Məhkəmə qərarları › İş №6(3-8)-46/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-46/2026

09.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-46/2026 09.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Məmmədov Bilal Mahir oğlu (sədrlik edən və məruzəçi), X2 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nabalıyeva Aynur Akif qızının katibliyi, Şikayətçi Şikayət verən şəxs və onun nümayəndəsi X5 iştirakı ilə, Sumqayıt Şəhər Polis Idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) oğlu tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Polis Idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) oğlu tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, təhqiqat araşdırması zamanı MTE və PA Birliyindən alınmış **** saylı ekspert rəyinə istinad edilmişdir. Həmçinin material üzrə şahidlər X3, X1, X4 izahatları alınmışdır. Halbuki həmin hal şahidlərinin baş vermiş hadisəni həqiqətən görübgörməmələri şübhəlidir. Həmçinin şahidlərlə onun arasında məhkəmə mübahisəsi olmuş və buna görə də təhqiqatçının həmin şahidlərin izahatları əsasında qəbul etdiyi qərar qanuni və əsaslı sayıla bilməz. Araşdırma zamanı hadisəni törədən X10 hər hansı inzibati məsuliyyətə cəlb edilməmişdir. Təhqiqatçı tərəfindən səthi araşdırma aparılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə Şikayət verən şəxs şikayət ərizəsi təmin edilməmiş, ##.##.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qanuni hesab edilmişdir. Qərardan Şikayət verən şəxs apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qararının ləğv edilməsini və şikayətinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilkin şikayətlə oxşar məzmunlu olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, hadisənin şahidləri olan şəxslərin izahatlarına istinad edilsə də həmin şəxslərin hadisəni həqiqətən görüb-görməməsi şübhəlidir. Hazırki iş üzrə təhqiqatçı səthi araşdırma aparmasına baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən şikayətində qeyd edilən hallara düzgün qiymət verilməyərək əsassız qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Sumqayıt Şəhər Polis Idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) oğlu və Sumqayıt şəhər Prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Polis Idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) oğlu tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, avtomobilin piyadanı vurması nəticəsində Şikayət verən şəxs müxtəlif bədən xəsarətləri almasına dair material üzrə araşdırma zamanı MTE və PA Birliyindən alınmış **** saylı ekspert rəyindən aydın olmuşdur ki, Şikayət verən şəxs bədəni üzərində sağ bazunun yuxarı 1/3-nin arxa-bayır səthinin qançırı, sağ bazunun, çanağın sol yarısının yumşaq toxumalarının şişkinlik fonunda əziyi xəsarəti küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla ##.##.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada, yəni YNH-si zamanı əmələ gələ bilərdi və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Aparılmış araşdırma zamanı toplanmış materialda göstərilən xüsusatlar öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsi nəzərə alınaraq (Ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir.) aparılmış yoxlamanın nəticəsi üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməlidir. Qərardan görünür ki, araşdırma zamanı şikayətçi Şikayət verən şəxs, onun əri X5 və şahidlər X3, X4, X10, X1 izahatları alınmış, şahidlər izahatında Elməddin Nurullayevin avtomobilinin Sədaqətə toxunmadığını, avtomobili nisbətən sağa istiqamətləndirməklə Şikayət verən şəxs yanından keçib getdiyini, həmçinin sonuncunun qonşularla tez-tez mübahisələrinin olduğunu, qonşulardan əsassız şikayətlər etdiyini bildirmişlər. Birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsinə dair qərarını onunla əsaslandırmışdır ki, rədd materialı məhkəmə nəzarəti qaydasında öyrənilərkən müəyyən edilmişdir ki, Şikayət verən şəxs şikayəti üzrə təhqiqat araşdırması zamanı şikayətçinin, eləcə də hadisəyə şahidlik edən şəxslərin izahatları alınmış, həmçinin hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibbi ekspertizası təyin edilərək müvafiq rəy əldə edilmişdir. Toplanmış sübutlarla Şikayət verən şəxs şikayətində göstərilən xüsusatlar öz təsdiqini tapmamış, ona görə də cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Şikayət vermiş şəxs şikayətin dəlili kimi şahidlərin izahatlarının şübhəli olduğunu qeyd etsə də, həmin izahatlar bir-birini təkzib etmir, əksinə üst-üstə düşür və işin faktiki halları ilə uzlaşır. Bundan əlavə həmin izahatların yalan olduğunu təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Təhqiqat orqanının qərarından görünür ki, AR CPM-nin 127.3cü maddəsinin tələbinə müvafiq olaraq, məhkəmə-tibbi ekspertizasının rəyi təkbaşına həlledici sübut kimi götürülməmiş, hadisə yerinə baxış protokolu, şahid və digər şəxslərin izahatları ilə birlikdə qiymətləndirilmişdir. Həmin rəydə olan nəticələr avtomobil vurması faktını təkbaşına sübut etmədiyindən, şahid izahatları ilə birlikdə cinayət tərkibinin olmaması qənaətinə gəlinmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi toplanmış materialda cinayət tərkibi müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alan Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Sumqayıt Şəhər Polis Idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) oğlu tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının ləğv edilməsi və şikayətçi Şikayət verən şəxs apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar yoxdur. Birinci instansiya məhkəməsi əsaslı olaraq verilmiş şikayətin təmin edilməməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Respublikası CPM-nin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir. Azərbaycan Respublikası CPM-nin 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası CPM-nin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Azərbaycan Respublikası CPM-nin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın təhqiqatçısının prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Azərbaycan Respublikası CPM-nin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-nin 451.1.1-ci maddəsinə əsasən hakim cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar yoxdur. Birinci instansiya məhkəməsi əsaslı olaraq Şikayət verən şəxs tərəfindən verilmiş məhkəmə nəzarəti qaydasında şikayətin təmin edilməməsinə dair qərar qəbul etmişdir. Ona görə də verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 453.6.1, 453.10 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Polis Idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) oğlu tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar