Məhkəmə qərarları › İş №6(3-8)-36/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-36/2026

08.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-36/2026 08.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimi Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər- Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X2 katibliyilə, Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS), qərardan şikayət vermiş şəxs X4 və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Müdafiəçi iştirakları ilə, Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə ##.##.2026cı il tarixli qərarından verilmiş şikayətin təmin edilməməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından X4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla keçirilən qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi : X4 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Müdafiəçi şikayətlə məhkəməyə müraciət edərək, Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Müdafiəçi tərəfindən verilmiş şikayət rədd edilərək, Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarı qanuni hesab edilmişdir. (hakim Fərid Nəsimiyev) Həmin qərardan vəkil Müdafiəçi apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının və Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti məhkəmə nəzarəti qaydasında verilən şikayətlə eyni məzmunda olmaqla əlavə olaraq şikayətdə vurğulanır ki, ***-C-** nömrəli material üzrə araşdırma aparan müstəntiq qərəzli şəkildə zərərçəkmiş şəxsin izahatı alınmadan və məhkəmənin göstərdiyi ziddiyyətləri aradan qaldırmadan ## ###### 2026-cı il tarixdə qərəzli şəkildə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Həmçinin tərtib edilmiş hadisə yerinə baxış sxemində ciddi nöqsanlar vardır ki, bir yolun uzunluq hissəsi 26 metr qeyd edilib, vurulan yolun döngə tərəfi yarısından çox hissəsi 12.9 metr göstərilmişdir. Döngəli yolun hər iki tərəfinin eyni uzunluqda olması mütləqdir. Lakin bir tərəfi 26 metr olan yolun qarşı tərəfi 12.9 metri vurulma yerinin yuxarı hissəsidir. Hesab edir ki, hadisə yerinin sxemi məhkəmə tərəfindən mütləq nəzərdən keçirilməlidir. Birinci instansiya məhkəməsi həmin sxemdə və ekspert rəyində göstərilən 12.9 metri heç bir şəkildə izah etməmişdir. Çünki həmin o rəqəm xüsusi olaraq seçilmişdir ki, ekspert tərtib edilmiş qərara uyğun olaraq rəy versin. X3 məxsus avtomobildə videoregistr olmuşdur. Videoregistratorun götürülməsi, eyni zamanda material ilə birlikdə Hərəkətindən (qərarından) şikayət verilən orqan göndərilməsi qeyd edilsə də, videoregistratora baxış keçirilməmiş və iş materiallarına əlavə edilməmişdir. Həmçinin, sxemdə piyada keçidinin olması göstərilsə də, həmin xüsusat qərarda qeyd edilməmişdir. Bundan başqa, ekspert qarşısında piyada keçidi ilə bağlı sual qoyulmamışdır. İstintaq orqanı tərəfindən təkrar ekspertiza keçirilməməsi, hadisə yerinə baxışda zərərçəkmiş şəxsin iştirakının təmin edilməməməsi və qərar həmin ərazidə piyada keçidinin olmasının göstərilməməsi istintaq orqanı tərəfindən obyektiv araşdırma aparılmamasını sübut edir. Prosessual məsələlər : Məhkəmə kollegiyasının iclasında müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının və Hərəkətindən (qərarından) şikayət verilən orqan “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şikayətçi X4 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının və Hərəkətindən (qərarından) şikayət verilən orqan “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə ##.##.2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəntiq apellyasiya şikayətinin dəlillərilə razılaşmayaraq, şikayətin əsassız olduğunu bildirməklə apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, təhlükəsiz şəhər kameraları hadisə yerinin görüntüsünü qeydə almamışdır. Hadisə yerinə baxışda isə adətən zərərçəkmiş şəxs dəvət olunmur. Hadisə yerinin sxemində göstərilən məsafələr simvolikdir. Hadisə baş vermiş yolun digər tərəfində olan təhlükəsiz şəhər kameralarında hadisənin görüntüsü əks olunmamışdır. Zərərçəkmiş şəxs piyada keçidində vurulmasını, tanışının həmin hala şahid olduğunu bildirdi, lakin tanışı zərərçəkmiş şəxsin piyada keçidindən 7 metr uzaqlıqda vurulduğunu qeyd etmişdir. Avtomobil 20 km/saat sürətlə hərəkətdə olarkən zərərçəkmiş şəxsin həmin xəsarətləri alması mümkün deyildir. Hüquqi məsələlər : Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. CPM-nin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir. CPM-nin 450.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılması üzrə məhkəmə iclası başlananadək məhkəmə ona təqdim olunmuş bütün materialları əvvəlcədən öyrənir. CPM-nin 450.5-ci maddəsinə əsasən hakim ifadələri, şikayəti təsdiq və ya təkzib edən şəxsləri məhkəmə iclasına çağırmaq və onları dindirmək, şikayətin əsaslılığının yoxlanılması üçün zəruri olan sənəd və maddi sübutları tələb etmək hüququna malikdir. CPM-nin 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanların qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. CPM-nin 207-ci maddəsinin 1-ci bəndinin məzmununa görə, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və mediada əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almalı və ona baxmalı, zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalı, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etməlidir. CPM-nin 46.3-cü maddəsinə əsasən cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. CPM-nin 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar çıxarır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər (CPM-nin 212.3-cü maddəsi). Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, Hərəkətindən (qərarından) şikayət verilən orqan toplanılmış iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli şəkildə öyrənib qeyd edir ki, material ilə bağlı Hərəkətindən (qərarından) şikayət verilən orqan, həmçinin birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarları aşağıda qeyd olunan əsaslara görə ləğv edilməklə, apellyasiya şikayəti təmin olunmalıdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, müstəntiq tərəfindən “Cinayət işinin başlanılmasının rədd edilməsi’’ barədə ##.##.2026-cı il tarixli qərar qəbul edilərkən cinayətprosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, işin bütün hallarına tam hüquqi qiymət verilməmişdir. Belə ki, müstəntiq tərəfindən araşdırma birtərəfli qaydada aparılmış, əlavə araşdırma aparılarkən hadisə yerinə təkrarən baxış keçirilməsi və yol-nəqliyyat hadisəsinin sxeminin tərtibi zamanı Şəhriyar Ağamalıyevin iştirakı təmin edilməmiş, müstəntiq tərəfindən yalnız N.Xələfov, A.Gülmalıyev, Ş.Qəhrəmanovun iştirakları ilə hadisə yerinə baxış keçirilərək birtərəfli və natamam araşdırma aparılmışdır. Material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında ##.##.2026cı il tarixli qərarda Şikayət verən şəxs ##.##.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsini xatırlamadığından təkrar hadisə yerinə baxış zamanı iştirakının zəruri olmaması qeyd edilsə də Şikayət verən şəxs izahatında hadisə zamanı aldığı xəsarətlə əlaqədar huşsuz hala düşdüyündən hadisədən sonra baş verənləri xatırlamadığını bildirmişdir. Belə olan halda Şikayət verən şəxs hadisə anına qədər olanları xatırlamasına baxmayaraq hadisə yerinə təkrarən baxış keçirilməsi və yol-nəqliyyat hadisəsinin sxeminin tərtibi zamanı onun iştirakı təmin edilməməklə birtərəfli və natamam araşdırma aparılmışdır. Belə olan halda yol-nəqliyyat hadisəsinin sxeminin tərtibi Şikayət verən şəxs iştirakının təmin edilməsi ilə aparılmalı idi. Həmçinin hadisənin baş vermə günü məhz yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında ##.##.2022-ci il tarixli protokol natamam tərtib edilmişdir. Bundan başqa baxışda iştirak etmiş Şumqayıt ŞPİ-nin YPX-nin axtarış üzrə baş inspektoru, R X1 həmin protokolu imzalamamışdır. Məhkəmə kollegiyası bu məsələ ilə əlaqədar CPM-nin 134.5-ci maddəsinin tələbini xatırlatmaqla qeyd edir ki, hadisə yerinə baxış zamanı məhz ittiham etmək məqsədilə deyil digər zəruri məlumatları əldə etmək üçün hadisə yerinə təkrar baxış keçirilərkən X1 da iştirakı təmin edilməklə müdafiə tərəfinin şikayətindəki arqumentlərinə aydınlıq gətirilə bilərdi. Həmçinin protokolun natamamlığının səbəbləri və digər zəruri hallarla bağlı X1 da izahatı alınmalı idi. CPM-in 134.5-ci maddəsinə əsasən istintaq hərəkətinin protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Həmçinin qeyd edilən xüsusatlar hərtərəfli araşdırıldıqdan sonra təkrar komisiyon məhkəmə yol nəqliyyat hadisələrinin ekspertizasının aparılması məsələsinə münasibət bildirilməsi zəruridir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi şikayətə baxarkən toplanmış ***-C-** nömrəli yoxlama materiali üzrə yuxarıda qeyd olunan natamam araşdırmaya əhəmiyyət verməyərək mübahisələndirilən qərarı qüvvədə saxlayaraq düzgün olmayan nəticəyə gəlmişdir. CPM-nin 85.1, 85.2 və 85.2.1-ci maddələrinə görə cinayət təqibini həyata keçirərkən müstəntiq qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir. Müstəntiq törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək kimi vəzifələri yerinə yetirməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh edilənlərə görə hesab edir ki, birinci instansiya məhkəməsinin Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə ##.##.2026-cı il tarixli qərarını qanuni hesab etməsinə dair nəticəsi əsassız olmuşdur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə məcmu halda qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli və Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə ##.##.2026-cı il tarixli qərarları ləğv olunmalı, ***-C-** nömrəli material üzrə yenidən tam və hərtərəfli araşdırma aparılması üçün hazırkı qərar və material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt Şəhər prokuroruna göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 122, 145, 442, 449-451 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı, həmçinin ***-C-** nömrəli yoxlama materiali üzrə Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Hərəkətindən (qərarından) şikayət verilən orqan toplanılmış ***-C-** nömrəli yoxlama materialı üzrə hazırki qərardakı hüquqi mövqeyə uyğun yenidən tam, obyektiv və hərtərəfli araşdırma aparılması üçün hazırkı qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sumqayıt şəhər prokuroruna göndərilsin. ***-C-** nömrəli material yenidən araşdırılması üçün Hərəkətindən (qərarından) şikayət verilən orqan qaytarılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, bu qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilməsi hüququ Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar