Məhkəmə qərarları › İş №6(3-7)-42/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-7)-42/2026

22.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Gəncə şəhəri İş № 6(3-7)-42/2026 22.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Salman Bilal oğlu (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Abdullayev Samir Zahid oğlunun katibliyi, Şikayətçi Şikayət verən şəxs və nümayəndəsi-vəkil Müdafiəçi iştirakı ilə Şikayət verən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə istintaq orqanının zəruri prosessual və istintaq hərəkətlərinin həyata keçirməməsindən vermiş olduğu şikayətin təmin edilməməsi barədə Gəncə Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli qərarından şikayətçinin nümayəndəsi-vəkil Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Gəncə Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Baş Polis İdarəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə istintaq orqanının zəruri prosessual və istintaq hərəkətlərinin həyata keçirməməkdən ibarət hərəkətsizliyinin qanunsuz hesab edilməsini, zərərçəkən kimi hüquqlarının təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli (sədrlik edən Elçin Məmmədov) qərarı ilə Gəncə şəhər Baş Polis İdarəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə istintaq orqanının zəruri prosessual və istintaq hərəkətlərinin həyata keçirməməsindən vermiş olduğu şikayətin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan şikayətçi Şikayət verən şəxs nümayəndəsi-vəkil apellyasiya şikayəti verərək Gəncə şəhər Baş Polis İdarəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə istintaq orqanının zəruri prosessual və istintaq hərəkətlərinin həyata keçirməməkdən ibarət hərəkətsizliyindən verilən şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixdə saat təxminən 18:00 radələrində X5 və X3 şikayətçinin obyektlərinə gəlmiş, özləri ilə gətirdikləri kəsici-deşici alətlərlə ona və atası X1 hücum etmişlər. Ətrafdakı şəxslərin müdaxiləsi nəticəsində onların qarşısı alınsa da, həmin hadisə zamanı X5 atası X1 qarın nahiyəsinə kəsici-deşici alətlə xəsarət yetirmişdir. Hadisədən dərhal sonra DİN-in “102” xidmətinə məlumat verilmişdir. Lakin ilkin araşdırma zamanı hadisənin bütün halları, hücum edən şəxslərin hansı məqsədlə və kimin tapşırığı ilə hərəkət etmələri, hadisənin əvvəlki münaqişələrlə əlaqəsi və iştirakçıların hərəkətlərinin bütövlükdə hüquqi qiymətləndirilməsi lazımi qaydada araşdırılmamışdır. Əksinə, araşdırmanın nəticəsində onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. Lakin sonradan çoxsaylı müraciətlər nəticəsində ##.##.2026cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən barəsində bəraət hökmü çıxarılmışdır. Bu hal ilkin araşdırmanın obyektivliyi və onun barəsində cinayət təqibinin başlanmasının əsaslılığı ilə bağlı ciddi suallar yaradır və hadisələrin bütövlükdə yenidən, obyektiv araşdırılmasını zəruri edir. Bundan sonra Gəncə şəhər Prokurorluğuna müraciət etmişdir. Həmin müraciət əsasında Gəncə şəhər Prokuroru cənab Rauf Gözəlovun ##.##.2025-ci il tarixli qərarı ilə ictimai qaydanı kobud surətdə pozması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməsi müəyyən edilmiş və fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Həmin cinayət işi üzrə bir neçə dəfə polis idarəsi tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilsə də, Gəncə şəhər Prokurorluğu qərarı ləğv edib işi istintaqa qaytarmışdır. Lakin İstintaqı aparan Polis İdarəsi heç bir tədbir görməməklə hərəkətsiz işi dayandırmışdır. Məhkəmə kollegiyasının iclasında şikayətçi Şikayət verən şəxs və vəkili şikayəti müdafiə etdi, birinci instansiya məhkəməsi qərarının ləğv edilməsini, Gəncə şəhər Baş Polis İdarəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə istintaq orqanının zəruri prosessual və istintaq hərəkətlərinin həyata keçirməməkdən ibarət hərəkətsizliyinin qanunsuz hesab edilməsini, zərərçəkən kimi hüquqlarının təmin ediməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə prosessual hərəkətsizliyindən şikayət verilən şəxsə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verilməmişdir. Azərbaycan Respublikası CPM-in 450.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası qərarından şikayət verilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirib hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya diqqət yetirilməsini məqsədəuyğun hesab edir ki, məhkəmə nəzarəti institutu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin on birinci bölməsində 442-454-cü maddələrində nəzərdə tutulmuşdur. Məhkəmənin, məhkəmə nəzarəti qaydasında baxdığı işlərdən biri də cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət verilməsidir. (CPM-nin 449-cü maddəsi). Azərbaycan Respublikası CPM-nin 449.2 və 449.2.5-ci maddələrinə görə cinayət işi başlamanın rədd edilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual qərarı da məhkəmə nəzarəti qaydasında mübahisələndirilə bilər. Beləliklə, məhkəmə nəzarəti ilə bağlı cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən normalarının birgə təhlilinə, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmə cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxslərinin cinayət-prosessual fəaliyyətində qəbul etdiyi qərarların və onların hərəkətlərinin qanuniliyini və əsaslılığını məhkəmə nəzarəti qaydasında yoxlayır, bu yolla cinayət prosesini həyata keçirən orqanın prosessual qərarlarına faktiki məhkəmə nəzarətini də təmin etmiş olur. Lakin, o da qeyd edilməlidir ki, məhkəmə, yoxlanılması və qiymətləndirilməsi cinayət-prosesini həyata keçirən orqanın səlahiyyətinə aid olan məsələyə maddi-hüquqi qiymət verə bilməz, məsələn, cinayət işi başlaya və ya cinayət işinin başlanması üçün şərait yaradan əsaslar formalaşdıra bilməz. Məhkəmə daha çox cinayət prosesini həyata keçirən orqanların, fiziki və hüquqi şəxslərin şikayəti əsasında başladıqları araşdırmanı tam, hərtərəfli aparıb-aparmamasını, habelə işin müəyyən edilmiş faktiki hallarına cinayət və cinayətprosessual qanununvericiliyin tələbləri baxımından düzgün qiymət verib-vermədiklərini yoxlayır, eləcə də bu orqanların maddi və prosessual hüququ düzgün tətbiq edib-etmədiyini müəyyən edir. Məhkəmə nəzarətinin həyata keçirilməsinin prosedur qaydalarına gəldikdə isə qeyd olunmalıdır ki, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkət və qərarlarının qanuniliyinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Məhz bu məhkəmə instansiyası cinayət prosesini həyata keçirən orqanların araşdırmanı tam, hərtərəfli aparıb-aparmadıqlarını və hüququ düzgün tətbiq edib-etmədiklərini öz səlahiyyətləri çərçivəsində yoxlamağa borcludur. Nəticədə məhkəmə cinayət prosesini həyata keçirən orqanın qərarını qanuni hesab edir yaxud yuxarıda qeyd edilən tələblər cavab verməyən qərarı ləğv edib araşdırmanın təkrar aparılmasını təmin edir. Apellyasiya instansiyası məhkəməsi isə işə mahiyyəti üzrə baxan məhkəmə kimi birinci instansiya məhkəməsinin, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkətlərinə və qərarlarına düzgün qiymət verib-verməməsini yoxlayır, eyni zamanda, əgər birinci instansiya məhkəməsi işə baxarkən səhvə yol vermişdirsə, bu səhvi aradan qaldırır, fiziki və hüquqi şəxslərin şikayətləri üzrə birbaşa qərar qəbul edir. Şikayət verən şəxstərəfindən məhkəməyə təqdim edilən şikayətin mahiyyətindən görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə istintaq orqanının zəruri prosessual və istintaq hərəkətlərinin həyata keçirməməkdən ibarət hərəkətsizliyinin qanunsuz hesab edilməsini, zərərçəkən kimi hüquqlarının təmin ediməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə ilk olaraq qeyd edir ki, Gəncə şəhər Prokurorluğunun cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv olunması haqqında qərarından görünür ki, Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, R hərəkətindən (qərarından) şikayət verilən şəxs (aas)1 icraatında olmuş ********* nömrəli cinayət işi üzrə qəbul edilmiş cinayət işinin icraatına xitam verilməsi haqqında ##.##.2026-cı il tarixli qərar əsassız və qanunsuz olduğundan ləğv edilmişdir. Həmçinin ********* nömrəli cinayət işinin məhkəməyə təqdim edilmiş materiallarında Şikayət verən şəxs zərərçəkmiş şəxs qismində tanınması barədə istintaq orqanına ünvanladığı hər hansı ərizə və ya vəsatət mövcud deyildir. Şikayət verən şəxs və onun vəkili belə bir müraciətin əvvəllər edildiyini bildirsələr də, həmin müraciətin surətini və ya onun istintaq orqanına təqdim edilməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim edə bilməmişlər. Şikayət verən şəxs zərərçəkmiş şəxs kimi tanınmaması məsələsi özlüyündə istintaq orqanının qanunsuz hərəkətsizliyə yol verməsi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, onun zərərçəkmiş şəxs kimi tanınması barədə müraciətinin istintaq orqanına təqdim edildiyi və həmin müraciətə baxılmadığı müəyyən olunmadığından, bu hissədə istintaq orqanının üzərinə düşən prosessual vəzifəni yerinə yetirməkdən yayındığını qəbul etmək üçün kifayət qədər faktiki əsas yoxdur. Şikayət verən şəxs zərərçəkmiş şəxs kimi tanınması barədə müraciətinin istintaq orqanı tərəfindən əsassız olaraq baxılmadan saxlanıldığını və bununla əlaqədar qanunsuz hərəkətsizliyə yol verildiyini təsdiq edən kifayət qədər əsas müəyyən edilməmişdir. Beləliklə, Şikayət verən şəxs izahatında göstərilən xüsusatlar öz təsdiqini tapmamış, həmçinin şikayətçi şikayətində qeyd etdiyi xüsusatlarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmiş, sadəcə olaraq formal mülahizələrlə çıxış etmişdir. Məhkəməyə təqdim olunmuş materiala baxış keçirilərkən birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göründüyü kimi, cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edilərkən hər hansı qanun pozuntusuna yol verilməmiş, tam, hərtərəfli və obyektiv araşdırma aparılmışdır. Qeyd olunanları nəzərə alaraq birinci instansiya məhkəməsinin Gəncə şəhər Baş Polis İdarəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə istintaq orqanının zəruri prosessual və istintaq hərəkətlərinin həyata keçirməməkdən ibarət hərəkətsizliyi ilə ifadə olunan pozuntu halı təsdiqini tapmamış və şikayətin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də kollegiya hesab edir ki, bu birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur və qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 122, 450, 451, 453 və 454-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin icraatında olan ********* nömrəli cinayət işi üzrə istintaq orqanının zəruri prosessual və istintaq hərəkətlərinin həyata keçirməməsindən vermiş olduğu şikayətin təmin edilməməsi barədə Gəncə Şəhər Məhkəməsinin ## ######## 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar