Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-26/2026 28.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, şikayətçi Şikayət verən şəxs və vəkili və nümayəndəsi (De Fendo Vəkil Bürosunun vəkili) Müdafiəçi iştirakları ilə Şikayət verən şəxs Hərəkətindən (qərarından) şikayət verilən orqan istintaq şöbəsinin müstəntiqi hərəkətindən (qərarından) şikayət verilən şəxs (aas)2 tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin təmin edilməməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Hərəkətindən (qərarından) şikayət verilən orqan istintaq şöbəsinin müstəntiqi hərəkətindən (qərarından) şikayət verilən şəxs (aas)2 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ## ####### 2025-ci il tarixli qərardan Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayət təmin edilməmişdir (hakim Elşad Əliyev). Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Qərarla işin faktiki halları düzgün qiymətləndirilməmiş, işin faktiki halına birbaşa təsir edən faktlara qiymət verilməmiş, zərərçəkən, şikayət edilən və şahid ifadələrinin arasında ziddiyyətlərə hüquqi qiymət verilməsi araşdırılmamışdır. Yalnız ifadələrin alınması əsas gətirilərək şikayət təmin edilməmişdir. Faktiki hallara, şikayət olunan şəxsin həqiqətə uyğun olmayan və təsdiqini tapmayan izahatının rədd qərarı üçün əsas götürülməsi, şahid və şikayətçinin izahatları ilə şikayət olunan şəxsin izahatlarının ziddiyyət təşkil etməsi, etibardan sui-istifadə edib əmlakı ələ keçirmə halına, qabaqcadan əmlakı ələ keçirmə niyyətinin sübut olması, şikayət olunan şəxsin yalan ifadə verməsi və o ifadəni təsdiq edəcək sübutların olmamasına baxmayaraq, yalnız şikayət olunan şəxsin izahatının əsas götürülməsi, işin halları araşdırılmadan şikayət olunan (dələduzluq edən) şəxsin izahatının CPM-in tələbi pozularaq digər ifadələrdən üstün tutulması və əsas götürülməsi halları araşdırılmamışdır və nəticədə hadisəyə düzgün hüquqi qiymət verilməmişdir. Cinayət Prosessul Məcəllənin 212.2-ci maddəsinin tələbinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti həmin qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, habelə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə göndərilir. Lakin qərar ##.##.2025-ci il tarixdə qəbul edilsə də, bu barədə tərəfə məlumat bu günlərdə göndərilib. 5 ay şikayətçini yalandan araşdırma aparılır deyə aldadıb, əslində isə ##.##.2025-ci il tarixdə rədd qərarı verib. Belə ki, qərardan da görünür ki, Şikayət verən şəxs 1996-cı il buraxılışlı özünə məxsus “Mercedes Benz C220” markalı avtomobili satmaq üçün tanışı X1 6500 manata satmağa verib. Sonuncu öz növbəsində razılaşdırılandan ucuz, 5300 manata avtomobili başqa şəxsə satıb və Şikayət verən şəxs avtomobili satmadığını bildirmişdir. Razılaşmadan da ucuz qiymətə bir gün sonra avtomobili dəyərindən ucuz satması onun əvvəlcədən Şikayət verən şəxs məxsus əmlakı ələ keçirmə niyyətini təsdiq edir. Bununla da, X2 Əliyevə qarşı etibardan sui-istifadə etməklə əmlakı ələ keçirmişdir. Şikayətçinin aldadılması və ziyan vurulması halını ətraflı araşdırmamış, yalnız şikayət olunan şəxslərin izahatları əsasında işə xitam vermişdir. Dələduzluq yolu ilə ələ keçirilmiş avtomobilin mülkiyyətçisinə qaytarılması ilə bağlı hər hansı addımlar atılmamışdır. Avtomobilin yeri məlum olsa da, müstəntiq tərəfindən onun geri qaytarılması üçün hər hansı istintaq hərəkətləri edilməmişdir. Şəxsin konstitusion hüququ olan mülkiyyət hüququ hüquq mühafizə orqanı tərəfindən bərpa edilməmişdir. Iş üçün əhəmiyyət kəsb edən və istintaq orqanı tərəfindən hüquqi qiymət verilməyən digər məsələ isə Ülvi Quliyevin əməllərində Azərbaycan Respublikası CM-in 178-ci maddəsinin tərkib əlamətləri olmasına baxmayaraq, istintaq qiymət vermədiyi sübutlara görə düzgün hüquqi nəticə gəlməmişdir. Iş üzrə vacib əhəmiyyət kəsb edən sübutlara qiymət verməməklə əsassız və qanunsuz qərar qəbul edib. Mübahisələndirilən qərar qəbul edilərkən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əməl edilməmiş, iş üzrə sübutlar hərtərəfli, tam və obyektiv araşdırılmamışdır. Qərarda yalnız seçilmiş hallara istinad edilmiş, iş materiallarında mövcud olan mühüm faktlar və sübutlar nəzərə alınmamışdır. Bu isə CPM-in müvafiq maddələrinin tələblərinə ziddir. Iş materiallarında mövcud olan və hadisənin mahiyyəti üçün mühüm əhəmiyyət kəsb edən şahid ifadələri qərarda ümumiyyətlə təhlil edilməmişdir. Şahidlərin verdiyi ifadələr şübhəli şəxsin əvvəldən formalaşmış niyyətini, aldatma yolu ilə əmlakı ələ keçirməyə yönəlmiş hərəkətlərini açıq şəkildə təsdiq etməsinə baxmayaraq, həmin ifadələrə hüquqi qiymət verilməmiş, onların niyə nəzərə alınmadığı qərarda əsaslandırılmamışdır. Bu isə sübutların qiymətləndirilməsi prinsipinin pozulmasıdır. Iş üzrə faktiki hallar göstərir ki, cavabdehin davranışında əmlakı əvvəlcədən ələ keçirmək niyyəti mövcud olmuşdur. Belə ki, öhdəlik götürülərkən real icra niyyəti olmamış, qarşı tərəf qəsdən aldadılmış, bunun nəticəsində əmlak ələ keçirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən, məhz bu hallar dələduzluğun əsas əlamətləridir. Lakin mübahisələndirilən qərarda bu niyyət araşdırılmamış, münasib hüquqi qiymət verilməmiş, məsələ əsassız olaraq mülki-hüquqi münasibət kimi təqdim edilmişdir. Qərar yalnız şikayət olunan şəxsin izahatlarına üstünlük verilməklə qəbul edilmiş, zərərçəkmiş tərəfin arqumentləri, təqdim etdiyi sübutlar və şahid ifadələri nəzərə alınmamışdır. Bu isə araşdırmanın obyektivliyinə ciddi şübhə yaradır və qərarın qanuniliyini şübhə altına alır. Şikayətçinin etibarından istifadə edilməklə əmlakını ələ keçirmə halı tam əsaslı faktlarla təsdiq olunmuşdur. Lakin istintaq orqanları dələduzluq faktına düzgün qiymət verməyərək guya mülki mübahisə olması qərarına gəlmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs və vəkili və nümayəndəsi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, hərəkətindən (qərarından) şikayət verilən şəxs (aas)1 nümayəndəsi və Hərəkətindən (qərarından) şikayət verilən orqan istintaq şöbəsinin müstəntiqi hərəkətindən (qərarından) şikayət verilən şəxs (aas)2 (iş yeri dəyişib) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası CPM-in 450.3-cü maddəsinə əsasən işə prokurorluğun nümayəndəsinin və müstəntiqin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. CPM-in 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir. CPM-in 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. CPM-in 207-ci maddəsinin 1-ci bəndinin məzmununa görə, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və mediada əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almalı və ona baxmalı, zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalı, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməlidir. CPM-in 46.3-cü maddəsinə əsasən cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. CPM-in 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər (CPM-nin 212.3-cü maddəsi). Iş materiallarında olan Hərəkətindən (qərarından) şikayət verilən orqan istintaq şöbəsinin müstəntiqi hərəkətindən (qərarından) şikayət verilən şəxs (aas)2 tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Ülvi Quliyevin əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuş, X3 Əliyevin aralarındakı mübahisə mülki xarakter daşıdığından, onlara məhkəməyə müraciət etməli olduqları izah olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hazırda mübahisələndirilən rədd qərarı qəbul edilərkən iş üzrə obyektiv, tam və hərtərəfli araşdırma aparılmış, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143, 144, 145 və 146-cı maddələrində əks olunmuş sübutların toplanması, yoxlanılması, qiymətləndirilməsi və kifayət etməsi ilə bağlı müddəaların tələbləri gözlənilmiş, aparılmış araşdırmanın yekununda əsaslı və qanuni qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan istintaq şöbəsinin müstəntiqi hərəkətindən (qərarından) şikayət verilən şəxs (aas)2 ## ####### 2025-ci il tarixli qərarında düzgün olaraq, cinayət işinin başlanmasının rədd edilməsi qənaətinə gəlmiş, birinci instansiya məhkəməsi də haqlı olaraq həmin qərardan verilmiş şikayəti təmin etməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qərarında qeyd etmişdir ki, barəsində şikayət verilən qərar üzrə və həmin qərarın qəbul edilməsinə əsas olmuş material üzrə ibtidai araşdırma aparmış şəxs kifayət qədər araşdırma aparmışdır, mümkün ola bilən bütün şəxslərin izahatları alınmış, cinayət hadisəsinin olub-olmamasını müəyyən etmək üçün bütün prosessual hərəkətlər yerinə yetirilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Şikayət verən şəxs Hərəkətindən (qərarından) şikayət verilən orqan istintaq şöbəsinin müstəntiqi hərəkətindən (qərarından) şikayət verilən şəxs (aas)2 tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan verdiyi şikayətin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iş materiallarının araşdırılması nəticəsində gəldiyi qənaətinə əsaslanaraq hesab edir ki, Şikayət verən şəxs Hərəkətindən (qərarından) şikayət verilən orqan istintaq şöbəsinin müstəntiqi hərəkətindən (qərarından) şikayət verilən şəxs (aas)2 tərəfindən qəbul edilmiş ## ####### 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Belə ki, CPM-nin 212.4 və 212.4.2-ci maddələrinə görə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında verilmiş şikayət üzrə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. Qeyd olunanlara əsasən və CPM-nin 122, 212, 442, 449-451 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayətə və ya protestə təkrar baxılmasına yol verilmir.
Məhkəmə qərarları › İş №6(3-8)-26/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-26/2026
28.04.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver