Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-33/2026 22.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimləri: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Abşeron rayon Polis Idarəsinin istintaq şöbəsinin müstəntiqi X1, şikayətçi - təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından müdafiəçi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi Abşeron Rayon Məhkəməsinə müraciət edərək Abşeron rayon Polis Idarəsinin müstəntiqi Vüqar Nəsibov tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxsin digər şəxslərlə görüşmək, telefonla zəng etmək və telefon danışıqlarından istifadə etmək hüququnun məhdudlaşdırılması” barədə qərarın ləğv olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Abşeron rayon Polis Idarəsinin istintaq şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş “barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxsin digər şəxslərlə görüşmək, telefonla zəng etmək və telefon danışıqlarından istifadə etmək hüququnun məhdudlaşdırılması” barədə ## #### 2026-cı il tarixli qərardan təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməmişdir (hakim Abusət Qasımov). Müdafiəçi Müdafiəçi apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının, Abşeron rayon Polis Idarəsinin istintaq şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxsin digər şəxslərlə görüşmək, telefonla zəng etmək və telefon danışıqlarından istifadə etmək hüququnun məhdudlaşdırılması” barədə qərarın ləğv edilməsi və ərizəçinin X3 Konvensiyasının 8-ci maddəsi ilə nəzərdə tutulmuş hüququnun pozulması faktının tanınması barədə qərar qəbul xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həm beynəlxalq konvensiya, həm daxili qanunvericilik həbs yerində saxlanılan şəxsin şəxsi və ailə həyatı ilə bağlı hüquqlarınına təminat verir. Bu hüquqların məhdudlaşdırılması ciddi əsaslandırma tələb edir. Avropa Konvensiyasının 8-ci maddəsinin 2ci bəndi bu hüquqa müdaxiləni yalnız qanunla nəzərdə tutulduğu və demokratik cəmiyyətdə zəruri olduğu hallarda mümkün sayır. Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu isə həbsdə olan şəxsin yaxın qohumları və qanuni maraq kəsb edən şəxslərlə görüşmək və telefon danışıqlarından istifadə etmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya həbs yerində rejimi təmin etmək zərurəti yarandıqda həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırılmasını nəzərdə tutur. Qərarda ərizəçinin ailə üzvləri ilə görüşmək və telefonla əlaqə saxlamaq hüququna məhdudiyyət qoyulması ümumiyyətlə əsaslandırılmayıb. Daha doğrusu, bir cümlə ilə formal xarakterli əsaslandırma verilib və qeyd edilib ki, məhdudiyyətin tətbiq edilməsi ərizəçi tərəfindən cinayət işinin gedşinə maneə yaratmamaqdan ötrü tətbiq edilmişdir. Halbuki, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxsin hansı formada və hansı əsaslarla istintaq üçün maneələr yaratması ciddi şəkildə əsaslandırılmalı idi. Hazırki işin halları şikayətçinin hər hansı şəxslərlə əlaqəyə girərək yeni cinayətlər törədəcəyini yaxud cinayət təqibində iştirak edən şəxslərin təhlükəsizliyinə risk yaranacağını güman etməyə əsas vermir. Belə ki, cinayət işinin başlanması haqqında ##.##.2026-cı il tarixli qərardan və digər ilkin istintaq sənədlərindən görünür ki, ərizəçinin üzərindən 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində təmiz çəkisi 2.082 qram olan ağ rəngli kristalşəkilli maddə küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkarlandığı bildirilərək, ona qarşı ittiham irəli sürülmüşdür. Göründüyü kimi ərizəçi külli miqdarda qanunsuz şəkildə psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayətində ittiham edilmiş, tək saxlanılmış, həmin maddənin satılması ilə bağlı ittham ümumiyyətlə verilməmiş, saxlanılarkən ərizəçi tərəfindən müqavimət göstərilməsinə dair məlumat olmamışdır. Belə olan halda müstəntiq Vüqar Nəsibovun qərarında konkret hansı əsasla göstərilməklə mübahisələndirilən məhdudiyyətlərin tətbiq etməsi aydın deyil. Bundan başqa, qanunun mətninə görə, həbsdə olan şəxsin yaxın qohumları və qanuni maraq kəsb edən şəxslərlə görüşmək və telefon danışıqlarından istifadə etmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə məhdudlaşdırıla bilər. Lakin şikayət olunan qərarda bu halların heç biri əsaslandırlamyıb və əsaslandırıla bilməz, çünki hazırki cinayət icraatında ümumiyyətlə hər hansı hazırlanan cinayətdən söhbət getmir. “Cinayət təqibini təmin etmək” üçün hər hansı bir maneənin mövcud olması göstərilməmişdir. Bundan əlavə ##.##.2026-cı il tarixli qərarda məhdudiyyətlərin hansı müddətə qədər tətbiq edilməsi göstərilməmişdir. Halbuki, yuxarıda istinad edilən normaların tələblərindən görünür ki, məhdudiyyət müəyyən müddət ərzində tətbiq edilməklə müvəqqəti xarakter daşımalıdır. Beləliklə, ərizəçinin ailə üzvləri ilə görüşlərinə və telefon danışıqlarına məhdudiyyət qoyulması üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə tərəfindən qəbul edilmiş qərarın məzmunundan görünür ki, məhkəmə gəldiyi nəticəni ümumiyyətlə əsaslandırmayıb. Halbuki, hüququn ümumi prinsiplərinin və Azərbaycan Respublikası CPM-nin bir sıra müddəalarının tələbləri baxımından məhkəmə baxdığı iş üzrə gəldiyi qənaəti əsaslandırmalıdır. Məhkəmə qərarı faktiki olaraq qərarından şikayət verilmiş Abşeron rayon Polis Idarəsinin istintaq şöbəsinin müstəntiqi, R X1 tərəfindən məhkəmə iclası zamanı vermiş olduğu izahata və mübahisələndirilən qərara əsaslanır. Müdafiə tərəfinin ərizəçinin hüquqlarını məhdudlaşdıran qərarın qəbul edilməsi üçün əsas və səbəblərin müəyyən edilməməsi, qərarın əsaslandırılmaması, onun əhatə etdiyi müddətin bəlli olmaması kimi dəlilləri məhkəmə tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Belə ki, məhkəmənin həmin dəlillərin qəbul edilməzliyi ilə bağlı mövqeyi qəbul edilmiş qərarda ümumiyyətlə mövcud deyil. Apellyasiya məhkəməsinin iclasında kollegiyasının iclasında şikayətçi - təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının, Abşeron rayon Polis Idarəsinin istintaq şöbəsinin müstəntiqi X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxsin digər şəxslərlə görüşmək, telefonla zəng etmək və telefon danışıqlarından istifadə etmək hüququnun məhdudlaşdırılması” barədə qərarın ləğv edilməsi və ərizəçinin X3 Konvensiyasının 8-ci maddəsi ilə nəzərdə tutulmuş hüququnun pozulması faktının tanınması barədə qərar qəbul xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında Abşeron rayon Polis Idarəsinin istintaq şöbəsinin müstəntiqi X1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Abşeron rayon Polis Idarəsinin müstəntiqi Vüqar Nəsibov tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “hüquqların məhdudlaşdırılması haqqında” qərara əsasən ********* saylı cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməklə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Istintaq Təcridxanasında həbsdə saxlanılan təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçi istisna olmaqla, digər şəxslərə görüşmək, telefonla zəng etmək və telefon danışıqlarından istifadə etmək hüququ məhdudlaşdırılmışdır. Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 19.8-ci maddəsinə əsasən tutulmuş şəxsin telefonla zəng etmək, həbs edilmiş şəxsin müdafiəçi istisna olmaqla, digər şəxslərlə görüşmək, telefonla zəng etmək və telefon danışıqlarından istifadə etmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədi ilə cinayət prosesini həyata keçirən orqanın və ya həbs yerində rejimi təmin etmək zərurəti yarandıqda həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla bilər. Belə qərar qəbul edildikdə tutulmuş və ya həbs edilmiş şəxs həmin hüquqlardan yalnız müvafiq qərarı qəbul etmiş orqanın yazılı razılığı olduqda istifadə edir. Bu maddədə nəzərdə tutulan hüquqların məhdudlaşdırılmasına dair qərardan qanunla müəyyən edilmiş qaydada məhkəməyə, həbs yerinin müdiriyyətinin qərarından isə habelə yuxarı vəzifəli şəxsə şikayət edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 449.1-ci maddəsinə müvafiq olaraq məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyataxtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi (maddə 449.2.1); zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi (maddə 449.2.2); qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər (maddə 449.2.3) şikayət vermək hüququna malikdirlər. 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şikayət vermək hüququ olan “digər şəxslər” müddəasının şərh edilməsinə dair” ## #### 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şikayət etmək hüququ olan şəxslər məhkəmə nəzarəti qaydasında təhqiqatçı, müstəntiq və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun məhkəməyədək icraat zamanı bütün prosessual qərar və hərəkətlərindən (hərəkətsizliyindən) deyil, yalnız qanunda nəzərdə tutulan (CPM-in 449.3.1-449.3.7-ci maddələri) prosessual hərəkət və qərarlarından şikayət verə bilərlər. Birinci instansiya məhkəməsi düzgün olaraq, qərarında qeyd etmişdir ki, müstəntiq tərəfindən “barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxsin digər şəxslərlə görüşmək, telefonla zəng etmək və telefon danışıqlarından istifadə etmək hüququnun məhdudlaşdırılması” barədə qərar qəbul edilərkən hər hansı hüquq pozuntusuna yol verilməmiş, qərar istintaq hərəkətlərinin aparılmasının təmin edilməsi məqsədilə qəbul edilmişdir. Həmçinin, həmin qərarın qəbul edilməsi müdafiə hüququnun pozulmasına səbəb olmamışdır. Buna görə də, hazırda qərarın ləğv edilməsini zəruri edən hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsi və şikayətin təmin olunması üçün qanuni əsaslar yoxdur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 453.6.1, 453.10 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayətə və ya protestə təkrarən baxılmasına yol verilmir.
Məhkəmə qərarları › İş №6(3-8)-33/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-33/2026
22.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver