Məhkəmə qərarları › İş №6(3-8)-49/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-49/2026

17.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-49/2026 17.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Məmmədov Bilal Mahir oğlu (sədrlik edən və məruzəçi), X2 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Nabalıyeva Aynur Akif qızının katibliyi, Sumqayıt şəhər Prokurorluğunun nümayəndəsi X1, “xxxx” ASC-nin nümayəndəsi Şikayət verən şəxs iştirakı illə, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddətin bərpa edilməsinə dair vəsatətin rədd edilməsi haqqında Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: “xxxx” ASC-nin nümayəndəsi Şikayət verən şəxs şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt ŞPİ-nin İŞ-nin rəis müavini cənab Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ##.##.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarını ləğv edib ibtidai araşdırmanın davam etdirilməsi üçün iş materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə şikayətçi Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin edilməmişdir (Hakim Elşad Əliyev). Şikayət verən şəxs apellyasiya şikayəti verərək, məhkəmənin mübahisə olunan qərarının ləğv edilməsini, şikayətin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin *(*-*)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından şikayətçi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti prosessual müddət ötürülməklə verildiyindən şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir (hakimlər B.M.Məmmədov (sədrlik edən və məruzəçi), K.N.Muxtarov və E.M.Əhmədov). Şikayətçi Şikayət verən şəxs ##.##.2026-cı il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, *(*-***)-**/**** saylı məhkəmə qərarı ##.##.2026-cı il tarixdə elan edilmişdir. Həmin qərar elektron-məhkəmə kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir. Həmin qərarı aldıqdan sonra tərəflərindən ##.##.2026-cı il tarixdə şikayət verilmişdir. Həmin iş üzrə ##.##.2026-cı il tarixdə. *(*-*)-**/**** saylı həmin qərar elektron məhkəmə kabinetinə ##.##.2026-cı il tarixdə yüklənilmişdir. Apellyasiya Məhkəməsinin qərarında tərəflərindən şikayət müddətinin buraxıldığı bildirilmişdir. Qeyd edir ki, *(*****)-**/**** saylı qərar elektron məhkəmə kabinetinə ##.##.2026-cı il tarixdən yüklənilib. Bu səbəbdən də fiziki olaraq həmin qərardan şikayəti ##.##.2026-cı il tarixə münasibətdə 3 gün ərzində təqdim edə bilməzdilər. Cari işin həssas xarakter daşıdığını, xüsusən ifadələr arasında ziddiyyətin olmasını, daha öncə məhkəmə qaydasında müəyyən edilən hallarda cari iş üzrə hüquq-mühafizə orqanı tərəfindən alınmış zahatlardan biri arasında ciddi ziddiyyət olmasını və s. məqamlarını nəzərə alınmasını xahiş edir. Belə ki, indiki halda Bankın maraqlarının qorunması ilə bərabər, ümumiyyətlə obyektiv həqiqətin aşkarlanmama təhlükəsi, qanunazidd əməlin cəzasız qalaraq, digər analoji hallarda olan marjinal şəxslərə də neqativ mənada "motivasiya" yaratma təhlükəsi də var. Qeyd edilənləri nəzərə alaraq, buraxılmış müddətin üzrlü hesab edilərək, bərpa edilməsini və işin icraata qəbul edilməsini, apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün Apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il, *(*-***)-**/**** nömrəli qərarı ilə «xxxx» ASC-nin nümayəndəsi Şikayət verən şəxs Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərarından apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsinə dair vəsatəti rədd edilmişdir (hakim Fərid Nəsimiyev). Həmin qərardan Şikayət verən şəxs apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və buraxılmış müddətin üzrlü hesab edilərək, bərpa edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin *(*- ***)-**/**** saylı ##.##.2026-cı il tarixli qərarı elektron məhkəmə sisteminə ##.##.2025-ci il tarixdə yüklənilmişdir. Həmin qərar yüklənən andan 3 gün hesablandıqda, ##.##.2026-cı il tarixə düşür ki, bu tarix də özlüyündə qeyri-iş vaxtına təsadüf edirdi (həftəsonu). Faktiki olaraq həmin qərardan şikayət etmək imkanını həftənin bazar ertəsi əldə edəcəkdi (##.##.2026) Tərəfindən həmin qərardan şikayət iş həftəsinin başlanılması gözlənilmədən, ##.##.2026-cı il tarixdə yüklənilərkən, texniki yalnışlıq nəticəsində müddət bərpası barədə qrafa seçilmədən və müddət bərpasına dair ərizə təqdim edilmədən elektron məhkəmə kabinetinə yüklənilmişdir. İş üzrə elektron məhkəmə kabinetindən də görünür ki, həmin işə məhkəmə tərəfindən baxılarkən, tərəfindən elektron məhkəmə kabinetinə əlavə vəsatət və işə iştirakları olmadan baxılmasına dair ərizə yüklənilmişdir. Lakin müddət bərpasına dair əlavə vəsatət yüklənilməmişdir, çünki həmin şikayət ərizəsi elektorn məhkəmə kabinetinə yüklənilərkən, "müddətin bərpa edilməsi" qrafası texniki yalnışlıq nəticəsində seçilməmişdir və bütün bu müddət ərzində şikayət ərizəsinin həmin qrafa seçilməklə verildiyini zənn etmişdir. Bu hal xalis texniki yalnışlığın nəticəsidir. Apellyasiya instansiyası məhkəməsinin iclasında “xxxx” ASC-nin nümayəndəsi Şikayət verən şəxs apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak edən Sumqayıt şəhər Prokurorluğunun nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, məhkəmənin mübahisə edilən qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin mübahisə olunan qərarı ## #### 2026-cı il tarixində elan olunmasına baxmayaraq, şikayətçi qərarın elan olunmasından 5 gün keçdikdən sonra, yəni ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə apellyasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddətin bərpa edilməsinə dair vəsatət təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı elan edildikdən sonra bir gün ərzində, yəni ##.##.2026-cı il tarixində saat 10.02-də elektron kabinetə yerləşdirilmiş, bununla da şikayətçinin qərarla həmin tarixdən tanış olmaq imkanı yaranmışdır. ##.##.2026-cı il tarix həftənin 2-ci günü olmuş, 19-u tarixinədək iş günləri olmuşdur. Lakin şikayətçi ##.##.2026-cı il tarixində, yəni 5 gün sonra elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Həmçinin, vəsatət vermiş şəxs məhkəmə iclası zamanı apellyasiya şikayətinin ötürülmə səbəbi ilə bağlı hər hansı üzrlü səbəb göstərə bilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 382.2-ci maddəsinə əsasən məhkəmə nəzarəti qaydasında birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərarlardan apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə icraat bu Məcəllənin 452-454-cü maddələrinin müddəalarına müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılır. Həmin məcəllənin 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi məsələsi və ya bundan imtina edilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən elan olunduqdan sonra 3 (üç) gün müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, hakimin qərarından, bilavasitə apellyasiya instansiyası məhkəməsinə və ya qərarı qəbul etmiş məhkəmənin vasitəsilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər. Məhkəmə kollegiyasının fikrincə, birinci instansiya məhkəməsinin apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə vəsatətin rədd edilməsinə dair qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətində göstərilən dəlillər ("texniki yanlışlıq" və ya "bazar ertəsini gözləmə") qərardan apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)- **/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prossesual müddətin bərpa edilməsinə dair vəsatətin rədd edilməsi haqqında Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-in 452 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəməsi kollegiyası Qərara aldı: “xxxx” ASC-nin nümayəndəsi Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar