Məhkəmə qərarları › İş №6(3-7)-35/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-7)-35/2026

28.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 6(3-7)-35/2026 28.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi ilə Şikayət verən şəxs cinayət prosesini həyata keçirən orqanın qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayət ərizəsinin icraata qəbul edilmədən geri qaytarılması barədə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsi məsələsinə Gəncə Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxılaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs şikayət ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək, Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ***-C-** nömrəli material üzrə ## ###### 2026-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan verdiyi şikayətin araşdırılması üçün məhkəmənin icraatına qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli (sədrlik edən Ülkər Babazadə ) qərarı ilə Şikayət verən şəxs cinayət prosesini həyata keçirən orqanın qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayət ərizəsinin icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Həmin qərardan Şikayət verən şəxs apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarının əsassız olduğunu və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə əlaqəli surətdə araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 454cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən elan olunduqdan sonra 3 (üç) gün müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, haqqında yaxud bundan imtina barədə hakimin qərarından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər. Cinayət prosessual qanunvericiliyin tələbindən aydın olur ki, məhkəmə nəzarəti qaydasında olan qərarlardan elan olunduqdan sonra 3 (üç) gün müddətində şikayət verilməsi nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsində işə ## #### 2026-cı il tarixdə baxılmış və Şikayət verən şəxs cinayət prosesini həyata keçirən orqanın qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayət ərizəsinin icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Həmin qərardan Şikayət verən şəxs tərəfindən apellyasiya şikayəti ## #### 2026-cı il tarixdə tərtib olunaraq saxlanıldığı Penitensiar Xidmətin * saylı istintaq Təcridxanasına və eyni tarixdə Təcridxana tərəfindən Gəncə Şəhər Məhkəməsinə təqdim olunmuşdur. CPM-in 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət prosessual qanunvericiliyində məhkəmə nəzarətinin həyata keçirilməsi nəzərdə tutulan prosessual normalarda şikayətin müddət ötürülməsi ilə verilməsi və bu zaman qərarın qanuniliyini yoxlayan məhkəmənin hansı hərəkətlər etməsi nəzərdə tutulmasa da, CPM-in 386.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, materialdan məlum olduğu kimi Şikayət verən şəxs şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüşdür. Belə ki, qərar ## #### 2026-cı il tarixdə qəbul edilmiş, şikayət isə ## #### 2026-cı il tarixdə tərtib edilərək Gəncə Şəhər Məhkəməsinə təqdim olunmuşdur. Bununla da, şikayətçi tərəfindən birinci instansiya məhkəməsinin qərarından şikayət müddət ötürülməklə verilmişdir. Belə ki, CPM-ə əsasən qərardan şikayət vermə müddəti qərarın alındığı tarixdən deyil, qərarın elan olunduğu tarixdən hesablanır. Bununla belə, Şikayət verən şəxs birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmamışdır. CPM-in 386.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Bunları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Şikayət verən şəxs şikayəti geri qaytarılmalı və şikayət vermiş şəxs Şikayət verən şəxs birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüquqları izah edilməlidir. Göstərilənləri nəzərə alaraq və CPM-in 386, 452 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunsun. Şikayət verən şəxs birinci instansiya məhkəməsi (Gəncə Şəhər Məhkəməsi) qarşısında məhkəmə nəzarəti qaydasında olan qərardan şikayət verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüquqları izah edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir və ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar