Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-53/2026 28.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair) Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, Qusar rayon prokurorunun böyük köməkçisi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS), zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi - Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Müdafiəçi məhkəmə nəzarəti qaydasında verdiyi şikayətlə bağlı Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-*/**** nömrəli qərarından Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio və video yazı aparılmaqla qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Müdafiəçi məhkəmə nəzarəti qaydasında şikayətlə məhkəməyə müraciət edərək Qusar rayon prokurorunun böyük köməkçisi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli ***C-** saylı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından şikayət verərək qərarının ləğv edilməsi və yenidən araşdırılması üçün Hərəkətindən (qərarından) şikayət verilən orqan göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etməklə şikayətini onunla əsaslandırmışdır ki, Hərəkətindən (qərarından) şikayət verilən orqan rayonun Xuray kəndində yaşamış X4 ##.##.2025-ci il tarixdə "Qusar rayon Mərkəzi Xəstəxanası" PHŞnin Ginekologiya və doğum şöbəsinin həkim mama-ginekoloqu vəzifəsində işləyən X1 tərəfindən keysər kəsiyi əməliyyatı edildikdən sonra ## ###### 2025-ci il tarixdə vəziyyətinin ağırlaşaraq qeyd olunan xəstəxanada ölməsi faktı ilə əlaqədar araşdırma aparılmışdır. Qusar rayon prokurorunun böyük köməkçisi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən ## #### 2026-cı il tarixli ***C-** saylı qərar ilə “Qusar rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin Ginekologiya və doğum şöbəsinin həkim-mama ginekoloqu X1 tərəfindən "Keysər kəsiyi" cərrahiyyə əməliyyatının tam həcmdə icra edilməməsi, onun səhlənkarlıq cinayətini törətməsi faktı öz təsdiqini tapmadığından, X4 kəsiyi əməliyyatı edildikdən sonra ## ###### 2025-ci il tarixdə vəziyyətinin ağırlaşaraq "Qusar rayon Mərkəzi Xəstəxanası" PHŞ-də ölməsi faktı əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi; Həkim-mama ginekoloq X1 hər hansı məbləğdə pul alması, rüşvət alma cinayətini törətməsi faktı sübuta yetirilməyərək öz təsdiqini tapmadığından, həmin xüsusat üzrə cinayət hadisəsi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət təqibinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Aşağıda göstərilən əsas və səbəblərə görə Qusar rayon prokurorunun böyük köməkçisi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) cinayət işinin başlanılmasının rədd edilməsi barədə ## #### 2026-cı il tarixli ***C-** saylı qərarı ləğv edilməli, yenidən araşdırma aparılması üçün iş Hərəkətindən (qərarından) şikayət verilən orqan göndərilməlidir. Belə ki, X1 rayon prokurorluğuna verdiyi əlavə izahatında göstərmişdir ki, mərhum Yasəmən Ospatovanın əməliyyatı planlı olduğu üçün təcili əməliyyata alınmamışdır. Həmçinin əməliyyatdan əvvəl zəruri müayinələrdən keçməli, anestezioloq tərəfindən baxış keçirilməli olmuşdur. Bundan başqa, müayinələrdən sonra konsilium aparılmış, əməliyyata razılıq alındıqdan sonra icra edilmişdir. Sadalanan hallar Yasəmən Ospatovanın stasionara qəbuldan 7 saat 25 dəqiqə sonra əməliyyata alınmasının səbəbləri olmuşdur. Yasəmən Ospatovanın əməliyyatından əvvəl koaquloqramma nəticəsində cüzi dəyişiklik olduğu üçün, yəni protrombin və INR nəticələri normadan cüzi miqdarda aşağı olması səbəbindən trombemboliyanın profilaktikası məqsədi ilə onun tərəfindən verilən təyinat əsasında Yasəmənə 0,4 "enoxaparin" vurulmuş, aşağı ətraflara elastik sarğı bürünmüşdür. "Enoxaparin" vurulma səbəbi koaquloqramma nəticəsindəki cüzi dəyişiklik və xəstənin təkrar əməliyyat edilməsi olmuşdur. X5 əməliyyatdan sonra doğum şöbəsinin intensiv palatasına keçirilmiş, təxminən iki saat müddətində bu palatada saxlanıldıqdan sonra doğum şöbəsinin ** nömrəli palatasına keçirilmişdir. Növbətçi mama Nayidə Əlisultanovaya xəstə Y.Ospatovaya saat təxminən 02 radələrində “Enoxaparin” məhlulundan 0.4 ml vurmasını tapşırmışdır. Saat təxminən 02 radələrində Yasəmənin oyadılması məqsədi ilə Nayidə tərəfindən tədbir görülmüşdür. Bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası MTE və PA Birliyi PHŞ-nin Qusar rayon şöbəsinin ##.##.2025-ci il tarixli, ** nömrəli rəyindən görünür ki, X4 meyitinin xarici müayinəsində qarnın ön səthin aşağı şöbəsində köndələn istiqamətli plastik tikişlər qoyulmuş əməliyyatdan sonraki yara, aşağı ətraflarında, budun yuxarı 1/3-nə qədər spiralvari şəkildə zolaqlı, bənövşəyi rəngli qançırlar (əməliyyat önü lastik bint sarğısının izləri); daxili müayinəsi zamanı beyin maddəsinin ödemi, damarların kəskin doluqanlılığı, döş qəfəsin yumşaq toxumasının altında soldan süd vəzinin altında 2-7-ci qabırğalar səviyəsində geniş şəkildə, 0,2-0,3 sm-rə qədər qalınlıqda məhdud sahədə qansızma, periton boşluğunda bir (1) litrəyə yaxın duru və laxtalı qan, ağciyər arteriyasının sağ şaxəsində ilişikli, 11x0,8 sm ölçüdə tromb kütləsi və ağciyərdaxili şaxələrdə xırda tromblar, aorta qapaqları nisbətən sklerozlaşması və sərtləşməsi, ağciyər toxumasının kəskin ödemi və doluqanlılığı, qaraciyərin böyüməsi, sağ böyük payının yuxarı hissəsinin (diafraqmaaltı hissəsində) boylama istiqamətli, dərinliyi 0,5-1 sm olan ziqzaqvari cırılmış yara, mədə boşluğunda 150 ml-rə yaxın duru və laxtalı qan, mədə büküşlərin kobudlaşması, selikli qişasında xırda ölçülü tünd qırmızı rəngli qansızmalar, soldan 2.3,4,5,6 və 7-ci, sağdan isə 2.3.4 və 5-ci qabırğaların ön qoltuqaltı xətti üzrə, qabırğaların parietal səthinin qansızmaları və cırılmaları ilə ifadə olunan qabırğaların çoxsaylı sınıqları, uşaqlığın ön səthin aşağı hissəsində köndələn istiqamətli 6-7 sm-rə yaxın uzunluqda, üzərinə cərrahiyyə tikişləri qoyulmuş əməliyatdan sonraki yara aşkar edilmiş, Yasəmən Ospatovanın ölümünün bilavasitə səbəbi ağciyər arteriyasının trombozu ilə əlaqədar baş vermiş kəskin ağciyər-ürək çatışmazlığı olmuş, ölüm ##.##.2025-ci il tarixdə, saat 23-də xəstəxanada baş vermiş, meyitin təşrih vaxtı ölümün həmin vaxtda baş verməsi inkar olunmamışdır. Araşdırma zamanı təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi" PHŞnin komisyon məhkəmə-tibb ekspertizasının ## ####### 2025-ci il tarixli, ***/KEŞ nömrəli rəyindən görünür ki, “Qusar rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin Ailə Sağlamlıq Mərkəzinin mama- ginekoloqu xxxxxxxxxxx hamiləyə, yəni X4 antenatal xidmət göstərərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının ## #### 2022-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokolu və TƏBIB-in ##.##.2023-cü il tarixli azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarətin gücləndirilməsi haqqında əmri pozmuşdur. Belə ki, hamiləyə mama patronajını təmin etməmiş, hamilə risk qrupuna daxil edilərək dispanser nəzarətə alınmamış, müayinə və müalicə planı tərtib edilməmişdir. "Qusar RMX" PHŞ-nin Doğum şöbəsinin mamaginekoloqu Milanə Babayeva hamiləyə ixtisaslı həkim baxışı keçirərkən Azərbaycan Respublikasının ## ###### 2016-cı il tarixli, 100 №li əmrinə müvafiq olaraq TQS025 ambulator tibbi kitabça açmalı idi. Xəstəyə olunmuş müayinələr, müalicə tədbirləri, məsləhətləri özündə əks etdirən ambulator tibbi kartadan çıxarışı ASM həkiminə təqdim etmək üçün pasiyentə təqdim etməli idi. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən ##.##.2012-ci il tarixli, ** saylı əmrlə təsdiq edilmiş "Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarının 50.1 ("ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi") bəndinin tələbləri pozulmuşdur. Buna məsul şəxs mamaginekoloq Milanə Babayevadır. Mama-ginekoloq X7 Ospatovaya göstərdiyi doğuşayardım xidməti qüsurlu icra edilmişdir. Belə ki, xəstə əməliyyata, stasionara qəbuldan 7 saat 25 dəqiqə sonra alınmış, əməliyyat öncəsində əsaslandırılmadan aşağı molekul çəkili heparin təyin edilmiş, zahı qadın nəzarət məqsədilə ayıltma otağında saxlanılmamış və zahı gec aktivləşdirilmişdir. Bununla əlaqədar Səhiyyə Nazirliyi kollegiyasının ## ####### 2013-cü il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş Qeysəriyyə kəsiyi əməliyyatı üzrə klinik protokolunu qismən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının ## ###### 2021-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Cərrahi əməliyyatdan sonrakı dərin venaların zədələnməsi ilə trombozu və ağciyər arteriyası trombemboliyasının profilaktikası" üzrə klinik tələblərini pozmuşdur. Buna məsul şəxs mama-ginekoloq Milanə Babayevadır. Yasəmən Ospatovanın meyiti müayinə olunmuş və onun ölümünün bilavasitə səbəbi ağciyər arteriyasının trombozu ilə əlaqədar baş vermiş kəskin ağciyər-ürək çatışmazlığı olmuşdur. Çərrahiyyə əməliyyatından dərin venaların trombozu va ağciyər arteriyası trombemboliyasının profilaktikası tam həcmdə aparılmış olsaydı, bas vermiş ölümün qarşısının alınması şansı çox olardı. Sonar iş materiallarında olan ekspert rəyində də qeyd edildiyi kimi, həkim mama-ginekoloq Milanə Babayeva tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq klinik protokolları və əmrləri (məsələn, TQS025 ambulator tibbi kitabçanın açılmaması, patronajın təmin edilməməsi) pozulmuşdur. Eyni zamanda həkim ginekoloq tərəfindən vaxtında müdaxilələr edilmədiyi üçün səhlənkarlıq göstərilmiş və nəticədə ölüm hadisəsi baş vermişdir. Bu pozuntular xəstənin risk qrupuna daxil edilməməsinə və nəticədə fəsadların vaxtında proqnozlaşdırılmamasına səbəb olmuşdur. Ibtidai istintaq tərəfindən qeyd edilən xüsusat araşdırılmamış və düzgün hüquqi nəticə olmamışdır. Xəstənin əməliyyatdan sonrakı vəziyyətinin ağırlaşması zamanı reanimasiya tədbirlərinin gecikdirilməsi və diaqnozun (trombemboliya ehtimalı) yalnız ölüm hadisəsindən sonra irəli sürülməsi tibbi yardımın lazımi səviyyədə təşkil edilməməsi faktları öz təsdiqini tapmış olsa da, ibtidai istintaq bu hissədə fakta düzgün hquqi qiymət verməmişdir. Eyni zamanda qeyd etmək zərurəti vardır ki, mövcud ekspertiza rəyi natamam olmuş, ekspert tərəfindən ölümün dəqiq səbəbləri və həkimlərin hərəkətləri (və ya hərəkətsizliyi) arasındakı birbaşa səbəbli əlaqə tam obyektiv araşdırılmamışdır. Əlavə olaraq qeyd edir ki, ekspertiza rəyində qeyd edilir ki, Qusar Rayon Mərkəzi Xəstəxanası PHŞ-də Yasəmən Ospatovanın qan təzyiqi və bədən temperaturuna nəzarət edilmişdir. xxxxxxxx aparılmış "Keysər kəsiyi" cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Qusar RMX-də göstərilmiş, lakin kobud həyata keçirilmiş reanimasion tədbirlər zamanı reanimatoloq tərəfindən Yasəmən Ospatovaya aşağıdakı xəsarətlər yetirilmişdir: Endotraxeal intubasiya zamanı intubasiya borusunun səhvən traxeya əvəzinə qida borusuna yeridilməsi nəticəsində ağciyər tənəffüssüz qalmış, çoxlu miqdarda qazın mədəyə ötürülməsi nəticəsində mədə və bağırsaqların mənfəzi qazla dolaraq kəskin şəkildə şişkinləşmiş, mədənin selikli qişasında yaranan səthi çatlardan mədənin mənfəzinə qanaxma da baş vermişdir. Nəticədə "Baş beynin hər iki yarımkürəsində bütün paylar boyunca Diffuz hipoksik-işemik dəyişikliklər" inkişaf etmişdir. Ürəyin qapalı masajı zamanı döş sümüyünün cisminin köndələn sınığı, Solda II-VII qabırğaların yerdəyişən sınıqları, parietal plevranın zədələnməsi ilə, sağda II-VI qabırğaların yerdəyişən sınıqları, parietal plevranın zədələnməsi ilə törədilmişdir. Ürəyin qapalı masajı zamanı qaraciyərin böyük payının diafraqmal səthində 8 sm uzunluqda və 0,5-1,0 sm dərinlikdə cırılması (nahamar kənarlı ziqzaqvari cırılmış yara) baş vermişdir. Ölümün dəqiq səbəbləri və həkimlərin hərəkətləri (və ya hərəkətsizliyi) arasındakı birbaşa səbəbli əlaqə tam obyektiv araşdırılmamışdır. Prokurorluq tərəfindən verilmiş yekun qərarda göstərilmişdir ki, bu pozuntularla ölüm hadisəsi arasında səbəbli əlaqə müəyyən edilməmişdir və həkimin əməlində cinayət tərkibi yoxdur. Hesab edir ki, Tibbi protokolların kobud şəkildə pozulması özü-özlüyündə ciddi hüquqi məsuliyyət yaradır. Risk qrupunun düzgün müəyyən edilməməsi və tibbi nəzarətin aparılmaması ölümə səbəb olan vəziyyətin vaxtında aşkarlanmasına mane olmuşdur. Bu halların ölüm hadisəsi ilə səbəb-nəticə əlaqəsinin daha dərindən və obyektiv araşdırılmasına ehtiyac vardır. Eyni zamanda qeyd etmək zərurəti vardır ki, iş üzrə ekspertlər dindirilməmişdir. Mərhumun yaxınları tərəfindən həkimin əməliyyat üçün 370 manat məbləğində pul alması barədə verilən ifadələr prokurorluq tərəfindən lazımi qaydada araşdırılmamış, tərəflər arasında üzləşdirmə aparılmamış və bu fakt hüquqi qiymətini almamışdır. Belə ki, ən azından pulu verdiyini iddia edən şəxslə həkim arasında üzləşmə keçirilməli, istintaqın daha obyektiv araşdırılması üçün həmin vaxt tərəflərin telefon danışıqları və anten məlumatları əldə edilə bilərdi. Ona görə də hesab edir ki, Qusar rayon prokurorunun böyük köməkçisi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) cinayət işinin başlanılmasının rədd edilməsi barədə ## #### 2026-cı il tarixli ***C-** saylı qərarı ləğv edilməli və material yenidən araşdırılması üçün Hərəkətindən (qərarından) şikayət verilən orqan göndərilməlidir. Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı ilə (hakim G.A.Səfərli) iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Müdafiəçi şikayətinin təmin edilməməsi, Qusar rayon prokurorunun böyük köməkçisi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli ***C- ** saylı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının qanuni hesab edilməsi qərara alınmışdır. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Qərarla razılaşmayan zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi Müdafiəçi apellyasiya şikayəti verərək, apellyasiya şikayətini birinci instansiya məhkəməsinə məhkəmə nəzarəti qaydasında verilmiş şikayətlə eyni məzmunda əsaslandıraraq, Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarının və Qusar rayon prokurorunun böyük köməkçisi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli ***C-** saylı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onu da əlavə etdi ki, əməliyyat öncəsi intubasiya borusunun səhvən nəfəs borusu əvəzinə qida borusuna yerləşdirilməsi nəticəsində zərərçəkmiş şəxs vəfat etmişdir. Bu hal ekspert rəyində qeyd olunmuş, lakin rəyin nəticə hissəsində bu halın ölümə səbəb ola bilməyəcəyi göstərilmişdir. Ekspertiza rəyində qeyd edilir ki, Qusar RMX-də göstərilmiş, lakin kobud həyata keçirilmiş reanimasion tədbirlər zamanı reanimatoloq tərəfindən xxxxxxxxın endotraxeal intubasiya zamanı intubasiya borusunun səhvən traxeya əvəzinə qida borusuna yeridilməsi nəticəsində ağciyəri tənəffüssüz qalmış, çoxlu miqdarda qazın mədəyə ötürülməsi nəticəsində mədə və bağırsaqların mənfəzi qazla dolaraq kəskin şəkildə şişkinləşmiş, mədənin selikli qişasında yaranan səthi çatlardan mədənin mənfəzinə qanaxma baş vermişdir. Nəticədə “Baş beynin hər iki yarımkürəsində bütün paylar boyunca Diffuz hipoksik-işemik dəyişikliklər” inkişaf etmişdir. Mama-ginekoloq X7 xxa göstərdiyi doğuşayardım xidməti qüsurlu icra edilmişdir. Belə ki, xəstə əməliyyata, stasionara qəbuldan 7 saat 25 dəqiqə sonra alınmış, əməliyyat öncəsində əsaslandırılmadan aşağı molekul çəkili heparin təyin edilmiş, zahı qadın nəzarət məqsədilə ayıltma otağında saxlanılmamış və zahı gec aktivləşdirilmişdir. Ibtidai istintaq tərəfindən ekspert rəyində qeyd edilən “xəstə əməliyyata, stasionara qəbuldan 7 saat 25 dəqiqə sonra alınmış, əməliyyat öncəsində əsaslandırılmadan aşağı molekul çəkili heparin təyin edilmiş” hissəsində ətraflı araşdırma aparılmamış, bu pozuntuların baş vermə səbəbləri, həmin qərarların hansı həkim tərəfindən və hansı tibbi əsaslarla qəbul edildiyi, eləcədə bu hallarla baş vermiş ölüm arasında səbəb-nəticə əlaqəsi tam və obyektiv qiymətləndirilməmişdir. “Qusar RMX” PHŞ-nin Doğum şöbəsinin mama-ginekoloqu Milanə Babayeva hamiləyə ixtisaslı həkim baxışı keçirərkən ambulator tibbi kitabça açmalı idi. Xəstəyə olunmuş müayinələr, müalicə tədbirləri, məsləhətləri özündə əks etdirən ambulator tibbi kartadan çıxarışı ASM həkiminə təqdim etmək üçün pasiyentə təqdim etməli idi. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyi tərəfindən ##.##.2012-ci il tarixli, ** saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatlarının 50.1 (“ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsi”) bəndinin tələbləri pozulmuşdur. Buna məsul şəxs mamaginekoloq xxxxxxxxxx r. Bundan əlavə o, həyata keçirəcəyi əməliyyat ilə bağlı xəstənin özündən razılıq almalı, onun yaxınlarına əməliyyat barədə məlumat verməli idi. Araşdırma zamanı təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” PHŞ-nin komisyon məhkəmətibb ekspertizasının ## ####### 2025-ci il tarixli, ***/KEŞ nömrəli rəyindən görünür ki, “Qusar rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Ailə Sağlamlıq Mərkəzinin mama- ginekoloqu Nərgiz Surxayeva hamiləyə, yəni X4 antenatal xidmət göstərərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının ## #### 2022-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq üzrə klinik protokolu və TƏBIB-in ##.##.2023-cü il tarixli azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün ev ziyarəti xidmətinə nəzarətin gücləndirilməsi haqqında əmri pozmuşdur. Belə ki, hamiləyə mama patronajını təmin etməmiş, hamilə risk qrupuna daxil edilərək dispanser nəzarətə alınmamış, müayinə və müalicə planı tərtib edilməmişdir. Iş materiallarında olan ekspert rəyində də qeyd edildiyi kimi, həkim mama-ginekoloq Milanə Babayeva tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq klinik protokolları və əmrləri (məsələn, TQS025 ambulator tibbi kitabçanın açılmaması, patronajın təmin edilməməsi) pozulmuşdur. Eyni zamanda həkim-ginekoloq tərəfindən vaxtında müdaxilələr edilmədiyi üçün səhlənkarlıq göstərilmiş və nəticədə ölüm hadisəsi baş vermişdir. Bu pozuntular xəstənin risk qrupuna daxil edilməməsinə və nəticədə fəsadların vaxtında proqnozlaşdırılmamasına səbəb olmuşdur. Ibtidai istintaq tərəfindən qeyd edilən xüsusat araşdırılmamış və düzgün hüquqi nəticə olmamışdır. Xəstənin əməliyyatdan sonrakı vəziyyətinin ağırlaşması zamanı reanimasiya tədbirlərinin gecikdirilməsi və diaqnozun (trombemboliya ehtimalı) yalnız ölüm hadisəsindən sonra irəli sürülməsi tibbi yardımın lazımi səviyyədə təşkil edilməməsi faktları öz təsdiqini tapmış olsada ibtidai istintaq bu hissədə fakta düzgün hquqi qiymət verməmişdir. Eyni zamanda qeyd etmək zərurəti vardır ki, mövcud ekspertiza rəyi natamam olmuş, ekspert tərəfindən ölümün dəqiq səbəbləri və həkimlərin hərəkətləri (və ya hərəkətsizliyi) arasındakı birbaşa səbəbli əlaqə tam obyektiv araşdırılmamışdır. Az öncə qeyd etdiyi ekspert rəyində həmçinin göstərilmişdir ki, ürəyin qapalı masajı zamanı döş sümüyünün cisminin köndələn sınığı, Solda II-VII qabırğaların yerdəyişən sınıqları, parietal plevranın zədələnməsi ilə, sağda II-VI qabırğaların yerdəyişən sınıqları, parietal plevranın zədələnməsi ilə törədilmişdir. Ürəyin qapalı masajı zamanı qaraciyərin böyük payının diafraqmal səthində 8 sm uzunluqda və 0,5-1 sm dərinlikdə cırılması (nahamar kənarlı ziqzaqvari cırılmış yara) baş vermişdir. Bu hallar bir daha təsdiq edir ki, baş vermiş ağır nəticələr qaçılmaz tibbi riskin deyil, reanimasiya tədbirlərinin düzgün icra edilməməsinin və tibbi müdaxilə zamamanı yol verilmiş kobud səhvin birbaşa nəticəsidir. Ölümün dəqiq səbəbləri və həkimlərin hərəkətləri (və ya hərəkətsizliyi) arasındakı birbaşa səbəbli əlaqə tam obyektiv araşdırılmamışdır. Prokurorluq tərəfindən verilmiş yekun qərarda göstərilmişdir ki, bu pozuntularla ölüm hadisəsi arasında səbəbli əlaqə müəyyən edilməmişdir və həkimin əməlində cinayət tərkibi yoxdur. Həkimlər rəsmi ödənişlərdən əlavə olaraq rüşvət müqabilində pul almışlar. Mərhum vəfat etməsinə baxmayaraq həkimlər onun öldüyünü yaxınlarından gizlədirdilər. Prokurorluq orqanı əməkdaşlarının hadisə yerinə gəlməsindən sonra həkimlərə şəxsin ölməsini onun yaxınlarına nə üçün demədikləri barədə irad bildirmişlər, bundan sonra şəxsin vəfat etməsi barədə məlumat onun yaxınlarına verilmişdir. Yəni, ölüm faktı ilə onun qeydə alınması arasında müddət fərqi çoxdur. Mərhum gündüz saatlarında vəfat etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Qusar rayon prokurorunun böyük köməkçisi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etməklə onu da qeyd etdi ki, əməliyyat üçün xəstənin özündən razılıq alınıb-alınmamasının, onun yaxınlarına məlumat verilibverilməməsinin şəxsin səhlənkarlıq cinayətini törədib-törətməməsi ilə əlaqəsi yoxdur. Vəkilin dediklərindən belə çıxır ki, həkim xəstədən razılıq aldıqda, onun yaxınlarına məlumat verdikdə səhlənkarlıq cinayətinin subyekti ola bilməz. Bu düzgün yanaşma deyildir. Ekspertiza rəyində qeyd edilir ki, Qusar Rayon Mərkəzi Xəstəxanası PHŞ-də xxxxın qan təzyiqi və bədən temperaturuna nəzarət edilmişdir. xxxxxa aparılmış “keysər kəsiyi” cərrahiyyə əməliyyatı taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Yasəmən Ospatovanın ## ###### 2025-ci il tarixdə saat 08:00 radələrində halı qəfildən pisləşmiş, həmin gün saat 23:00 radələrində vəfat etmişdir. Onun halı pisləşdikdən sonra həkimlər tərəfindən intensiv tədbirlər görülmüşdür, hətta 2 dəfə onu həyata qaytarmağı bacarmışlar. O, həkimlərdən, ekspertlərdən, tibb sahəsində mütəxəssislərdən də məlumat alıb öyrənmişdir ki, trombemboliya baş verdikdə onun bir yerdən qarşısı alınsa da, qısa müddət sonra digər yerdən həmin hal baş verir və buna görə də, trombemboliya qarşısı alına bilməyən bir tibbi vəziyyət hesab olunur. Hazırki materialın araşdırılması üzrə ekspertlər də dindirilmiş, ölümlə səbəbli əlaqə olmadığı təsdiq olunmuşdur. Bu səbəbdən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. CPM-nin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir. CPM-nin 450.4-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılması üzrə məhkəmə iclası başlananadək məhkəmə ona təqdim olunmuş bütün materialları əvvəlcədən öyrənir. CPM-nin 450.5-ci maddəsinə əsasən hakim ifadələri, şikayəti təsdiq və ya təkzib edən şəxsləri məhkəmə iclasına çağırmaq və onları dindirmək, şikayətin əsaslılığının yoxlanılması üçün zəruri olan sənəd və maddi sübutları tələb etmək hüququna malikdir. CPM-nin 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. CPM-nin 207-ci maddəsinin 1-ci bəndinin məzmununa görə, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və mediada əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almalı və ona baxmalı, zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalı, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etməlidir. CPM-nin 46.3-cü maddəsinə əsasən cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. CPM-nin 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar çıxarır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər (CPM-nin 212.3-cü maddəsi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, Hərəkətindən (qərarından) şikayət verilən orqan toplanılmış iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 nümayəndəsinin müraciəti üzrə və birinci instansiya məhkəmə araşdırmaları zamanı aşağıda qeyd olunan pozuntulara yol verildiyindən apellyasiya şikayəti təmin olunmalı, Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı və Qusar rayon prokurorunun böyük köməkçisi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə ## #### 2026-cı il tarixli qərarı ləğv olunmalı, ***C-** nömrəli material üzrə yenidən tam və hərtərəfli araşdırma aparılması üçün material Qusar Rayon Məhkəməsi vasitəsilə araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qusar rayon prokuroruna qaytarılmalıdır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, Qusar rayon prokurorunun böyük köməkçisi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən “Cinayət işinin başlanılmasının rədd edilməsi’’ barədə ## #### 2026-cı il tarixli qərar qəbul edilərkən cinayətprosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, işin bütün hallarına tam qiymət verilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə cinayət təqibini istisna edən hallar müəyyən edilmədiyi hallarda cinayət hadisəsinin baş verib-verməməsi, həmin hadisədə konkret şəxslərin hərəkətlərində cinayət tərkibinin olub-olmaması yalnız tam, hərtərəfli və obyektiv araşdırma aparıldıqdan, iş üçün əhəmiyyət kəsb edən bütün hallar araşdırılıb qiymətləndirildikdən sonra müəyyən edilə bilər. Araşdırma zamanı əhəmiyyətli ziddiyyətlər mövcud olduğu halda, həmin ziddiyyətlər aradan qaldırılmadan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edilməsi prosessual qanunun tələblərinə uyğun hesab edilə bilməz. Iş materiallarından görünür ki, X4 əməliyyatından sonrakı dövrdə səhhətinin kəskin pisləşməsi və vəfat etməsi ilə bağlı yaxın qohumları həkimlərin peşə vəzifələrini lazımi qaydada yerinə yetirməmələri, xəstənin vaxtında reanimasiya şöbəsinə yerləşdirilməməsi, digər ixtisaslaşmış tibb müəssisəsinə köçürülməsinin gecikdirilməsi, zəruri tibbi tədbirlərin vaxtında görülməməsi və digər hallarla bağlı konkret dəlillər göstərmiş, həmçinin həkim tərəfindən pul tələb olunması barədə də məlumat vermişlər. Bu hallar araşdırma materiallarında ətraflı əks olunmasına baxmayaraq, həmin xüsusatların cinayət-hüquqi qiymətləndirilməsi tam şəkildə aparılmamışdır. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, Qusar rayon prokuroru tərəfindən ## ###### 2026-cı il tarixdə qəbul edilmiş qərarla əvvəlki, yəni ##.##.2026-cı il tarixli "Cinayət işinin başlanılmasının rədd edilməsi barədə" qərar ləğv edilmiş, həmin qərarda araşdırmanın natamam aparıldığı, ilkin və komisyon məhkəmə-tibbi ekspertiza rəyləri arasındakı ziddiyyətlərin aradan qaldırılmadığı, ekspertlərin izahatlarının alınmadığı, zərurət olduqda əlavə və ya təkrar komisyon ekspertizasının təyin edilmədiyi, digər zəruri prosessual hərəkətlərin yerinə yetirilmədiyi və nəticədə həkimlərin hərəkətlərinə tam hüquqi qiymət verilməsinin mümkün olmadığı birbaşa göstərilmişdir. Məhz həmin nöqsanların aradan qaldırılması üçün material əlavə araşdırmaya qaytarılmışdır. Lakin sonradan qəbul edilmiş ## #### 2026-cı il tarixli qərarın məzmunundan görünür ki, əvvəlki ləğvetmə qərarında göstərilən bütün göstərişlərin tam və effektiv icra olunmasını təsdiq edən kifayət qədər prosessual hərəkətlər həyata keçirilməmişdir. Başqa sözlə desək, prokurorun göstərişində ilkin və komisyon məhkəmə-tibbi ekspertiza rəyləri arasındakı ziddiyyətlərin aradan qaldırılması üçün həmin ekspertlərin dindirilməsi halı qeyd edilsə də, yenidən aparılan 20 gün müddətindəki araşdırma zamanı yalnız ekspertlər xxxxx n Axxxxxx izahatları alınmış ki, hansı ki, həmin ekspertlər ##.##.2026-cı il tarixli rəylərində ##.##.2025-ci il tarixli ekspert rəyində qeyd edilən çoxsaylı pozuntuların nədənsə baş vermiş ölüm hadisəsilə səbəbli əlaqəsinin olmaması qənaətinə gəlmiş, məhz bu halın şübhə doğurmasına baxmayaraq material üzrə araşdırmanın davam etdirən rayon prokurorunun böyük köməkçisi ##.##.2025-ci il tarixli ekspert rəyini imzalamış ekspertlərin izahatlarının alınmasını təmin etməmiş, halbuki Qusar rayon prokurorunun ##.##.2026-cı il tarixli qərarında bu ekspertlərin izahatlarının alınması xüsusilə vurğulanmışdır. Beləliklə araşdırma əsasən əvvəlki sübutların təkrar qiymətləndirilməsi ilə məhdudlaşmış, mövcud ziddiyyətlərin aradan qaldırılması və mübahisəli halların tam aydınlaşdırılması təmin edilməmişdir. Bu baxımdan əvvəlki ləğvetmə qərarında göstərilmiş çatışmazlıqların faktiki olaraq aradan qaldırıldığı qənaətinə gəlmək mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi də bu hallara lazımi hüquqi qiymət verməmişdir. Məhkəmə yalnız ibtidai araşdırma orqanının gəldiyi nəticələrlə razılaşmaqla kifayətlənmiş, lakin həmin nəticələrin hansı sübutlarla təsdiq olunduğunu, əvvəlki ləğvetmə qərarında göstərilən nöqsanların hansı prosessual hərəkətlərlə aradan qaldırıldığını, ekspertiza rəyləri arasındakı ziddiyyətlərin necə həll edildiyini, eləcə də ərizəçinin irəli sürdüyü dəlillərin hansı əsaslarla təkzib edildiyini öz qərarında əsaslandırmamışdır. Halbuki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qanuniliyi yalnız ibtidai araşdırma zamanı mümkün olan bütün prosessual imkanlardan istifadə edildiyi, iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların toplandığı, yoxlanıldığı və qiymətləndirildiyi halda qəbul edilə bilər. Hazırkı materiallarda isə belə qənaətə gəlməyə əsas verən kifayət qədər obyektiv məlumat mövcud deyildir. Apellyasiya baxışı zamanı şikayətçinin nümayəndəsi ##.##.2025-ci il tarixli məhkəmətibbi ekspertizasının rəyinə istinad edərək tibbi yardımın göstərilməsi zamanı yol verilmiş çoxsaylı pozuntuların mövcud olduğunu, lakin həmin pozuntuların hər biri üzrə cinayət-hüquqi qiymətləndirmənin aparılmadığını, onların ölüm hadisəsi ilə səbəbli əlaqəsinin tam araşdırılmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən xüsusatlar iş materialları ilə təkzib olunmur və ibtidai araşdırma zamanı onların hər biri üzrə tam araşdırma aparılması zəruri olmuşdur. Apellyasiya baxışı zamanı Hərəkətindən (qərarından) şikayət verilən orqan nümayəndəsinin izahatından da müəyyən edilmişdir ki, əvvəlki ləğvetmə qərarında göstərilən ekspertlərin izahatlarının alınması barədə göstəriş yalnız iki ekspertin izahatının alınması ilə məhdudlaşdırılmış, digər ekspertlərinin izahatları isə alınmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, belə vəziyyətdə əvvəlki prosessual göstərişlərin tam və hərtərəfli icra olunması barədə nəticəyə gəlmək mümkün deyildir. Apellyasiya baxışı zamanı proses iştirakçılarının izahatlarından görünür ki, ölüm hadisəsinin baş vermə mexanizmi və həkimlərin hərəkətləri ilə ölüm arasında səbəbli əlaqənin mövcud olub-olmaması barədə diametral fərqli mövqelər mövcuddur. Belə ziddiyyətlərin mövcud olduğu halda əlavə araşdırma aparılmadan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qəbul edilməsi CPM-in tam, hərtərəfli və obyektiv araşdırma prinsiplərinə uyğun hesab edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırkı material üzrə qəbul edilmiş "Cinayət işinin başlanılmasının rədd edilməsi barədə" ## #### 2026-cı il tarixli qərar tam, hərtərəfli və obyektiv araşdırmanın nəticəsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən həmin qərarı qanuni və əsaslı hesab edən Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı da qanuni hesab oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə göstərilən nöqsanların aradan qaldırılması, hadisənin bütün hallarının tam araşdırılması, ziddiyyətli sübutların aradan qaldırılması, zərurət yarandığı halda əlavə prosessual hərəkətlərin və ekspert tədqiqatlarının (o cümlədən digər dövlət qurumunun ekspertiza mərkəzində keçirilmə mümkünlüyü nəzərə alılnmaqla) aparılması, bundan sonra isə toplanmış bütün sübutlara məcmu halında hüquqi qiymət verilməklə qanuni prosessual qərar qəbul edilməlidir. Göstərilən səbəblərdən hazırkı iş üzrə materialın yenidən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qusar rayon prokuroruna göndərilməsi zəruridir. Belə ki, CPM-nin 212.4.2-ci maddəsinə görə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. CPM-nin 451.1.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim, barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 122, 212, 145, 442, 449-451 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Qusar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı, həmçinin Qusar rayon prokurorunun böyük köməkçisi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə ## #### 2026-cı il tarixli qərarı ləğv edilsin. Hərəkətindən (qərarından) şikayət verilən orqan toplanılmış ***C-** nömrəli material üzrə yenidən tam və hərtərəfli araşdırma aparılması üçün hazırkı qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qusar rayon prokuroruna göndərilsin. Iş üzrə toplanılmış materiallar yenidən araşdırma aparılması üçün Qusar Rayon Məhkəməsi vasitəsi ilə Hərəkətindən (qərarından) şikayət verilən orqan qaytarılsın. Apellyasiya şikayəti təmin edilsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-8)-53/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-53/2026
28.07.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver