Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-44/2026 02.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Hacıyeva Aytəkin Qurban qızının katibliyi, Qərardan şikayət vermiş şəxs Şikayət verən şəxs, Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X1 iştirakları ilə, Şikayətçi Şikayət verən şəxs Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X1 tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından verdiyi şikayətin təmin edilməməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X1 tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır(Hakim Kərimova Firuzə Şahin qızı). Məhkəmənin qeyd edilən qərarından şikayətçi Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 6(5-105)- **/**** saylı qərarı qanunsuz hesab edilərək, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Kəlbəcər rayonundan məcburi köçkündür. Xırdalan şəhərinin keçmiş Ət Kombinatı ərazisində ailəsi ilə birlikdə məskunlaşmışdır. Fərdi yaşayış evi “xxxx" Şirkəti tərəfindən zoraklılıqla dağıdılıb pulu ödənilməmişdir. Onun şikayəti Abşeron rayon İcra Hakimiyyəti MKTİ İTB-nin * saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin rəhbərliyindən və arayışların verilməsinə məsuliyyət daşıyan əməkdaşındandır. Eyni zamanda ***-***-**-** saylı mobil nömrənin sahibi olan şəxsdəndir. Belə ki, Abşeron rayon İcra Hakimiyyəti MKTİ İTB-nin * saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin ## ####### 2022-ci il tarixli, **** nömrəli arayışından görünür ki, Şikayət verən şəxs həqiqətən Xırdalan şəhəri, ** saylı məhəllə M. Hüseynzadə küç,ev 25 7-ci döngədə yaşayır. Abşeron rayon İcra Hakimiyyəti MKTİİTB-nin * saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin ## ####### 2022-ci il tarixli, **** nömrəli arayışından görünür ki, Şikayət verən şəxs Kəlbəcər rayonundan məcburi köçkün gəlmişdir. Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, 7-ci döngəsi ünvanında yaşayır.Azərbaycan Respublikası Kəlbəcər rayonu İcra Hakimiyyəti Başçisi Aparatının ## #### 2023-cü il tarixli məktubundan görünür ki, Şikayət verən şəxs həqiqətən Kəlbəcər RİH başçısının Bağlıpəyə kənd İƏD üzrə nümayəndəliyinin Bağlıpəyə kəndində daim qeydiyyatında olmaqla,məcburi köçkündür və 2005-ci ildən ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. xxxx” MTK-nın, Abşeron rayon İcra Hakimiyyəti MKTİ İTB-nin * saylı Mənzil Təsərrüfatı istehsalat İstismar Təmir Sahəsinin və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri iizrə Dövlət Komitəsinin vəzifəli şəxsləri tərəfindən rəsmi sənədlərdə bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişləri edilmişdir. Nəticə də onun hüquq və azadlıqları kobud şəkildə pozulmuşdur. Qərardan şikayət vermiş şəxs Şikayət verən şəxs apellyasiya məhkəməsi iclasında şikayətin dəlillərinə uyğun çıxış edərək bildirdi ki, məcburi köçkün statusu ilə "Ət kombinatı" adlanan ərazidə öz vəsaiti hesabına ikiotaqlı yaşayış evi inşa etmiş və orada mülkiyyət sənədi olmadan, 9 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə yaşamışdır. Sözügedən ünvanda faktiki qeydiyyatda olduğunu təsdiq edən rəsmi sənədlər mövcuddur. 2014-cü ildə ərazidə tikinti işləri aparan "xxxx" şirkəti tərəfindən onun fərdi yaşayış evi sökülmüşdür. Tikinti şirkəti tərəfindən sökülmüş evin əvəzinə ona yeni mənzil veriləcəyi vəd edilmiş və o, mənzil növbəsində 36-cı şəxs kimi qeydə alınmışdır. Lakin sonradan müraciət etdikdə, evin özü tərəfindən tikildiyi əsas gətirilərək, ona mənzil deyil, Müşfiqabad və ya Mehdiabad qəsəbələrində fərdi ev tikilərək təhvil veriləcəyi bildirilsə də, bu vəd yerinə yetirilməmiş və o, mənzillə təmin olunmamışdır. Bununla yanaşı, onun sökülən ünvanda deyil, tamamilə başqa bir ünvanda qeydiyyatda olduğuna dair adına saxta arayış tərtib edilmişdir. Göstərilənləri rəhbər tutaraq, Şikayət verən şəxs birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və işi yeni araşdırmaya göndərilməsini xahiş etmişdir. Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R G.M.Göyüşov çıxış edərək bildirmişdir ki, sözügedən iş üzrə bir neçə dəfə hərtərəfli araşdırma aparılmış və müvafiq prosessual qərarlar qəbul edilmişdir. Belə ki, əvvəllər qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar Baş Prokurorluq və məhkəmə instansiyaları tərəfindən bir neçə dəfə ləğv edilmiş, hər dəfə məhkəmənin müvafiq qeyd və göstərişləri tam, obyektiv şəkildə icra olunmuşdur. Aparılmış təkrar araşdırmalar və ibtidai araşdırmaya rəhbərlik edən orqanın göstərişlərinin icrası zamanı cinayət-prosessual qanunvericiliyin tələblərinə tam və ciddi şəkildə riayət edilmişdir. Şikayətçinin iddiaları ətraflı və obyektiv şəkildə yoxlanılmış, toplanmış materiallarla əməldə hər hansı cinayət tərkibi müəyyən edilməmişdir. Bu səbəbdən də ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanuni və əsaslıdır. Göstərilənləri rəhbər tutaraq, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, şikayətçi Şikayət verən şəxs və Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X1 çıxışlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Şikayət verən şəxs müraciəti əsasında Abşeron RPİ-nin TŞdə araşdırma aparılmış və ##.##.2023-cü il tarixdə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə nəzarəti qaydasında materiala baxılaraq, həmin qərar Abşeron rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə ləğv edilmiş, Abşeron RPİ-nin Təhqiqat şöbəsinə material göndərilmişdir. Həmin material üzrə ##.##.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini E.Məmmədov tərəfindən ##.##.2025-ci il tarixli qərarla ləğv edilərək, material üzrə araşdırılmanın Abşeron RPİ-nin TŞ-də davam etdirilməsinin təmin edilməsi məqsədilə Hərəkətindən (qərarından) şikayət verilən orqan göndərilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərardan görünür ki, ***-C-** saylı material əsasında Şikayət verən şəxs müraciətində göstərilən xüsusat üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Həmin Məcəllənin 212.3-cü maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Azərbaycan Respublikası CPM-nin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Məhkəmə kollegiyası şikayətçi Şikayət verən şəxs apellyasiya şikayətinin dəlillərini iş materiallarında olan sənədlərlə müqayisəli şəkildə araşdıraraq, şikayətin təmin edilməsi üçün hər hansı hüquqi əsasların olmadığı qənaətinə gəlir. Belə ki, şikayətçi Y.R.Məhəmməd oğlunun apellyasiya şikayətinin əsasını onun adından saxta arayış tərtib edilməsi və bu səbəbdən hüquqlarının pozulması barədə dəlillər təşkil edir. Lakin Hərəkətindən (qərarından) şikayət verilən orqan tərəfindən aparılmış araşdırma materiallarından görünür ki, iddia olunan sənəddə (arayışda) hər hansı saxtakarlığın olması faktı mövcud olmamış, sadəcə texniki xarakterli səhvə yol verilmişdir. İş üzrə izahatları alınmış hər iki şəxs sözügedən arayışın tərtib edilməsi zamanı qeydiyyat ünvanı ilə bağlı texniki səhvə yol verildiyini etiraf etmişlər. Bu xətanın aşkar edilməsindən dərhal sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin məktubuna əsasən, müvafiq arayış qanunvericiliyə uyğun olaraq təkrarən düzgün şəkildə tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Həmin fakt Sumqayıt Apellyasiya Məhkəməsinin məktubu və poçt qəbzi ilə tam şəkildə təsdiq olunur. Bu baxımdan, araşdırma zamanı vəzifəli və ya digər şəxslərin hərəkətlərində hər hansı cinayət məqsədi, qərəzlilik və ya qəsdən saxta sənəd tərtib etmə niyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə müvafiq olaraq, cinayət hadisəsi olmadıqda cinayət təqibi başlanıla bilməz. Bu səbəbdən Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R G.M.Göyüşov tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qanuni və əsaslıdır. Bundan başqa, iş materiallarında olan sənədlərdən göründüyü kimi, Şikayət verən şəxs müraciəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında əvvəllər çıxarılmış qərarlar həm məhkəmə, həm də Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini tərəfindən ləğv edilmişdir. Material üzrə araşdırmanın Abşeron Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsində (İŞ) davam etdirilməsini təmin etmək məqsədilə iş Hərəkətindən (qərarından) şikayət verilən orqan göndərilmişdir. Müvafiq göstərişlər icra olunaraq ətraflı və obyektiv araşdırma nəticəsində toplanmış materiallarda hər hansı cinayət tərkibi müəyyən edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki birinci instansiya məhkəməsi işin hallarını obyektiv qiymətləndirmiş, müstəntiqin gəldiyi hüquqi nəticənin qanuniliyini düzgün müəyyən edərək şikayəti rədd etmişdir. Apellyasiya instansiyası baxışında şikayətçinin birinci instansiya məhkəməsinin qərarını təkzib edən yeni, mötəbər və hüquqi baxımdan əhəmiyyətli hər hansı bir dəlil təqdim edilməmişdir. Ona görə də Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 451.1.1-ci maddəsinə əsasən hakim cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə qərar çıxarır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 122, 442, 453.6.1, 453.10 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hərəkətindən (qərarından) şikayət verilən orqan müstəntiqi, R X1 tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından Şikayət verən şəxs verdiyi şikayətin təmin edilməməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-8)-44/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-44/2026
02.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver