Məhkəmə qərarları › İş №6(3-8)-39/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-39/2026

18.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-39/2026 18.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair) Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi ilə, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətlə bağlı Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Şikayət verən şəxs şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPI-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, R Elsəvər Quliyev tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarını ləğv edərək cinayət işinin başlanmasını xahiş etməklə şikayətini onunla əsaslandırmışdır ki, material Sumqayıt Şəhər Poiıs idarəsinin TŞ-nın baş təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən düzgün araşdırılmamış, baş vermiş qəza nəticəsində aldığı ilkin xəsarətlərin dərəcəsi düzgün qeyd edilmədiyindən ekspertlər tərəfindən düzgün rəy verilməmiş, yəni aldığı xəsarətin, sağlamlığına vurulmuş zərərin dərəcəsi yüngül qeyd edilməklə “Infiniti FX-35” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Babaşova Mahirə Tahir qızının məsuliyyətdən yayınmasına, barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə və onun barəsində inzibati xəta haqqında materialın toplanmasına səbəb olmuşdur. Xüsusi olaraq məhkəmənin nəzərinə çatdırır ki, “Infiniti FX35” markalı, 90-CY- 969 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Sumqayıt şəhər * saylı xəstəxanada həm böyüklərdə, həm kiçiklərdə tibb bacısı işləyən xxxxxxxxxx qızı onu ##.##.2026-cı il tarixdə idarə etdiyi avtomobillə Sumqayıt şəhəri Koroğlu küçəsində vurmuş və onun tələbinə əsasən travmatologiya xəstəxanasına çatdırmışdır. Travmatologiya xəstəxanasında həkim işləyən, onun müayinə və müalicəsilə məşğul olan Aygün adlı həkim hansı maraqdansa aldığı xəsarətlər ağır və güclü ağrıları olmasına baxmayaraq tam müayinə etməmiş, hətta heç nəyi olmadığını deyərək xəstəxanadan qovmağa belə çalışmışdır. O, Səhiyyə Nazirliyinə şikayət edəcəyini bildirəndən sonra xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilmişdir. Lakin ciddi xəsarətləri olmasına baxmayaraq hansı səbəbdənsə onun yalnız kəllə beyin travması almağı əsas göstərərək “sənin heç nəyin yoxdur deyərək, onun düzgün diaqnozla müayinə və müalicə olunmağına imkan verməmişdir. Hətta xəstəxanada olduğu müddətdə baş vermiş hadisə ilə bağlı heç bir polis orqanına məlumat verilmədiyindən polis əməkdaşı gəlməmiş və ondan baş verən hadisə barədə izahat almamışdır. Nəhayət çoxsaylı şikayətlərindən sonra ## ###### 2026-cı iI tarixdə vəziyyəti ağır olduğundan bacısından izahat alınmışdır. Izahat alan şəxs, sonradan şəxsiyyəti ona məlum olan TŞ-nin baş təhqiqatçısı, R Elnur Fərzəliyev bildirmişdir ki, çalışacaqki işiniz qanuni şəkildə araşdırılsın. Xüsusi qeyd edir ki, tək qadındır, həmin vaxt himayəsində olan İ qrup əlil qardaşıyla və yetkinlik yaşına çatmamış oğlu ilə yaşayırdı. O, xəstəxanada olduğu müddətdə hər ikisidə baxımsız qaldığından eyni anda xəstələnmişdilər və ona ehtiyacları vardı. Bundan başqa Ayğün həkim heç nəyin yoxdur deyib narahat edirdi. Ona görə də xəstəxanadan vaxtından tez çıxmaq məcburiyyətində qaldı. Bu barədə əvvəlcədən 102 xidmətinə məlumat vermişdir. ## ###### 2026-cı il tarixdə məcbur qalıb tibbi ekspertə getməli oldu. Gedərkən təhqiqatçı, Elnur Fərzəliyevdən ekspertə getmək üçün kağız istədi. Elnur Fərzəliyev isə bildirdi ki, heç bir kağız vermir. Özü tapşıracaqki sizə baxsınlar. Sonra həkim ekspert onu qəbu etdi, lakin həkim xəsarətlərini müayinə etmədən və sorğu sual etmədən yazmağa başladı. Axırda özü həkimə irad tutdu ki, bəlkə xəsarətlərinə baxıb yazasız. Xüsusi qeyd edir ki, travmatoloq Elçin həkimdən dəfələrlə rentgenə getmək üçün göndəriş istəsə də, ona məlum olmayan hansı maraqdansa Elçin həkim rentgen olunmağına icazə vermədi. Bundan sonra məcbur qalıb baş həkim Axxxxxxxxn qəbulunda oldu və ona rentgendən çıxmaq istədiyini demişdir. Axxxxxxxxxa isə bildirdi ki, polis tapşırıb ki, rentgenə icazə verilməsin. Bundan sonra Sumqayıt şəhər * saylı Şəhər xəstəxanasına müraciət edib rentgendən çıxmaq istədiyini bildirdi. Orada da sahə həkimi Lalə və baş həkimlə eyni hal baş verdi. Nəhayət ayın ##.##.2026-cı ildə Unikal Klinikasına müraciət etdi, müayinə olunub, rentgendən keçən zaman onun kəllə-beyin travması almaqla yanaşı 7-ci qabırğasında sınığı və sol ayağında çıxığı olmasından məlumatı oldu. Həmçinin bu barədə polisə məlumat verildi. Bu məlumatı alandan sonra təhqiqatçı Elnur Fərzəliyev ona yüngül dərəcə bədən xəsarəti aldığını bacısının vatsapına yazaraq aldığı xəsarətin dərəcəsinə uyğun sığortadan pulunu almağını bildirdi. Sual yaranır: hansı maraqdan təhqiqatçı Elnur Fərzəliyev yanvar ayının 6-dan fevral ayının 2-nə kimi susub?!. Hansı maraqdan təhqiqatçı xəsarətlərinin gizlədilməsinə göz yumub, hətta buna şərait yaradıb?!. Hansı səbəbdən aldığı ağır xəsarətlər yüngül xəsarətlər kimi qiymətləndirilib?!. Göründüyü kimi ağır xəsarətlər almağına baxmayaraq tibbi məlumatlar düzgün verilmədiyindən ekspert tərəfindən sağlamlığına vurulmuş xəsarətin dərəcəsi də düzgün müəyyən edilməmiş, yüngül xəsarət yazılmaqla, nəticədə iş üzrə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası təyin edilməmiş və “Infiniti FX-35” markalı, **-CY- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Babaşova Mahirə Tahir qızı barədə düzgün qərar qəbul edilməmiş, onun cinayət məsuliyyətindən yayınmasına səbəb olmuşdur. Belə ki, cinayət qanunvericiliyinin tələblərinə görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmış şəxsin saglamlığına ağır və ya az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti yaradır və şəxsin əməli Azərbaycan Respublikası CM-nin 263.1. və ya 263.1.1-ci maddəsi ilə tövsif olunur. Çoxsaylı şikayətlərindən sonra Elnur Fərzəliyevin qəbul etdiyi ##.##.2026-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar şəhər prokurorluğu tərəfindən ləğv edilsə də, eyni hal yenidən təkrarlanmış və material təkrarən Sumqayıt Şəhər Polis Idarəsinin TŞ-nin baş təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən düzgün araşdırılmamış, baş vermiş qəza nəticəsində aldığı ilkin xəsarətlərin dərəcəsi düzgün qeyd edilmədiyindən, ekspertlər tərəfindən təkrarən aldığı xəsarətin dərəcəsinə görə ##.##.2026-cı il tarixli **/** saylı düzgün rəy verilməmiş, yəni ağır xəsarətlər almağına baxmayaraq aldığı xəsarətin, sağlamlığına vurulmuş zərərin dərəcəsi yüngül qeyd edildiyindən Babaşova Mahirə Tahir qızının məsuliyyətdən yayınmasına, barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsinə və onun Azərbaycan Respublikası IXM-nin 327.8-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb ediliməsinə şərait yaradılmışdır. Hesab edir ki, sağlamlığına vurulmuş zərərin dərəcəsi düzgün qiymətləndirilmədiyindən, təyin edilmiş ekspert rəyləri və Sumqayıt Şəhər Polis Idarəsinin TŞ-nin baş təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) icraatına daxil olmuş HK-*/** saylı yoxlama materialı üzrə qərara aldığı ## #### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarı ləgv edilməli, Infiniti FX-35 markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Babaşova Mahirə Tahir qızı barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsi iiə cinayət işi başlanmalıdır. Yuxarıda sadalanalara əsasən məhkəmədən xahiş edir: Sumqayıt Şəhər Poüs Idarəsinin TŞnin baş təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) icraatına daxil olmuş HK-1/16, saylı yoxlama materialı üzrə qərara aldığı ## #### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarının, barəsində təyin edilmiş «xxxx» X1 Sumqayıt şəhər Şöbəsinin qərarına əsasən keçirilmiş Məhkəmə-Tibbi Ekspertizasının ##.##.2026-cı il tarixli, ** saylı və ##.##.2026-cı il tarixli **/** saylı ekspert rəylərinin ləğv edilməsi və Infiniti FX- 35 markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xxxxxxx qızının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə təqsirlənməsinə dair cinayət işi başlanması barədə qərar qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə (hakim E.İ.Əliyev) Sumqayıt şəhər Polis Idarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, R X2 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. ŞIKAYƏTIN DƏLILLƏRI : Şikayət verən şəxs apellyasiya qaydasında şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsi, şikayət ərizəsində qoyulmuş suallar ətrafında işin obyektiv araşdırılmasını təmin edilməsinə, iş üzrə mütəxəssis dəvət edərək aldığı xəsarətlərin dərəcəsinin düzgün müəyyən edilməsinə, Sumqayıt Şəhər Polis Idarəsinin TŞ-nin baş təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) icraatına daxil olmuş HK-*/** saylı yoxlama materialı üzrə qərara aldığı ## #### 2026-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarının və barəsində təyin edilmiş «xxxx» X1 Sumqayıt şəhər Şöbəsinin qərarına əsasən keçirilmiş Məhkəmə-Tibbi Ekspertizasının ##.##.2026-cı il tarixli, ** saylı və ##.##.2026-cı il tarixli **/** saylı ekspert rəylərinin ləğv edilməsinə, iş üzrə yeni qərar çıxarılaraq “Infiniti FX-35” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xxxxxxxx qızının barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə təqsirlənməsinə dair cinayət işi başlanmasına, Sumqayıt Şəhər Polis Idarəsinin TŞ-nin baş təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS), təhqiqatçı Elnur Fərzəliyevin, Aygün həkimin, baş həkim Aynur Məmmədovanın barəsində qanuni tədbirlər görülərək məsuliyyətə cəlb olunmasına və ərizəsilə bağlı görülmüş tədbirlər barədə ona rəsmi cavab ünvanlanmasına köməklik göstərilməsini xahiş etməklə şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi şikayətə formal yanaşaraq iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, vəsatətləri, o cümlədən aldığı xəsarətlərin dərəcəsinin düzgün müəyyən edilməsi məqsədilə mütəxəssis cəlb olunması barədə vəsatəti təmin edilməmişdir. Yolnəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlər ilkin tibbi sənədlərdə düzgün əks etdirilmədiyindən məhkəmə-tibbi ekspertiza rəylərində sağlamlığına vurulmuş zərərin dərəcəsi düzgün müəyyən edilməmiş, nəticədə sürücü xxxxxxx qızının əməlinə cinayət-hüquqi qiymət verilməyərək cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa, araşdırma zamanı hadisənin bütün halları yoxlanılmamış, tibbi sənədlərdə olan ziddiyyətlər aradan qaldırılmamış, əlavə sübutlar toplanmamış və bu səbəbdən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanunsuz və əsassız olmuşdur. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Məhkəmə iclasının vaxtı və yeri barədə Sumqayıt şəhər prokurorluğuna və Sumqayıt Şəhər Polis Idarəsinə məlumat verilməsinə baxmayaraq Sumqayıt şəhər prokurorluğunun və Sumqayıt Şəhər Polis Idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, şikayətçi Şikayət verən şəxs isə səhhətində kəskin ağrılar olduğundan məhkəmə iclasında iştirak edə bilməyəcəyini telefonla bildirməklə şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasının Sumqayıt şəhər prokurorluğunun və Sumqayıt Şəhər Polis Idarəsin nümayəndəsinin, eləcə də şikayətçi Şikayət verən şəxs iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. CPM-nin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir. CPM-nin 450.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılması üzrə məhkəmə iclası başlananadək məhkəmə ona təqdim olunmuş bütün materialları əvvəlcədən öyrənir. CPM-nin 450.5-ci maddəsinə əsasən hakim ifadələri, şikayəti təsdiq və ya təkzib edən şəxsləri məhkəmə iclasına çağırmaq və onları dindirmək, şikayətin əsaslılığının yoxlanılması üçün zəruri olan sənəd və maddi sübutları tələb etmək hüququna malikdir. CPM-nin 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. CPM-nin 207-ci maddəsinin 1-ci bəndinin məzmununa görə, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və mediada əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almalı və ona baxmalı, zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalı, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etməlidir. CPM-nin 46.3-cü maddəsinə əsasən cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. CPM-nin 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar çıxarır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər (CPM-nin 212.3-cü maddəsi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və məhkəmə nəzarəti qaydasında şikayət vermiş Şikayət verən şəxs şikayətində qeyd edilən halları, Sumqayıt ŞPI-nin TŞ-də toplanılmış iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli şəkildə öyrənib hesab edir ki, Şikayət verən şəxs müraciəti üzrə və birinci instansiya məhkəmə araşdırmaları zamanı aşağıda qeyd olunan pozuntulara yol verildiyindən apellyasiya şikayəti təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı və Sumqayıt ŞPI-nin TŞ-nin təhqiqatçısı, R X2 cinayət işinin başlanmasının rədd edilməsi barədə ##.##.2026-cı il tarixli qərarı ləğv olunmalı, HK-*/** nömrəli material üzrə yenidən tam və hərtərəfli araşdırma aparılması üçün material Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt ŞPI-nin TŞ-yə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən cinayət haqqında daxil olmuş məlumat üzrə araşdırma tam, hərtərəfli və obyektiv aparılmalı, iş üzrə əhəmiyyət kəsb edən bütün hallar yoxlanılmalı, qəbul edilən prosessual qərar isə yalnız kifayət qədər, bir-biri ilə uzlaşdırılmış və etibarlı sübutlar əsasında qəbul edilməlidir. Iş materiallarında olan Sumqayıt ŞPI-nin TŞ-nin baş təhqiqatçısı, R X2 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərardan görünür ki, keçirilmiş məhkəmə-tibbi ekspertizanın ##.##.2026-cı il tarixli **/** saylı ekspert rəyinə əsasən Şikayət verən şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa “YÜNGÜL” zərərvurmaya aid xəsarət olması müəyyən edildiyindən aparılmış yoxlamanın nəticələrinə dair cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və təqsirkar Infıniti X-35 markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Babaşova Mahirə Tahir qızı barəsində ilkin araşdırma zamanı Azərbaycan Respublikası IXM-in 327.8-ci maddəsi ilə tərtib edilmiş IXP ******* nömrəli inzibati xəta haqqında protokolun qüvvədə saxlanılması üçün qəbul edilmiş qərarın surəti Sumqayıt ŞPI-nin DYPŞ-yə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən tələb edilərək araşdırılmış HK-*/** nömrəli materiallardan müəyyən edilir ki, həmin material üzrə əvvəllər Sumqayıt ŞPI-nin TŞ-nin baş təhqiqatçısı tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar Sumqayıt şəhər prokurorunun ## ###### 2026-cı il tarixli qərarı ilə araşdırmanın tam və hərtərəfli aparılmaması səbəbindən ləğv edilmişdir. Həmin qərarda ibtidai araşdırma orqanına zərərçəkmişin əlavə izahatının alınması, özəl klinikada aparılmış müayinələrə dair sənədlərin toplanması, əlavə məhkəmə-tibbi ekspertizasının və məhkəmə-yol nəqliyyat ekspertizasının keçirilməsi, zəruri sənədlərin materiala əlavə olunması, habelə araşdırma zamanı meydana çıxacaq digər halların da yoxlanılması barədə konkret göstərişlər verilmişdir. Lakin materiallardan görünür ki, prokurorun araşdırmanın tam və hərtərəfli aparılması barədə göstərişləri tam həcmdə icra edilməmişdir. Belə ki, əlavə məhkəmə-tibbi ekspertizası keçirilsə də, zərərçəkmiş şəxsin əlavə izahatının alınmaması, iş üzrə əhəmiyyət kəsb edə biləcək bütün sübutlar tam toplanmadan və araşdırılmadan yenidən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bundan başqa, əlavə araşdırma zamanı zərərçəkmiş şəxsin barəsində əlavə məhkəmətibbi ekspertizası keçirilməsi barədə qərar qəbul edilməklə, zərərçəkmiş şəxsin “Unikal” Klinikasında yoxlanılmasına dair sənədlər həmin Klinikadan rəsmi qaydada tələb edilsə də, lakin Klinikadan heç bir sənəd alınaraq materiala əlavə edilməmiş, zərərçəkmişin almış olduğu xəsarətlərin hadisə ilə səbəbli əlaqəsi və iş üzrə digər sübutlarla qarşılıqlı uyğunluğu bütün halları əhatə edən şəkildə araşdırılmadan, yalnız əlavə ekspert rəyinin yekun nəticəsinə istinad edilməklə yenidən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qanuniliyi qiymətləndirilərkən yalnız mövcud ekspert rəyinin nəticəsi ilə kifayətlənmək olmaz. Araşdırma orqanı iş üzrə əhəmiyyət kəsb edən bütün halları yoxlamalı, şikayətçinin göstərdiyi bütün halları aydınlaşdırmaqla mövcud ziddiyyətləri aradan qaldırmalı, zəruri prosessual hərəkətləri tam yerinə yetirməli və yalnız bundan sonra qəbul ediləcək qərarın qanuniliyini və əsaslılığını təmin etməlidir. Belə ki, CPM-nin 267.2-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyrimötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Birinci instansiya məhkəməsi isə göstərilən hallara lazımi hüquqi qiymət verməmiş, ibtidai araşdırmanın tamlığı və obyektivliyi məsələsini araşdırmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mövcud materiallar əsasında hər hansı şəxsin cinayət məsuliyyətinə cəlb olunması və ya cinayət işinin başlanmasının zəruriliyi barədə qəti nəticəyə gəlmək mümkün deyildir. Lakin eyni zamanda, iş üzrə toplanmış materiallar aparılmış araşdırmanın tam, hərtərəfli və obyektiv aparıldığını təsdiq etmədiyindən, qəbul edilmiş prosessual qərarın qüvvədə saxlanılması da mümkün hesab edilə bilməz. Odur ki, iş üzrə bütün halların tam və hərtərəfli araşdırılmasının təmin edilməsi, prokurorun göstərişlərinin tam icra olunması, zəruri prosessual hərəkətlərin həyata keçirilməsi və bundan sonra toplanmış sübutlara hüquqi qiymət verilməklə qanuni və əsaslı qərarın qəbul edilməsi məqsədilə Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qərarı və Sumqayıt ŞPI-nin TŞ-nin təhqiqatçısı, R X2 tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar ləğv edilməli, HK-*/** nömrəli material üzrə yenidən tam və hərtərəfli araşdırmanın aparılması üçün material Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt ŞPI-nin TŞ-yə göndərilməlidir. Belə ki, CPM-nin 207.4-cü maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2- 90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 449.1-ci maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər: 449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi; 449.3.2. tutma və həbsdə saxlanılması; 449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması; 449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi; 449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi; 449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi; 449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi; 449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi; 449.3.5. Cinayət işinin başlanılmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi; 449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi; 449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Göründüyü kimi, cinayət işinin başlanılmasının rədd edilməsi, Azərbaycan Respublikası CPM-in 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti qaydasında məhkəmə araşdırmasının predmetinə daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2009-cu il tarixli Qərarından göründüyü kimi CPM-nin 449.2-ci maddəsinin mənasına görə təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən (hərəkətsizliyindən) və qərarlarından cinayət prosesinin iştirakçıları, habelə onların müvafiq olaraq müdafiəçisi və ya qanuni nümayəndəsi o hissədə şikayət verə bilərlər ki, prosessual hərəkətlər və qəbul olunmuş prosessual qərarlar həmin cinayət prosesi iştirakçılarının hüquqlarına və qanuni maraqlarına toxunsun. CPM-nin 212.4.2-ci maddəsinə görə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. CPM-nin 451.1.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim, barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 122, 145, 442, 449-451 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı, həmçinin Sumqayıt ŞPI-nin TŞ-nin təhqiqatçısı, R X2 HK-*/** nömrəli material üzrə “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Sumqayıt ŞPI-nin TŞ-də toplanılmış HK-*/** nömrəli material üzrə yenidən tam və hərtərəfli araşdırma aparılması üçün hazırkı qərar Sumqayıt ŞPI-nin TŞ-yə göndərilsin. Şikayət verən şəxs müraciəti üzrə toplanılmış HK-*/** nömrəli material Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt ŞPI-nin TŞ-yə qaytarılsın. Şikayət verən şəxs şikayəti təmin edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar