Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 6(3-7)-36/2026 03.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Qərarından şikayət verilən Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, ll dərəcəli hüquqşunas Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS), Qərardan şikayət vermiş şəxs Şikayət verən şəxs, onun etibarnamə üzrə nümayəndəsi və vəkili “Medleks” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından verilmiş şikayət üzrə Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarından Gəncə şəhər prokuroru tərəfindən verilmiş protestə əsasən həmin qərarın qanuniliyini və əsaslılığını Gəncə Apelyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, ll dərəcəli hüquqşunas Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) icraatında araşdırılmış ## ###### 2026-cı il tarixli ***c-** nömrəli material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin (hakim Məhəmməd Həsənli) ## #### 2026-cı il tarixli, *(*- ***)-**/**** saylı qərarı ilə şikayət təmin edilmiş, Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, ll dərəcəli hüquqşunas Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2026-cı il tarixli qərarı ləğv edilmiş, qərarın məzmununda və Şikayət verən şəxs şikayətində göstərdiyi xüsusatlarla bağlı əlavə araşdırılma aparılması üçün qərarın surətinin Hərəkətindən (qərarından) şikayət verilən orqan göndərilməsi qərara alınmışdır. Həmin qərardan Gəncə şəhər prokuroru protest verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Protest araşdırma zamanı toplanmış sübutlar sadalanmaqla onunla əsaslandırılmışdır ki, ***-c-** nömrəli yoxlama materialı üzrə Hərəkətindən (qərarından) şikayət verilən orqan aparılmış araşdırma zamanı bütün zəruri prosessual hərəkətlər aparılaraq, müvafiq ekspertizalar təyin edilmiş, ekspert rəylərində göstərilən xüsusatlar nəzərə alınaraq yekun qərar qəbul edilmişdir. Məhkəmənin qərarı qanunsuz və əsassız olmaqla CPM-nin tələblərinin pozulması nəticəsində qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, ll dərəcəli hüquqşunas Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) protesti müdafiə etdi, protestdə göstərilən məzmunda çıxış etdi və protestin təmin edilərək Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Şikayət verən şəxs və onun nümayəndəsi protestə etiraz edərək, təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası işin materiallarını yoxlayıb, qeyd olunan izahatları dinləyərək və protestin dəlillərini araşdıraraq hesab edir ki, protest təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası protestin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Azərbaycan Respublikası Cinayət-Posessual Məcəlləsinin 207.5-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatların alındığı hər bir halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işi başlamaq; cinayət işinin başlanmasını rədd etmək; məlumatı istintaq aidiyyəti üzrə göndərmək; xüsusi ittiham qaydasında təqib olunan cinayətə dair məlumatı məhkəmə aidiyyəti üzrə göndərmək barədə qərar qəbul edir. Həmin Məcəllənin 209.1-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş səbəblər və əsaslar mövcud olduğu bütün hallarda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal cinayət işi başlamalıdır. Həmin Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra Konstitusiya) 63-cü maddəsinin İ və II-ci hissələrinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın (bandan sonra Konvensiya) 6-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Konvensiyanın 7-ci maddəsinin 1-ci bəndinə əsasən heç kəs törədildiyi zaman Milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işin materiallarından və toplanmış sübutlardan görünür ki, ibtidai araşdırmanı həyata keçirən orqan tərəfindən araşdırma aparılarkən qərardan şikayət vermiş şəxs Şikayət verən şəxs tərəfindən irəli sürülmüş dəlillərə tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməmiş, nəticədə ərizəçinin dəlilləri cavabsız qalmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qərar qəbul edilərkən CPM-nin tələbləri pozulmamışdır. Belə ki, istintaq orqanının mübahisələndirilən qərarından və şikayətin dəlillərindən görünür ki, şikayətçinin şikayət ərizəsində göstərdiyi hallar hərtərəfli, tam və obyektiv araşdırılmamış, sadəcə ekspert rəyləri alınmaqla kifayətlənilmişdir. Halbuki şikayətçinin öz ərizəsində və izahatında birbaşa qeyd etdiyi həkim səhlənkarlığı və tibbi personalın sanitar tələblərə əməl etməməsi faktı araşdırılmamış, ən azından xəstəni əməliyyat edən həkimin və ona xidmət göstərən tibbi personalların izahatları alınaraq iş materiallarına əlavə olunmamışdır. Bundan başqa, müstəntiqə bu barədə məlumat verilməsinə baxmayaraq “kardiovaskulyar” cərrahiyyə personalı olan Səbinə adlı şəxsin “Hepatit B” virusuna yoluxduğuna görə işdən ayrılması faktı araşdırılmamışdır. Eyni zamanda ekspertlər qarşısında “ALT” göstəricisinin 1-1,5 ay içində 62-dən 1917-ə qalxması səbəbi müəyyən edilməli idi. Yuxarıda sadalanan və birinci instansiya məhkəməsinin də qərarında öz əksini tapan hallarla yanaşı məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, istintaq orqanı tərəfindən aparılmış araşdırma həm də ona görə natamam olmuşdur ki, istintaq orqanı araşdırmamışdır ki, mərhum əməliyyatdan sonra ev şəraitində və digər hər hansı xəstəxanada müayinə və ya müalicə olunmuşdur ya yox. Qeyd edilən faktın mövcudluğu halında mərhumun əməliyyatdan sonra ev şəraitində və digər bir xəstəxanada da qeyd olunan virusa yoluxmasının mümkün olub-olmaması da araşdırılmalıdır. Həmçinin mərhumun ailə üzvlərində qeyd olunan halların olub-olmaması barədə də araşdırma aparılmamışdır. Bundan başqa, mərhumun həm əməliyyatında, həm də əvvəlki və sonrakı müalicələrində iştirak edən tibbi personalında qeyd olunan virusdan əziyyət çəkib-çəkməməsi müəyyən edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin qərarında və hazırkı qərarda öz əksini tapan yuxarıda sadalanan xüsusatlar araşdırılıb, mötəbər faktlarla təsdiq olunmadan iş üzrə yekun nəticəyə gəlmək mümkün deyildir və aparılmış araşdırma natamam olacaqdır. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, protestin iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmasına dair dəlilləri əsassızdır və yalnız sadalanan xüsusatlar araşdırılıb bu hissədə sübutlar toplandıqdan sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikası CPM-nin 442.2 və 442.2.2-ci maddələrinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə də baxır. Həmin Məcəllənin 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan protest təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 442, 450, 451, 452, 453, 454-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Protest təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-7)-36/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-7)-36/2026
03.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver