Məhkəmə qərarları › İş №6(3-8)-30/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-30/2026

08.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-30/2026 08.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair) Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, şikayətçi Şikayət verən şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi Nümayəndə iştirakı ilə, Şikayət verən şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi Nümayəndə məhkəmə nəzarəti qaydasında verdiyi şikayətlə bağlı Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Şikayət verən şəxs MMC-nin qanuni nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (hakim E.İ.Əliyev) Şikayət verən şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni nümayəndəsi Nümayəndə Sumqayıt Şəhər Polis Idarəsinin və Azərbaycan Respublikası Baş Prokururluğunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin icraata götürülməməsi və Nümayəndə geri qaytarılması qərara alınmışdır. IŞIN HALLARI : Nümayəndə məhkəmə nəzarəti qaydasında Sumqayıt Şəhər Məhkəməsinə şikayət verərək Sumqayıt Şəhər Polis Idarəsinin və Azərbaycan Respublikası Baş Prokururluğunun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərarın qəbul edilməsini xahiş etməklə şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixində Sumqayıt ŞBPI-nin əməkdaşları heç bir hüquqi əsas və izahat təqdim etmədən onun (MMC-nin qanuni təmsilçisinin) xüsusi mülkiyyəti olan həyətyanı sahəsinə daxil olmuş, onu məcburi qaydada idarəyə aparmışlar. Orada rəis müavini Cavidan Əlizadə tərəfindən aldatma yolu ilə ondan Baş Prokurorun adına izahatı alınmış, hüquqları izah edilməmişdir. Bu məsələ ilə bağlı Prokurorluğa və DIN-ə etdiyi müraciətlər araşdırılmamış, əksinə şikayəti şikayət etdiyi orqanın (Sumqayıt ŞBPI) özünə göndərilmişdir. ##.##.2024-cü il tarixdə Sumqayıt ŞBPI əməkdaşları tərəfindən həyata keçirilmiş mülkiyyətə daxil olma və protokolsuz saxlanılma hərəkətlərinin qanunvericiliyin tələblərinə zidd olaraq qanunsuz hesab edilməsi, kəskin psixoloji gərginlik (panik atak) və aldatma yolu ilə alınmış ##.##.2024-cü il tarixli izahatın hüquqi qüvvəyə malik olmayan sübut kimi tanınması və icraatdan kənarlaşdırılması, vəzifəli şəxslərin əməllərində CMnin 145, 154, 157, 178, 286, 292, 308 və 309-cu maddələrinin əlamətləri aşkar edildiyi üçün, materialların cinayət təqibi orqanına (prokurorluğa) göndərilməsi barədə Xüsusi Qərardadın çıxarılınası, Baş Prokurorluğa və digər instansiyalara edilmiş müraciətlərin mahiyyəti üzrə araşdırılmaması və polisin müdaxiləsinə şərait yaradılması ilə bağlı prokurorluq orqanlarının fəaliyyətsizliyinin qanunsuz, hesab edilməsi, qanunsuz, saxlanılma və hərəkətlər nəticəsində pozulmuş hüquqlarının (o cümlədən bağlamaların təhvil verilməsinin təmini) bərpa edilməsi üçün müvafiq orqanların üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir. Şikayətə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Həmin qərardan Şikayət verən şəxs MMC-nin qanuni nümayəndəsi Nümayəndə apellyasiya qaydasında şikayət vermişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Apellyasiya şikayəti məhkəmə nəzarəti qaydasında verilən şikayətlə eyni məzmunda olmaqla şikayətdə vurğulanır ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən çıxarılmış ##.##.2026-cı il tarixli qərardadla onun məhkəmə nəzarəti qaydasında verdiyi şikayət "konkret olaraq kimlər tərəfindən, hansı hərəkətlərin edilməsinin məlum olmaması" adı ilə icraata götürülmədən geri qaytarılmışdır. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə qərarın "Müəyyən etdi" hissəsində onun şikayətinin məzmunu sadalanarkən konkret olaraq "rəis müavini Cavidan Əlizadə tərəfindən aldatma yolu ilə ondan... izahat alınmış" faktı qeyd edilmiş, lakin qərarın nəticə hissəsində şikayətin "kimlər tərəfindən, hansı hərəkətlərin edilməsi məlum deyildir" əsası ilə geri qaytarılması hüquqi absurd və məntiqi ziddiyyətdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan konkret faktları araşdırmadan və onlara hüquqi qiymət vermədən "şikayət ümumi xarakter daşıyır" nəticəsinə gəlmişdir ki, bu da CPM-in 451-ci maddəsinin tələblərinin kobud şəkildə pozulmasıdır. CPM-in 449.3.2-ci (tutulma və saxlanılma) və 449.3.5ci (şikayətlərin araşdırılmaması) maddələrində nəzərdə tutulan konkret qanunsuz hərəkətlər təsvir olunmuşdur. Qanunvericilik şikayətçidən təhqiqatçının şəxsiyyətini müəyyən etməyi deyil, pozulmuş hüququn mahiyyətini göstərməyi tələb edir. Idarə rəhbərliyi və tabeliyindəki şəxslər tərəfindən törədilmiş qanunsuz mülkiyyətə daxil olma və protokolsuz saxlanılma faktı 449-cu maddənin birbaşa predmetidir. Məhkəmə bu qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 68-ci (özbaşınalıqdan müdafiə) və 71-ci maddələri ilə dövlət tərəfindən ona verilmiş təminatları səmərəsiz etmişdir. Məhkəmə nəzarəti institutu vətəndaşı polisin özbaşınalığından qorumalı olduğu halda, məhkəmə prosessual bəhanələrlə onun müraciət hüququnun qarşısını almışdır. PROSES IŞTIRAKÇISIININ IZAHATI : Məhkəmə kollegiyasının iclasında şikayətçi Şikayət verən şəxs MMC-nin qanuni nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə Sumqayıt şəhər Polis Idarəsinə məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasının Sumqayıt şəhər Polis Idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyat-axtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. CPM-nin 442.2 və 442.2.2-ci maddələrinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. CPM-nin 122.1 və 122.2.3-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərdən və ya qərarlarından cinayət prosesinin iştirakçıları, habelə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesində iştirak edən digər şəxslər tərəfindən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilə bilər. CPM-nin 212.3-cü maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. CPM-nin 449-cu maddəsinə əsasən məhkəmə nəzarəti qaydasında yalnız cinayət prosesini həyata keçirən orqanın konkret prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Həmin şikayətdə prosessual hərəkəti həyata keçirən orqan, vəzifəli şəxs, mübahisələndirilən hərəkətin mahiyyəti, həmin hərəkətin hansı cinayət-prosessual icraat çərçivəsində həyata keçirilməsi və hansı hüquqların pozulması kifayət qədər müəyyən şəkildə göstərilməlidir. Iş materiallarından görünür ki, şikayətçi tərəfindən verilmiş şikayətdə müxtəlif dövlət orqanlarının, o cümlədən Sumqayıt Şəhər Polis Idarəsinin, Baş Prokurorluğun və gömrük orqanlarının fəaliyyəti ümumi şəkildə mübahisələndirilmiş, çoxsaylı Cinayət Məcəlləsi maddələrinə istinad edilmiş, lakin CPM-nin 449-cu maddəsi mənasında məhkəmə nəzarətinin predmetini təşkil edən konkret prosessual qərar və ya hərəkət lazımi dəqiqliklə müəyyən edilməmişdir. Apellyasiya şikayətində göstərilən “rəis müavini Cavidan Əlizadə” ilə bağlı istinadın özü də birinci instansiya məhkəməsinin nəticəsini təkzib etmir. Belə ki, məhkəmə qərarında həmin şəxsin adı yalnız şikayətçinin öz izahatına əsasən göstərilmiş, lakin bu hal şikayətin prosessual baxımdan CPM-nin 449 və 451-ci maddələrinin tələblərinə uyğun tərtib olunmasını təsdiq etmir. Birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, şikayətdə konkret olaraq hansı prosessual hərəkətin, hansı tarixdə, hansı icraat çərçivəsində və hansı vəzifəli şəxs tərəfindən həyata keçirilməsinin mübahisələndirilməsi aydın müəyyən edilməmişdir. Apellyasiya şikayətində qeyd edilən əlavə vəsatətdə hadisə yeri, şahid və digər hallar göstərilsə də, həmin məlumatlar da məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin predmetini konkretləşdirməmişdir. Çünki CPM-nin 449-cu maddəsi çərçivəsində məhkəmə nəzarətinin predmeti ümumi narazılıq və ya ehtimal olunan cinayət xarakterli halların araşdırılması deyil, konkret prosessual hərəkət və ya qərarın qanuniliyinin yoxlanılmasıdır. Şikayətçi isə müraciətində faktiki olaraq müxtəlif dövlət orqanlarının fəaliyyətinə ümumi hüquqi qiymət verilməsini, cinayət təqibinin başlanmasını və vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmişdir ki, bu da məhkəmə nəzarəti icraatının predmetinə aid deyildir. Həmçinin e-kabinet vasitəsilə təqdim edilmiş vəsatətdə vəzifəli şəxslərin əməllərində cinayət tərkibinin olması barədə göstərilən hallar ehtimal xarakterli mülahizələrdən ibarət olmaqla, həmin halların araşdırılması ibtidai araşdırma orqanlarının səlahiyyətlərinə aiddir. Məhkəmə nəzarəti qaydasında baxılan hazırkı icraat çərçivəsində xüsusi qərardad çıxarılması üçün kifayət edən obyektiv məlumatlar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi CPM-nin 451-ci maddəsinin tələblərinə uyğun olaraq şikayətin formal və prosessual uyğunluğunu yoxlamış, müəyyən edilmiş nöqsanlara görə şikayəti geri qaytarmaqda haqlı olmuşdur. Bununla yanaşı, şikayətçiyə nöqsanları aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun izah edilməsi onun məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Bu səbəbdən apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas vermir və qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarının araşdırılması nəticəsində gəldiyi qənaətinə əsaslanaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və CPM-nin 122, 442 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Şikayət verən şəxs MMC-nin qanuni nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar