Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-45/2026 06.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, Sumqayıt şəhər Prokurorunun köməkçisi, R X2, şikayətçi Şikayət verən şəxs iştirakları ilə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında qapalı məhkəmə iclasında (videokonfrans əlaqə sistemi vasitəsilə) baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməmiş, Sumqayıt şəhər Prokurorunun köməkçisi, R Cəfər Mövsümov tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qanuni hesab edilmişdir (hakim Ramiz Quliyev). Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsilə qoşulmuş şikayətçi Şikayət verən şəxs apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli və Sumqayıt şəhər Prokurorunun köməkçisi Cəfər Mövsümov tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarların ləğv edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müstəntiq ona təzyiq göstərmiş, söyüş söyərək onu alçaltmışdır. Apellyasiya məhkəməsinin iclasında iştirak edən Sumqayıt şəhər Prokurorunun köməkçisi, R X2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli və Sumqayıt şəhər Prokurorunun köməkçisi Cəfər Mövsümov tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarların dəyişdirilmədən saxlanmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şikayət verən şəxs hazırki şikayəti onun özünə xəsarət yetirməsi faktı ilə bağlı aparılmış araşdırma üzrə qəbul edilmiş qərardandır. Həmin qərardan da görünür ki, şəxs barəsində aparılan istintaqın qeyri-obyektiv aparılmasına etiraz əlaməti olaraq, özünə xəsarət yetirmişdir. Burda hansısa polis əməkdaşının ona təzyiq göstərməsi, onun şərəf və ləyaqətinin alçaldılması xüsusatları yoxdur. Şikayət verən şəxs 2025-ci ilin noyabr ayında məsuliyyətə cəlb olunub. Məlum hadisə isə 2026-cı ilin aprel ayında olub. Şikayət verən şəxs polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı Baş Prokurorluğun Xidməti Araşdırmalar Idarəsində ayrıca araşdırma aparılıb, material üzrə rədd qərarı qəbul edilib. Ekspert rəyindən də görünür ki, xəsarətlər dərəcəsi təyin olunmayan cızıqlardır. Şəxs etiraz əlaməti olaraq, özünə xəsarət yetirməklə diqqət çəkməyə çalışmışdır. Burda real olaraq, intihara cəhddən, polis əməkdaşı tərəfindən hansısa təzyiqə məruz qalmaqdan söhbət gedə bilməz. Çünki ekspertiza keçirilib, üzərində başqa xəsarətlər aşkar olunmayıb. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. CPM-in 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir. CPM-in 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. CPM-in 207-ci maddəsinin 1-ci bəndinin məzmununa görə, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və mediada əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almalı və ona baxmalı, zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalı, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməlidir. CPM-in 46.3-cü maddəsinə əsasən cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. CPM-nin 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər (CPM-nin 212.3-cü maddəsi). Iş materiallarında olan Sumqayıt şəhər prokurorunun köməkçisi, R Cəfər Mövsümovun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarından görünür ki, Şikayət verən şəxs Tibb-sanitar hissəsində müayinə zamanı bədənində xəsarətlərin aşkar edilməsi faktında cinayət hadisəsinin olmadığı nəzərə alınaraq, ilkin yoxlama materialı üzrə cinayət işinin başlanması rədd edilmişdir. Iş materiallarında olan Sumqayıt şəhər prokurorunun köməkçisi Cəfər Mövsümov tərəfindən Şikayət verən şəxs, X3, X1 və X4 izahatları alınmışdır. Iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının ##.##.2026-cı il tarixli, **-T/S saylı rəyinə əsasən Şikayət verən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərin küt əşyanın təsirindən yarandığı qeyd edilmiş, törənmə müddəti və sağlamlığa zərərvurma dərəcəsi haqqında fikir söyləmək isə mümkün olmamışdır. Iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli hökmündən görünür ki, şikayətçi Şikayət verən şəxs yaşadığı ünvanda narkotik vasitələrin aşkar olunması və həmin xüsusatlarla əlaqədar başlanmış cinayət işi üzrə onun təqsirli olması faktı sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt şəhər Prokurorunun köməkçisi Cəfər Mövsümov ## #### 2026-cı il tarixli qərarında düzgün olaraq, cinayət işinin başlanmasının rədd edilməsi qənaətinə gəlmiş, birinci instansiya məhkəməsi də haqlı olaraq həmin qərardan verilmiş şikayəti təmin etməmişdir. Iş materiallarında olan Sumqayıt şəhər prokurorunun köməkçisi, R Cəfər Mövsümovun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarından görünür ki, Şikayət verən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərlə bağlı araşdırma aparılmış və həmin xüsusatlarda cinayət hadisəsinin əlamətlərinin müəyyən edilməməsi qənaətinə gəlinərək cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı Şikayət verən şəxs, hadisə ilə bağlı məlumatlı olan şəxslərdən X3, X1 və X4 izahatları əldə edilmiş, məhkəmətibbi ekspertizasının rəyi alınmış və digər yoxlama tədbirləri həyata keçirilmişdir. Material üzrə alınmış izahatlar, məhkəmə-tibbi ekspertiza rəyi və aparılan araşdırmanın həddində qanuni və əsaslı qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq qərarda qeyd etmişdir ki, Şikayət verən şəxs şikayətində qeyd etdiyi xüsusatlar araşdırma zamanı tam və ətraflı araşdırılmış, qanuni və əsaslı qərar qəbul edilmişdir. Belə ki, şikayətin təmin edilməsi üçün CPM-in 449-cu maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən Şikayət verən şəxs tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Şikayət verən şəxs Sumqayıt şəhər prokurorunun köməkçisi Cəfər Mövsümov tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan verdiyi şikayətin təmin edilməməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iş materiallarının araşdırılması nəticəsində gəldiyi qənaətinə əsaslanaraq hesab edir ki, Şikayət verən şəxs şikayətinin təmin edilməməsinə, Sumqayıt şəhər prokurorunun köməkçisi Cəfər Mövsümov tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın qanuni hesab edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Belə ki, CPM-nin 212.4 və 212.4.2-ci maddələrinə görə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında verilmiş şikayət üzrə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. Qeyd olunanlara əsasən və CPM-nin 122, 212, 442, 449-451 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qərardan şikayətə və ya protestə təkrar baxılmasına yol verilmir.
Məhkəmə qərarları › İş №6(3-8)-45/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-45/2026
06.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver