Məhkəmə qərarları › İş №6(3-8)-28/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-28/2026

04.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-28/2026 04.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri- Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X5 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS), qərardan şikayət vermiş şəxs Şikayət verən şəxs iştirakları ilə, Şikayətçi Şikayət verən şəxs Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin rədd edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli qərarından şikayətçinin vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə audio və video yazı aparılmaqla keçirilən qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilməmişdir. Məhkəmənin qeyd edilən qərarından şikayətçinin vəkili apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarın ləğv olunmasını və material üzrə yenidən, hərtərəfli araşdırmanın aparılmasının təmin edilməsi məqsədilə materialın Sumqayıt Şəhər Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müstəntiq Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) heç bir araşdırma aparmadan cinayət işinin başlanmasını rədd edilməsi barədə ##.##.2025-ci il tarixli qərar qəbul etmişdir. Belə ki, “İş üzrə zəruri olan hərtərəfli, obyektiv və tam araşdırma aparılmamış, faktiki hallar düzgün və dolğun müəyyən edilməmişdir. Belə ki, özünü mağaza sahibi kimi təqdim edən Tural adlı şəxs və onun iş ortağı olduğu iddia edilən “mühərrik ustası” Əzim adlı şəxsin, eləcə də işə heç bir aidiyyəti olmayan digər şəxslərin izahatları əsassız olaraq əsas götürülmüşdür. Eyni zamanda, öhdəliyin icrası məqsədilə alınmış pul vəsaitinin hansı məqsədlərlə və necə istifadə olunması ümumiyyətlə araşdırılmamışdır. Buna baxmayaraq, materiallarda cinayət tərkibinin olmaması qənaətinə gəlinərək rədd qərarının qəbul edilməsi istintaq orqanının səthi yanaşmasının göstəricisi olmaqla, qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunmuşdur.” Materiala əlavə olunmuş sənədlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli (***)-**/**** nömrəli və ##.##.2025-ci il tarixli *(***)-**/**** nömrəli qərarlarda material üzrə yenidən araşdırmanın aparılmasının təmin edilməsi məsələsinə hər hansı hüquqi qiymət verilməmişdir. Hesab edir ki, məhkəmə tərəfindən qeyd olunan hallara münasibət bildirilmədən və müvafiq araşdırma aparılmadan ##.##.2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarla məhkəmə nəzarəti qaydasında verilmiş şikayət əsassız olaraq təmin edilməmişdir. Məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamaqla yanaşı, irəli sürülmüş sübutlarla da təsdiqini tapmır və nəticə etibarilə, məhkəmənin gəldiyi qənaəti əsassız və hüquqi cəhətdən yetərincə əsaslandırılmamış hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini və «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəntiq Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) bildirdi ki, hazırki material üzrə qərar məhkəmə tərəfindən dəfələrlə ləğv olunaraq, müvafiq göstərişlər verilməklə geri qaytarılmış, Şikayət verən şəxs və digər şəxslərin izahatları alınmış, Əzimzadə Əzim İlyas oğlu və X4 əməllərində özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş hərəkətlər mövcud olmadığından cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Sumqayıt şəhər prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası CPM-nin 450.3-cü maddəsinə əsasən prokurorluğunun nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Apellyasiya məhkəməsi iş materiallarını yoxlayıb, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsi tərəfindən toplanmış NK-*/*** nömrəli materialdan görünür ki, Şikayət verən şəxs ərizə ilə müraciət edərək bildirmişdir ki, ##.##.2024-cü il tarixdə **-SS-*** dövlət qeydiyyat nömrəli “Infinity G-35” nəqliyyat vasitəsini yaranmış nasazlıqlarla bağlı sarı Zapravka deyilən ərazidə usta fəaliyyəti ilə məşğul olan Əzim adlı şəxsin yanına aparmış, avtomobilində yaranmış nasazlığı aradan qaldırmaq üçün Əzim adlı şəxs həmin ərazidə fəaliyyət göstərən ehtiyyat hissələri mağazasının sahibi kimi özünü təqdim edən Tural adlı şəxslə etibarından sui-istifadə edərək təmir adıyla ondan ümumilikdə 2850 AZN almış, nəqliyyat vasitəsini bu günkü günə qədər təmir etməmişdir. Araşdırma zamanı Şikayət verən şəxs, Əzimzadə Əzim İlyas oğlu, X4, X8, X2 və X3 izahatları alınmışdır. Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin ## ###### 2025-ci il tarixli qərarında qeyd edilmişdir ki, Şikayət verən şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığını nəzərə alaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, alınmış izahatlarla Əzimzadə Əzim İlyas oğlu və X4 əməllərində özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş hərəkətlər öz təsdiqini tapmasa da Şikayət verən şəxs müraciəti ilə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə kollegiyası işin hallarını nəzərə alıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab edir. Belə ki, müstəntiq tərəfindən prossessusal qanunvericiyilin tələblərinə riayət edilməklə kifayət qədər geniş araşdırma aparılmış, aidiyyatı şəxslərin izahatları alınmışdır. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2015-ci il tarixli qərarının 10-cu maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin IX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər-hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin hərəkətlər Əzimzadə Əzim İlyas oğlu və X4 tərəfindən həyata keçirilmədiyindən barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi başlanılmasının rədd edilməsinə dair müstəntiq Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərarı qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsi və şikayətçinin vəkili Müdafiəçi apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar yoxdur. Birinci instansiya məhkəməsi əsaslı olaraq Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Respublikası CPM-nin 449.1.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın təhqiqatçısının prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Azərbaycan Respublikası CPM-nin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-in 451.1.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə qərar çıxarır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərarından verilmiş şikayətin rədd edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 212.4 və 212.4.2-ci maddələrinə görə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında verilmiş şikayət üzrə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. Qeyd olunanlara əsasən və CPM-nin 122, 212, 442, 449-451 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Bu qərar qətidir, ondan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar