Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-41/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Məmmədov Bilal Mahir oğlu (sədrlik edən və məruzəçi), X1 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Nabalıyeva Aynur Akif qızının katibliyi, Şikayətçi Şikayət verən şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ## ###### 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından verilmiş şikayətin təmin edilməməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə şikayət təmin edilməmiş, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qanuni hesab edilmişdir (Hakim Vüsalə Məmmədova). Şikayət verən şəxs apellyasiya şikayəti verərək, məhkəmənin mübahisə olunan ## #### 2026-cı il tarixli və Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ## ###### 2026-cı il tarixli qərarlarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb hesab edir ki, Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə material icraata qəbul edilməməlidir. Belə ki, məhkəmənin mübahisə olunan qərarı ## #### 2026-cı il tarixində elan olunmasına baxmayaraq, şikayətçi qərarın elan olunmasından 5 gün keçdikdən sonra, yəni ## #### 2026-cı il tarixdə apellyasiya şikayətini tərtib edilməklə ## #### 2026-cı il tarixdə vermişdir və birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən olunmuş qaydada müvafiq qərar qəbul olunmamışdır. Göründüyü kimi Şikayət verən şəxs tərəfindən apellyasiya şikayəti verilməsi müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 382.2-ci maddəsinə əsasən məhkəmə nəzarəti qaydasında birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərarlardan apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə icraat bu Məcəllənin 452- 454-cü maddələrinin müddəalarına müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılır. Həmin məcəllənin 454-cü maddəsinə əsaən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi məsələsi və ya bundan imtina edilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən elan olunduqdan sonra 3 (üç) gün müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, hakimin qərarından, bilavasitə apellyasiya instansiyası məhkəməsinə və ya qərarı qəbul etmiş məhkəmənin vasitəsilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 203.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarından şikayət vermə müddəti bitmişsə, onun icrası göstərilən şəxsin vəsatəti və ya xahişi ilə buraxılmış müddətin bərpa edilməsi məsələsinin həllinədək dayandırıla bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı material üzrə məhkəmənin qərarından verilmiş apellyasiya şikayətinə baxılması mümkün olmadığından Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə Kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, tərəfə qeyd olunan qərardan şikayət vermə müddətinin bərpa olunması barədə vəsatət vermə hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 452 və 454-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan protest və ya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-8)-41/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-41/2026
25.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver