instansiya məhkəməsi Köçəri Süleymanovun heç bir tibbi təhsili olmadan özünü “mütəxəssis” kimi təqdim etməsini sadəcə işgüzar münasibətin hissəsi kimi görmüşdür. Halbuki, bu hal CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş “etibardan sui-istifadə etmə” əməlinin əsas tərkib elementidir. CPM-in 139.0.3-cü müddəasinə görə, əməldə cinayət əlamətlərinin olması yalnız sübutlarla müəyyən edilməlidir, lakin hakim Ziya Abdullayev bu aşkar cinayət əlamətlərinə hüquqi qiymət verməkdən yayınmışdır. Şikayətə əlavə olunmuş və onun adına toplanmış 750 m, 576 m, 546 m və 892 m məbləğində bonus çekləri (cəmi 1642 manat) göstərir ki, qarşı tərəf real qazancı ondan gizlədərək talama yolu ilə ələ keçirmişdir. Əgər bu dürüst bir mülki münasibət olsaydı, həmin vəsaitlər ona ödənilməli idi. Bu vəsaitlərin mənimsənilməsi hadisənin mülki deyil, birbaşa cinayət (talama) xarakterli olduğunu faktlar da təsdiq edir. Bərdə RPŞ-nin müstəntiqi Yusif Əliyev tərəfindən çıxarılmış ##.##.2026-cı il tarixli qərarda iddia olunur ki, guya izahatında Köçəri Süleymanovun ondan aldığı pulun 3000 manatını obyektin təmirinə xərclədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin hakimi Ziya Abdullayev də bu uydurma faktı yoxlamadan öz qərarına əsas kimi götürmüşdür. Lakin onun nə yazılı, nə də şifahi izahatında “təmir üçün 3000 manat vəsait xərclənməsinə razılıq verməsi” barədə bir kəlmə belə qeyd olunmayıb. X7 özünü müdafiə üçün uydurduğu yalanları məqsədli şəkildə onun adına yazaraq cinayət hadisəsini “mülki mübahisə” kimi qələmə verməyə çalışmışdır. Hakim Ziya Abdullayev isə CPM-in 125.1-ci maddəsinin (sübutların həqiqiliyinə şübhə olduqda onlardan istifadə edilməməsi) tələblərinə zidd olaraq, bu saxta məlumatı araşdırmamışdır. AR CPM-in 8.0.3-cü maddəsinə əsasən, cinayət təqibi orqanı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmalıdır. Lakin nə müstəntiq, nə də birinci instansiya məhkəməsi həmin “təmir” işlərinin real olub-olmamasını, obyektin kirayə müqaviləsini və ya bu xərcləri təsdiq edən bir dənə də olsun maliyyə sənədini tələb etməmişdir. Köçəri Süleymanovun sözlərinin müstəntiq tərəfindən onun izahatına əlavə edilməsi və hakimin buna göz yumması CPM-in 10-cu maddəsində (Qanunçuluq prinsipi) təsbit olunmuş tələblərin kobud şəkildə pozulmasıdır. Birinci instansiya məhkəməsi onun şikayətində göstərdiyi kəskin ziddiyyətləri – yəni Köçəri Süleymanovun pulu başqa şəxsin (“Mədinə” adlı şəxs) kartı vasitəsilə alması və real qazancları (bonusları) gizlətməsi faktlarını nəzərə almayaraq, yalnız müstəntiqin təhrif olunmuş rəyinə söykənmişdir. Həmçinin Bərdə RPŞ-nin qərarında və birinci instansiya məhkəməsinin gəldiyi nəticədə Köçəri Süleymanovun “xxxx” şirkətinin məhsullarının satışı ilə məşğul olduğu qeyd edilsə də, onun ali və ya orta ixtisas tibbi təhsili olmadan praktik tibb fəaliyyəti (müalicə, diaqnostika və dərman təyinatı) ilə məşğul olması faktına qətiyyən hüquqi qiymət verilməmişdir. AR CM-in 178-ci maddəsinə dair Ali Məhkəmənin Plenum qərarlarına əsasən, şəxsin özünü olmadığı bir statusda (məsələn, həkim və ya tibb mütəxəssisi) təqdim edərək özgənin əmlakını ələ keçirməsi aldatma yolunun bir növüdür. Köçəri Süleymanov məhz özünü “tibb mütəxəssisi” kimi təqdim edərək ona “müalicəvi” məhsullar satmaq və birgə biznes qurmaq vədi ilə etibarını qazanmışdır. Onun tibbi təhsilinin olmaması faktı dələduzluq niyyətinin ən mühüm sübutlarından biri olsa da, hakim Ziya Abdullayev bu halın üzərindən sükutla keçmişdir. Hakim Ziya Abdullayev Köçəri Süleymanovun tibbi fəaliyyət üçün müvafiq sertifikasiyanın, lisenziyasının və ya ixtisas təhsilinin olub-olmamasını araşdırmamaqla, CPM-in 8.0.3-cü maddəsinin (halların hərtərəfli və obyektiv araşdırılması) tələblərini kobud şəkildə pozmuşdur. Təhqiqat orqanı və birinci instansiya məhkməsi bu faktı obyektiv araşdırsaydı, Köçəri Süleymanovun onu aldatmaq üçün qəsdən “həkim” maskasından istifadə etdiyi və pulunu mənimsəmək üçün qanunsuz bir ssenari qurduğu aşkar olardı. Bu isə törədilmiş əməlin mülki mübahisə deyil, birbaşa cinayət tərkibli dələduzluq olduğunu təsdiq edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs şikayətin dəlillərini müdafiə etdi, şikayətdə göstərilən məzmunda çıxış edərək şikayətin təmin edilməsini məhkəmənin və təhqiqatçının qərarlarının ləğv edilməsini və yenidən hərtərəfli araşdırma aparılması üçün ibtidai araşdırma mərhələsinə qaytarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən qərarından şikayət verilən şəxs şikayətin dəlillərini qəbul etmədi, şikayətin təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası şikayətin dəlillərini və birinci instansiya məhkəməsi tərəfindən toplanmış materialları hərtərəfli, tam və obyektiv araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 8.0-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələri şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq, həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Həmin Məcəllənin 12.1 və 12.3-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidir, cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Həmin Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər şikayət vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini, birinci instansiya məhkəməsinin topladığı materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-*/**** nömrəli qərarı və Bərdə RPŞ-nin təhqiqatçısı, R X1 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ## ###### 2026-cı il tarixli qərarı qanunsuz hesab edilməklə ləğv olunmalı və material üzrə yenidən araşdırma aparılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi A.Vəliyevin şikayətində qeyd etdiyi dəlillərə düzgün hüquqi qiymət verməmiş, təhqiqatçının Şikayət verən şəxs qarşı dələduzluq cinayət əməlinin törədilməsi faktı üzrə hər hansı cinayət hadisəsi olmamasına görə cinayət işinin başlanmasının rədd edilməsi qərarını qanuni hesab etməklə ədalətsiz qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yenidən araşdırma aparılarkən aşağıdakı məsələlərə xüsusi diqqət yetirilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin IX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Qərarda həmçinin qeyd olunur ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Cinayət işinin başlanmasının rədd edilməsi, eyni zamanda birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarlara nəzər saldıqda görünür ki, cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar tərəflər arasında mübahisənin mülki xarakterli olması ilə əsaslandırılmışdır. Halbuki, cinayət qanunvericiliyi, eyni zamanda yuxarıda qeyd olunan plenum qərarının tələbləri əsas götürülməklə nəzərə alınmalıdır ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Iş materiallarına nəzərə saldıqda aydın olur ki, Şikayət verən şəxs ilə X6 arasında əldə edilmiş razılıq əsasında sonuncunun hesabına 5080 ( beş min səksən) manat məbləğində pul köçürülməsi işin mübahisəsiz halıdır. Tərəflər arasında razılığa əsas isə Köçəri Süleymanovun özünü dərman vasitəsi olmayan qida əlavələrinin satışı üzrə mütəxəssis və “xxxx” şirkətinin rəsmi təmsilçisi kimi tanıtması olmuşdur. Lakin iş materiallarında nə Köçəri Süleymanovun dərman vasitəsi olmayan qida əlavələrinin satışı üzrə qeydiyyatdan keçməsi və bu fəaliyyətlə məşğul olmaq üçün müvafiq icazəsi olması, nə də “xxxx” şirkətinin rəsmi təmsilçisi olması öz təsdiqini tapmışdır. Belə ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası həyata keçirilən qida obyektləri (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən siyahıya əsasən qeydiyyatı tələb olunmayan qida obyektləri (subyektləri) və bu Qanunun 24.5-ci maddəsi ilə tənzimlənən qida obyektləri istisna olmaqla) və ya qida obyektləri olmadan fəaliyyət göstərən qida subyektləri, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlər qeydiyyat üçün tələb olunan məlumatlar təqdim edildiyi halda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilmədən “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınır. Həmçinin həmin Qanunun 25.1-ci maddəsinə əsasən qida əlavələri və bioloji aktiv qida məhsullarının Azərbaycan Respublikasının ərazisində istehsal və emal edilməmişdən, dövriyyəyə buraxılmamışdan əvvəl aşağıdakı məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tədqiqi (sınağı) aparılır və məhsulların xüsusiyyətlərindən asılı olaraq bu Qanunun 25.8-ci maddəsinə uyğun olaraq qeydiyyata alınır. Eyni zamanda, Köçəri Süleymanovun hesabına ödənilən 5080 (beş min səksən) manat ödənilməsi təsdiqlənsə də, qeyd olunan dərman vasitələrinin Şikayət verən şəxs təqdim edilməsi təsdiqini tapmamışdır. Həmçinin həmin dərman vasitələrinin satışından əldə olunan gəlirlərin taleyi və həmin gəlirlərin kimin “bonus” hesabına daxil olması müəyyən olunmamışdır. Odur ki, yenidən araşdırma zamanı işin qeyd olunan bu hallarına aydınlıq gətirilməli, yenidən araşdırma aparılmaqla baş vermiş hadisənin cinayət hadisəsi olub-olmamasına qanunvericiliyin tələbinə uyğun düzgün hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 29-cu maddəsinin İ və II hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Ümumiyyətlə, şikayətdə göstərilən xüsusatların yenidən araşdırılaraq hüquqi qiymət verilməsi CPM-in tələbləri baxımından qanuni və əsaslıdır. Obyektiv həqiqətin müəyyən edilməsi, şikayətçinin istintaqın tam, hərtərəfli və obyektiv aparıldığına inamının bərqərar olması cinayət prosesi qanunvericiliyinin əsas tələblərindən biridir və işin vəziyyətindən asılı olaraq hər hansı istintaq hərəkətlərinin təkrar və ya əlavə olaraq aparılması təmin edilməlidir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmır və qəbul etdiyi qərarı qanuni və əsaslı hesab etmir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir və hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 125-ci maddəsinin VI hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. «Insan hüquqları və X5» haqqında Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. CPM-in 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi yer üzrə səlahiyyəti daxilində müvafıq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 451.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim aşağıdakı qərarlardan birini çıxarır: 451.1.1. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə; 451.1.2. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə. Qeyd olunanları yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-*/**** nömrəli qərarı və Bərdə RPŞ-nin təhqiqatçısı, R X1 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ## ###### 2026-cı il tarixli qərarı ləğv edilməli və araşdırmanın yenidən aparılması məqsədilə ilə qərar və material Hərəkətindən (qərarından) şikayət verilən orqan göndərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmaq səlahiyyətinə malikdir. Həmin Məcəllənin 399.1.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasları qismində birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi üçün məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması qeyd olunub. Həmin Məcəllənin 401.2-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmayan hesab edilir: 401.2.1. məhkəmənin hökm və ya qərarında əks etdirilmiş birinci instansiya məhkəməsinin gəldiyi nəticələr məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilmədikdə 401.2.2. birinci instansiya məhkəməsi onun tərəfindən məhkəmə iclasında tədqiq edilmiş və özünün gəldiyi nəticələrin düzgünlüyünə əhəmiyyətli təsir göstərən sübutları nəzərə almadıqda 401.2.3. birinci instansiya məhkəməsi öz hökm və ya qərarında bir sübutun qəbul edilməsinin və digər sübutun rədd edilməsinin səbəbini göstərmədikdə həmin məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyətə malik olan ziddiyyətli sübutlar olduqda 401.2.4. birinci instansiya məhkəməsinin hökm və ya qərarında şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Şərh оlunanları və CPM-in 442, 450, 451 və 454-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət verən şəxs şikayəti təmin edilsin. Bərdə RPŞ-nin təhqiqatçısı, R X1 “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ## ###### 2026-cı il tarixli qərarı və həmin qərarın qanuni hesab edilməsi barədə Bərdə Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-*/**** nömrəli qərarı ləğv edilsin. Material araşdırmanın yenidən aparılması məqsədilə Hərəkətindən (qərarından) şikayət verilən orqan göndərilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, оndan kassasiya qaydasında şikayət və prоtesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar