Məhkəmə qərarları › İş №6(3-8)-43/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-43/2026

01.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-43/2026 01.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının hakimləri: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Abşeron rayon Polis Idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı X1, şikayətçi Şikayət verən şəxs iştirakları ilə Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Şikayət verən şəxs şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Abşeron Rayon Polis Idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Murad Bəşirovun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Şikayət verən şəxs Abşeron Rayon Polis Idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Murad Bəşirovun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair verdiyi şikayət təmin edilməmişdir (hakim Firuzə Kərimova). Şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsi və Abşeron Rayon Polis Idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Murad Bəşirovun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixdə təxminən saat 03 radələrində ƏÇPA-nın əməkdaşları tərəfindən saxlanılaraq, Abşeron Rayon Polis Idarəsinin Saray polis bölməsinə gətirilmişdir. Sözügedən bölmənin təhqiqatçısı şübhəli şəxsin tutulması haqqında qərarı DIN-nin qeydiyyat kitabında qeydiyyata almamaqla qanunsuz hərəkətlər etmişdir. Zəruri halda isə təhqiatçı qanuna uyğun hərəkətlər edərək, CPM-in 449.3.3-cü maddəsinə uyğun olaraq, sözügedən qərarı DIN-nin qeydiyyat kitabında qeydiyyata alaraq, həmin qərarla onu tanış edərək, hüquqlarını təmin etməli idi. Apellyasiya məhkəməsinin iclasında şikayətçi Şikayət verən şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsi və Abşeron Rayon Polis Idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Murad Bəşirovun hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında Abşeron rayon Polis Idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı X1 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Abşeron rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-in 450.3-cü maddəsinə əsasən işə prokurorluğun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 449.1-ci maddəsinə müvafiq olaraq məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin), tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin, əməliyyataxtarış fəaliyyətini həyata keçirən şəxsin, müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi (maddə 449.2.1); zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi (maddə 449.2.2); qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər (maddə 449.2.3) şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-in 449.3-cü maddəsində göstərilir ki, bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi, tutulması və həbsdə saxlanılması, tutulmuş şəxsin hüquqlarının pozulması, həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi, cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi, məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən qanunsuz olaraq tərtib edilməsi ehtimal edilən protokol müdafiəçisinin iştirakı ilə Şikayət verən şəxs tərəfindən imzalanmışdır. Bundan başqa müvafiq sorğuya əsasən əldə edilmiş və Şikayət verən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri təqsirləndirilməsinə dair ********* saylı cinayət işindən ayrılmış ********** saylı cinayət işinin materiallarından görünür ki, Şikayət verən şəxs şübhəli şəxs qismində tutulma, şəxsi axtarış və götürmə aparılması haqqında protokolları şəxsən və müdafiəçisinin iştirakı ilə imzalamış, bundan başqa şübhəli şəxs və təqsirləndirilən şəxs qismində ifadəsi alınan zaman da hazırda mübahisələndirdiyi xüsusatla bağlı heç bir şikayət və tələbinin olduğunu qeyd etməmiş, əksinə törədilmiş cinayət əməli üzrə özünü təqsirli bilmişdir. Buna görə də, birinci instansiya məhkəməsi düzgün olaraq qərarda qeyd etmişdir ki, Abşeron Rayon Polis Idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Murad Bəşirovun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair verilmiş şikayət üzrə şikayətçinin bildirdiyi xüsusatlar yalnız mülahizələrə əsaslanmış, həmin faktı təsdiq edən heç bir mötəbər dəlilə əsaslanmamışdır. Belə olan halda şikayət təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Şikayət verən şəxs Abşeron Rayon Polis Idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Murad Bəşirovun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair verdiyi şikayətin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv edilməsi və şikayətin təmin olunması üçün qanuni əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 453.6.1, 453.10 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayətə və ya protestə təkrarən baxılmasına yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar