Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 6(3-7)-37/2026 26.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Abdullayev Əlizamin Gülzalı oğlu və Hüseynov Salman Bilal oğlundan ibarət tərkibdə, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Şikayətçi Şikayət verən şəxs və tərcüməçisi X3, Barəsində şikayət verilmiş şəxs X1 iştirakı ilə Gəncə şəhər Baş Polis Idarəsinin 2-ci Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında“ ## ### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarı (hakim Bayramova Kəmalə) ilə Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, Gəncə şəhər Baş Polis Idarəsinin 2-ci Polis Şöbəsinin TB-in təhqiqatçısı R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” ## ### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. IŞIN HALLARI: “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” ## ### 2026-cı il tarixli qərarla müəyyən edilmişdir ki, Şikayət verən şəxs Ayişə Orucovaya qarşı şikayəti ilə bağlı toplanmış materiallarda cinayət hadisəsi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Qərarda qeyd edilmişdir ki, ##.##.2026-cı il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Şikayət verən şəxs X1 tərəfindən hədələməsi faktı öz təsdiqini tapmadığından toplanmış materialda cinayət hadisəsi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Araşdırma zamanı izahatı alınmış Şikayət verən şəxs göstərmişdir ki, X1 iki ildən artıqdır ki, tanıyır. Onlar qeyri rəsmi olaraq birlikdə əvvəllər Türkiyə Respublikasıda Ankara şəhərində, həm də Azərbaycan Respublikasında yaşamışlar. Onlar birgə yaşadıqları müddət ərzində o, Ayişəyə maddi köməkliklər etmişdir. Bir müddət əvvəl Ayişə Azərbaycana, yaşadığı Gəncə şəhərinə qayıtmış, sonradan isə özü də Gəncə şəhərinə gəlmişdir. Həmin vaxtlarda Ayişə ilə yaşamış, Ayişənə 17.000 manat pul vermiş, sonradan Ayişən onunla yaxşı rəftar etməmiş və onu evdən qovmuşdur. O, da Ayişəyə Türkiyə Respublikasına qayıtmaq istədiyini və ona verdiyi pulu geri qaytarmasını istəmişdir. O, ümumilikdə hissə hissə olmaqla Ayişəyə 28.000 ABŞ dollar pul vermişdir. O, dəfələrlə Ayişəyə pulunu qaytarmasını bilrdirsədə Ayişən onu öldürməklə hədələmişdir. Araşdırma zamanı izahatı alınmış X1 göstərmişdir ki, barəsində olan şikayətlə tanış olmuş və bu barədə bildirmişdir ki, Şikayət verən şəxs təxminən 2 ildən artıqdır ki, tanıyır. Belə ki, təxminən bir ildən atıq qeyri rəsmi olaraq birlikdə əvvəlcə Ankara şəhərində sonralar isə Azərbaycanda birgə yaşamışlar. Onlar birlikdə yaşadıqları müddətdə Metin onu işləməməyini, özünün ona baxacağını deyərək ona mütamadi olaraq hissə hissə olmaqla pullar vermişdir. Təxminən bir ay olar ki, Metin Türkiyədən onun yaşadığı Gəncə şəhərinə gəlmişdir. Metinin onu aldadaraq başqa qadınlarla danışdığını bildiyi üçün o, Metindən ayrılmaq qərarına gəlmişdir. Bundan sonra Metin onun barəsində qərəzli olaraq şikayətlər etməyə başlamışdır. Metin ona Azərbaycana gələn zaman 17.000 manat pul vermiş, həmin pulu isə 3 ay orada qalacağını və işləməyəcəyini, pulu da gündəlik ehtiyyacları üçün xərcləmişdir. Həmin puldan başqa Metin ona pul verməmişdir. Metinin ona xəyanet etdiyi üçün onunla mübahisə etmiş və onu evdən qovmuşdur. Sonra isə Metin Gəncədə yaşayan qardaşı Yaşarın evində qalmışdır. O, Metinin pullarını mənimsəməmişdir. Metin onunla barşmaq üçün onun barəsində qərəzli olaraq şikayətlər etmişdir. Məhkəmə nəzarəti qaydasında iş materialına baxan Gəncə Şəhər Məhkəməsi yuxarıda qeyd olunan qərarı qəbul etmişdir. ŞIKAYƏTIN DƏLILLƏRI: Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən X1 əməllərində dələduzluq faktının olduğu halda buna heç bir qiymət verilməmişdir. Belə ki, təkcə bir epizod üzrə Ayişə Orucova etibardan sui-istifadə etməklə ev almaq adı ilə mənim 10.000 ABŞ dolları vəsaitimi ələ keçirmişdir. Lakin bu xüsusatları belə məhkəmə öz qərarında əks etdirməmişdir. Onun 4 səhifəlik şikayətindən (dələduzluq faktı üzrə hər bir xüsusatları göstərməyinə baxmayaraq) məhkəmə öz qərarında sadəcə iki cümləsini qeyd etmişdir. Məhkəmə qərarının 3-cü səhifəsi 3-cü abzasında qeyd etmişdir ki, hədələmə faktı öz təsdiqini tapmır. Halbuki, o, şikayətində Ayişə Orucovanın dələduzluq faktlarının hər birini ayrıca şəkildə göstərmişdir. Şikayətdə göstərilmiş faktlar tam və hərtərəfli aydınlaşdırılmamış, təhqiqatçının iştirakı belə məhkəmədə təmin olunmamışdır. Odur ki, şikayətin təmin edilməsi xahiş olunur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında tərcüməçi Fikrət Musayevin iştirakı ilə dindirilən şikayətçi Şikayət verən şəxs verdiyi şikayətin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun çıxış etmiş və şikayətin təmin olunmasını xahiş etdi. Əlavə olaraq, Şikayət verən şəxs göstərdi ki, o, əvvəllər birgə yaşadığı Ayişə Orucovaya ümumilikdə 68000 manat məbləğində pulu evlənmək məqsədilə ona vermişdir. Belə ki, onlar bir müddət Türkiyə Respublikasının Ankara şəhərində yaşadıqdan sonra Azərbaycan Respublikasına Gəncə şəhərinə gəlmişlər. Ayişə Orucova ona evlənmək üçün el-adətinə uyğun olaraq əvvəlcə qızıl komplektini almasını demiş o da Ayişəyə 10.000 manat dəyərində Gəncə Univermağından iki qızıl-komplekti almışdır. Daha sonra Ayişəyə 800 manat dəyərində ev üçün mebel əşyaları alıb vermişdir. Ayişənin avtomobili xarab olduğuna görə həmin avtomobilin təmiri üçün ona 5.000 manat məbləğində pul da vermişdir. Bundan başqa, Ayişə ona ailə həyatı qurduqdan sonra onlara ev lazım olduğunu bildirərək ona ev almasını demiş, o da beh olaraq 10.000 ABŞ dollarını Ayişənin tapşırığı ilə sonuncunun dayısı Seymura vermiş, sonra həmin evi razılaşaraq 23.000 manat dəyərində almışlar, həmin pulu Ayişənin özünə vermişdir. Qısa müddət sonra Ayişə Orucova ona Türkiyəyə getməsini və oraya gələrək orada birlikdə nikah bağlamalarını ona bildirdikdən sonra o, başa düşmüşdür ki, Ayişə Orucva onu evlənmək adı ilə onu aldadaraq onun pullarını dələduzluq yolu ilə ələ keçirtmişdir. Bundan başqa, Şikayət verən şəxs məhkəməyə sənədlər təqdim edərək göstərdi ki, Ayişənin əmisi oğlu kimi tanıtdırdığı qohumu Elşən Bayramova ##.##.2025-ci il tarixdə 4.000.00 TL və onun digər qohumu Şirin Şəkərə ##.##.2026-cı il tarixdə 5.000.00 TL göndərərək Ayişəyə vermələrini xahiş etmiş, ümumilikdə həmin şəxslərdən 30000 manat pulu sənədlər vasitəsi ilə Ayişəyə göndərmiş, geridə qalan 38000 manat pulu, yəni Ayişəyə aldığı ev, ev üçün mebel, qızıl-komplekt, maşın təmiri üçün və digər sosial məişət məsələləri üçün verdiyi pulları şifahi şəkildə ona vermişdir. Elşən Bayramova və Şirin Şəkərə pulları Ayşənin tapşırığı ilə göndərmişdir. Ayşən ona demişdir ki, «sən pulları həmin şəxslərə göndər onlar həmin pulları mənə çatdıracaqlar». Ayşən evlənmək adı ilə onunun pullarını dələduzluqla ələ keçiribdir. Ayşənin onun haqqında dedikləri yalandır. Odur ki, o, şikayətin təmin edilməsini, məhkəmənin qərarının ləğv edilməsini, pullarının geri qaytarılmasını və Ayişə Orucovanın CMnin 178-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən barəsində şikayət verilmiş şəxs Ayişə Orucova şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, şikayət əsassızdır və şikayətin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq o, göstərdi ki, həqiəqət də Şikayət verən şəxs ilə birlikdə bir müddət Türkiyə Respublikasında yaşadıqdan sonra Azərbaycan Respublikasına gəlmişlər. Şikayət verən şəxs onu başqa qadınlarla aldatmasını bildikdən sonra onunla ayrılmışdır. Şikayət verən şəxs ona ev üçün mebel və 4500 manatlıq dəyərində qızıl-kompekt almış, aldıqları həmin mebel və qızıl kompelt hazırda ondadır. Şikayət verən şəxs ona Elşən Bayramov və Şirin Şəkər adlı şəxslər vasitəsi ilə hissə-hissə gündəlik xərclərini ödəmək üçün pul göndərsə də, lakin onun izahatında göstərdiyi 30.000 manat pulu ona göndərməmişdir. Şirin Şəkər onun qohumu olsa da, Elşən Bayramov onun qohumu deyil. Eyni zamanda Şikayət verən şəxs ona ev almamışdır. Şikayət verən şəxs ona Azərbaycana gələn zaman 17.000 manat pul vermiş, lakin həmin pulu gündəlik məişət tələbatlarına xərcləmişdir. HÜQUQI MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından və toplanmış sübutlardan görünür ki, ibtidai araşdırmanı həyata keçirən orqan tərəfindən araşdırma aparılarkən şikayətçi Şikayət verən şəxs tərəfindən irəli sürülmüş dəlillərə tam, hərtərəfli və obyektiv hüquqi qiymət verilməmiş, nəticədə şikayətçi Şikayət verən şəxs dəlilləri cavabsız qalmışdır ki, bu hal qəbul edilmiş qərarın qanuniliyinə və əsaslılığına şübhələr yaratmışdır. Şikayətçi Şikayət verən şəxs həm birinci instansiya məhkəməsinə, həm də apellyasiya məhkəməsində irəli sürdüyü dəlillərdən görünür ki, Ayişə Orucova onunla evlənmək məqsədilə ondan ümumilikdə 68000 manat pulu alsa da, lakin Ayişə Orucova onunla evlənməmiş, eyni zamanda şikayətçi Şikayət verən şəxs belə hesab edir ki, Ayişə Orucova onun inanımı qazanmaqla aldatma va ya etibardan sui-istifadə etmə yolu ondan evlənmək məqsədilə 68000 manat pulu dələduzluq yolu ilə ələ keçirtmişdir. Belə ki, apellyasiya məhkəməsi iclası zamanı Şikayət verən şəxs məhkəməyə sənədlər təqdim edərək göstərdi ki, Ayişənin əmisi oğlu kimi tanıtdırdığı qohumu Elşən Bayramova ##.##.2025-ci il tarixdə 4.000.00 TL və onun digər qohumu Şirin Şəkərə ##.##.2026-cı il tarixdə 5.000.00 TL göndərərək Ayişəyə vermələrini xahiş etmiş, ümumilikdə həmin şəxslərdən 30000 manat pulu sənədlər vasitəsi ilə Ayişəyə göndərmiş, geridə qalan 38000 manat pulu, yəni Ayişəyə aldığı ev, ev üçün mebel, qızıl-komplekt, maşın təmiri üçün və digər sosial məişət məsələləri üçün verdiyi pulları şifahi şəkildə ona vermişdir. Eyni zamanda barəsində şikayət verilmiş şəxs Ayişə Orucova izahatında Şirin Şəkər adlı şəxsin qohumu olduğunu, Elşən Bayramovun isə qohumu olmadığını, lakin Şikayət verən şəxs tərəfindən Ankaradan gündəlik xərclərini qarşılamaq məqsədilə hissə-hissə pulların həmin şəxslər vasitəsi ilə ona göndərilməsini təsdiq etmiş, həmçinin Şikayət verən şəxs tərəfindən ona qızıl-komplekt, ev üçün mebel və gündəlik xərclərini qarşılamaq üçün ona 17000 manat pulun verilməsini təsdiq etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətçi Şikayət verən şəxs tərəfindən məhkəməyə təqdim etdiyi sənədlərdə adları göstərilən şəxslərin, yəni Elşən Bayramovun və Şirib Şəkərin şəxsiyyətləri müəyyən olunmalı, onların Ayişə Orucov ilə hansı münasibət səviyyələrində olmaları və həqiqətən də Şikayət verən şəxs tərəfindən izahatında göstərdiyi pulların onların hesabına göndərilməsi və əgər göndərilibsə həmin pulların həmin şəxslər tərəfindən alınıb Ayişə Orucovaya verilib-verilməməsi, habelə X4 Metinin pulu ilə evin, qızıl əşyaların alınıbalınmaması xüsusatları tam araşdırılmalıdır. Eyni zamanda, şikayətçi Şikayət verən şəxs tərəfindən izahatında göstərdiyi digər xüsusatların, yəni Ayişə Orucovanın onun inanımı qazanmaqla aldatma va ya etibardan suiistifadə etmə yolu ondan evlənmək məqsədilə 68000 manat pulu dələduzluq yolu ilə ələ keçirtməsi faktı ilə izahatında göstərdiyi digər xüsusatlarla bağlı zəruri araşdırılma aparılmamışdır. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ### 2026-cı il tarixli qərar yuxarıda göstərilən xüsusatlara görə natamamdır, həmin fakt üzrə araşdırılma tam və hərtərəfli aparılmamış, zəruri şəxslərin izahatları alınmamış və ziddiyyətli xüsusatlara hüquqi qiymət verilməmişdir. Belə olan halda iş materiallarından göründüyü kimi təhqiqat şöbəsi tərəfindən qeyd olunan xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin bütün faktiki halları və mövcud sübutlar tədqiq edilərək, eləcə də yeni sübutlar toplanaraq iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparıldıqdan sonra Ayşən Orucovanın əməlinə hüquqi qiymət verilməklə yekun qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, təkrar araşdırma zamanı yuxarıda qeyd edilən xüsusatlara araşdırılıb hüquqi qiymət verilməli, işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi baxımından qeyd edilən xüsusatlara aydınlıq gətirilməli və yalnız bundan sonra iş üzrə qanunmüvafiq qərarın qəbul olunması təmin olunmalıdır. CPM-nin 442.2 və 442.2.2-ci maddələrinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə də baxır. Həmin Məcəllənin 451.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim aşağıdakı qərarlardan birini çıxarır: 451.1.1. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə; 451.1.2. barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməklə birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli, ## ### 2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından“ şikayətçinin verdiyi şikayət təmin edilməli, Gəncə şəhər Baş Polis Idarəsinin 2-ci Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında“ ## ### 2026-cı il tarixli qərarı qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və şikayətçi Şikayət verən şəxs (şikayətinə) Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhqiqat orqanında yenidən baxılması təmin edilməli, şikayətdə göstərilən xüsusatlar üzrə əlavə araşdırma aparılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və CPM-nin 450-451, 453 və 454-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı ləğv edilsin. Gəncə Şəhər BPI-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ### 2026-ci il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər BPI-nin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ### 2026-cı il tarixli tarixli qərarı ləğv edilsin. Materiala və Şikayət verən şəxs ərizəsinə (şikayətinə) Azərbaycan Respublikasının Cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada istintaq orqanında yenidən baxılması təmin edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, ondan kassasiya qaydasında şikayət və protest verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-7)-37/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-7)-37/2026
26.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver