Məhkəmə qərarları › İş №6(3-7)-40/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-7)-40/2026

16.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 6(3-7)-40/2026 16.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və X1 ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Şikayətçi Şikayət verən şəxs Nürəddin oğlunun iştirakı ilə Hərəkətindən (qərarından) şikayət verilən orqan təhqiqatçısı, R X2 tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qanuni hesab edilməsi barədə Şəmkir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs Nürəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Gəncə Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs Nürəddin oğlu məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı R X2 ##.##.2026-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv olunaraq yenidən araşdırılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli (sədrlik edən İlqar Quliyev) qərarı ilə şikayətin təmin edilməməsi və Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı R X2 ##.##.2026-cı il tarixli qərarı qanuni hesab edilməsi qərara alınmışdır. Həmin qərardan Şikayət verən şəxs Nürəddin oğlu apellyasiya şikayəti verərək məhkəmə qərarının ləğv edilməsi və işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təhqiqatçı X2 tərəfindən qərar qəbul edilərkən Şəmkir Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli qərarının tələblərinə əməl edilməmişdir. Həmçinin işə birinci instansiya məhkəməsində hakim tərəfindən obyektiv baxılmamışdır. Belə ki, keçirilən ilkin iclasda hakim iş materiallarının gətirilməsi barədə təhqiqatçıya tapşırıq vermiş və işə baxılması təxirə salınmışdır. Növbəti iclasda təhqiqatçı iş materiallarını gətirir, amma hakimə təqdim etmir. Bundan əlavə, o təhqiqatçıya heyvandarlıqda məşğul olmayan şəxsə örüş sahəsi ayrılıbayrılmaması barədə sual verir, təhqiqatçı isə cavabında bilmədiyini qeyd edir. Bundan başqa, Suliddin Abdullayevə məxsus heyvanların sayı barədə Şəmkir Statistika İdarəsi və Qədimqala İƏD tərəfindən fərqli arayış verilməsi də nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında şikayətçi Şikayət verən şəxs şikayəti müdafiə etdi, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini, işin tam və hərtərəfli araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qərarından şikayət verilən şəxsə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası CPM-in 450.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası qərarından şikayət verilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya diqqət yetirilməsini məqsədəuyğun hesab edir ki, məhkəmə nəzarəti institutu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin on birinci bölməsində 442-454-cü maddələrində nəzərdə tutulmuşdur. Məhkəmənin, məhkəmə nəzarəti qaydasında baxdığı işlərdən biri də cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsidir. (CPM-nin 449-cü maddəsi). Azərbaycan Respublikası CPM-nin 449.2 və 449.2.5-ci maddələrinə görə cinayət işi başlamanın rədd edilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual qərarı da məhkəmə nəzarəti qaydasında mübahisələndirilə bilər. Beləliklə, məhkəmə nəzarəti ilə bağlı cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarının birgə təhlilinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmə cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxslərinin cinayət-prosessual fəaliyyətində qəbul etdiyi qərarların və onların hərəkətlərinin qanuniliyini və əsaslılığını məhkəmə nəzarəti qaydasında yoxlayır, bu yolla cinayət prosesini həyata keçirən orqanın prosessual qərarlarına faktiki məhkəmə nəzarətini də təmin etmiş olur. Lakin, o da qeyd edilməlidir ki, məhkəmə, yoxlanılması və qiymətləndirilməsi cinayət-prosesini həyata keçirən orqanın səlahiyyətinə aid olan məsələyə maddi-hüquqi qiymət verə bilməz, məsələn, cinayət işi başlaya və ya cinayət işinin başlanması üçün şərait yaradan əsaslar formalaşdıra bilməz. Məhkəmə daha çox cinayət prosesini həyata keçirən orqanların, fiziki və hüquqi şəxslərin şikayəti əsasında başladıqları araşdırmanı tam, hərtərəfli aparıb-aparmamasını, habelə işin müəyyən edilmiş faktiki hallarına cinayət və cinayətprosessual qanununvericiliyin tələbləri baxımından düzgün qiymət verib-vermədiklərini yoxlayır, eləcə də bu orqanların maddi və prosessual hüququ düzgün tətbiq edib-etmədiyini müəyyən edir. Məhkəmə nəzarətinin həyata keçirilməsinin prosedur qaydalarına gəldikdə isə qeyd olunmalıdır ki, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkət və qərarlarının qanuniliyinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Məhz bu məhkəmə instansiyası cinayət prosesini həyata keçirən orqanların araşdırmanı tam, hərtərəfli aparıb-aparmadıqlarını və hüququ düzgün tətbiq edib-etmədiklərini öz səlahiyyətləri çərçivəsində yoxlamağa borcludur. Nəticədə məhkəmə cinayət prosesini həyata keçirən orqanın qərarını qanuni hesab edir yaxud yuxarıda qeyd edilən tələblər cavab verməyən qərarı ləğv edib araşdırmanın təkrar aparılmasını təmin edir. Apellyasiya instansiyası məhkəməsi isə işə mahiyyəti üzrə baxan məhkəmə kimi birinci instansiya məhkəməsinin, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkətlərinə və qərarlarına düzgün qiymət verib-verməməsini yoxlayır, eyni zamanda, əgər birinci instansiya məhkəməsi işə baxarkən səhvə yol vermişdirsə, bu səhvi aradan qaldırır, fiziki və hüquqi şəxslərin şikayətləri üzrə birbaşa qərar qəbul edir. Şikayət verən şəxs Nürəddin oğlu tərəfindən məhkəməyə təqdim edilən şikayətin mahiyyətindən görünür ki, X7 Şəmkir rayonu ərazisində yerləşən 382 hektar torpaq sahəsinin alarkən düzgün olmayan məlumatlar təqdim etməsi və bu səbəbdən CM-in 308-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş olunmuşdur. Məhkəmə ilk olaraq qeyd edir ki, CM-in 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə dedikdə vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olması başa düşülür. Həmin maddənin qeyd hissəsinə əsasən bu fəslin maddələrində “vəzifəli şəxs” dedikdə aşağıdakı şəxslər başa düşülür:

1. hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, R və ya R olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;

2. dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;

3. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;

4. dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;

5. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;

6. xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri;

7. beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən arbitrlər, xarici andlı iclasçılar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin "Qeyd" hissəsində nəzərdə tutulmuş "vəzifəli şəxs" anlayışının şərh olunmasına dair ## #### 2013-cü il tarixli plenum qərarına əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, R və ya R olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar. Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyrikommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Bu halda X7 CM-in müvafiq maddəsi üzrə subyekt hesab edilmir. Bundan əlavə, Şikayət verən şəxs Nürəddin oğlu tərəfindən X4 rayonu ərazisində yerləşən 382 hektar torpaq sahəsinin alarkən düzgün olmayan məlumatlar təqdim etməsinə dair mötəbər və əsaslı sübutlar nə təhqiqat orqanına, nə də məhkəməyə təqdim olunmamışdır. Həmçinin məhkəmə Suliddin Abdullayevə məxsus heyvanların sayı barədə şikayətçinin dəlillərinə münasibətdə isə bildirir ki, iş materiallarında olan statistika idarəsindən təqdim edilən cavab məktubundan görünür ki, X7 məxsus fermer təsərrüfatında 2022-ci il # ###### tarixinə 1152 baş, 2023-cü ilin ## ###### tarixinə 1136 baş, 1031 baş mal-qarasının qeydə alındığın bildirilmişdir. Beləliklə, Şikayət verən şəxs Nürəddin oğlunun izahatında göstərilən xüsusatlar öz təsdiqini tapmamış, həmçinin şikayətçi şikayətində qeyd etdiyi xüsusatlarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, sadəcə olaraq formal mülahizələrlə çıxış etmişdir. Məhkəməyə təqdim olunmuş materiala baxış keçirilərkən Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı R X2 tərəfindən qəbul olunmuş cinayət işi başlanmasının rədd edilməsi haqqında ##.##.2026-cı il tarixli qərarının əsassız olması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göründüyü kimi, cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilərkən hər hansı qanun pozuntusuna yol verilməmiş, tam, hərtərəfli və obyektiv araşdırma aparılmışdır. Qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı R X2 tərəfindən X7 oğlu barədə Şəmkir Rayon Prokurorluğundan daxil olmuş məktub əsasında toplanmış material üzrə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərarının qanuni hesab edilməsinə dair qərarı əsaslıdır. Ona görə də kollegiya hesab edir ki, bu qərarın ləğv edilməsi üçün əsaslar yoxdur və qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 122, 450, 451, 453 və 454-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Hərəkətindən (qərarından) şikayət verilən orqan təhqiqatçısı, R X2 tərəfindən qəbul edilmiş ## ### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan Şikayət verən şəxs Nürəddin oğlu tərəfindən verilən şikayətin təmin edilməməsi barədə Şəmkir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar