Məhkəmə qərarları › İş №6(3-8)-38/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-38/2026

10.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-38/2026 10.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimləri: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, şikayətçi - təqsirləndirilən şəxsin müdafiəçisi Nümayəndə iştirakı ilə Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından müdafiəçi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Şikayət verən şəxs müdafiəçisi Nümayəndə tərəfindən verilmiş Abşeron RPI-nin Mehdiabad PB-nin əməliyyat müvəkkilləri Musa Şabandayev, Müqəddəs Əliyev, Mövlam Mövlamov və Sadiq Süleymanovun qanunsuz hərəkətlərindən şikayət və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Şikayət verən şəxs müdafiəçisi Nümayəndə Abşeron RPI-nin Mehdiabad PB-nin əməliyyat müvəkkilləri Musa Şabandayev, Müqəddəs Əliyev, Mövlam Mövlamov və Sadiq Süleymanovun qanunsuz hərəkətlərindən verdiyi şikayət əsassız olduğundan rədd olunmuş, müdafiəçi Nümayəndə tərəfindən verilmiş vəsatət rədd edilmişdir (hakim Elvin Teymur-Zadə). Müdafiəçi Nümayəndə apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsi, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən Abşeron rayon Polis Idarəsinin Mehdiabad polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Musa Şəbəndəyev, Abşeron rayon Polis Idarəsinin Mehdiabad polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Müqəddəs Əliyev, Abşeron rayon Polis Idarəsinin Mehdiabad polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Mövlam Mövlamov və Abşeron rayon Polis Idarəsinin Mehdiabad polis bölməsinin polis nəfəri Sadiq Süleymanov tərəfindən ## #### 2026-cı il tarixdə Şikayət verən şəxs narkotik vasitəni götürmək üçün Kapital bank kartına 20 manat pul göndərmələri və cinayətə təhrik etmələri, daha sonra Şikayət verən şəxs güdmələri, onu avtomobilə əşləşdirib Mehdiabad polis bölməsinə aparmaları hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayon Polis Idarəsinin Mehdiabad polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Musa Şəbəndəyev, Abşeron rayon Polis Idarəsinin Mehdiabad polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Müqəddəs Əliyev, Abşeron rayon Polis Idarəsinin Mehdiabad polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Mövlam Mövlamov və Abşeron rayon Polis Idarəsinin Mehdiabad polis bölməsinin polis nəfəri X3 qanunsuz güdmə aparmışlar və sosial şəbəkə vasitəsi ilə profil açıb Şikayət verən şəxs həmin narkotik vasitəni götürməyə onun Kapital bank kartına 20 manat pul yollamaqla təhrik etmişlər. Şikayət verən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxsdir və onun barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə ##.##.2026-cı il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. ##.##.2026-cı il tarixdə Abşeron rayon Polis Idarəsinin Mehdiabad polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində saxlanılmışdır. ##.##.2026-cı il tarixdə Abşeron rayon Polis Idarəsinin Mehdiabad polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Musa Şəbəndəyev tərəfindən Şikayət verən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Şikayət verən şəxs ##.##.2026-cı il tarixdə Abşeron Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilən zaman ifadəsində göstərmişdir ki, narkotik vasitəni ona təklif edən şəxslə internetlə telefon vasitəsi ilə əlaqə yaratdıqdan sonra, narkotik vasitəni ona təklif edən şəxs onun Kapital Bank kartına 20 manat pul göndərmişdir. Bundan sonra Şikayət verən şəxs hadisə yerinə getmiş və Abşeron rayon Polis Idarəsinin Mehdiabad polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Musa Şəbəndəyev, Abşeron rayon Polis Idarəsinin Mehdiabad polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Müqəddəs Əliyev, Abşeron rayon Polis iidarəsinin Mehdiabad polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Mövlam Mövlamov və Abşeron rayon Polis Idarəsinin Mehdiabad polis bölməsinin polis nəfəri Sadiq Süleymanov tərəfindən ##.##.2026-cı il tarixdə güdülərək saxlanılmış, üzərinə şəxsi axtarış keçirilmiş, daha sonra Abşeron rayon Polis Idarəsinin Mehdiabad polis bölməsinə aparılmışdır. Şikayət verən şəxs ehtimal edir ki, onun kartına ## #### 2026-cı il tarixdə 20 manat pul göndərən onu cinayətə təhrik edən polis əməkdaşlarıdır. Heç bir şikayət olmadığı halda, polis orqanında heç əməliyyat qeydiyyat işi, əməliyyat işi olmadığı halda Şikayət verən şəxs barəsində güdülmə əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, üstəlik polis əməkdaşlarında bunun üçün cinayət prosessual məcəlləsinin 445-ci maddəsinə əsasən müvafiq məhkəmədən qərarları belə olmamışdır. Apellyasiya məhkəməsinin iclasında kollegiyasının iclasında müdafiəçi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsi, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən Abşeron rayon Polis Idarəsinin Mehdiabad polis bölməsinin CAüzrə əməliyyat müvəkkili Musa Şəbəndəyev, Abşeron rayon Polis Idarəsinin Mehdiabad polis bölməsinin CAüzrə əməliyyat müvəkkili Müqəddəs Əliyev, Abşeron rayon Polis Idarəsinin Mehdiabad polis bölməsinin CAüzrə əməliyyat müvəkkili MövlamMövlamov və Abşeron rayon Polis Idarəsinin Mehdiabad polis bölməsinin polis nəfəri Sadiq Süleymanov tərəfindən ## #### 2026-cı il tarixdə Şikayət verən şəxs narkotik vasitəni götürmək üçün Kapital bank kartına 20 manat pul göndərmələri və cinayətə təhrik etmələri, daha sonra Şikayət verən şəxs güdmələri, onu avtomobilə əşləşdirilib Mehdiabad polis bölməsinə aparmaları hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, proses iştirakçısını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli qərarından görünür ki, təqsirləndirilən şəxs Şikayət verən şəxs müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qərarından verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin Abşeron Rayon Polis Idarəsinin Cinayət axtarışı üzrə əməliyyat müvəkkili X2 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli Şikayət verən şəxs barəsində həyata keçirilən əməliyyat-axtarış tədbirinin qanuni hesab olunması ilə bağlı qəbul edilmiş birinci instansiya məhkəməsinin qərarı dəyişirilmədən qüvvədə saxlanılmışdır. Şikayət verən şəxs müdafiəçisi, Abşeron Rayon Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş yazılı vəsatətdən görünür ki, Şikayət verən şəxs barəsində ##.##.2026-cı il tarixdə Abşeron Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar təqdimata baxılması zamanı izahatında narkotik vasitəni ona təklif edən şəxslə internetlə telefon vasitəsi ilə əlaqə yaratdıqdan sonra sonuncunun onun “Kapital Bank” kartına 20 (iyirmi) manat pul göndərdiyini və həmin şəxsin polis əməkdaşı olduğunu ehtimal etdiyini bildirmişdir. Şikayət verən şəxs cinayəti törətməyə təhrik edilib-edilmədiyini müəyyən etmək üçün Şikayət verən şəxs adına olan “Kapital Bank” kartına ##.##.2026-cı il tarixdə 20 (iyirmi) manat pul vəsaitini gödərən şəxsin müəyyən edilməsi üçün qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 449.1-ci maddəsinə müvafiq olaraq məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyataxtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi (maddə 449.2.1); zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi (maddə 449.2.2); qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər (maddə 449.2.3) şikayət vermək hüququna malikdirlər. “Əməliyyat-axtarış faəliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin IV hissəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri hakimin qərarı olmadan şəxsiyyət əleyhinə ağır cinayətlərin və ya xüsusi təhlükəli dövlət cinayətlərinin qarşısının alınması üçün telefon danışıqlarına qulaq asa, poçt, teleqraf və digər göndərişlərini yoxlaya, texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanı çıxara, habelə insanları güdə bilərlər, cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış və gizlənən şəxslərin yaxalanması, yanğın, partlayış və ictimai təhlükəsizliyə qəsd edən və ya qəsd edə biləcək halların aradan qaldırılması üçün binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış keçirə bilərlər. Həmin Qanunun V hissəsinə əsasən, 10-cu maddənin IV hissəsində nəzərdə tutulmuş hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. Birinci instansiya məhkəməsi düzgün olaraq, qərarında qeyd etmişdir ki, şikayətdə göstərilənlər mahiyyət etibarilə əməliyyat-axtarış tədbirinin qanuniliyinin yenidən müzakirəsinə yönəlməklə qeyd olunan tələb bir-birləri ilə qarşılıqlı əlaqəlidir. Halbuki həmin məsələ üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarları (Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli və Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-*)-*/**** nömrəli) mövcuddur və həmin qərarlarla əməliyyat-axtarış tədbirinin qanuni əsaslarla həyata keçirildiyi müəyyən edilmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirinin qanuni hesab edilməsi barədə təqdimata baxılmış və tədbirin qanunvericiliyin tələblərinə uyğun həyata keçirildiyi müəyyən edilmişdir. Həmin qərardan müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılarkən Sumqayıt Apellyasiya Məhkəməsinin # ### 2026-cı il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin mövqeyi düzgün hesab edilmiş, qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Əməliyyataxtarış fəaliyyətini həyata keçirən şəxsin hərəkətlərinin nəticəsi üzrə qəbul edilmiş əməliyyataxtarış tədbirinin məhkəmə qərarı ilə qanuni hesab edilməsi həmin hərəkətlərin qanunsuz olmasını istisna edir. Əməliyyataxtarış tədbirinin qanuniliyi məsələsi artıq məhkəmələr tərəfindən araşdırılmış və yekun hüquqi qiymət verilmişdir. Hazırki şikayətdə hərəkətlərindən şikayət edilən polis əməkdaşları məhz qanuniliyi məhkəmə aktları ilə təsdiq edilmiş əməliyyataxtarış tədbirinin iştirakçılarıdır. müdafiəçi tərəfindən verilmiş şikayəti təsdiq edən hər hansı sübutlar məhkəməyə təqdim edilməmiş, şikayətdə göstərilən xüsusatlar ancaq ehtimallar üzərində əsaslandırılmışdır. Belə ki, şikayətçi polis əməkdaşlarının onu cinayət törətməyə təhrik etdiyini təsdiq edən hər hansı obyektiv, mötəbər və yoxlanılmış sübut təqdim etməmişdir. Şikayətin məzmunundan görünür ki, Şikayət verən şəxs polis əməkdaşlarının onun bank hesabına vəsait köçürərək narkotik vasitə əldə etməyə sövq etdiklərini yalnız ehtimal edir. Məhkəmə hesab edir ki, şəxsin subyektiv ehtimalı özü-özlüyündə dövlət orqanlarının və ya vəzifəli şəxslərin hərəkətlərinin qanunsuz hesab olunması üçün əsas deyil. Şikayət verən şəxs irəli sürdüyü dəlillər ehtimal xarakterli mülahizə kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsi və şikayətin təmin olunması üçün qanuni əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 453.6.1, 453.10 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayətə və ya protestə təkrarən baxılmasına yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar