Məhkəmə qərarları › İş №6(3-8)-51/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-51/2026

23.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-51/2026 23.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Məmmədov Bilal Mahir oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsəvər İsmayıl oğlunun katibliyi, Şikayət vermiş şəxs Şikayət verən şəxs və onun vəkili Nümayəndə Bahadır oğlunun, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) nümayəndəsi, III dərəcəli hüquqşunas X1 iştirakı ilə, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) müstəntiqi X3 “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi barədə” ## ### 2026-cı il tarixli qərarının qanunsuz hesab edilməklə, ləğv edilməsi barədə Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsinə dair Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 6(5-154)-7/2026 nömrəli qərarından şikayət vermiş şəxsin vəkili Nümayəndə Bahadır oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs məhkəməyə müraciət edərək, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) müstəntiqi X3 “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi barədə” ## ### 2026-cı il tarixli qərarının qanunsuz hesab edilməklə, ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 6(5-154)-7/2026 nömrəli qərarı ilə Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) müstəntiqi X3 “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi barədə” ## ### 2026-cı il tarixli qərarının qanunsuz hesab edilməklə, ləğv edilməsi barədə Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi və həmin qərarın qanuni hesab edilməsi qərara alınmışdır (Hakim Ələkbərov Bəylər Ramiz oğlu). Şikayətçinin vəkili Nümayəndə Bahadır oğlu apellyasiya şikayəti verərək, Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 6(5-154)-7/2026 nömrəli qərarının ləğv edilməsini, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb hesab edir ki, vəkil Nümayəndə Bahadır oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə material icraata qəbul edilməməlidir. Belə ki, məhkəmənin mübahisə olunan qərarı ## #### 2026-cı il tarixində elan olunmasına baxmayaraq, 13 gün keçdikdən sonra yəni ## #### 2026-cı il tarixdə apellyasiya şikayəti verilmişdir və birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən olunmuş qaydada müvafiq qərar qəbul olunmamışdır. Göründüyü kimi vəkil Nümayəndə Bahadır oğlu tərəfindən apellyasiya şikayəti verilməsi müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 382.2-ci maddəsinə əsasən məhkəmə nəzarəti qaydasında birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərarlardan apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə icraat bu Məcəllənin 452- 454-cü maddələrinin müddəalarına müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılır. Həmin məcəllənin 454-cü maddəsinə əsaən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi məsələsi və ya bundan imtina edilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 452.1-ci maddəsinə əsaəsn elan olunduqdan sonra 3 (üç) gün müddətində həbs qismində qətimkan tədbirinin seçilməsi və ya bundan imtina barədə, habelə həbsdə saxlama müddətinin uzadılması, hakimin qərarından, bilavasitə apellyasiya instansiyası məhkəməsinə və ya qərarı qəbul etmiş məhkəmənin vasitəsilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror tərəfindən protest, təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya qanuni nümayəndəsi, habelə zərər çəkmiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən isə şikayət verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 203.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı müddətlər keçdikdən sonra aparılan prosessual hərəkətlər müddət bərpa edilməmişsə, etibarsız sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 203.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarından şikayət vermə müddəti bitmişsə, onun icrası göstərilən şəxsin vəsatəti və ya xahişi ilə buraxılmış müddətin bərpa edilməsi məsələsinin həllinədək dayandırıla bilər. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, hazırkı material üzrə məhkəmənin qərarından verilmiş apellyasiya şikayətinə baxılması mümkün olmadığından Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 6(5-154)-7/2026 nömrəli qərarından şikayət vermiş şəxsin vəkili Nümayəndə Bahadır oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə Kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflərə qeyd olunan qərardan şikayət vermə müddətinin bərpa olunması barədə vəsatət vermə hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 452 və 454-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə R A R A A L D İ: Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, 6(5-154)-7/2026 nömrəli qərarından şikayət vermiş şəxsin vəkili Nümayəndə Bahadır oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan protest və ya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar