Məhkəmə qərarları › İş №6(3-8)-52/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-52/2026

28.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-52/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Məhəmmədəli Əsəd oğlu Rzayevin sədrliyi və məruzəsi ilə, hakimlər X31 və X34 ibarət tərkibdə, Məhkəmə iclas katibi X12 iclas katibliyi, Şikayətçi-Şikayət verən şəxs, onun nümayəndəsi Nümayəndə, həmçinin nümayəndəsi və vəkili Müdafiəçi, Qərarından şikayət verilən şəxs Siyəzən rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X13 iştirakları ilə, Siyəzən rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən Nurlana Bayramlının “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarının qanunsuz hesab edilməklə, ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməsinə dair Siyəzən rayon məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarından Siyəzən rayon prokuroru, R İsmayıl Abiyev tərəfindən verilmiş apellyasiya protestinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi Şikayət verən şəxs həm özü, həm də nümayəndəsi və vəkili Müdafiəçi vasitəsi ilə Siyəzən rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən Nurlana Bayramlının “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarının qanunsuz hesab edilməklə, ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Siyəzən rayon məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı ilə şikayətin qismən təmin edilməsi, Siyəzən rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən Nurlana Bayramlının “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarının qanunsuz hesab edilməsi və həmin qərarın ləğv olunması, material üzrə araşdırmanın davam etdirilməsi, şikayətin qalan hissədə təmin edilməməsi, **c-** saylı material araşdırmanın davam etdirilməsi üçün Hərəkətindən (qərarından) şikayət verilən orqan qaytarılması qərara alınmışdır. Qeyd olunan qərardan narazı qalan Siyəzən rayon prokuroru, R İsmayıl Abiyev apellyasiya protesti verərək, Siyəzən Rayon məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- */**** nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Siyəzən rayon məhkəməsinin hakimi tərəfindən tərəflər arasında olan münasibətlərin müqavilə münasibəti və ya cinayət tərkibi yaradan münasibət olub-olmamasını müəyyən etmək üçün mübahisəli avadanlığın dəqiq kimə məxsus olması, bu münasibətin xarakteri, Əliqurban Məmmədovun müəssisəsində mövcud olan avadanlığın mübahisəli avadanlıq olub-olmaması, müsbət halda hansı əsaslarla həmin müəssisədə olması, tərəflərin arasında olan münasibətdə onların niyyəti və bu münasibətdə üçüncü şəxsin mövcudluğu araşdırılmalı olduğu qənaətinə gəlinmişdir. Halbuki, ibtidai araşdırma orqanı tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmış və aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Camalov İlqar Asif oğlu 2019-2023-cü illər ərzində hissə-hissə olmaqla X25 ümumilikdə 673.000 manat borca pul almış, ##.##.2024-cü il tarixli borc öhdəliyi ilə bağlı sənəd tərtib edilməklə İlqar Camalov borcunu etiraf etmiş, sonuncunun qardaşı Vüqar Camalov da həmin sənədi təsdiq etmişdir. 21 və ## ######## 2023-cü il tarixlərdə X25 İlqar Asif oğlunun borcunun bir hissəsinin qarşılığında İlqar Camalovun razılığı əsasında sonuncuya məxsus Xaçmaz rayonu Bakı Quba yolunun sağ tərəfində yerləşən obyektdəki və Xaçmaz şəhərində yerləşən kabel satışı mağazasının arxa tərəfində yerləşən obyektdəki avadanlıqları, eləcə də Xaçmaz şəhərində yerləşən “DEO” adlı mağaza ilə üzbəüz olan obyektdə yerləşən sözügedən “xxxx” markalı avadanlıqları, sellofan materiallar və plastik tullantıları evakuator və yük maşınları vasitəsilə daşıyaraq Şabran rayonu Ağalıq kəndində yerləşən obyektə aparmışdır. ##.##.2024-cü il tarixdə xxxx MMC təsis edilmiş, MMC-nin direktoru Əliqurban Məmmədov təyin edilmiş, “xxxx” MMC-nin nizamnamə kapitalına ümumilikdə dəyəri 265.385 manat olan həm mübahisələndirilən, həm də digər avadanlıqlar daxil edilmiş, həmin əmlaklar xxxx MMC-nin mülkiyyətində olmaqla vergi orqanlarında dövlət qeydiyyatına alınmışdır. Bundan başqa, aparılmış araşdırma zamanı Şikayət verən şəxs və Nümayəndə izahatlarında Xaçmaz rayonu, Bakı Quba yolunun sağ tərəfində yerləşən obyektdəki sıxma, vanna və doğrayıcıdan ibarət “xxxx” markalı avadanlığın onlara məxsus olmasını qeyd etsələr də, bunu təsdiq edən hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişlər. Araşdırma materiallarında olan * saylı Ərazi vergi orqanı tərəfindən Şikayət verən şəxs vergi, faizlər və maliyyə sanksiyaları üzrə ödənilməmiş borcları olduğuna görə 1.500 və 7.500 manat dəyərində avadanlıqların - əmlakların siyahıya alınması haqqında protokolda və məhkəmə qərarlarında yük daşıyan aparat və “xxxx” markalı avadanlığın hərracda satılması ilə bağlı məhkəmə qərarları çıxarılsa da, həmin sənədlərdə qeyd olunan avadanlıqların fərdi xüsusiyyətləri (nömrə, nişan və s) göstərilməmişdir. Həmçinin, Nümayəndə və Şikayət verən şəxs izahatlarında həmin “xxxx” markalı doğrayıcı aparatın onlara məxsus olmasını, avadanlıqları türk vətəndaşı Akif Sakaldan öz pulları ilə alıb öz obyektlərində quraşdıraraq işlədiklərini, 2023-cü ilin sentyabr ayında həmin avadanlığı və orada olan 75 ton xammalı Əliqurban Məmmədov adlı şəxsə, sonuncunun müraciəti əsasında götürüləcək kredit üçün bankın əməkdaşlarına göstərmək məqsədilə bir aylıq müddətə onun Şabran rayonu, Ağalıq kəndində yerləşən sexinə göndərdiklərini, Ə.Qurbanovun isə onları aldadaraq həmin avadanlığı və xammaldan əldə edilən gəliri onlara qaytarmadığını bildirmişlər. Şikayət verən şəxs və Nümayəndə qeyd etdiyi həmin xüsusatları araşdırma zamanı izahatı alınmış və həmin dövrdə qeyd olunan obyektdə işləyən X6, X9, X10, X5, X7, X21, X14 və X8 qismən təsdiq etmişdirlər. Belə ki, onlar izahatlarından qeyd olunan avadanlığın Nümayəndə məxsus olmasını yalnız sonuncunun sözü ilə bildiklərini qeyd etmişlər, həmin avadanlığın onun tərəfindən alınmasında isə birbaşa iştirak etməmişdirlər. Həmçinin, avadanlığın və xammalın Əliqurban Məmmədovun müraciəti əsasında bank işçilərinə göstərilməsi üçün bir aylıq müddətə onun sexinə aparılmasını bilmədiklərini demişlər. Əksinə həmin şəxslər izahatlarında 2023-cü ilin sentyabr ayında Nümayəndə və oğlu Şikayət verən şəxs onlara həmin avadanlıqları Şabran rayonu, Ağalıq kəndində yerləşən sexə daşımağı və bundan sonra orada işləyəcəklərini, X35 şərik olduğunu söyləmişlər. Avadanlıqlar da Ə.Məmmədovun sexinə aparılıb quraşdırıldıqdan sonar qeyd olunan işçilər oraya gedərək işlərini orada davam etdirmişlər.Bundan əlavə, araşdırma zamanı izahatları alınmış həmin dövrdə qeyd olunan obyektdə işləyən X2, X19, X4, X3, Balabəyova Minara İldam qızı və X50 izahatlarında həmin avadanlığın İlqar Camalov tərəfindən alındığını, avadanlığın İ.Camalova məxsus olmasını və onun sözü ilə avadanlığı olduğu yerdən sökərək Ə.Məmmədovun Şabran rayonunda yerləşən sexinə aparılıb quraşdırıldığını bildirmişlər. Həmçinin, özləri də işlərini orada davam etdirmişlər. Qeyd edilir ki, araşdırma zamanı izahatı alınmış X26 da bildirmişdir ki, Xaçmaz-Quba yolu üstündə suvarma sistemləri üçün plastmas boru istehsal edən sexi İlqar Camalov işlətmiş və 2020-ci ildən özü də orada işləmişdir. Nümayəndə da bundan sonra tanımışdır. Həmin vaxtlar İlqarla Azərin şərik olduğunu eşitmişdir. Lakin, müdir kimi İlqar Camalovu tanımışdır. Həmin ilin payız aylarında sexə sıxma, vanna və doğrayıcıdan ibarət “xxxx” markalı avadanlığın alınmasına zərurət yarandığından həmin avadanlığın satışı ilə məşğul olan, əvvələr tanıdığı Türkiyə Respublikasının vətəndaşı Akif Sakal adlı şəxslə İlqar Camalovu və Nümayəndə tanış etmiş və onlar öz aralarında razılığa gəlmişlər. Həmin ərəfələrdə 1000 ABŞ dollarından artıq pul göndərmək mümkün olmadığından həm onun, həm Azərin, həm də orada işləyən işçilərin vasitəsilə Akif Sakala pul göndərilmişdir. O, özü də bir neçə dəfə banka gedib həm İlqar Camalovun ona verdiyi müəyyən məbləğdə pulları, həm də Azərlə birlikdə bir neçə dəfə banka gedib Akif Sakalın hesabına pul göndərmişdir. İzahatı alınmış şahidlər də izahatlarında sıxma, vanna və doğrayıcıdan ibarət “xxxx” markalı avadanlığın məhz Nümayəndə və Şikayət verən şəxs məxsus olmasını, onlar tərəfindən alınmasını birbaşa təsdiq etməmişlər. Əgər həmin avadanlıq və 75 ton çəkidə xammal Nümayəndə və Şikayət verən şəxs məxsus olsa və həmin avadanlıqla xammalı Əliqurban Məmmədova sonuncunun müraciəti əsasında götürüləcək kredit üçün bankın əməkdaşlarına göstərmək məqsədilə bir aylıq müddətə versə idilər belə, hansı səbəbdən işçilərə bundan sonra işlərin orada davam etdiriləcəyi, onların da orada işləyəcəkləri bildirilirdi. Həmçinin, aralarında hər hansı şəxsi münasibətləri, dostluqları və bu zəmində bir-birilərinə inamları olmayan Nümayəndə Əliqurban Məmmədovla heç bir müqavilə bağlamadan ona inanaraq banka göstərməsi üçün üç hissədən ibarət olan həmin avadanlığı müəyyən xərc çəkilərək quraşdırıldığı yerdən sökülməsi, başqa əraziyə daşınması və yenidən həmin ərazidə quraşdırılması inandırıcı deyildir. Hətta, Nümayəndə və Şikayət verən şəxs da izahatlarında Əliqurban Məmmədova verdiklərini iddia etdikləri avadanlıqları və xammalı sonuncunun işlədərək əldə edilmiş gəlirdən onlara pul verəcəyini qeyd etmişlər. Bütün bunlardan belə nəticəyə gəlmək olur ki, qeyd olunan avadanlığın və xammalın Əliqurban Məmmədovun sexinə aparılaraq orada qurşadırılmasından və artıq orada işinə davam edəcəyindən həm İlqar Camalovun, həm Nümayəndə, həm də Şikayət verən şəxs məlumatları və razılıqları olmuşdur. Vurğulanır ki, araşdırma zamanı Xaçmaz rayonunda yerləşən obyektdə olan digər əşyalar, yəni sellofan və plastik tullantılar, doğranmış halda kisələrə yığılmış mallar, o cümlədən paddon, dəmir materiallı digər əşyalar da Şikayət verən şəxs və Nümayəndə tərəfindən X25 təhvil verilməmiş, bununla bağlı hər hansısa təhvil-təslim aktı tərtib edilməmiş, hansı çəkidə və ölçüdə malların təhvil verilməsi müəyyən edilməmişdir. Eyni zamanda X25 ilə Şikayət verən şəxs və Nümayəndə arasında qeyd edilən avadanlıqların və əşyaların (malların) təhvil verilməsi və sonradan geri qaytarılması ilə bağlı heç bir rəsmi sənəd tərtib edilməmiş, həmçinin X25 əldə olunan gəlirdən Şikayət verən şəxs və ya Nümayəndə hansısa məbləğdə pul vəsaiti ödəməli olması ilə bağlı heç bir rəsmi sənəd tərtib edilməmişdir. Aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı mübahisəli avadanlığın İlqar Camalova məxsus olması, Əliqurban Məmmədovun müəssisəsində mövcud olan avadanlığın mübahisəli avadanlıq olması, həmin avadanlığın İ.Camalovun Ə.Məmmədova olan börcu əvəzinə digər avadanlıqlarla birlikdə sonuncuya verilməsi öz təsdiqini tapmışdır. Siyəzən rayon məhkəməsi tərəfindən ## #### 2026-cı il tarixdə qeyd olunan material üzrə qəbul edilmiş qərardan verilən şikayətə məhkəmə nəzarəti qaydasında qeyd olunan işə baxılarkən artıq verilmiş bütün sorğuların cavabları gələrək iş materiallarına əlavə edilmiş və həmin məlumatlarda cinayət təqibi üzrə əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. Lakin, buna baxmayaraq məhkəmə öz qərarında əsassız olaraq verilmiş sorğuların cavablarının əldə olunmadığını qeyd etmişdir. Halbuki, işə baxılarkən həmin cavablar iş materiallarında olmuşdur. Şikayətçi Şikayət verən şəxs nümayəndəsi və vəkili Müdafiəçi Apellyasiya məhkəməsində bildirmişdir ki, hadisə ilkin olaraq Xaçmaz rayonu ərazisində baş vermişdir. Mübahisənin tərəfləri arasında şərikli münasibətləri olan İlqar və Əliqurban adında şəxslər vardır. Əliqurban iddia edir ki, bu avadanlıqları İlqarın ona olan borcu əvəzində götürmüşdür. Lakin tərəflərin istehsalat sahələri tamamilə fərqli ünvanlarda yerləşir. İlqarın istehsalat müəssisəsi Bakı prospektində, Nicatın xammal istehsal edən müəssisəsi Qubada, avadanlıqları isə öz sexində olmuşdur. Nicatın avadanlığı ilə İlqarın əmlakı ayrı-ayrı müəssisələrdə yerləşir. Nicat baş vermiş hadisə ilə bağlı müxtəlif dövlət orqanlarına müraciət etdikdən sonra onun yanına gəlmişdir. O da ona izah etmişdir ki, bu şikayətə aidiyyəti üzrə Xaçmaz Rayon Polis Şöbəsində (RPŞ) baxılmalıdır. Nicat Xaçmaz RPŞ-nə müraciət etdikdən sonra qarşı tərəf çağırıldı və ona vurulmuş ziyanı ödəmək, habelə qaziyə aid əmlakı geri qaytarmaq tələbi qoyuldu. Növbəti dəfə çağırıldıqda isə qarşı tərəf bildirdi ki, iş Xaçmaz RPŞdən alınaraq Şabran Rayon Prokurorluğuna veriləcəkdir. Maraqlı tərəf budur ki, nə onların, nə də qarşı tərəfin işin Şabran Rayon Prokurorluğuna göndərilməsi haqqında hər hansı vəsatəti və ya müraciəti olmamışdır. Buna baxmayaraq, işi Xaçmaz RPŞ-dən alaraq Şabran Rayon Prokurorluğuna həvalə etmişlər və orada faktiki olaraq qarşı tərəfin vəkili qismində çıxış etmişlər. Prokurorluğun protestinə nəzər saldıqda onun tamamilə müdafiə xarakterli yazıldığı görünür. Hadisə Xaçmaz rayonu ərazisində baş verdiyindən və həmin vaxt fiziki şəxs tərəfindən törədildiyindən, işin Şabrana aparılması ilkin narazılığına səbəb olmuşdur. Sentyabr ayında əldə olunmuş bu avadanlıqlarla bağlı iş Şabran Rayon Prokurorluğunda araşdırıldıqdan sonra cinayət işinin başlanması rədd edilmiş, daha sonra Baş Prokurorluq işi Şabrandan alaraq Hərəkətindən (qərarından) şikayət verilən orqan tapşırmışdır. Qeyd edir ki, Əliqurban ilə İlqar şərikli münasibətdə olmuşlar. Nicat isə öz evini girov qoyaraq "xxxx"dan kredit götürmüşdür və girov müqaviləsində kreditin məhz istehsalat müəssisəsi qurmaq üçün ayrıldığı aydın göstərilmişdir. Vətən müharibəsindən qayıtdıqdan sonra ailə biznesi qurmaq qərarına gəlmiş, Türkiyədən kustar üsulla hazırlanmış xammal istehsal edən avadanlıqlar alaraq öz müəssisələrinə yerləşdirmişlər. Müəssisə tullantılardan boru üçün xammal istehsal edir, İlqar isə həmin xammaldan boru düzəldir. Şimal zonasında boru və kabel istehsalı ilə məşğul olan tək şəxs İlqar olduğuna görə Nicatın xammalı satacağı başqa müştəri olmamışdır. İlqar Əliqurbandan faizlə pul almış, lakin ödəyə bilmədiyi üçün borc faizlərlə birgə 673.000 manata çatmışdır. İlqarın müflisləşdiyini və banklara milyonlarla borcu olduğunu görən Əliqurban avadanlıqları ələ keçirmək üçün ona Şabran rayonunun Ağalıq kəndindəki torpaq sahəsində birgə müəssisə qurmağı və gəlirdən borcları bağlamağı təklif etmişdir. İlqar buna razılaşmış və öz heyəti ilə birlikdə avadanlıqları ora köçürmüşdür. Sentyabr ayında İlqar iflic, Nicat isə ürək qüsuru ilə xəstəxanada yatarkən Əliqurban Nicata təklif etmişdir ki, "xxxx"dan 500.000 manat kredit almaq üçün onun da avadanlıqlarını müvəqqəti həmin sahəyə gətirsinlər, banka komplekt zavod kimi göstərsinlər. Həmçinin 80.000 manatlıq xammalın pulunu və əlavə qazancı verəcəyini vəd etmişdir. Nicat bu təkliflə razılaşmışdır. Nicata aid avadanlıqların İlqara aid olmadığını təsdiq edən Sumqayıt İnzibati Məhkəməsinin qərarı var, çünki Nicatın vergi borcuna görə 9 ay öncə həmin avadanlıqlara həbs qoyulmuşdur. Həmçinin aparatı Nicata satan Akif adlı şəxs də dindirmə zamanı avadanlığı məhz Nicata satdığını təsdiq etmişdir. Müəyyən müddət keçdikdən sonra Nicat avadanlıqlarını və pulunu tələb etdikdə, Əliqurban əmlakı qaytarmaqdan imtina edərək onların İlqara aid olduğunu və borc əvəzi götürdüyünü iddia etmişdir. Halbuki İlqar da, Əliqurban da izahatlarında həmin aparatların Nicata aid olduğunu və müvəqqəti gətirildiyini şifahi olaraq təsdiqləmişlər. Şabran Rayon Prokurorluğunun inzibati binasında Əliqurban Nicatla halallaşacağını bildirsə də, avadanlıqları qaytarmaqdan boyun qaçırmış, araya elçilər salaraq vaxt uzatmışdır. Ayın 6-da qərar qəbul olunmuş, 18-də isə prokurorluğa rəsmi sorğular ünvanlanmışdır. Qeyd olunanların nəzərə alınaraq apellyasiya protestinin təmin edilməməsini xahiş etmişdir. Şikayətçi Şikayət verən şəxs və onun nümayəndəsi Nümayəndə protestin təmin edilməməsini xahiş etmişdir. Siyəzən rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X13 apellyasiya məhkəmə iclasında apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək, bildirdi ki, məhkəmə öz qərarında bir çox xüsusatları qeyd etmişdir. Xüsusilə də tərəflər arasında olan münasibətlərin düzgün araşdırılmadığı vurğulanmışdır. Lakin hesab edir ki, tərəfindən tam və obyektiv araşdırma aparılmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, İlqar Camalovun Əliqurban Məmmədova 673.000 manat borcu olmuşdur. Həmin borcun əvəzində Əliqurbanın özünün razılığı əsasında "xxxx" markalı avadanlıq ona verilmişdir. Daha sonra Ə.Məmmədov MMC-ni təsis etmiş, özünü onun direktoru vəzifəsinə təyin etmiş və həmin avadanlıq cəmiyyətin nizamnamə kapitalına daxil edilmişdir. Bundan əlavə, araşdırma gedişatında kifayət qədər izahatlar alınmışdır. Tərəflərin izahatları, eləcə də toplanmış materiala əlavə olunmuş sənədlər Şikayət verən şəxs müraciətində göstərilən xüsusatların öz təsdiqini tapmadığını göstərir. Məhz bu səbəbdən tərəfindən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə, həmçinin, sorğuların cavabının vaxtında göndərilmədiyini qeyd edir. Siyəzən Rayon Məhkəməsi ilk dəfə ## ##### 2026-cı il tarixində həmin qərarı ləğv etmişdir. Həmin qərarda göstərilən bütün xüsusatlar — o cümlədən bir çox sorğuların ünvanlanması və Kamilə Nəcəfovanın izahatının alınması məsələsi tərəfindən tam araşdırılmış və toplanmış materiallara əlavə olunmuşdur. Əlavə olaraq bildirir ki, banklardan məlumatların alınması ilə bağlı ilk müraciətinə yalnız məhkəmə qərarı olduğu halda məlumat verilə biləcəyi barədə cavab daxil olmuşdur. Bu səbəbdən tərəfindən ##.##.2026-cı il tarixində yenidən təqdimatla vəsatət qaldırılmışdır və həmin vəsatətə baxılması barədə sənədlər də materiallarda mövcuddur. ##.##.2026-cı il tarixli qərar onlara ##.##.2026-cı il tarixində (gecikmə ilə) daxil olduğu üçün sorğuların göndərilməsi həmin tarixdə təmin edilmişdir. Məhkəmə işə baxarkən banklardan daxil olan sorğu cavabları (üzərindəki tarixlərlə birgə) artıq materialın tərkibində olmuşdur. Göstərilənləri nəzərə alaraq, məhkəmənin rədd qərarını əsassız olaraq ləğv etdiyini hesab edir və həmin qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, İlqar Camalov öz ifadəsində həmin avadanlığın Nümayəndə məxsus olduğunu açıq şəkildə qeyd etmişdir. X11 də izahatında bildirmişdir ki, İlqar Camalov borc qarşılığında avadanlığı Əliqurban Məmmədova versə də, həmin avadanlığın bir hissəsi başqa şəxsə məxsusdur (lakin adını konkret qeyd etməmişdir). X47 da əlavə izahatı alınmışdır. Habelə, hazırda İlqar Camalov ilə Əliqurban Məmmədov arasında mülki məhkəmə çəkişməsi mövcuddur. İnzibati məhkəmənin qərarlarında İlqar Camalovun həmin avadanlıqları tələb etdiyi və avadanlıqların hazırda Əliqurbana məxsus sexdə yerləşdiyi öz əksini tapmışdır. İlqar Camalov həmin avadanlıqları Əliqurban Məmmədova 673.000 manat borcu olduğu üçün vermişdir; bununla bağlı əlyazma da sənəd qismində materiallara əlavə edilmişdir. Toplanmış sənədlər, izahatlar və banklara ünvanlanmış sorğuların cavabları təhlil edilərək avadanlığın konkret olaraq kimə məxsus olduğu müəyyən edilmişdir.Avadanlıqların götürüldüyü yer Nicata məxsusdur və bu faktı təsdiq edən videogörüntülər də iş materiallarına əlavə olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını yoxlayıb, apellyasiya protestinin dəlillərini müzakirə edib, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisə olunan qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Şikayət verən şəxs “xxxx” MMC-nin direktoru X25 ona məxsus “xxxx” markalı avadanlığı qanunsuz olaraq ələ keçirib mənimsəməsi ilə bağlı müraciəti əsasında toplanmış materialda Əliqurban Məmmədovun əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən Siyəzən rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən, R Nurlana Bayramlı tərəfindən ## #### 2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci mədəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. ## ######## 2025-ci il tarixdə Şikayət verən şəxs rayon prokurorluğuna qəbul edilmiş qərardan narazı qalması, eləcə də, “xxxx” markalı doğrayıcı avadanlığı aldığını iddia etdiyi, Türkiyə Respublikasının vətəndaşı Akif Sakalın izahatının alınmasına dair müraciəti daxil olmuşdur. Müraciət əsasında material rayon prokurorluğunda öyrənilmiş və Siyəzən rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən, R Nurlana Bayramlı tərəfindən qəbul edilmiş ## #### 2025-ci il tarixli qərar ## ####### 2025-ci il tarixli qərarla ləğv edilmişdir. Bundan sonra yenidən araşdırma aparılmış və toplanmış sübutlarla Nümayəndəla Şikayət verən şəxs dedikləri öz təsdiqini tapmadığından və həmin epizod üzrə X25 əməlində qeyd olunan cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən Siyəzən rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən, R Nurlana Bayramlı tərəfindən ## ####### 2025-ci il tarixdə CPM-in 39.1.2-ci mədəsinə əsasən cinayət işinin başlanılması rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Şikayət verən şəxs və onun nümayəndəsi-vəkili Müdafiəçi məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ####### 2025-ci il tarixli qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və sonrakı prosessual hərəkətlərin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Material məhkəmə nəzarəti qaydasında öyrənilərək Şikayət verən şəxs və onun nümayəndəsi-vəkili Müdafiəçi şikayəti təmin edilmiş və ## ####### 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar Siyəzən Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə ləğv edilmiş, **c-** nömrəli material araşdırmanın davam etdirilməsi üçün Hərəkətindən (qərarından) şikayət verilən orqan qaytarılmışdır. Siyəzən rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən Nurlana Bayramlı tərəfindən əlavə araşdırma aparılmış və ## #### 2026-cı il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, Nümayəndə və Şikayət verən şəxs onlara məxsus olduğunu iddia etdikləri “xxxx” markalı avadanlığın “xxxx” MMC-nin direktoru X25 qanunsuz olaraq ələ keçirib mənimsəməsi ilə bağlı müraciəti əsasında aparılmış araşdırma zamanı toplanmış sübutlarla şikayətçilərin bildirdikləri öz təsdiqini tapmadığından və həmin epizod üzrə X25 əməlində qeyd olunan cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən sonuncu barəsində Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, Azər və Şikayət verən şəxsların onlara məxsus olmasını iddia etdikləri sözügedən aparatın həqiqətən kimə məxsus olması və həmin avadanlığı tələb etmələri mülki məsələ olduğundan bununla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Araşdırma materiallarının təhlili zamanı müəyyən edilmişdir ki, Şikayət verən şəxs sıxma, vanna və doğrayıcı aparatlardan ibarət mübahisə predmeti olan “xxxx” markalı avadanlığın mülkiyyət hüququnun özünə aid olduğunu iddia edir. O bildirmişdir ki, Əliqurban Məmmədov qeyd olunan avadanlığı bankda girov qismində yerləşdirmək və sonradan geri qaytarmaq vədi ilə ondan müvəqqəti almış, həmçinin gələcəkdə ondan xammal tədarük edərək qarşılıqlı işgüzar münasibətlər quracağını bəyan etmişdir. Buna qarşı olaraq, Əliqurban Məmmədov isə Şikayət verən şəxsla hər hansı formada razılaşmanın mövcudluğunu təkzib etmişdir. Ə.Məmmədov sözügedən avadanlığın rəhbərlik etdiyi müəssisənin nizamnamə kapitalına daxil edildiyini və ilkin olaraq İlqar adlı şəxsə məxsus olduğunu qeyd etmişdir. O, həmin şəxsin özünə olan borc öhdəliyi qarşılığında avadanlığın qaytarılmadığını və hazırda da rəhbərlik etdiyi müəssisənin faktiki sahibliyində qaldığını ifadə etmişdir. Prokurorluq orqanı tərəfindən aparılan araşdırma zamanı çoxsaylı şəxslərin izahatları alınmışdır. Lakin dindirilən şəxslərin ifadələrində ziddiyyətlər aşkar olunmuşdur. Belə ki, izahatların bir qismində mübahisəli avadanlığın Şikayət verən şəxs, digər qismində isə Camalov İlqar Asif oğluna məxsus olduğu irəli sürülmüşdür. Şikayətçi Şikayət verən şəxs araşdırma zamanı bildirmişdir ki, “xxxx” markalı avadanlığı 2021-ci ildə anası Kamilənin adına “xxxx” ASC-dən cəlb olunmuş kredit vəsaiti hesabına Türkiyə Respublikasının vətəndaşı Akif Sakal adlı şəxsdən sifarişlə idxal etmişdir. Şikayət verən şəxs ödənişin bir hissəsinin özü və digər şəxslər tərəfindən bank vasitəsilə A.Sakalın və ailə üzvlərinin hesabına köçürüldüyünü, qalan hissəsinin isə nağd qaydada satıcıya təslim edildiyini qeyd etmişdir. O, həmçinin vergi borcları səbəbindən sözügedən avadanlıq da daxil olmaqla, mülkiyyətindəki əmlakların siyahıya alınması və borcun ödənilməsinə yönəldilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğunu diqqətə çatdırmışdır. Şikayətçi əmlakın Ə.Məmmədov tərəfindən banka girov qoyulması bəhanəsi ilə ələ keçirildiyini və qanunsuz olaraq geri qaytarılmadığını vurğulamışdır. Şikayətçi Şikayət verən şəxs mübahisə predmeti olan avadanlığı anası Kamilə Nəcəfovanın adına “xxxx” ASC-dən cəlb edilmiş kredit vəsaiti hesabına əldə etdiyini irəli sürmüşdür. Sonuncu araşdırma zamanı dindirilmiş K.Nəcəfovanın ifadəsi və iş materiallarına (**c-** nömrəli material) əlavə olunmuş rəsmi sənədlər qeyd edilən faktı təsdiq edir. Belə ki, “xxxx” ASC tərəfindən ## ##### 2021-ci il tarixdə, Xaçmaz rayonu, Quba yolunun kənarında yerləşən sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi məqsədilə 50 000 manat məbləğində, 36 ay müddətinə və illik 15% dərəcəsi ilə kredit vəsaitinin ayrıldığı sübuta yetirilmişdir. Eyni zamanda, Şikayət verən şəxs sözügedən avadanlığı 2021-ci ilin iyul ayında Türkiyə Respublikasının vətəndaşı Akif Sakal adlı şəxsdən aldığını, dəyərinin bir hissəsini bank köçürməsi, qalan hissəsini isə nağd qaydada ödədiyini bildirmişdir. Satıcı A.Sakal da öz izahatında bu faktları təsdiq edərək, 2021-ci ilin iyul ayında Nümayəndə sifarişi əsasında “xxxx” markalı avadanlığı ona satdığını ifadə etmişdir. O, həmçinin avadanlığın Türkiyə Respublikasından sifariş olunduğunu, idxalın “xxxx” şirkəti vasitəsilə həyata keçirildiyini və satış bədəlinin bir hissəsinin köçürmə, digər hissəsinin isə nağd şəkildə qəbul edildiyini təsdiqləmişdir. İşin hərtərəfli araşdırılması məqsədilə, Hərəkətindən (qərarından) şikayət verilən orqan tərəfindən **c-** nömrəli material üzrə maliyyə əməliyyatları və bank hesablarının hərəkəti barədə məlumatların əldə edilməsi (götürülməsi) üçün Siyəzən Rayon Məhkəməsinə vəsatət və təqdimatlar verilmiş, məhkəmənin müvafiq qərarları ilə həmin vəsatətlər təmin olunmuşdur. Lakin rayon prokurorluğu tərəfindən sözügedən məhkəmə qərarlarının icrası məqsədilə “xxxx” yükdaşıma şirkətinə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə, “xxxx” ASC, “xxxx” ASC və “xxxx” QSC-yə sorğular yalnız 08 və ## #### 2026-cı il tarixlərində – yəni hazırda mübahisələndirilən imtina qərarı qəbul edildikdən sonra – göndərilmişdir. Nəticədə, rəsmi cavablar əldə olunmamış və araşdırma tam yekunlaşdırılmamış, Siyəzən rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən Nurlana Bayramlı ## #### 2026-cı il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclası zamanı N.Bayramlı materiala baxılma müddətinin başa çatmasını əsas gətirərək bu qərarı qəbul etdiyini bildirmişdir. O həmçinin bildirmişdir ki, gələcəkdə müvafiq sorğulara cavablar daxil olduqdan sonra işin hallarına təsir edəcək yeni xüsusatlar aşkar edilərsə, həmin imtina qərarı prokuror tərəfindən ləğv edilərək araşdırma yenidən davam etdirilə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında olan münasibətin xarakteri dəqiq müəyyənləşdirilməmiş, Əliqurban Məmmədovun əməlinə düzgün hüquqi qiymət verilməmiş, onun niyyəti aydınlaşdırılmamışdır. İşin obyektiv həlli üçün Siyəzən rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən tərəfindən zəruri prosessual hərəkətlərin aktiv, eləcə də kifayət qədər yerinə yetirilməməsi, araşdırmanın səthi və natamam aparılması, əmələ düzgün hüquqi qiymət verməyə maneə yaradaraq, nəticədə toplanmış materialda Əliqurban Məmmədovun əməlində cinayət tərkibi olub olmamasına düzgün hüquqi qiymət verilməsinin qarşısını almışdır. Nəticədə, həyata keçirilmiş hərəkətlər və qəbul olunmuş qərar şikayətçi tərəfin hüquq və qanuni maraqlarına toxunmuş, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş hüquqlarına və azadlıqlarına zərər yetirmiş və ədalət mühakiməsinə müraciəti (əlçatanlığı) çətinləşdirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 84.2.1-ci maddəsinə əsasən prokuror törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq və bu halda müstəntiqin səlahiyyətlərindən istifadə edərək onun ibtidai istintaqını aparmaq, yaxud onu təhqiqatçıya və ya müstəntiqə tapşırmaq vəzifələrini yerinə yetirməlidir. Azərbaycan Respublikasının CPM-nin 207-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror törədilmiş cinayət haqqında məlumatı araşdırarkən həmin maddə ilə müəyyən edilmiş müddətlərdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalı, məlumata baxılmasının nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilməlidir. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədlər, onlardan və digər şəxslərdən izahatlar tələb edə, hadisə yerinə baxış keçirə və ekspertiza təyin edə bilər. Məhkəmə Kollegiyası apellyasiya protestinin dəlillərini əsassız hesab edərək, birinci intstansiya məhkəməsnin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, Siyəzən rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən Nurlana Bayramlı tərəfindən səthi araşdırma aparılmış, şikayət üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək, yenidən həmin göstərişləri təkrarlamayaraq əlavə olaraq qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda “xxxx” markalı avadanlığın fərdi xüsusiyyətlərinin (seriya nömrəsi, fərqləndirici nişanları və s.) göstərilməməsinin əsas gətirilməsi araşdırma baxımından düzgün olmamışdır. Qeyd olunan avadanlığın üzərində xüsusi nömrə və ya nişan mövcud olmasa da, materiallardan göründüyü kimi, araşdırmanın mübahisəsiz predmeti həmin avadanlıqdır. Tərəflər arasında məhz bu konkret avadanlıq üzrə mübahisə yaranmışdır və işdə başqa bir eyniadlı avadanlığın mövcudluğu iddia edilmir. Hazırda araşdırmanın əsas mahiyyəti avadanlığın yerdəyişmə faktından və bununla bağlı şikayətçinin əvvəlcədən razılığının olub-olmamasından, həmin avadanlığın kimə məxsus olmasından ibarətdir. Bundan başqa araşdırma zamanı sözügedən avadanlığın qəti olaraq Nümayəndə və Şikayət verən şəxs məxsus olmasını təsdiq edəcək konkret sənəd olmamasına istinad edilsədə, həmin avadanlığın İlqar Camalova məxsusluğuna dair də sübut yoxdur. Belə ki, materiallardan da göründüyü kimi şahidlərin bir qismi həmin avandanlığın Şikayət verən şəxs, digər qismi isə İlqar Camalova məxsus olduğunu bildirmişdir. Həmçinin araşdırma materialında avadanlıqlar Nümayəndə və Şikayət verən şəxs məxsus olsa idi belə, hansı ki, araşdırma materiallarında avadanlıqların onlara məxsus olmasını təsdiq edəcək konkret sənəd yoxdur, həmin avadanlıqların Ə.Məmmədova verilməsi sonuncu ilə İlqar Camalov arasında olan razılaşma əsasında, Ə.Məmmədova olan borcunun əvəzində olmuşdur qənatinə gəlinsə də elə bu qənaəti (məhz “xxxx” markalı avadanlığa münasibətdə razılaşma) təsdiq edən sübutlar əldə edilməmişdir. Bundan başqa ## ###### 2023-cü il tarixdə Şikayət verən şəxs əmlakının siyahıya alınması haqqında *********** saylı protokol tərtib edilmiş və sözügedən sənəddə onun mülkiyyəti qismində Türkiyə istehsalı olan “xxxx” markalı avadanlıq (doğrayıcı) qeyd olunmuşdur. Sonradan Sumqayıt İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarı ilə həmin əmlakın açıq hərrac vasitəsilə satılması qərara alınmışdır. Lakin həmin qərar icra olunmamışdır. Yuxarıda göstərilənlər nəzərə alınaraq Kollegiya hesab edir ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan böyük köməkçisi tərəfindən iş üzrə toplanmış ziddiyyətli şahid ifadələri hərtərəfli yoxlanılmamış, əmələ düzgün hüquqi qiymət verilməsi üçün zəruri olan prosessual hərəkətlər icra edilməmişdir. Siyəzən Rayon Məhkəməsinin qərarlarına əsasən 08 və ## #### 2026-cı il tarixlərində “xxxx” şirkətinə, Dövlət Gömrük Komitəsinə, “xxxx” ASC, “xxxx” ASC və “xxxx” QSC-yə göndərilmiş sorğuların rəsmi cavablarına hüquqi qiymət verilməlidir. Siyəzən rayon məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarında göstərilən göstərişlər yerinə yetirilməlidir. Avadanlığın mülkiyyət mənsubiyyəti ilə bağlı tam fərqli və ziddiyyətli ifadələr vermiş şahidlər, eləcə də şikayətçi Şikayət verən şəxs, qarşı tərəf Əliqurban Məmmədov və adı çəkilən İlqar Camalov yenidən əlavə izahatları alınmalıdır. Avadanlığın Şikayət verən şəxs sahibliyindən Əliqurban Məmmədovun rəhbərlik etdiyi müəssisəyə hansı şəraitdə və hansı hüquqi əsasla keçməsi, bu prosesdə şikayətçinin əvvəlcədən rəsmi və ya şifahi razılığının olub-olmaması tam aydınlaşdırılmalıdır. Toplanmış bütün bu mötəbər sübutların xronoloji təhlili əsasında, Əliqurban Məmmədovun əməlində cinayət tərkibinin olubolmaması barədə yekun və əsaslandırılmış qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.7-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyri-mümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Azərbaycan Respublikası CPM-nin 212.4.2-ci maddəsinə əsasən təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından verilmiş şikayət üzrə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işi başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirmədən saxlayır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi ilə bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikası CPM-in 451.3.1-ci maddəsinə əsasən şikayət edilmiş hərəkət və ya qərar qanunsuz hesab edildikdə, hakimin qərarına əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror şikayət vermiş şəxsin hüquq və azadlıqlarının yol verilmiş pozuntularına son qoyulması, pozulmuş hüquq və azadlıqların bərpa edilməsi üçün təxirəsalınmaz zəruri tədbirlər görür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Siyəzən rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən Nurlana Bayramlı tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarının əsaslı hesab edilməsi və Siyəzən rayon prokuroru İsmayıl Abiyevin apellyasiya protestinin təmin olunması üçün qanuni əsaslar yoxdur, apellyasiya protestinin dəlilləri işə əlavə edilmiş sübutlarla təsdiq olunmur. Birinci instansiya məhkəməsi əsaslı olaraq Şikayət verən şəxs həm özü, həm də nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətin təmin olunması və "cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qəbul edilmiş ## #### 2026-cı il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsinə dair qərar qəbul etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, məhkəmənin mübahisəli olunan qərarının ləğv olunmasına dair apellyasiya protesti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 449, 451 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Apellyasiya protesti təmin edilməsin. Siyəzən rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən Nurlana Bayramlının “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## #### 2026-cı il tarixli qərarının qanunsuz hesab edilməklə, ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməsinə dair barədə Siyəzən rayon məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar