Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-47/2026 10.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Məmmədov Bilal Mahir oğlu (sədrlik edən və məruzəçi), X1 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nabalıyeva Aynur Akif qızının katibliyi, Şikayətçi Şikayət verən şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, hərəkətindən (qərarından) şikayət verilən orqan1 böyük müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ## ###### 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından verilmiş şikayətin təmin edilməməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, hərəkətindən (qərarından) şikayət verilən orqan1 böyük müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə şikayət təmin edilməmiş, hərəkətindən (qərarından) şikayət verilən orqan1 böyük müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qanuni hesab edilmişdir (Hakim Vüsalə Məmmədova). Şikayət verən şəxs apellyasiya şikayəti verərək, məhkəmənin mübahisə olunan ## #### 2026-cı il tarixli və hərəkətindən (qərarından) şikayət verilən orqan1 böyük müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” ## ###### 2026-cı il tarixli qərarlarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, material üzrə toplanmış sübutlarla müəyyən edilir ki, “xxxx” MTK Şikayət verən şəxs Şəhanə Kərim qızı və X2 paylı mülkiyyətində olan mənzili qanunsuz olaraq digər şəxsi MTK-ya payçı kimi üzv olaraq qəbul etmiş və həmin MTK-nın bu müqaviləni bağlamaq səlahiyyəti olmamışdır. Bundan başqa həmin mənzilin X3 adına sənədləşdirilməsi ilə bağlı Şikayət verən şəxs razılıq ərizəsi alınmamışdır. X2 notarial qaydada yazdığı ərizəsində sözügedən mənzilin ½ pay hüququnu X3 olan borc müqabilində onun xeyrinə imtina etmişdir və həmin mənzilə ½ pay hüququ olan Şikayət verən şəxs heç bir razılığı olmadan və ona məlumat verilmədən “xxxx” MTK-nın ## ###### 2018-ci il tarixli Mənzil Tikinti Kooperativinin üzvlərinin ümui iclasının *** nömrəli Protokoluna əsasən X3 payçı kimi Kooperativə üzv qəbul edilmiş və ona ödənişlə bağlı qanunsuz olaraq saxta maliyyə arayışı verilmişdir ki, bu da “xxxx” X4 * saylı ünvan 1 ünvanında yerləşən *** saylı mənzilə dair çıxarışın verilməsi üçün əsas olmuşdur. Məhkəmə iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq hərəkətindən (qərarından) şikayət verilən orqan1 böyük müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) və hərəkətindən (qərarından) şikayət verilən orqan1 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərarında iş üzrə sübutlar ətraflı sadalanaraq onlara hüquqi qiymət verildiyindən apellyasiya məhkəməsi həmin sübutların məhkəmə qərarında təkrar göstərilməsini zəruri hesab etmir. Birinci instansiya məhkəməsi şikayətin təmin edilməməsinə dair qərarını onunla əsaslandırmışdır ki, hazırki halda MTK tərəfindən Elməddin Qarayevin Sumqayıt şəhəri * saylı notariat kontorunda notarial qaydada təsdiq edilmiş *i-**** saylı, ##.##.2018-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətinə istinadən müvafiq icra sənədinin təmin edilməsi məqsədi ilə Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən, 21 b saylı evin *** saylı mənzilini X3 adına rəsmiləşdirilməsinə köməklik göstərilməsinə dair məktubunun MTK tərəfindən icra olunaraq sonuncunun adına çıxarışın verilməsi faktının mövcudluğu özlüyündə dələduzluq cinayətinin tərkibini yaratmır. Hazırkı işdə isə şikayət verən şəxs ilkin müraciətlərində şikayətində adı çəkdiyi şəxslərin əməllərində konkret olaraq hansı cinayət əməllərinin olması, MTK-nin saxta çıxarış vermək niyyətində olması, əvvəlcədən planlı aldatma mexanizmi qurması və ya MTK ilə X3 birgə cinayətkar niyyətlə hərəkət etməsi barədə obyektiv dəlillər göstərilməmişdir. Əksinə, tərəflərin izahatı, işin obyektiv araşdırılması nəticəsində hazırki mübahisənin yaranması münasibətlərin mülki-hüquqi xarakter daşıdığını təsdiq edir. hazırki halda iş materiallarında olan sübutlara istinadən müvafiq çıxarışın verilməsi yalnız onun mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməsinə əsas ola bilər. Lakin bu münasibətlərin indiki halda cinayət xarakterli olmasını sübut etmir. Iş materiallarında olan müvafiq məhkəmə qərarları əsasında şikayətçinin pay hüququ təsdiq olunsa da, sonradan notarial qaydada təsdiq edilmiş ərizə əsasında MTK ilə S.Mahmudova arasında bağlanmış ##.##.2024-cü il tarixli müqaviləyə əsasən mənzilin sonuncunun adına rəsmiləşdirilərək, ona müvafiq Çıxarışın verilməsi həmin çıxarışın cinayət əməlləri nəticəsində verilməsini təsdiq etmir. Işin qeyd olunan hallarından müəyyən olunur ki, çıxarışın səhv verilməsi ortada mübahisənin mövud olmasını inkar etmir, lakin əməldə cinayət tərkibinin olmasını təsdiq edən müstəqil və yetərli sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, mülki xarakterli münasibətlər üzrə sübutetmə yükünün cinayət-prosessual mexanizmlər hesabına kompensasiya edilməsinə yönəlmiş maraq özlüyündə əməldə cinayət tərkibinin mövcudluğu barədə nəticəyə gəlmək üçün əsas ola bilməz. Cinayət prosesinin təyinatı mülki iddia üçün sübut bazası yaratmaq deyil, cinayət hadisəsinin və cinayət tərkibinin olub-olmamasını qanunla müəyyən edilmiş qaydada araşdırmaqdır. Hazırkı iş üzrə isə toplanmış materiallar tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisənin mövcudluğunu göstərsə də, MTK və hazırki mənzilin mülkiyyətçisi tərəfindən hər hansı cinayət əməlinin törədilməsini təsdiq etmir. Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi toplanmış materialda cinayət tərkibi müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə tam razılaşır. Notarial ərizə əsasında mənzilin rəsmiləşdirilməsi və çıxarışın verilməsində cinayət tərkibini yaradan bilavasitə qərəz və ya cinayətkar niyyət sübuta yetirilməmişdir. Iş üzrə toplanmış sübutlar tərəflər arasındakı münasibətlərin cinayət-hüquqi deyil, mülki-hüquqi və ya inzibati xarakter daşıdığını göstərir. Müqavilənin və ya çıxarışın hüquqi mübahisələndirilməsi müvafiq olaraq mülki-hüquqi və inzibati mübahisələrin predmetini təşkil etdiyindən, Şikayət verən şəxs şikayətinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar yoxdur. Birinci instansiya məhkəməsi əsaslı olaraq verilmiş şikayətin təmin edilməməsinə dair qərar qəbul etmişdir. Azərbaycan Respublikası CPM-nin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir. Azərbaycan Respublikası CPM-nin 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası CPM-nin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Azərbaycan Respublikası CPM-nin 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın təhqiqatçısının prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər. Azərbaycan Respublikası CPM-nin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-nin 451.1.1-ci maddəsinə əsasən hakim cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar yoxdur. Birinci instansiya məhkəməsi əsaslı olaraq Şikayət verən şəxs tərəfindən verilmiş məhkəmə nəzarəti qaydasında şikayətin təmin edilməməsinə dair qərar qəbul etmişdir. Ona görə də verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 453.6.1, 453.10 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Apellyasiya şikayəti təmin edilməsin. hərəkətindən (qərarından) şikayət verilən orqan1 böyük müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ## ###### 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-8)-47/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-47/2026
10.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver