Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-48/2026 13.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Əhmədov Elman Məmməd oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Bilal Mahir oğlu və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Qurbanov Cavid Elçin oğlunun katibliyi, ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Abşeron rayon prokurorunun böyük köməkçisi, R X12, X19 müdafiəçisi müdafiəçi1, şikayətçilər şikayət verən şəxs3, şikayət verən şəxs2 nümayəndəsi və vəkili müdafiəçi2 iştirakları ilə Abşeron rayon prokuroru, R Şəfahət Imranov tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarın qanunsuz hesab edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından X19 müdafiəçisi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti, Abşeron rayon prokuroru Şəfahət Imranov tərəfindən verilmiş apellyasiya protestinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla qapalı məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDI: Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə şikayət təmin edilmiş, Abşeron Rayon Prokuroru, R Şəfahət Imranov tərəfindən qəbul edilmiş qəbul edilmiş ## #### 2026-cı il tarixli "Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərar qanunsuz hesab edilərək ləğv edilməsi, şikayətdə və hazırki qərarda göstərilən xüsusatlarla bağlı əlavə araşdırma aparılması və araşdırma zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər hallar da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsi barədə qərar qəbul edilmişdir (hakim Abusət Qasımov). IŞIN HALLARI: Şikayətçilər şikayət verən şəxs3, şikayət verən şəxs2 və şikayət verən şəxs1 qəbul edilmiş qərardan məhkəmə nəzarəti qaydasında Abşeron Rayon Məhkəməsinə şikayət edərək, "Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Abşeron Rayon Prokuroru, R Şəfahət Imranov tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərarın qanunsuz hesab edilərək, ləğv edilməsini xahiş etmişdirlər. Şikayətdə iki məsələ; “xxxx” MTK-nın direktoru X19 Abşeron rayonu ərazisində Bakı- Şamaxı avtomobil yolunun 14-cü km-də direktoru olduğu kooperativ tərəfindən inşa edilən * nömrəli binanın 10-cu mərtəbəsində ümumi sahəsi 126,56 m2 olan ** saylı və ümumi sahəsi 126,56 m2 olan ** saylı mənzilləri şikayət verən şəxs1 ümumilikdə 215.152 manata, sonradan həmin mənzilləri ##.##.2021-ci il tarixli AB02M51 və AB**M** nömrəli müqavilələr əsasında şikayət verən şəxs2 adına rəsmiləşdirərək təkrarən sonuncuya ümumilikdə 202.496 manata sataraq dələduzluq etməsi, eləcə də “xxxx” MTK ilə “xxxx” MMC arasında bağlanılmış müvafiq borc müqaviləsi üzrə girov qismində rəsmiləşdirilmiş dəmir boruların MTK-nın direktoru tərəfindən qanunsuz olaraq ələ keçirilməsi faktların araşdırılması xahiş olunmuşdur. APELLYASIYA PROTESTININ DƏLILLƏRI: Abşeron rayon prokuroru X13 Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərarından apellyasiya protesti verərək, Abşeron RPI-nin istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi haqqında ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsinə dair Abşeron rayon məhkəməsinin ##.##.2026-ci il tarixli, *(*-***)-**/**** nömrəli qərarını ləğv edilərək, Hərəkətindən (qərarından) şikayət verilən orqan ##.##.2026-cı il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarının qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmənin mövqeyinə görə Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-cı il tarixli qərarın mövcudluğunu əsas tutaraq CPMnin 39.1.7-ci maddəsinə istinad edərək ## #### 2026-cı il tarixli qərar qəbul edərkən Abşeron rayon prokuroru haqlı olsa da, digər hissələrlə bağlı məsələyə münasibət bildirərkən həmin qərarın mövcudluğuna istinad etməklə pozuntuya yol vermişdir. Belə ki, ## #### 2026-cı il tarixli *(*-***)-**/**** nömrəli qərarın əsaslandırıcı hissəsində göstərilmişdir ki, “müvafiq şahid ifadələrinin tədqiqi zamanı şikayət verən şəxs3 şikayətinin əsaslı olmasına dair ilkin fikirlər formalaşmış olsa da digər şahidlər X14, X2, X5 ifadələri arasında ziddiyyətlər vardır”. Bununla əlaqədar qeyd edilməlidir ki, məhkəmə öz qərarında bu ziddiyyətlərin nədən ibarət olmasını qeyd etmədən, həmçinin ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarda qeyd olunan hüquqi mövqeyə əhəmiyyət vermədən, eləcə də ziddiyyətin aradan qaldırılmadığı halda cinayət işi üzrə icraata xitam verilməsinin hansı səbəbdən mümkün olmadığını əsaslandırmadan formal olaraq ziddiyyətlərin olduğunu qeyd etmişdir.Bundan başqa məhkəmənin mövqeyinə görə iş materialında "anten" məlumatlarının götürülməsi və bununla əlaqədar şikayət verən şəxs3 şahid qismində ## ##### 2026-cı il tarixində əlavə olaraq dindirilməsi zamanı ifadədə qeyd edilən xüsusatlar nəzərə alınmamışdır.Belə ki, iş materiallarına əsasən məlumatları əldə edilmiş X2 ifadəsi nə müstəntiq nə də ki, işi araşdırmaq üçün tələb etmiş prokuror tərəfindən alınmamış, məlumatları əldə edilmiş şəxslər şikayət verən şəxs3 və X2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmamış, mülki iş üzrə məhkəmə prosesinin davam etməsi və tərəflər arasında öhdəlik ərizəsinə, eləcə də ondan yaranan münasibətlərə dair qanuni qüvvəsini almış yekun məhkəmə aktının olmadığı halda, bundan başqa qeyd edilən hal üzrə tərəflər arasında mülki mübahisə aidiyyəti qaydada Ali Məhkəmənin icraatında olmaqla 2( *-*)-****/**** saylı nömrə üzrə araşdırılmanın olması, bu hallara qiymət vermədən isə rədd qərarına gəlmək üçün əsas yoxdur. Odur ki, prokurorun xitam qərarının beşinci bəndində “Iş üzrə şahid qismində çıxış edən şikayət verən şəxs3 Ağasi oğlunun ##.##.2021-ci il tarixli “öhdəlik ərizəsi'ndə olan imzanın onun tərəfindən icra edilmədiyi və bu səbəbdən həmin ərizənin X2 tərəfindən saxtalaşdırıldığı barədə istintaq orqanına etdiyi müraciət əsasında mülki və kommersiya mübahisələri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğu və həmin məhkəmələr tərəfindən məhkəməxətşünaslıq ekspertizası keçirilərək imzanın şikayət verən şəxs3 tərəfindən icra edildiyi və qeyd olunan ərizənin etibarlı sayılması ilə əlaqədar qanuni qüvvəyə minmiş qərar olduğundan və bu hal CPM-nin 65.7-ci maddəsinə əsasən məhkəmənin mülki iş və kommersiya mübahisə üzrə cinayət prosesini həyata keçirən orqan üçün hadisənin olması hissəsində məcburi olduğu üçün Fərid Quliyev barəsində həmin hissədə cinayət təqibi rədd edilsin.” qeydinin mötəbər hüquqi əsası və sübutu olmadığı, yəni preyudisial əhəmiyyətə malik qanuni qüvvəsini almış məhkəmə aktı olmadığından prokurorun bu yanaşmasını əsaslı hesab etmək olmaz. Yəni məhkəmənin mövqeyinə əsasən prokuror tam araşdırma aparmadan, mülki mübahisənin davam etdiyini iş materialından görməli olduğu halda bu vacib detalı diqqətə almayaraq prosessual məcəllənin tələbinə düzgün istinad etməyərək cinayət təqibinin rədd edilməsi barədə qənaətə gələrkən səhvə yol vermişdir. Bununla əlaqədar ilk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 419.4-cü maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir. MPM-nin 420-ci maddəsinə əsasən isə Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bunları nəzərə alaraq məhkəməyə iş materiallarında olan və cinayət işi üzrə icraata xitam verilməsi haqqında ## #### 2026-cı il tarixli qərarda istinad edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, 2(102)- ****/**** nömrəli qərarı təqdim edilərək məhkəmə iclasında şifahi olaraq bildirilmişdir ki, iddiaçı X2 cavabdeh şikayət verən şəxs3 qarşı (X14, X20, X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh şikayət verən şəxs3 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən baxılmış və 2( ***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnamə ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi) Fuad Talışınski və Azad Imanov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuni, əsaslı və işin hallarına uyğun olduğu və apellyasiya şikayətinin dəlillərinin formal mülahizə xarakter daşıdığı qənaətinə gəlinmişdir.Həmin qətnamədən cavabdeh (vəkil müdafiəçi2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində işə baxılaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2( ***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Belə ki, kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsini kassasiya qaydasında yoxlayarkən, “iddia tələbi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan zərərin əvəzinin, yəni torpaq sahələrinin qiymətinin 8.003.800 manat məbləğində müəyyən edilməsi” hissəsində iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsini müəyyən etmişdir. Lakin Ali Məhkəmənin Mülki kollegiyasının qeyd edilən qərarında həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə, qeyd olunan hissə istisna olmaqla, digər hissələrdə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olan kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Oda qeyd edilməlidir ki, Ali Məhkəmənin Qərarının əsaslarına görə - 94. işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh şikayət verən şəxs3 ##.##.2021-ci il tarixli “Öhdəlik ərizəsi” imzalayaraq, həmin öhdəlik ərizəsində qeyd etmişdir ki, “Mən şikayət verən şəxs3 bu öhdəlik ərizəsini kompyuterdə yazdıraraq bildirirəm ki, mərhum dostum X10 tərəfindən bütün xərcləri ödənilərək əslində onun mülkiyyətində olan amma mənim adıma sənədləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən torpaq sahələrinin 2016-cı ildən bəri mənim adımda qalan 20,5 hektardan 4,5 hektarını ##.##.2023-cü il tarixədək X10 oğlu X2 adma keçirməyi, 2016-cı ildən bəri satdığım 4,5 ha torpaq sahəsinin dəyərini ona ödəməyi və Kamil sağ olan vaxt mənim vasitəmlə üçüncü şəxslərin adına sənədləşdirilmiş və məndə etibarnamələri olmuş torpaqların Fəridin adına keçirilməsinə göstəriş verməyi öhdəmə götürürəm. Kamildən 2014-2015-ci ildə götürmüş olduğum 3.000.000 manat puldan hər il Fəridə 30.000 qaytarmışam. Sonuncu dəfə 2021-ci ilin oktyabrında qaytaranda 2.790.000 (iki milyon yeddi yüz doxsan min) manat qalmışdı. Onu da birdəfəlik həmin tarixədək qaytaracağam.’' “Öhdəlik ərizəsi”ndəki imzanın hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə cavabdeh şikayət verən şəxs3 tərəfindən icra edilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli, */*** nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi və Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli, */**** nömrəli məhkəmə-texniki ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. ... 97. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qətnaməni dəyişdirmədən saxlayarkən qeyd etmişdir ki, “Öhdəlik ərizəsi”nin cavabdeh tərəfindən hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə imzalanması barədə iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəyləri birinci instansiya məhkəməsi etibarlı sübut kimi qəbul etməkdə və iş üzrə nəticəyə gələrkən onlara əsaslanmaqda haqlı olmuşdur. Cavabdeh ##.##.2021-ci il tarixli “Öhdəlik ərizəsi”nin mətnindən xəbərdardır və onu imzalayaraq iddiaçı qarşısında həmin borcun iddiaçıya qaytarılması öhdəliyin icrasını da üzərinə götürmüşdür. Bu səbəbdən birinci instansiyası məhkəməsi qeyd edilən öhdəliyin icra edilməməsinə görə cavabdehin mülki qaydada məsuliyyət daşıması barədə nəticəyə gəlməkdə və həmin məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsini qət etməkdə haqlı olmuşdur. Yəni göründüyü kimi Ali Məhkəmə “Öhdəlik ərizəsf'ndəki imzanı mötəbər hesab edərək şikayət verən şəxs3 tərəfindən imza edildiyini təsdiq etmiş və yalnız qeyd olunan ərizə əsasında ödəniləcək məbləği mübahisələndirərək kassasiya şikayəti həmin hissədə qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Belə olan halda isə MPM-nin 419.4-cü maddəsini nəzərə alaraq Kassasiya instansiyası məhkəməsinin, yəni Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, 2( ***)-****/**** nömrəli qərarı ilə “Öhdəlik ərizəsi”ndəki imzanın mötəbər hesab edilməsi və şikayət verən şəxs3 tərəfindən imza edilməsi hissəsində qüvvəyə mindiyinin qeyd edilməsi qanuni və əsaslıdır. Odur ki, ## #### 2026-cı il tarixli xitam qərarının beşinci bəndində “Iş üzrə şahid qismində çıxış edən şikayət verən şəxs3 Ağasi oğlunun ##.##.2021-ci il tarixli “öhdəlik ərizəsi”ndə olan imzanın onun tərəfindən icra edilmədiyi və bu səbəbdən həmin ərizənin X2 tərəfindən saxtalaşdırıldığı barədə istintaq orqanına etdiyi müraciət əsasında mülki və kommersiya mübahisələri üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları olduğu və həmin məhkəmələr tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası keçirilərək imzanın şikayət verən şəxs3 tərəfindən icra edildiyi və qeyd olunan ərizənin etibarlı sayılması ilə əlaqədar qanuni qüvvəyə minmiş qərar olduğundan və bu hal CPM-nin 65.7-ci maddəsinə əsasən məhkəmənin mülki iş və kommersiya mübahisə üzrə cinayət prosesini həyata keçirən orqan üçün hadisənin olması hissəsində məcburi olduğu üçün Fərid Quliyev barəsində həmin hissədə cinayət təqibi rədd edilsin.” qeydinin əsaslı və qanunidir. Bundan başqa məhkəmə qərarında göstərilmişdir ki, şikayət verən şəxs3 “xxxx” MTK tərəfindən inşa edilmiş və ona məxsus 1 və * nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyriyaşayış sahələrinə dair müvafiq sənədlərin Qənbər Fətullayevin özündə saxlanılaraq ona verilməməsi barədə istintaq orqanına etdiyi müraciəti üzrə hazırda Sumqayıt Kommersiya Məhkəməsində eyni məzmunlu işə baxıldığı nəzərə alınaraq həmin hissədə cinayət təqibindən imtina edilməsi barədə prokuror tərəfindən qənaətə gəlinsə də nəzərə alınmalıdır ki, mülki, kommersiya işləri üzrə araşdırmanın aparılması ilə eyni zaman kəsimində şəxsin əməlinə qanunauyğun hüquqi qiymət verilməsi üçün hüquq mühafizə orqanına müraciət etməsini məhdudlaşdıran hər hansı norma olmadığından sözügedən xüsusat üzrə də cinayət təqibinin davam etdirilməsi və bu səpkidə araşdırmanın aparılması mütləqdir. Bununla əlaqədar qeyd edilməlidir ki, MPM-nin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçdarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Yəni şikayət verən şəxs3 “xxxx” MTK tərəfindən inşa edilmiş və ona məxsus 1 və * nömrəli binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinə dair müvafiq sənədlərin Qənbər Fətullayevin özündə saxlanılaraq ona verilməməsi barədə istintaq orqanına etdiyi müraciəti üzrə hazırda Sumqayıt Kommersiya Məhkəməsində eyni məzmunlu işə baxıldığı nəzərə alınaraq məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərə bildiyindən və ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarda həmin hissədə yalnız cinayət təqibindən imtina edilmişdir. Göründüyü kimi qeyd olunan xüsusat üzrə CPM-nin 39-cu maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməmiş və yalnız hazırkı mərhələdə, xüsusən də “xxxx” MTK-nın direktoru X19 Abşeron rayonu ərazisində Bakı-Şamaxı avtomobil yolunun 14-cü km-də direktoru olduğu kooperativ tərəfindən inşa edilən * nömrəli binanın 10-cu mərtəbəsində ümumi sahəsi 126,56 m2 olan ** saylı və ümumi sahəsi 126,56 m2 olan ** saylı mənzilləri şikayət verən şəxs1 ümumilikdə 215.152 manata sataraq ##.##.2015-ci il tarixli AB02M51 və AB**M** nömrəli müqavilələr, 011 və *** nömrəli maliyyə arayışları, eləcə də MTK-ya aid çıxarışlar əsasında sonuncunun adma rəsmiləşdirdikdən sonra özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə eyni mənzilləri ##.##.2021-ci il tarixli AB02M51 və AB**M** nömrəli müqavilələr əsasında şikayət verən şəxs2 adma rəsmiləşdirərək təkrarən sonuncuya ümumilikdə 202.496 manata sataraq dələduzluq yolu ilə zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurması ilə əlaqədar Abşeron RPI-nin Istintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi çərçivəsində istintaq olunması məqsədə müvafiq hesab edilməmişdir. Belə olan halda məhkəmənin ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi və Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi çərçivəsində qeyd olunan xüsusatla əlaqədar istintaq aparılmasını tələb etməsi əssasızdır. Bundan əlavə olaraq məhkəmə qərarında göstərilmişdir ki, “iş materialına baxıldıqda borulara dair MTK ilə “xxxx” MMC arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə şikayət verən şəxs3 şikayəti üzrə şahid qismində ifadəsi alınmış X3 ifadəsində “## ### 2008-ci ildən Zərdab rayon Mərkəzi Xəstəxanasının PHŞ Poliklinika şöbəsində ’’Yüngül dərəcəli əqli gerilik" diaqnozu ilə dispanser qeydiyyatındayam. 2008-ci ildən 2016-cı il tarixə kimi mən əlliklə bağlı təqaüd almışam, lakin 2016-cı ildən əlilliyim dayandırılmışdır. Ağdaş şəhər sakini X4 xəstəliyimdən istifadə edib məni aldadaraq Bakı şəhərində yerləşən * saylı "Asan xidmət" Mərkəzinə aparmış, orada mənim adımdan səlahiyyətlər əldə etmək məqsədilə 08 və ## ###### 2025-ci il tarixlərdə 7E-3175, 7E-3402 və *E-**** nömrəli etibarnamələr rəsmiləşdirmişdir. X4 etibarnamələri rəsmiləşdirdikdən sonra mənim adıma "Tamdekar Trade" və "xxxx" MMC- ləri təsis edərək həmin müəssisələrin vergi orqanında qanuni təmsilçisi kimi qeydə aldırmış, məni fərdi sahiblkar kimi rəsmiləşdirmiş və adıma bank hesabları açdırmışdır. X4 etibarnamələri rəsmiləşdirdikdən və məni qanuni təmsilçi kimi qeydə aldırdıqdan sonra qanunsuz əldə etdiyi səlahiyyətlərdən istifadə edib cinayət əməlləri törətmişdir. X4 mənim adıma qeydə aldırdığı hüquqi şəxslərin və fərdi sahibkar kimi özümün böyük məbləğdə vergi və icbari sığorta borclarım yaranmışdır. Rafiqin cinayət əməllərinə görə Azərbaycan Respublikası Baş Prokurorluğunun Istintaq Idarəsində cinayət işi başlanılmış və istintaq qrupu yaradılaraq CM-nin 179.3.2, 193.2.2, 193.2.3, 213.2.2, 313 və 308.2-ci maddələri ilə ********* nömrəli böyük həcmli cinayət işi istintaq olunur. Mən də Rafiqin hərəkətlərindən Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişəm. ## ##### 2025-ci il tarixli M***/SAS** nömrəli "xxxx" MMC ilə "xxxx" MMC-nin arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi ilə tanış oldum, lakin mən "xxxx" MMC-ni tanımıram, həmin MMC ilə heç vaxt müqavilə bağlamışam, həmin müqavilədən məlumatım yoxdur, müqavilədə göstərilən dəmir boruları görməmişəm və bilmirəm, mən ilk dəfədir ki, həmin müqaviləni görürəm, müqavilənin məzmunu bilmirəm, müqavilədə olan imza mənim tərəfindən icra edilməmiş və kim tərəfindən icra edilməsini də bilmirəm. Mən heç vaxt "xxxx" MMC- nin direktoru vəzifəsini icra etməmişəm, həmin MMC-ni mən təsis etməmişəm, Rafiq mənim xəstəliyimdən istifadə edərək mənim adımdan təsis edərək məni direktor təyin etmişdir.” məzmununda fikir ifadə etsə də hazırda mübahisələndirilən Abşeron Rayon Prokuroru, R Şəfahət Imranov tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarda bu hala ümumiyyətlə qiymət verilmədiyi müəyyən edilir”. Belə olduğu halda isə məhkəmənin mövqeyinə görə sözügedən məzmunda şikayət və o istiqamətdə araşdırmanın taleyinin qeyri-müəyyən qaldığı aydın görünür. Prokuror tərəfindən qəbul edilmiş qərarda demək olar ki istintaqda araşdırılan hər detala rədd məzmununda əsaslandırılmamış, təkmil araşdırılma aparılmamış mövqe əks olunsa da yuxarıda əks edilən nüansa ümumiyyətlə hüquqi qiymət verilməməsi, münasibət bildirilməməsi qərarın natamam və qanunsuz olduğuna dəlalət edən əlavə faktdır. Odur ki, bu hissə üzrə də zəruri araşdırma davam etdirilməli, X19 ifadəsi alınmalı, tərəflər arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilməli və bundan sonra əmələ hüquqi qiymət verilməlidir. Bununla əlaqədar qeyd edilməlidir ki, məhkəmə qərarından, həmçinin ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan verilmiş şikayətdən də göründüyü kimi həmin xüsusat üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Istintaq Idarəsində cinayət işi başlanılmış və istintaq qrupu yaradılaraq CM-nin 179.3.2, 193.2.2, 193.2.3, 213.2.2, 313 və 308.2-ci maddələri ilə ********* nömrəli cinayət işi istintaq olunur. Həmçinin, X3 X4 tərəfindən aldadılması və onun adına şirkətin açılması qeyd edildiyi halda məhkəmə hansı əsasla X19 bu istiqamətdə ifadəsi alınmalı, tərəflər arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilməli olduğu hər hansı formada əsaslandırılmadan yalnız ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan verilmiş şikayətdə göstərilən formal sadalanmışdır. Odur ki, hazırda həmin xüsusat üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Istintaq Idarəsində CM-nin 179.3.2, 193.2.2, 193.2.3, 213.2.2, 313 və 308.2-ci maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaqın aparıldığını nəzərə alaraq əlavə istintaqın aparılmasının zəruri olmadığı qənaətinə gəlinərək ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarda bu xüsusata qiymət verilməsi qanuni olmazdır. Bundan başqa məhkəmə qərarında göstərilmişdir ki, KQMBI-nə sorğu verilərək əldə edilmiş ##.##.2026-cı il tarixli, *-*-***/*-******/**** nömrəli cavab məktubu ilə kifayətlənilərək ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarda rədd edilən hallar KQMBI-nin ## ###### 2025-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarla tam əhatə edilmir. Bu səbəbdən də prokuror tərəfindən sözügedən qərar əldə edilməyərək yalnız qərar üzrə cavab məktubuna istinad edilərək və digər nüanslar üzrə də düzgün, tam araşdırma, yoxlama aparılmayaraq, “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərar qəbul edilməsi cinayət prosessual qanunvericiliyin tələbləri çərçivəsində qanunsuz hesab edildiyindən, prokuror tərəfindən düzgün qənaətə gəlinmədiyi mübahisəsiz olduğundan şikayət üzrə mübahisələndirilən qərar ləğv edilməlidir. Eyni zamanda məhkəmə öz qərarında qeyd edir ki, ## #### 2026-cı il tarixli qərarın ləğv edilməsi, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə baş Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-cı il tarixli qərarın qüvvədə olmasını şübhə altına almır, həmin qərarda göstərilənlərlə bağlı araşdırılma aparılmasını özündə ehtiva etmir. Hazırkı qərarın ləğv edilərək, yenidən araşdırılmaya göndərilməsi yalnız Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-cı il tarixli qərarla qiymət verlməyən digər hallara aiddir. Yəni məhkəmə eyni zamanda həm Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-cı il tarixli qərarın mövcudluğunu qəbul edir həm də KQMBI-nin ##.##.2026-cı il tarixli, *-*-***/*-******/**** nömrəli məktubunda qeyd olunanları, yəni “xxxx” MTK-nın direktoru X19 tərəfindən şikayət verən şəxs1 adına rəsmiləşdirilmiş 51 və ** saylı mənzillərin sonradan şikayət verən şəxs2 təkrarən satılması, eləcə də MTK ilə “xxxx” MMC arasında bağlanılmış müvafiq borc müqaviləsi üzrə girov qismində rəsmiləşdirilmiş dəmir boruların MTK-nın direktoru tərəfindən qanunsuz olaraq ələ keçirilməsi faktları üzrə KQMBI-də ********* nömrəli cinayət işi üzrə istintaq aparılmış və bu araşdırma zamanı Qənbər Fətullayevin və qeyrilərinin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ##.##.2025-ci il tarixdə iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edildiyi barədə göstərilənlərin ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarda rədd edilən hallar KQMBI-nin ## ###### 2025-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarla tam əhatə edilmədiyi qənaətinə gəlir. Əgər məhkəmə həqiqətən də ## ###### 2025-cı il tarixli qərarın qüvvədə olmasını şübhə altına almır və həmin qərarda göstərilənlərlə bağlı araşdırma aparılmasını nəzərdə tutmursa onda “xxxx” MTK-nın direktoru X19 tərəfindən şikayət verən şəxs1 adına rəsmiləşdirilmiş 51 və ** saylı mənzillərin sonradan şikayət verən şəxs2 təkrarən satılması, eləcə də MTK ilə “xxxx” MMC arasında bağlanılmış müvafiq borc müqaviləsi üzrə girov qismində rəsmiləşdirilmiş dəmir boruların MTK-nın direktoru tərəfindən qanunsuz olaraq ələ keçirilməsi faktları üzrə, yəni eyni ittiham üzrə cinayət işinin icraatına xitam verilməsi haqqında ləğv edilməmiş qərar olduğu halda başlanılmış cinayət işi üzrə icraata xitam verilməli olduğu müddəasının ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarda qeyd edilməsinin hansı əsaslarla qanunsuz olduğu qənaətinə gəlməsi aydın deyildir. Eyni zamanda Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından X19 müdafiəçisi müdafiəçi1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarının ləğv edilməsi, Hərəkətindən (qərarından) şikayət verilən orqan ## #### 2026-cı il tarixli "Cinayət işinə xitam verilməsi" haqqında qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qərarı əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Bir mənzilin iki nəfərə satılması faktı üzrə: şikayət verən şəxs1 və şikayət verən şəxs2 X19 və "xxxx" MTK-nın vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi ilə bağlı müraciətləri əsasında Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində ********* nömrəli cinayət işi üzrə aparılmış istintaq zamanı hər hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilmişdir. Bu barədə Hərəkətindən (qərarından) şikayət verilən orqan sorğusuna cavab olaraq Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, 2-2- ***/*-******/**** nömrəli cavab məktubu ilə müəyyən edilmişdir ki, "xxxx" MTK-nm direktoru X19 tərəfindən şikayət verən şəxs1 adma rəsmiləşdirilmiş 51 və ** saylı mənzillərin sonradan şikayət verən şəxs2 təkrarən satılması, eləcə də MTK ilə "xxxx" MMC arasında bağlanılmış müvafiq borc müqaviləsi üzrə girov qismində rəsmiləşdirilmiş dəmir boruların MTK-nm direktoru tərəfindən qanunsuz olaraq ələ keçirilməsi faktları üzrə KQMBI-də ********* nömrəli cinayət işi üzrə istintaq aparılmış və bu araşdırma zamanı Qənbər Fətullayevin və qeyrilərinin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ##.##.2025-ci il tarixdə iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. şikayət verən şəxs1 ##.##.2024-cü il tarixli Qənbər Fətullayevə qarşı şikayət və tələbinin olmaması barədə notarial qayda ərizəsi mövcuddur. Bilindiyi kimi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.7-ci maddəsinə əsasən şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda cinayət işi başlanmır və ya başlanıbsa xitam verilir. Hazırkı vəziyyətdən də aydın olur ki, istintaqı aparılan cinayət işi üzrə artıq digər bir orqanın ləğv olunmamış qərarı mövcuddur. Həmin Qərarın iş materiallarında olub-olmaması təqsirləndirilən şəxsə münasibətdə əhəmiyyət kəsb etmir. Həmin qərarın mövcudluğu da şübhə altma alınmır. Həmin qərar qanuni qüvvədə olduğu müddətdə bu fakt üzrə hər-hansısa cinayət işinin icraatı davam etdirilə bilməz. Borularla bağlı: "xxxx" MTK (bundan sonra - "iddiaçı") "Biləcəri Təmir- Quraşdırma" QTSC (bundan sonra - "cavabdeh QTSC"), "** nömrəli Təmir Inşaat Istehsalat Tresti"nə (bundan sonra - "cavabdeh Tresti") və Binəqədi rayon Icra və Probasiya Şöbəsinə (bundan sonra - "3-cü şəxs") qarşı 2018-ci il ## ###### tarixdə iddia ərizəsi ilə * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qanunsuz realizə edilmiş 2.100 ədəd borunun özgənin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarlması və dəymiş 50.000 manat maddi və 100.000 manat məbləğində mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddianın dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, 1.614 ədəd borunun cavabdeh QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması və sonuncu tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat məbləğinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2018-ci il ## #### tarixli, *-*(**)-***/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 1.614 ədəd borunun cavabdeh QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması, cavabdeh QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat və 30 manat dövlət rüsumunun əvəzinin cavabdeh QTSC-dən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının 2018-ci il # ####### tarixli, *-*(***)-***/**** saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2018-ci il ## #### tarixli 2-2(81)- ***/**** saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının 2019-cu il ## ###### tarixli, *-*(***)-**/**** saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il ## ###### tarixli qərarı ilə cavabdehin konstitusiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının 2019-cu il ## ###### tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, MPM- nin 82.3, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il ## ######## tarixli, 13- *(***)-l(k)/**** saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının 2019-cu il ## ###### tarixli, *-*(***)-**/**** saylı qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının 2018-ci il # ####### tarixli, 2-2(103)- ***/**** saylı qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il ## ###### tarixli, 2- *(***)-**/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, * saylı Bakı Inzibati- Iqtisadi Məhkəməsinin 2018-ci il ## #### tarixli, 2-2(81 )-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il ## #### tarixli, *-*(***)-***/**** saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il # ###### tarixli qərarı ilə cavabdehin konstitusiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il ## #### tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 130-cu maddəsinin IX hissəsinə, "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 63.4, 65-69-cü maddələrinə, MPM-nin 82.3, 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2022-ci il ## ##### tarixli, **- *(***)-*(k)/**** saylı qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il ## #### tarixli, *-*(***)-***/**** saylı qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il ## ###### tarixli, *-*(***)- **/**** saylı qətnaməsi ləğv edilmiş, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2022-ci il ## ######## tarixli, 2- *(***)-***/**** saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2018-ci il ## #### tarixli, 2-2(81 )-***/**** saylı qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin olunmamışdır. Iddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il ## ### tarixli, *-*(***)-**/**** nömrəli qərarı: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il ## ######## tarixli, *-*(***)-***/**** saylı qətnaməsi ləğv olunsun. Yeni qərar qəbul edilsin. Iddia tələbi qismən təmin olunsun. Cavabdeh "xxxx" QTSC tərəfindən qanunsuz olaraq satılmış 527 ədəd borunun dəyəri olan 502.088 manat məbləğ "xxxx" QTSC-dən tutularaq iddiaçıya ödənilsin. 1614 ədəd boru cavabdeh "xxxx" QTSC-nin qanunsuz sahibliyindən alınaraq iddiaçı "xxxx" MTK-ya qaytarılsın. Iddia tələbi qalan hissədə təmin olunmasın. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2- *(***)-**/**** saylı ## ### 2023-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2024-cü il tarixli qərardadı ilə tərəflər arasında barışıq sazişi əldə edildiyinə görə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə konstitusiya işinin icraatına xitam verilmişdir. Göründüyü kimi "xxxx" MTK ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında uzun illər davam edən məhkəmə mübahisəsi mövcud olmuş, "xxxx" MTK-nm həmin borularla bağlı hüquqi sənədləri "xxxx" MTK ilə "** nömrəli X40" arasında bağlanmış 2014- cü il 30 iyun tarixli "Borc Müqaviləsi" və notarial qaydada bağlanmış 2016-cı il ## #### tarixli "Borcun əvəzləşdirilməsinə" dair müqavilələrdir. Bugün şikayət verən şəxs3 "xxxx" MTK ilə "** nömrəli X40" arasında bağlanmış 2014cü il ## #### tarixli "Borc Müqaviləsi"nin tərəfinin "xxxx" MTK deyil o, olması iddiasını bildirərək əsassız iddialar irəli sürmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(1-8)-l **/**** saylı ##.##.2026-cı il tarixli Qərarı ilə şikayət verən şəxs3 şikayəti təmin edilməmişdir. Həmin müqavilələr uzun illər davam edən məhkəmə mübahisələrinin əsas hüquqi sənədləri olmuş, müqavilələrdə hər- hansısa dəyişiklik, etibarsızlıq halı müəyyən edilməmişdir. Həmçinin * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2017-ci il # #### tarixli, 2-2(81 )- ***/**** saylı qətnaməsindən görünür ki, "Biləcəri Təmir-Quraşdırma" QTSC-nin cavabdehlər "** nömrəli X40"nə və "xxxx" MTK-ya qarşı 2016-cı il ## #### tarixli "Borcun əvəzləşdirilməsinə dair" müqavilənin etibarsız hesab edilməsi və dəmir boruların geri qaytarılması tələblərinə dair iddiası rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Eyni zamanda qüvvəyə minmiş məhkəmə aktları ilə "** №-li xxxx", "xxxx" Mənzil Tikinti Kooperativi və onun hüquqi varisi "xxxx" Mənzil Tikinti Kooperativi bu müqavilə münasibətlərinin bilavasitə iştirakçıları və tərəfləri kimi tanınmışdır. şikayət verən şəxs3 tərəfindən borcun faktiki olaraq onun tərəfindən verildiyinə dair edilən istinad, mübahisələndirilən müqavilələrin subyekt tərkibini dəyişdirmək üçün hüquqi əsas təşkil etmir və müqavilə münasibətlərinin azadlığı prinsipinə ziddir. Göründüyü kimi bugün üzərinə həbs qoyulan boruların mülkiyyətçisi şikayət verən şəxs3 deyil, müstəqil hüquqi şəxs olan və uzun illər davam edən məhkəmə mübahisələrində tərəf kimi tanınan "xxxx" MTK-dır. Digər tərəfdən Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsindən daxil olmuş ##.##.2026-cı il tarixli, *-*-***/*-******/**** nömrəli cavab məktubundan aydın olur ki, qeyd edilən fakt üzrə də araşdırma aparılmış və cinayət tərkibi olmadığından icraata xitam verilmişdir. Yuxarıda qeyd edilən hallar, yəni xitam qərarı qanuni qüvvədə ola- ola araşdırma aparılması qanunsuz və əsassızdır. X2 adma olan 5 ha torpaq sahəsi ilə bağlı: Ilk növbədə qeyd edək ki, həmin torpaq sahəsi X2 atası Quliyev Kamil tərəfindən bütün maliyyə vəsaiti xərclənməklə Əzizov Rəşad adma qeydiyyatdan keçirilmişdir. X1 özü də bütün məhkəmə instansiyalarmda, eyni zamanda bizdə olan məlumata əsasən Abşeron RPI-nə çağırılıb dindirilərkən də bildirmişdir. Quliyev Kamil 2016-cı il tarixində rəhmətə getdikdən sonra həmin torpaq sahəsi uzun müddət Əzizov Rəşadın faktiki sahibliyində qalmış, yalnız ##.##.2023-cü il tarixində "Daşınmaz əmlakın alğı-satqı müqaviləsi" əsasında X6 rayonu Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 5,0 ha torpaq sahəsini dəyəri ödənilməklə Quliyev Fəridə satmışdır. Bundan sonra: Iddiaçı şikayət verən şəxs3 nümayəndəsi və vəkili müdafiəçi2 Qənbər Fətullayevə və X5 qarşı (Bakı şəhəri ** saylı notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Rəşad Əzizov ilə aramda Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 5,0 ha torpaq sahəsinə dair bağlanmış ##.##.2023-cü il tarixli, AN-№******* saylı alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, sözügedən alğı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 5,0 ha torpaq sahəsinə dair cavabdeh Fərid Quliyevin adma verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın (müvafiq qeydiyyat yazısının) ləğv edilməsinin və onunla Rəşad Əzizov arasında ## #### 2022-ci il tarixində Bakı şəhəri ** saylı notariat ofisində bağlanılmış Barışıq sazişində təsbitini tapan "Rəşad Əzizov ƏMDK yanında DƏDRX-in * saylı Abşeron Ərazi Idarəsi tərəfindən verilmiş *********** reyestr nömrəli, ##.##.2014-cü il tarixli Dövlət reyestrindən Çıxarışa əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi Ərazisində yerləşən 5,0 ha torpaq sahəsini şikayət verən şəxs3 və ya onun göstərdiyi üçüncü şəxslərin adma keçirməyi öhdəsinə götürür" öhdəliyin icrasının cavabdeh Rəşad Əzizovun üzərinə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2023cü il tarixli qətnaməsi ilə (hakim-Gülnar Babazadə) iddia tələbinin rədd edilməsi, iddiaçı ilə cavabdeh Rəşad Əzizov arasında ## #### 2022-ci il tarixində Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış barışıq sazişinin 2-ci və 3-cü bəndlərinin etibarsız hesab edilməsi, dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Həmin qətnamədən şikayət verən şəxs3 tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-l ***/**** nömrəli, ## #### 2024-cü il tarixli qətnaməsi ilə (Hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad Imanov) iddiaçının apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilərək, iddia tələbinin təmin edilməsi qət edilmişdir. Həmin qətnamədən tərəfimdən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-l */**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə (Hakimlər Əhməd Nurməmmədov (məruzəçi hakim), Isfəndiyar Şəfiyev və Aqil Abbasov) cavabdeh Fərid Quliyev tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, apellyasiya instansiyası məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışma qaytarılması qərara alınmışdır. Həmin Qərarda qeyd edilmişdir: iddiaçı şikayət verən şəxs3la cavabdeh Rəşad Əzizov arasında sonuncunun mülkiyyətində olan 5,0 ha torpaq sahəsi ilə əlaqədar ## #### 2022-ci il tarixdə bağlanmış və notarial qaydada təsdiqlənmiş "Barışıq sazişi"ndən irəli gələn öhdəliklərə torpaq sahəsinin alıcısı Fərid Quliyevin cavabdeh olması və məsuliyyət daşıması barədə hər hansı sübut mövcud deyildir, Fərid Quliyev həmin saziş üzrə tərəf olmamışdır. Fərid Quliyev satıcı Rəşad Əzizovla 3-cü şəxs şikayət verən şəxs3 arasında bağlanmış Barışıq sazişi və həmin sazişin şərtləri barədə məlumatı olmuş olsa belə, bu hal vəziyyəti dəyişdirmir, həmin saziş yalnız satıcı X7 Babaşov qarşısında öhdəliklərin əmələ gəlməsi üçün əsas olmuşdur, Rəşad Əzizov tərəfindən Barışıq sazişindən irəli gələn öhdəliklərin icrası üçün alıcı Fərid Quliyevin məsuliyyəti müəyyən edilmir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- ****/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsi ilə (Hakimlər Ikram Şirinov (sədrlik edən və məruzəçi) Namiq Cəfərov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən şikayət verən şəxs3 tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsi, "iddiaçı şikayət verən şəxs3 ilə cavabdeh X5 arasında ## #### 2022-ci il tarixində Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış barışıq sazişinin 2-ci və 3-cü bəndlərin etibarsız hesab edilməsi"nə münasibətdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- ****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilmiş. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bununla da X2 Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 5 ha torpaq sahəsinə mülkiyyət hüququ bir daha öz təsdiqini tapmışdır. Bundan sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edilərək torpaq üzərinə qoyulmuş həbsin götürülməsi xahiş edilmiş, Bakı şəhər Yasamal rayon məhkəməsinin e-**(***)-***/**** saylı ##.##.2025-ci il tarixli Qərardadına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin **(***)-***/**** saylı, ##.##.2023- cü il tarixli qərardadı ilə Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ünvanında yerləşən 5 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa götürülmüşdür. Qeyd edilən qanuni qüvvəsini almış Ali Məhkəmə X39 mülkiyyət hüquqlarını təsdiq etmiş, alğı-satqı müqaviləsinin qanuni əsaslarla bağlanmasını sübuta yetirmişdir. Qeyd edilən hal üzrə hər-hansısa cinayət tərkibli əməlin mövcudluğu şübhə yaratsaydı əgər birinci olaraq məhkəmələr Quliyev Fəridin hüquqlarını tanımaz, eyni zamanda xüsusi qərardad qəbul edərək araşdırması üçün göndərə bilərdi. Digər tərəfdən cinayət işinin istintaqı zamanı Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə X2 məxsus torpaq sahəsi üzərinə həbs qoyulmuş, həmin qərarın ləğv edilməsi üçün məhkəməyə müraciət edilmiş, Abşeron Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, 20(5- ***)-l/**** nömrəli qərarı ilə həbs götürülmüş, Sumqayıt Apellyasiya Məhkəməsinin **(*-*)-l/**** saylı ##.##.2026-cı il tarixli Qərarı ilə həbsin götürülməsi Qərarı qüvvədə saxlanılmışdır. Bu fakt bir daha sübut edir ki, 5 ha torpaq sahəsi ilə bağlı hər-hansısa qanunsuzluq və hüquqazidd davranış mövcud deyildir. Əgər mövcud olsa idi məhkəmələr həbsin götürülməsini təmin etməzdilər. Əlavə araşdırma aparılması zərurəti ilə həbsi qüvvədə saxlayardılar. Öhdəlik Ərizəsi" ilə bağlı: şikayət verən şəxs3 tərəfindən yazılmış ##.##.2021 ci il tarixli Öhdəlik ərizəsində qeyd etmişdir ki, "Mən şikayət verən şəxs3 bu öhdəlik ərizəsini kompüterdə yazdıraraq bildirirəm ki, mərhum dostum X10 tərəfindən bütün xərcləri ödənilərək əslində onun mülkiyyətində olan amma mənim adıma sənədləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən torpaq sahələrinin 2016-cı ildən bəri mənim adımda qalan 20,5 hektardan 4,5 hektar-nı ##.##.2023-cü il tarixədək X10 oğlu X2 adma keçirməyi,2016-cı ildən bəri satdığım 4,5 ha torpaq sahəsinin dəyərini ona ödəməyi və Kamil sağ olan vaxt mənim vasitəmlə üçüncü şəxslərin adma sənədləşdirilmiş və məndə etibarnamələri olmuş torpaqların Fəridin adma keçirilməsinə göstəriş verməyi öhdəmə götürürəm. Kamildən 2014-2015-ci ildə götürmüş olduğum 3.000.000 (üç milyon) manat puldan hər il Fəridə 30.000 qaytarmışam. Sonuncu dəfə 2021-ci ilin oktyabrında qaytaranda 2.790.000 (iki milyon yeddi yüz doxsan min) manat qalmışdı. Onu da birdəfəlik həmin tarixədək qaytaracağam." Iddiaçı X2 cavabdeh şikayət verən şəxs3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin adma olan Abşeron rayonu, Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən 16 ha torpaq sahələrinin iddiaçının adma keçirilməsi öhdəliyinin sonuncu tərəfindən icra olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumilikdə 10.040.927 manat və əvvəlki ödənilmiş 100 manat rüsum da nəzərə alınmaqla ümumilikdə ödənilmiş 5950 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli, */*** nömrəli ekspert rəyinə əsasən ekspertizaya təqdim olunmuş mülki işin 49-cu vərəqəsində yerləşən Abşeron rayonu ## ###### 2021-ci il tarixli öhdəlik ərizəsində "Imza" sözündən sonra "şikayət verən şəxs3" yazıları qarşısında olan imza şikayət verən şəxs3 tərəfindən icra olunmuşdur. Bundan sonra məhkəmə tərəfindən iş üzrə məhkəmə-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli, */**** nömrəli ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş ## ###### 2021-ci il tarixli Öhdəlik ərizəsində şikayət verən şəxs3 adı qarşısında olan imza hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə icra edilmişdir. Hər iki rəyi vermiş ekspert Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi tərəfindən verdikləri rəylərlə bağlı dindirilmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Kərim Xudayev) iddianın qismən təmin edilməsi, cavabdehdən 8003800 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 4823 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin yəni, 1227 manatın iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının xərci olan 105 manat və sənədlərin məhkəmətexniki ekspertizasının xərci olan 100 manat məbləğində pulun cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsini, iş üzrə keçirilmiş əmlakın qiymətləndirilməsi ekspertizasmm dəyəri olan 1000 manat məbləğində pulun yarısının 500 manatm iddiaçıdan, qalan 500 manatının isə cavabdehdən tutularaq "X15 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- ****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi) Fuad Talışmski və Azad Imanov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 09 okyabr 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bak Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışma qaytarılmışdır. Ali Məhkəmənin Qərarının əsaslarına görə, 92. Belə ki, kassasiya instansiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsini kassasiya qaydasında yoxlayarkən, "iddia tələbi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan zərərin əvəzinin, yəni torpaq sahələrinin qiymətinin 8.003.800 manat məbləğində müəyyən edilməsi" hissəsində iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsini müəyyən etmişdir.- 93. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə, qeyd olunan hissə istisna olmaqla, digər hissələrdə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə oxşar məzmunda olan kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Bakı Apellyasiya Məhkəməsinin 2(‘***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2(004) **/**** nömrəli qətnaməsindən cavabdeh şikayət verən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2(004) **/**** nömrəli qətnaməsi dəyişdirilərək şikayət verən şəxs3 X2 xeyrinə tutulmalı olan məbləğ 5.396.000 manat müəyyən edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza mərkəzi həmin "Öhdəlik Ərizəsindəki" imzanın həqiqliyini təsdiq etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi də həmin ərizəyə uyğun olaraq tərəflər arasındakı münasibətləri təsdiq etmişdir. Ali Məhkəmənin qərarı qətidir. Bununla da tərəflər arasmdakı münasibətlər öz təsdiqini tapmışdır. Hər-hansısa əlavə araşdırma aparılması əsassızdır. Çünki Məhkəmə prosesləri zamanı Ərizə ilə bağlı iki dəfə ekspertiza təyin edilmişdir. Əgər hər-hansısa hal mövcud olsa idi imzanın şikayət verən şəxs3 məxsus olması öz təsdiqini tapmazdı. Eyni zamanda bu barədə xüsusi qərardad qəbul edilib prokurorluğa məlumat verilərdi. Məhkəmə qərarında üzləşdirmə və anten məlumatları ilə bağlı hallara toxunmuş, lakin qeyd olunan halların araşdırılmasının nəyə xidmət edəcəyini əsaslandırmamışdır. Çünki bütün araşdırmaların sonu Ərizənin saxta olub-olmamasmı müəyyən etməkdir. Bunun isə tək yolu ekspertizadır. Məhkəmə prosesləri zamanı ekspertiza rəyləri bu faktı artıq təsdiq etmişdir. Əlavə bütün araşdırmalar hamısı əsassızdır. Eyni zamanda məhkəmə Ali Məhkəmənin qanuni qüvvəsini almış Qərarının hüquqi mövqeyini tammamaqla, onu qanuni qüvvəsini almadığı bildirməklə yalnışlığa yol vermişdir. Məhkəmənin diqqətinə çatdırırıq ki, Ali Məhkəmə Qərarı qətidir, birbaşa qanuni qüvvəsini alır. Həmin qərarda isə Öhdəlik Ərizəsi ilə bağlı bütün münasibətlər təsdiq edilmiş və mübahisə həll olunmuşdur. Yalnız maddi ziyanın qiymətləndirmə hissəsinə görə təkrar araşdırmaya göndərilmişdir. Yəni qeyd edilən halda Qanuni qüvvəsini almış məhkəmə aktı mövcuddur. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasında iştirak edən Abşeron rayon prokurorunun böyük köməkçisi X12 apellyasiya protestini müdafiə edib, protestin dəlillərinə uygun çıxış edərək, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv eldilməsini, Abşeron rayon prokurorunun ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarın qanuni hesab edilməsini xahiş etdi. Əlavə onu da bildirdi ki, şikayətdə göstərilən faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə baş Idarəsi tərəfindən qəbul edilmiş “cinayət işinin icraatına xitam verilməsi haqqında ”## ###### 2025-ci il tarixli qərarı vardır və həmin qərar ləğv olunmamışdır. Odur ki, yenidən eyni əsasla cinayət işinin başlanıb araşdırması qanunsuzdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən X19 müdafiəçisi müdafiəçi1 da apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uygun çıxış edərək, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının ləğv eldilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən şikayətçilərin (şikayət verən şəxs3, şikayət verən şəxs2) nümayəndəsi və vəkili müdafiəçi2 apellyasiya protesti və apellyasia şikayətinə etiraz edərək, təmin olunması üçün əsaslar olmadığını qeyd edərək, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQI MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, proses iştirakçılarını dinləyib, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini müzakirə edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Iş materiallarından görünür ki, Abşeron rayon prokuroru Şəfahət Imranov tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı ilə Qərarın təsviri və əsaslandırıcı hissəsində göstərilənlərə əsasən şəxs barəsində eyni ittiham üzrə xitam verilməsi haqqında ləğv edilməmiş qərar olduğundan Abşeron RPI-nin Istintaq şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən X19 barəsində cinayət təqibinə və ********* nömrəli cinayət işinin icraatına Azərbaycan Respublikası CPM-nin 39.1.7-ci maddəsinə əsasən xitam verilmişdir. Apellyasiya protestinin və apellyasiya şikayəti dəlillərini müzakirə edən məhkəmə kollegiyası Abşeron rayon prokuroru Şəfahət Imranov tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşaraq hesab edir ki, prokurorun “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarını ləğv edərkən birinci instansiya məhkəməsi işin müəyyən olunmuş hallarına düzgün hüquqi qiymət verilməmiş, prokuror tərəfindən düzgün qənaətə gəlinmədiyini qərarda tam əsaslandırmamışdır. Belə ki, birinci instansiya məhkəməsi qərarını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-cı il tarixli qərarın mövcudluğunu əsas tutaraq və CPM-nin 39.1.7-ci maddəsinə istinad edərək ## #### 2026-cı il tarixli qərar qəbul edərkən Abşeron rayon prokuroru haqlı olsa da, digər hissələrlə bağlı məsələyə münasibət bildirərkən həmin qərarın mövcudluğuna istinad etməklə pozuntuya yol vermişdir. Işə baxan hakim ## #### 2026-cı il tarixli qərarın əsaslandırıcı hissəsində göstərmişdir ki, “müvafiq şahid ifadələrinin tədqiqi zamanı şikayət verən şəxs3 şikayətinin əsaslı olmasına dair ilkin fikirlər formalaşmış olsa da digər şahidlər X14, X2, X5 ifadələri arasında ziddiyyətlər vardır”. Göründüyü kimi, birinci instansiya məhkəməsi öz qərarında bu ziddiyyətlərin nədən ibarət olmasını qeyd etmədən, həmçinin ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarda qeyd olunan hüquqi mövqeyə əhəmiyyət vermədən, göstərilən faktlar üzə kifayət qədər qüvvədə olan məhkəmə aktlarının olmasına baxmayaraq, eləcə də ziddiyyətin aradan qaldırılmadığı, ziddiyyətlərin olduğunu halda cinayət işi üzrə icraata xitam verilməsini qeyd etmişdir. Bundan başqa məhkəmə qərarında "anten" məlumatlarının götürülməsi və bununla əlaqədar şikayət verən şəxs3 şahid qismində ## ##### 2026-cı il tarixində əlavə olaraq dindirilməsi zamanı ifadədə qeyd edilən xüsusatlar nəzərə alınmadığını, şikayət verən şəxs3 və X2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmadığını, mülki iş üzrə məhkəmə prosesinin davam etməsi və tərəflər arasında öhdəlik ərizəsinə, eləcə də ondan yaranan münasibətlərə dair qanuni qüvvəsini almış yekun məhkəmə aktının olmadığını, tərəflər arasında mülki mübahisəni Ali Məhkəmənin icraatında olmaqla, bu hallara qiymət vermədən isə rədd qərarına gəlmək üçün əsas olmadığın vurğulamışdır. Məhkəmənin mövqeyinə əsasən prokuror tam araşdırma aparmadan, mülki mübahisənin davam etdiyini iş materialından görməli olduğu halda bu vacib detalı diqqətə almayaraq prosessual məcəllənin tələbinə düzgün istinad etməyərək cinayət təqibinin rədd edilməsi barədə qənaətə gələrkən səhvə yol vermişdir. Iş materillarından görünür ki, iddiaçı X2 cavabdeh şikayət verən şəxs3 qarşı (X14, X20, X9 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh şikayət verən şəxs3 tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən baxılmış və 2( ***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnamə ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi) Fuad Talışınski və Azad Imanov) cavabdehin apellyasiya şikayəti təmin edilməyərək birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuni, əsaslı və işin hallarına uyğun olduğu və apellyasiya şikayətinin dəlillərinin formal mülahizə xarakter daşıdığı qənaətinə gəlinmişdir. Həmin qətnamədən cavabdeh (vəkil müdafiəçi2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində işə baxılaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2( ***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Ali Məhkəmənin Qərarında cavabdeh şikayət verən şəxs3 ##.##.2021-ci il tarixli “Öhdəlik ərizəsi” imzalayaraq, həmin öhdəlik ərizəsində qeyd etmişdir ki, “Mən şikayət verən şəxs3 bu öhdəlik ərizəsini kompyuterdə yazdıraraq bildirirəm ki, mərhum dostum X10 tərəfindən bütün xərcləri ödənilərək əslində onun mülkiyyətində olan amma mənim adıma sənədləşdirilmiş Abşeron rayonu Aşağı Güzdək və Hökməli qəsəbələrində yerləşən torpaq sahələrinin 2016-cı ildən bəri mənim adımda qalan 20,5 hektardan 4,5 hektarını ##.##.2023-cü il tarixədək X10 oğlu X2 adına keçirməyi, 2016-cı ildən bəri satdığım 4,5 ha torpaq sahəsinin dəyərini ona ödəməyi və Kamil sağ olan vaxt mənim vasitəmlə üçüncü şəxslərin adına sənədləşdirilmiş və məndə etibarnamələri olmuş torpaqların Fəridin adına keçirilməsinə göstəriş verməyi öhdəmə götürürəm. Kamildən 2014-2015-ci ildə götürmüş olduğum 3.000.000 manat puldan hər il Fəridə 30.000 qaytarmışam. Sonuncu dəfə 2021-ci ilin oktyabrında qaytaranda 2.790.000 (iki milyon yeddi yüz doxsan min) manat qalmışdı. Onu da birdəfəlik həmin tarixədək qaytaracağam.’' “Öhdəlik ərizəsi”ndəki imzanın hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa qələm vasitəsilə cavabdeh şikayət verən şəxs3 tərəfindən icra edilməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli, */*** nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının rəyi və Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli, */**** nömrəli məhkəmə-texniki ekspertizasının rəyi ilə təsdiq olunmuşdur. Göründüyü kimi Ali Məhkəmə “Öhdəlik ərizəsi'ndəki imzanı mötəbər hesab edərək şikayət verən şəxs3 tərəfindən imza edildiyini təsdiq etmiş və yalnız qeyd olunan ərizə əsasında ödəniləcək məbləği mübahisələndirərək kassasiya şikayəti həmin hissədə qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ##### 2025-ci il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bundan əlavə olaraq məhkəmə qərarında göstərmişdir ki, “iş materialına baxıldıqda borulara dair MTK ilə “xxxx” MMC arasında bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə şikayət verən şəxs3 şikayəti üzrə şahid qismində ifadəsi alınmış X3 ifadəsində “## ### 2008-ci ildən Zərdab rayon Mərkəzi Xəstəxanasının PHŞ Poliklinika şöbəsində ’’Yüngül dərəcəli əqli gerilik" diaqnozu ilə dispanser qeydiyyatındayam. 2008-ci ildən 2016-cı il tarixə kimi mən əlliklə bağlı təqaüd almışam, lakin 2016-cı ildən əlilliyim dayandırılmışdır. Ağdaş şəhər sakini X4 xəstəliyimdən istifadə edib məni aldadaraq Bakı şəhərində yerləşən * saylı "Asan xidmət" Mərkəzinə aparmış, orada mənim adımdan səlahiyyətlər əldə etmək məqsədilə 08 və ## ###### 2025-ci il tarixlərdə 7E-3175, 7E-3402 və *E-**** nömrəli etibarnamələr rəsmiləşdirmişdir. X4 etibarnamələri rəsmiləşdirdikdən sonra mənim adıma "Tamdekar Trade" və "xxxx" MMC- ləri təsis edərək həmin müəssisələrin vergi orqanında qanuni təmsilçisi kimi qeydə aldırmış, məni fərdi sahiblkar kimi rəsmiləşdirmiş və adıma bank hesabları açdırmışdır. X4 etibarnamələri rəsmiləşdirdikdən və məni qanuni təmsilçi kimi qeydə aldırdıqdan sonra qanunsuz əldə etdiyi səlahiyyətlərdən istifadə edib cinayət əməlləri törətmişdir. X4 mənim adıma qeydə aldırdığı hüquqi şəxslərin və fərdi sahibkar kimi özümün böyük məbləğdə vergi və icbari sığorta borclarım yaranmışdır. Rafiqin cinayət əməllərinə görə Azərbaycan Respublikası Baş Prokurorluğunun Istintaq Idarəsində cinayət işi başlanılmış və istintaq qrupu yaradılaraq CM-nin 179.3.2, 193.2.2, 193.2.3, 213.2.2, 313 və 308.2-ci maddələri ilə ********* nömrəli böyük həcmli cinayət işi istintaq olunur. Mən də Rafiqin hərəkətlərindən Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət etmişəm. ## ##### 2025-ci il tarixli M***/SAS** nömrəli "xxxx" MMC ilə "xxxx" MMC-nin arasında bağlanılmış nisyə alqı-satqı müqaviləsi ilə tanış oldum, lakin mən "xxxx" MMC-ni tanımıram, həmin MMC ilə heç vaxt müqavilə bağlamışam, həmin müqavilədən məlumatım yoxdur, müqavilədə göstərilən dəmir boruları görməmişəm və bilmirəm, mən ilk dəfədir ki, həmin müqaviləni görürəm, müqavilənin məzmunu bilmirəm, müqavilədə olan imza mənim tərəfindən icra edilməmiş və kim tərəfindən icra edilməsini də bilmirəm. Mən heç vaxt "xxxx" MMC- nin direktoru vəzifəsini icra etməmişəm, həmin MMC-ni mən təsis etməmişəm, Rafiq mənim xəstəliyimdən istifadə edərək mənim adımdan təsis edərək məni direktor təyin etmişdir.” məzmununda fikir ifadə etsə də hazırda mübahisələndirilən Abşeron Rayon Prokuroru, R Şəfahət Imranov tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarda bu hala ümumiyyətlə qiymət verilmədiyi müəyyən edilir”. Odur ki, bu hissə üzrə də zəruri araşdırma davam etdirilməli, X19 ifadəsi alınmalı, tərəflər arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilməli və bundan sonra əmələ hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası bununla bağlı da qeyd edir ki, iş materiallarından, məhkəmə qərarından, həmçinin ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərardan verilmiş şikayətdən də göründüyü kimi həmin xüsusat üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunun Istintaq Idarəsində cinayət işi başlanılmış və istintaq qrupu yaradılaraq CM-nin 179.3.2, 193.2.2, 193.2.3, 213.2.2, 313 və 308.2-ci maddələri ilə ********* nömrəli cinayət işi mövcuddur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, birinci instansiya məhkəməsi prokurorluq tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə baş Idarəsi-nə ( bundna sonra KQMBI) sorğu verilərək əldə edilmiş ##.##.2026-cı il tarixli, *-*-***/*-******/**** nömrəli cavab məktubu ilə kifayətlənilərək ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərara münasibət bildirirək, rədd edilən halların KQMBI-nin ## ###### 2025-ci il tarixli cinayət işinin icraatına xitam verilməsi haqqında qərarında tam əhatə olunmadığını qeyd etmişdir və prokuror tərəfindən sözügedən qərar əldə edilməyərək yalnız cavab məktubuna istinad etməsini vurğulamışdır. Iş materiallarına əlavə olunan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə baş Idarəsi tərəfindən qəbul edilmiş “cinayət işinin icraatına xitam verilməsi haqqında ”## ###### 2025-cı il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Icraata Azərbaycan Respublikası Cinayet - Prosessual Məcəllənin 39.1.2-ci maddəsinin tələblərinə əsasən xitam verilmişdir. Bundan başqa həmin qərarda "xxxx" MTK ilə "xxxx" MMC arasında bağlanılmış müvafiq borc müqaviləsində girov qismində rəsmiləşdirilmiş dəmir boruların ələ keçirilməsinə dair müraciət üzrə araşdırma zamanı məsələnin mülki hüquqi xarakterli olması müəyyən edildiyindən həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsi göstərilmişdir. Göründüyü kimi başlanmış cinayət işi üzrə ləğv olunmamış cinayət işinin icraatına xitam qərarı, digər hallarla bağlı isə mülki və kommersiya mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur. AR CPM-nin 65.7-ci maddəsinə əsasən məhkəmənin mülki iş, kommersiya və ya inzibati mübahisə üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan üçün hadisənin olub-olmaması hissəsində məcburidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi öz qərarında, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən qəbul edilmiş və ləğv olunmamış “cinayət işinin icraatına xitam verilməsi haqqında ”## ###### 2025-cı il tarixli qərarını şübhə altına almadığını qeyd etsədə, nədənsə ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarının tam araşdırılmadan çıxarıldığını vurgulayaraq və əlavə mülki qaydada həllini tapmış məsələlərlə bağlı göstəriş verərək qərarı ləğv edir. Halbuki, Abşeron Rayon Prokuroru Şəfahət Imranov ## #### 2026-cı il tarixdə “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərar qərar qəbul edərkən CPM-nin 39.1.7 maddəsinə istinad edərək, yəni şəxs barəsinlə eyni ittiham üzrə müstəntiqin cinayət işi başlanmasına xitam verilməsini əsas götürmüşdür. Azərbaycan Respublikası CPM-nin 39.1.7. maddəsinə əsasən şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Azərbaycan Respublikası CPM-nin 65.1 maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Göründüyü kimi, işə baxan hakim həqiqətən də ## ###### 2025-cı il tarixli qərarın qüvvədə olmasını şübhə altına almır və həmin qərarda göstərilənlərlə bağlı araşdırma aparılmasını nəzərdə tutmursa onda “xxxx” MTK-nın direktoru X19 tərəfindən şikayət verən şəxs1 adına rəsmiləşdirilmiş 51 və ** saylı mənzillərin sonradan şikayət verən şəxs2 təkrarən satılması, eləcə də MTK ilə “xxxx” MMC arasında bağlanılmış müvafiq borc müqaviləsi üzrə girov qismində rəsmiləşdirilmiş dəmir boruların MTK-nın direktoru tərəfindən qanunsuz olaraq ələ keçirilməsi faktları üzrə, yəni eyni ittiham üzrə cinayət işinin icraatına xitam verilməsi haqqında ləğv edilməmiş qərar olduğu halda başlanılmış cinayət işi üzrə icraata xitam verilməli olduğunun qanunsuz olması qənaətinə gəlməkdə cinayət-prosessual qanunvericilik çərçivəsində həyata keçirilməsi prosedurunu nəzərə almamış, yəni tərəfindən işin müəyyən olunmuş hallarına düzgün hüquqi qiymət verilmədən prokurorun qərarının ləğv edilməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Beləliklə, Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyası məhkəmə nəzarəti qaydasında olan material və cinayət işinin materiallarını araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, apellyasiya protestinin və apellyasiya şikayətin təmin edilməsinə dair prokurorun nümayəndəsinin və vəkilin, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarın dəyişdiriləmədən saxlanması barədə nümayəndə və vəkilin çıxışlarını dinləyib hesab edir ki, Abşeron rayon prokuroru, R Şəfahət Imranov tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarın qanunsuz hesab edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı apellyasiya protesti və apellyasiya şikayətinə əsasən ləğv edilməli, Abşeron rayon prokuroru, R Şəfahət Imranov tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı qanuni hesab edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası CPM-nin 451.1.2, 453 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Abşeron rayon prokuroru, R Şəfahət Imranov tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarın qanunsuz hesab edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı apellyasiya protesti və apellyasiya şikayətinə əsasən ləğv edilsin. Abşeron rayon prokuroru, R Şəfahət Imranov tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərar qanuni hesab edilsin. Apellyasiya protesti və apellyasiya şikayəti təmin edilsin. Qərardan şikayətə və ya protestə təkrarən baxılmasına yol verilmir.
Məhkəmə qərarları › İş №6(3-8)-48/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-48/2026
13.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver