Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 6(3-7)-39/2026 04.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Əzizov Sevindik Əziz oğlu (sədrlik edən), Məmmədov Müşfiq Vaqif oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi, Şəmkir rayon prokurorunun müavini, R X7 iştirakı ilə Şikayət verən şəxs Şəmkir rayon prokurorunun böyük köməkçisi, R Hacı Məmmədli tərəfindən ##.##.2025-ci il tarixdə qəbul olunmuş ***-C/** saylı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs Şəmkir Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, Şəmkir Rayon Prokurorluğunun ##.##.2025-ci il tarxli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini, azyaşlı qızının onun razılığı olmadan qanunsuz olaraq himayəyə verilməsi, ölkədən çıxarılması və nəticədə təhsil hüququnun pozulması faktlarına hüquqi qiymət verilməsi üçün cinayət işi başlanması məcbur edilməsini, iş üzrə toplanmış materialların tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması üçün yenidən ibtidai istintaqa göndərilməsini, qanunsuz himayə sənədinin verilməsində iştirak etmiş vəzifəli şəxslərin, həmçinin bu sənəddən istifadə edərək azyaşlı qızını ölkədən çıxaran şəxsin əməllərinə CM-nin 144, 308, 313, 314 və 320-ci maddələri ilə hüquqi qiymət verilməsinin təmin edilməsini, ötürülmüş prosessual müddətin bərpa edilməsini və təqdim etdiyi şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı ilə (sədrlik edən hakim S.M.Yusifli) Şikayət verən şəxs şikayəti təmin edilməmiş, Şəmkir rayon prokurorunun böyük köməkçisi, Rı Hacı Məmmədli tərəfindən ##.##.2025-ci il tarixdə qəbul olunmuş ***-C/** saylı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qanuni hesab edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarından Şikayət verən şəxs Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verərək Şəmkir Rayon Məhkəməsinin məhkəmə nəzarəti qaydasında çıxardığı ## ##### 2026-cı il tarixli qanunsuz və əsassız qərarın tamamilə ləğv edilməsini, Şəmkir rayon prokurorunun böyük köməkçisi Hacı Məmmədlinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli, ***-C-** nömrəli qanunsuz qərarının ləğv edilməsini, təqdim etdiyi və dövlət orqanları tərəfindən rəsmən təsdiq edilmiş maddi sübutlar, habelə Şəmkir RİH başçısının müavini Aynur Abdullayevanın izahatındakı yalan, hüquqi qeyri-mümkünlük və xronoloji saxtakarlıq faktları, həmçinin vətəndaş Gülnaz Ələkbərovanın dövlət orqanına təqdim etdiyi yalan bəyanatı əsasında yetkinlik yaşına çatmayanın ölkədən qanunsuz çıxarılması, sənəd saxtakarlığı (CM-nin 313-cü maddəsi) və vəzifə səlahiyyətlərindən sui-istifadə (CM-nin 308-ci maddəsi) faktları üzrə cinayət işinin başlanması üçün materialların aidiyyəti üzrə prokurorluğa göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Cinayət təqibi orqanı və birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma formal, birtərəfli və qeyri-obyektiv olmuş, iş üzrə əhəmiyyət kəsb edən fundamental hallara düzgün hüquqi qiymət verilməmişdir. Aşağı instansiya orqanları şikayətin ilkin mərhələsində emosional fonda qeyd olunmuş, lakin hazırda cinayət təqibinin predmeti olmayan və tərəfindən cinayət təqibi üçün əsas kimi irəli sürülməyən "rüşvət" iddialarının maddi sübutunun olmamasını qəsdən və süni şəkildə bəhanə gətirmişlər. İbtidai araşdırmaya rəhbərlik edən prokurorluq və məhkəmə nəzarətini həyata keçirən instansiya bu qondarma bəhanənin arxasında gizlənərək, iş materiallarına rəsmi dövlət orqanları tərəfindən təqdim edilmiş və cinayət işinin başlanması üçün tam yetərli olan maddi və rəsmi sənədli sübutları qəsdən görməzdən gəlmişlər. Tərəfindən təqdim edilən şikayətin əsas hüquqi sütununu maddi rüşvət faktı deyil, dövlət sənədləri ilə tam təsdiqini tapan vəzifə saxtakarlığı (CM-nin 313-cü maddəsi), vəzifə səlahiyyətlərindən sui-istifadə (CM-nin 308-ci maddəsi), vəzifəli şəxsin bilə-bilə yalan izahat verməsi və vətəndaşın dövlət orqanına yalan bəyanat təqdim edərək azyaşlını qanunsuz yollarla ölkədən qaçırması cinayət tərkibləri təşkil edir. Rüşvət sübutunun yoxluğunu əsas gətirərək, digər danılmaz dövlət sənədlərinə və vəzifə cinayəti faktlarına hüquqi qiymət verməkdən yayınmaq 5 ildir davam edən haqlı hüquqi mübarizəsini qəsdən nəticəsiz qoymaq məqsədi daşıyır. Xüsusilə qeyd edilməlidir ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva prokurorluğa verdiyi rəsmi izahatında tamamilə həqiqətəayqırı və yalan ifadələr işlətmişdir. O, izahatında etibarnamə əsasında himayəçilik təyin etdiklərini və 14 yanvar tarixli sərəncama istinadən qərarın 22 fevral tarixində komissiya üzvləri tərəfindən qəbul edildiyini iddia etmişdir. Lakin iş materiallarına əlavə etdiyi dövlət sənədləri və rəsmi notarial sənədlər A.Abdullayevanın bu izahatının tamamilə yalan və hüquqi əsasdan məhrum olduğunu sübuta yetirir. Azərbaycan Respublikasının qanunvericiliyinə görə, birbaşa vəzifə səlahiyyətlərindən sui-istifadə və sənəd saxtakarlığı faktına dəlalət edir. Eyni zamanda, sərəncamın və komissiya qərarının tarixləri arasındakı ziddiyyət icra hakimiyyəti tərəfindən rəsmi sənədlərin geriyə tarix qoyulmaqla saxtalaşdırıldığını açıq şəkildə göstərir. Birinci instansiya məhkəməsi iş materiallarında mövcud olan bu müstəqil vəzifə cinayəti elementlərini və əks olunmuş maddi sübutları araşdırmadan kənarda saxlamış, prokurorluğun qanunsuz qərarını əsassız olaraq qüvvədə saxlamışdır. 1. CM-nin 313-cü (Vəzifə saxtakarlığı) və 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrinin tərkibi üzrə maddi sübutlar: SÜBUT 1: Vətəndaş X5 Şəmkir Rayon İcra Hakimiyyətinə təqdim etdiyi ##.##.2022-ci il tarixli rəsmi ərizəsi (Şəmkir RİH "Bir Pəncərə" Xidmət Mərkəzinin ##.##.2022-ci il tarixli, *-R-** nömrəli daxilolma ştampı ilə). Bu ərizədə uşağın atası olan onun (Şikayət verən şəxs) "Rusiyada qaldığı" iddia edilərək dövlət orqanına aşkar yalan məlumat verilmişdir. SÜBUT 2: Şəmkir Rayon İcra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli, * nömrəli Sərəncamı. Qəyyumluq Komissiyası atanın qanuni hüquqlarını və onun Azərbaycanda (Şamaxı rayonunda) yaşadığını yoxlamadan, yuxarıdakı yalan ərizəni əsas götürərək azyaşlı uşağın "həqiqətən valideyn himayəsindən məhrum olması" barədə bu saxta sərəncamı tərtib etmişdir. SÜBUT 3: Şəmkir Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli mülki qətnaməsi. Bu qətnamə rəsmən sübut edir ki, İcra Hakimiyyətinin tərtib etdiyi ** nömrəli sərəncam "heç bir qanuna əsaslanmamışdır" və tamamilə qanunsuzdur. SÜBUT 4: Şamaxı Rayon Məhkəməsinin ## ###### 2019-cu il tarixli qanuni qüvvəyə minmiş Qətnaməsi (İş № *(074)-1909/2019). Həmin dövlət sənədi rəsmən sübut edir ki, uşağın atası (mən) qanuni valideyndir, valideynlik hüquqlarım tam qüvvədədir və Komissiyanın uşağı "valideyn himayəsindən məhrum" elan etməsi qəsdən törədilmiş vəzifə saxtakarlığı cinayətidir. 2. Qabaqcadan mütəşəkkil cinayət əlaqəsi və azyaşlının qanunsuz ölkədən çıxarılması üzrə maddi sübutlar: SÜBUT 5: Dövlət Sərhəd Xidmətinin (DSX) İstintaq və Təhqiqat İdarəsinin ##.##.2022-ci il tarixli, **/**** nömrəli rəsmi məktubu. Bu sənədlə rəsmi surətdə təsdiq olunmuşdur ki, azyaşlı qızım Rəhilənin ölkə hüdudlarından kənara çıxarılmasına məhz Şəmkir Rayon İcra Hakimiyyəti başçısının qanunsuz ** nömrəli sərəncamı birbaşa hüquqi əsas yaratmışdır. Sərəncamın mülki məhkəmə tərəfindən tam qanunsuz sayılaraq ləğv edilməsi, hüquqi qüvvəsi olmayan sənədlə azyaşlının ölkədən qaçırıldığını, yəni CM-nin 320.2ci (Bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddəsinin tərkibini maddi səviyyədə tam sübuta yetirir. SÜBUT 6: Abbaslı kənd tam orta məktəbinin direktoru tərəfindən verilmiş ## ###### 2022-ci il tarixli rəsmi arayış. Bu arayış sənədləşdirir ki, azyaşlı Rəhilə İcra Hakimiyyətinin sərəncamından hələ 4 gün əvvəl - ##.##.2022-ci il tarixli 63/2№-li əmrlə məktəbdən azad edilmişdir. Bu fakt qabaqcadan mütəşəkkil vəzifə səlahiyyətlərindən suiistifadə əlaqəsini tam sübut edir. SÜBUT 7: Notariat kontorlarında tərtib olunmus AR-IIN 328759 və AR-IIN ****** nömrəli rəsmi etibarnamələr, habelə Şəmkir RİH başçısının müavini Aynur Abdullayevanın prokurorluqdakı yalan və saxta izahatlarını ifşa edən rəsmi sənədli sübutlar. Həmin rəsmi notarial sənədlərin mətni ilə is materiallarında mövcud olan Şəmkir Rayon Prokurorluğunun *-*-***/*-******/**** nömrəli rəsmi araşdırma sənədindəki Aynur Abdullayevanın izahatı qarşılaşdırıldıqda, vəzifəli şəxsin cinayət təqibi orqanına bilə-bilə yalan ifadə verdiyi və sənəd saxtakarlığı törətdiyi rəsmləşir: Etibarnamə ilə himayə yalanının maddi sübutla təkzibi: Aynur Abdullayeva prokurorluqdakı izahatında qanunsuz sərəncama bəraət qazandırmaq üçün guya Gülnaz Ələkbərovanın "etibarnamə əsasında" hərəkət edərək himayəçilik təyin olunmasını xahiş etdiyini iddia etmişdir. Lakin əlavə olunan AR-IIN 328759 və AR-IIN ****** nömrəli rəsmi etibarnamələrin hüquqi mətni bu izahatı tam təkzib edir. Çünki sənədlərdə azyaşlı uşağın himayəyə verilməsi, qəyyumluq statusunun müəyyən edilməsi və ya ölkədən çıxarılması barədə heç bir bənd və ya səlahiyyət yoxdur. Bundan başqa, Azərbaycan Respublikasının Mülki və Ailə qanunvericiliyinə görə, qəyyumluq və himayəçilik hüququ yalnız şəxsə bağlı fərdi statusdur və hər hansı bir etibarnamə əsasında yetkinlik yaşına çatmayan şəxs üzərində himayə təyin olunması hüquqən qeyri-mümkündür. Dövlət məmurunun qanunun icazə vermədiyi bu hüquqi qeyri-mümkünlüyü iddia etməsi, bilərəkdən və qəsdən etibarnamə ilə qanunsuz himayə təyin olunması faktını, bununla da CM-nin 308-ci və 313-cü maddələrinin tərkibini maddi sübutlarla tam formada ortaya qoyur. Xronoloji sənəd saxtakarlığının ifşası: Aynur Abdullayeva, digər komissiya üzvləri X2 və İsmayılov Ruslan Akif oğlu ilə birlikdə prokurorluq materiallarındakı rəsmi izahatlarında iddia edirlər ki, guya 14 yanvar tarixli sərəncama əsasən komissiya üzvləri 22 fevral tarixində toplaşaraq qərar qəbul etmişlər. Lakin Şəmkir RİH-nin məhkəməyə təqdim etdiyi ##.##.2024-cü il tarixli, *-**/*-***/**** nömrəli məktuba qoşma edilmiş ## ###### 2022-ci il tarixli, ** nömrəli Sərəncamın rəsmi mətnində açıqca yazılmışdır ki, sərəncam Qəyyumluq Komissiyasının ## ###### 2022-ci il tarixli, ** nömrəli iclas protokoluna əsasən verilmişdir. Hüquqi və xronoloji baxımdan, sərəncamın özündən daha sonrakı tarixdə (22 fevralda) komissiya qərarının çıxarılması qeyri-mümkündür. Bir-birini tamamilə təkzib edən bu rəsmi dövlət sənədləri (22 fevral tarixli izahat bəyanatı və 12 yanvar tarixli rəsmi sərəncam mətni) sənədlərin geriyə tarix qoyulmaqla sonradan süni şəkildə formalaşdırıldığını və saxtalaşdırıldığını (CM-nin 313-cü) Vəzifə saxtakarlığı rəsmən sübuta yetirir. 3. Prokurorluğun və məhkəmənin kifayət qədər qanuni sübut olduğu halda cinayət isinin başlanmasını qanunsuz rədd etməsi faktı və apelliyasiya instansiyası qarşısında prosessual suallar. Prokuror və hakimin qanunsuz müdafiə xətti: Şəmkir Rayon Prokurorluğunun rədd qərarında və Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarında rəsmən etiraf olunur ki, "Şəmkir rayon İcra hakimiyyətinin aidiyyəti əməkdaşları və Gülnaz Ələkbərova qanunsuzluğa yol vermişlər. Himayəyə verilmə heç bir qanuna əsaslanmamışdır". Hüquqi Nəticə: Həm prokuror Hacı Məmmədli, həm də hakim Seymur Yusifli dövlət sənədlərinə əsasən qanunsuz sərəncamın uşağın ölkədən kənara çıxarılmasına qanunsuz zəmin yaratdığını bildikləri halda, növbəti sətirdə "cinayət tərkibi yoxdur" nəticəsinə gəlməklə, CPM-in 46-cı və 207-ci maddələrinin tələblərini kobud şəkildə pozmuşlar. Cinayətin törədilməsini göstərən ilkin rəsmi dövlət sənədləri (məhkəmə qətnamələri, DSX rəsmi məktubları, məktəb əmrləri və ləğv edilmiş sərəncam) mövcud olduğu halda cinayət işinin başlanılmasından imtina edilməsi vəzifəli şəxsləri cinayət məsuliyyətindən qəsdən yayındırmaq aktıdır. İbtidai araşdırmanın qeyri-obyektivliyini və birtərəfliliyini sübut edən ən mühüm cinayət-prosessual pozuntu faktı (Gülnaz Ələkbərovanın fəaliyyətinə hüquqi qiymət verilməməsi və dindirilməməsi): Cinayət təqibi orqanı tərəfindən aparılmış araşdırma zamanı CPM-in 124, 125 və 139-cu maddələrinin tələbləri kobud şəkildə pozulmuş və iş üzrə əsası təşkil edən fiqurant vətəndaş X5 fəaliyyətinə qəsdən hüquqi qiymət verilməmişdir. Belə ki, G.Ələkbərova ##.##.2022-ci il tarixində Şəmkir Rayon İcra Hakimiyyətinə rəsmi müraciət edərək, azyaşlının qanuni atası olan onun (Şikayət verən şəxs) xaricdə olduğu barədə dövlət orqanına bilə-bilə yalan məlumat (ərizə) təqdim etmiş, İcra hakimiyyəti rəsmiləri ilə mütəşəkkil əlaqəyə girərək tamamilə hüquqi qüvvədən məhrum olan ** nömrəli qanunsuz sərəncamın çıxarılmasına nail olmuşdur. Daha sonra o, bu hüquqauyğun olmayan sənəddən istifadə edərək azyaşlı qızı Rəhilə Tural qızını qanunsuz yollarla Azərbaycan Respublikasının hüdudlarından kənara - Türkiyə Respublikasına qaçırmışdır. Bu aşkar cinayət zəncirinə - dövlət orqanına yalan bəyanat vermə və azyaşlını qanunsuz olaraq ölkədən çıxarma faktlarına baxmayaraq, Şəmkir Rayon Prokurorluğu aparılan araşdırma zamanı Gülnaz Ələkbərovanın rəsmi qaydada izahatını belə almamışdır. Cinayət törədilməsində birbaşa şübhəli olan, azyaşlını qanunsuz olaraq ölkədən aparan əsas şəxsin dindirilməməsi, onun verdiyi yalan ərizəyə hüquqi qiymət verilməməsi ibtidai araşdırmanın obyektivliyini tamamilə sıfıra endirir. Bu hal, prokurorluq orqanının cinayət faktlarını araşdırmaqda deyil, cinayətin iştirakçılarını məsuliyyətdən qəsdən yayındırmaqda və işi formal materiallarla ört-bastır etməkdə maraqlı olduğunu rəsmən sübuta yetirir. CPM-nn 124, 125 və 139-cu maddələrinin tələblərinə əsasən, cinayət işinin başlanması üçün əsas olan maddi sübutlar siyahısında mülki qətnamələr və DSX-nin rəsmi sənədləri mövcud olduğu halda, prokurorluq hansı qanuni əsasla yalnız "rüşvət sübutu yoxdur" bəhanəsinə əsaslanaraq digər vəzifə cinayəti tərkiblərini (CM-nin 308 və 313-cü maddələrini) araşdırmaqdan yayınmışdır? Rəsmi dövlət sənədlərində xronoloji ardıcıllığın pozulması (14 yanvar tarixli sərəncamın əsasının 22 fevralda formalaşdırılması iddiası) Azərbaycan Respublikası cinayət qanunvericiliyində vəzifə saxtakarlığı (CM-nin 313-cü maddəsi) kimi tövsif edildiyi halda, Şəmkir Rayon Məhkəməsi bu aşkar maddi sübutu hansı hüquqi əsasla "cinayət tərkibi yoxdur" kimi qiymətləndirmişdir? Qanunvericiliyin imperativ normalarına görə etibarnamə ilə qəyyumluq və himayə təyin edilməsi hüquqən tam qeyri-mümkündür olduğu halda, İcra Hakimiyyəti rəsmisinin prokurorluğa rəsmən "etibarnamə əsasında himayə təyin etdik" izahatı verməsi nə üçün bilə-bilə yalan izahat vermə və vəzifə səlahiyyətlərindən sui-istifadə faktı kimi araşdırılmamışdır? CPM-in tələblərinə görə cinayət təqibi zamanı iş üçün əhəmiyyət kəsb edən bütün halların hərtərəfli və obyektiv araşdırılması imperativ vəzifə olduğu halda, prokurorluq orqanı azyaşlı uşağı qanunsuz olaraq Türkiyə Respublikasına aparan və İcra Hakimiyyətinə saxta (yalan) ərizə verən Gülnaz Ələkbərovanın izahatını hansı hüquqi əsasla almamış və onu araşdırmadan kənarda saxlamışdır? 4. Prokurorluğun köhnə sənədlərə istinad etməklə yeni cinayət faktlarını gizlətməsi. Şəmkir Rayon Prokurorluğu cinayət işinin başlanmasını rədd edərək Gəncə Şəhər Məhkəməsinin ## #### 2022-ci il tarixli mülki qərarına və Şəmkir RPŞ-nin 2022-ci il tarixli köhnə materiallarına istinad edir. Hüquqi əsaslar: Prokurorluq tərəfindən qəsdən nəzərə alınmır ki, istinad edilən ## ###### 2024-cü il tarixdə Şəmkir Rayon Məhkəməsi 2022ci il sənədlərindən çox sonra müvafiq İcra sərəncamını tam qanunsuz sayaraq ləğv etmişdir. Sonradan ortaya çıxan, qanuni qüvvəyə minmiş bu yeni fundamental məhkəmə qətnaməsi 2022ci il istinadlarını tamamilə qüvvədən salır. Yeni məhkəmə qətnaməsi ilə təsdiq olunmuş vəzifə saxtakarlığı faktı üzrə yeni ibtidai araşdırmanın aparılması imperativ qanun tələbidir. Prokurorluq orqanı köhnə sənədlərə istinad edərək araşdırmanı qəsdən formal xarakterə salmış, nəticədə rəsmi şəxslərin dindirilməsi zamanı aşkar cinayət tərkibli yalan izahatlar verməsinə şərait yaratmışdır. Prokurorluq orqanı və birinci instansiya məhkəməsi is materiallarında mövcud olan bu yeni, təkzibedilməz faktları, Aynur Abdullayevanın dövlət sənədlərini ifşa edən ziddiyyətli ifadələrini və etibarnamə manipulyasiyasını araşdırmaqdan qəsdən yayınmış, köhnə sənədlərin arxasında gizlənərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qanunsuz qərar çıxarmışlar”. Apellyasiya baxışı zamanı Şəmkir rayon prokurorunun müavini, R X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsinin qanuni və ədalətli qərar qəbul etdiklərini göstərdi və Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)- **/**** saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Şikayətçi Şikayət verən şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasının onun iştiurakı olmadan keçirilməklə qanuni qərar qəbul edilməsini bildirmişdir. Məhkəmə kollegiyası, Şikayət verən şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 449cu maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Həmçinin həmin maddədə qeyd edilmişdir ki, cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi, zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi, qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər məhkəməyə şikayət vermək hüququna malikdirlər. (CPM-in 449.1 və 449.2-ci maddələri) CPM-in 450.4-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılması üzrə məhkəmə iclası başlananadək məhkəmə ona təqdim olunmuş bütün materialları əvvəlcədən öyrənir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmə cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxslərinin cinayət-prosessual fəaliyyətində qəbul etdiyi qərarların və onların hərəkətlərinin qanuniliyini və əsaslılığını məhkəmə nəzarəti qaydasında yoxlayır, bu yolla cinayət prosesini həyata keçirən orqanın prosessual qərarlarına faktiki məhkəmə nəzarətini də təmin etmiş olur. Məhkəmə yoxlanılması və qiymətləndirilməsi cinayət-prosesini həyata keçirən orqanın səlahiyyətinə aid olan məsələyə maddi-hüquqi qiymət verə bilməz, məsələn, cinayət işi başlaya və ya cinayət işinin başlanması üçün şərait yaradan əsaslar formalaşdıra bilməz. Məhkəmə daha çox cinayət prosesini həyata keçirən orqanların, fiziki və hüquqi şəxslərin şikayəti əsasında başladıqları araşdırmanı tam, hərtərfli aparıb-aparmamasını, habelə işin müəyyən edilmiş faktiki hallarına cinayət və cinayət-prosessual qanununvericliyin tələbləri baxımından düzgün qiymət verilib-verilmədiyini yoxlaya, eləcə də, bu orqanların maddi və prosessual hüququ düzgün tətbiq edib-etmədiyini müəyyən edə bilər. Məhkəmə nəzarətinin həyata keçirilməsinin prosedur qaydalarına gəldikdə isə, qeyd olunmalıdır ki, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkət və qərarlarının qanuniliyinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Məhz bu məhkəmə instansiyası cinayət prosesini həyata keçirən orqanların araşdırmanı tam, hərətəfli aparıb-aparmadıqlarını və hüququ düzgün tətbiq edib-etmədiklərini öz səlahiyyətləri çərçivəsində yoxlamağa borcludur. Nəticədə məhkəmə cinayət prosesini həyata keçirən orqanın qərarını qanuni hesab edir, yaxud yuxarıda qeyd edilən tələblərə cavab verməyən qərarı ləğv edib araşdırmanın təkrar aparılmasını təmin edir. Apellyasiya instansiyası məhkəməsi isə işə mahiyyəti üzrə baxan məhkəmə kimi birinci instansiya məhkəməsinin, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkətlərinə və qərarlarına düzgün qiymət verib-verməməsini yoxlayır, eyni zamanda, əgər birinci instansiya məhkəməsi işə baxarkən səhvə yol vermişdirsə, bu səhvi aradan qaldırır və fiziki və hüquqi şəxslərin şikayətləri üzrə birbaşa qərar qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Şəmkir rayon prokurorunun böyük köməkçisi, Rı Hacı Məmmədli tərəfindən ##.##.2025-ci il tarixdə qəbul olunmuş ***-C/** saylı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarının ləğv edilməsindən imtina etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, hazırki materialın araşdırılması zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərtərəfli, tam və obyektiv şəkildə şikayət vermiş şəxsin irəli sürdüyü bütün arqumentlər araşdırılmışdır. Belə ki, iş materiallarında olan Şəmkir rayon prokurorunun böyük köməkçisi, Rı Hacı Məmmədli tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, ***-C/** saylı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, ***-C/** nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş və maraqlı tərəfə mülki qaydada məhkəmə orqanlarına müraciət hüququ izah edilmişdir. Beləliklə, “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında ##.##.2025-ci il tarixli, ***-C/** saylı qərardan və materiallardan aydın şəkildə görünür ki, qərar heç bir qanun pozuntusuna yol verilmədən, maddi və prosessual hüquq normalarına düzgün əməl olunmaqla qəbul edilmiş və maraqlı tərəfə mülki qaydada məhkəmə orqanlarına müraciət hüququ izah edilmişdir. Materiallardan görünür ki, şikayətçi Şikayət verən şəxs şikayətində göstərdiyi xüsusatlar birinci instansiya məhkəməsində öz təsdiqini tapmamış, həmçinin şikayətçi şikayətində qeyd etdiyi xüsusatlarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, sadəcə olaraq formal mülahizələrlə çıxış etmişdir. Apellyasiya instansiya məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, yuxarıda qeyd edilən xüsusatlara əsasən Şəmkir rayon prokurorunun böyük köməkçisi, Rı Hacı Məmmədli tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, ***-C/** saylı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi üçün heç bir əsas mövcud deyildir. CPM-in 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Şəmkir rayon prokurorunun böyük köməkçisi, Rı Hacı Məmmədli tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli, ***-C/** saylı cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydalara və prosedura uyğun qəbul edilmişdir. Birinci instansiya məhkəməsi də bu nəticəyə gələrkən göstərilən prosessual normaları nəzərə almaqla düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də kollegiya hesab edir ki, məhkəmənin qanuni və əsaslı olan qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası, göstərilənlərə əsasən və CPM-in 450, 451, 453 və 454-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin məhkəmə nəzarəti qaydasında qəbul edilmiş ## ##### 2026cı il tarixli *(*-***)-**/**** saylı qərarı apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qüvvəyə minir. Qərar qətidir, ondan şikayət və ya protest verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №6(3-7)-39/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-7)-39/2026
04.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver