Məhkəmə qərarları › İş №6(3-8)-40/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-40/2026

17.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-40/2026 17.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X3 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) Ağamali oğlu, şikayətçi Şikayət verən şəxs, nümayəndəsi və vəkili “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) Ağamali oğlu tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qanuni hesab edilmişdir (hakim Samir Ismayılov). Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-ci il tarixli qərarının və Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) Ağamali oğlu tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) Ağamali oğlunun icraatında olmuş ***C-** saylı material üzrə X1 və X2 barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli qərarı tətbiq edilməklə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar qanunsuz və əsassız olduğundan məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən ləğv edilməlidir. Belə ki, aparılmış araşdırma zamanı o, öz izahatında qeyd etdiyi kimi, eləcə də böyük müstəntiq, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) Ağamali oğlu tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli cinayət işinin rədd olunması barədə qərarda da qeyd olunduğu kimi onun müayinə və müalicələrinə 13000 (on üç min) manat pul vəsaiti xərləndiyini göstərmişdir. Ümumilikdə maddi olaraq 13000 (on üç min) manat, mənəvi olaraq isə 30000 (otuz min) manat zərər dəymişdir. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 7-ci bəndində qeyd olunmuşdur ki, bu Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi aşağıdakı şəxslər barəsində tətbiq edilmir. Həmin Qərarın 7.4-cü bəndində isə qeyd edilmişdir ki, bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər. Odur ki, həmin qərarın 7ci və 7.4-cü bəndlərinə əsasasən bu qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər barəsində amnistiya tətbiq edilə bilməz. Böyük müstəntiq Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) Ağamali oğlu tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli cinayət işinin rədd olunması barədə qərarda da qeyd olunduğu kimi X1 və X2 əməllərində Azərbaycan Respublikası CM-nin 142.1-ci maddəsinin tərkib əlamətləri olsa da müstəntiq tərəfindən qanunsuz və əsassız olaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 127.1, 128,129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərədə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qəbul olunmuş ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərar ilə Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsi arasında ziddiyyət mövcuddur. Belə ki, Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsində qeyd olunmuş maddələr üzrə nəzərdə tutulan cinayət əməlləri də bu və ya digər (konkret) miqdarda maddi ziyanın vurulması ilə bağlı deyil və həmin cinayət əməli ilə bağlı irəli sürülmüş ittihamda hər hansı maddi ziyanın vurulması öz əksini tapmamışdır. Lakin CM-in 73.2-ci maddəsində birbaşa qeyd olunmuşdur ki, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlləri üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın tamamilə ödənilməsi cinayət məsuliyyətindən azad olunması üçün əsasdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs və nümayəndəsi və vəkili Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-ci il tarixli qərarının və Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) Ağamali oğlu tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) Ağamali oğlu apellyasiya şikayətinə etiraz edərək, bildirdi ki, əməllərdə Cinayət Məcəlləsinin 142.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olduğu qənaətinə gəlinmiş, lakin həmin şəxslərin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının barələrində tətbiq edilməsinə dair ərizələri nəzərə alınaraq, həmin Amnistiya qərarının 4-cü bəndinə və Azərbaycan Respublikası CPM-in 39.1.12-ci maddələrinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-**/**** nömrəli qərarının və “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərarın dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. CPM-in 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir. CPM-in 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. CPM-in 207-ci maddəsinin 1-ci bəndinin məzmununa görə, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və mediada əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almalı və ona baxmalı, zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalı, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməlidir. CPM-in 46.3-cü maddəsinə əsasən cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. CPM-nin 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər (CPM-nin 212.3-cü maddəsi). Iş materiallarından görünür ki, prokurorluqda aparılan araşdırma nəticəsində X1 və X2 əməllərində Cinayət Məcəlləsinin 142.1-ci maddəsinin tərkib əlamətlərinin mövcud olduğu qənaətinə gəlinmiş, lakin həmin şəxslərin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının barələrində tətbiq edilməsinə dair ərizələri nəzərə alınaraq həmin Amnistiya qərarının 4-cü bəndinə və Azərbaycan Respublikası CPM-in 39.1.12-ci maddələrinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) Ağamali oğlu ## ###### 2026-cı il tarixli qərarında düzgün olaraq, cinayət işinin başlanmasının rədd edilməsi qənaətinə gəlmiş, birinci instansiya məhkəməsi də haqlı olaraq həmin qərardan verilmiş şikayəti təmin etməmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qərarında Şikayət verən şəxs həkimlərin səhvi və səhlənkarlığı nəticəsində ona həm maddi, həm də mənəvi zərər vurulması, vurulmuş zərərlərin ödənilməməsi, bu halın isə Amnistiya qərarının 7.4-cü bəndinə əsasən aministiyanın tətbiqini istisna etməsi dəlili ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası CM-in 142.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli bu və ya digər (konkret) miqdarda maddi ziyanın vurulması ilə bağlı deyil və həmin cinayət əməli ilə bağlı irəli sürülmüş ittihamda hər hansı maddi ziyanın vurulması öz əksini tapmır. Azərbaycan Respublikası CM-in 142.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli üzrə zərərçəkmiş şəxsin sağlamlığına vurulmuş zərərdən törəyən itkilər “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 7.4cü bəndinə əsasən Amnistiyanın tətbiqini istisna edən hal kimi qəbul edilə bilməz. Müvafiq amnistiya qərarının tətbiq edilməsi sağlamlığına zərər vurulmuş şəxsin mülki mühakimə qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini istisna etmir. “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ## ###### 2025-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər haqqında təhqiqat və ibtidai istintaq orqanları tərəfindən amnistiya tətbiq olunaraq cinayət təqibi başlanmır, başlanılmış cinayət təqibinə isə xitam verilir (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Şikayət verən şəxs Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) Ağamali oğlu tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan verdiyi şikayətin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iş materiallarının araşdırılması nəticəsində gəldiyi qənaətinə əsaslanaraq hesab edir ki, Şikayət verən şəxs şikayətinin təmin edilməməsinə, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) Ağamali oğlu tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın qanuni hesab edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Belə ki, CPM-nin 212.4 və 212.4.2-ci maddələrinə görə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında verilmiş şikayət üzrə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. Qeyd olunanlara əsasən və CPM-nin 122, 212, 442, 449-451 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-ci il tarixli, *(*-***)-**/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayətə və ya protestə təkrar baxılmasına yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar