Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-54/2026 04.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri- Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X2 katibliyilə, Şikayət verən şəxs müdafiəçisi - “Kredo” Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Şikayət verən şəxs müdafiəçisi müdafiəçi2 Abşeron RPİ-nin X7 baş əməliyyat müvəkkili X1 tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından müdafiəçi müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə audio və video yazı aparılmaqla keçirilən qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şikayət verən şəxs müdafiəçisi müdafiəçi2 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Abşeron RPİ-nin X7 baş əməliyyat müvəkkili X1 ##.##.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarının qanunsuz hesab edilməsi və ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə şikayət təmin edilməmişdir. (hakim Vaqif Həsənov) Məhkəmənin qeyd edilən qərarından müdafiəçi müdafiəçi2 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv olunmasını, Abşeron RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili X1 tərəfindən ##.##.2024-cü il tarixdə qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərarın qanunsuz hesab edilərək ləğv edilməsini, Şikayət verən şəxs münasibətdə həyata keçirilmiş qanunsuz əməliyyat-axtarış tədbirlərinə hüquqi qiymət verilərək, qanun pozuntularına yol vermiş vəzifəli şəxslər barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikasının Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirilmişdir. İş materiallarında olan videogörüntülərdən müdafiə etdiyi şəxsin polis əməkdaşları tərəfindən uzun müddət avtomobillə izlənildiyi açıq şəkildə görünür. Bu hərəkətlər “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “güdmə” əməliyyat-axtarış tədbiridir. Həmin Qanunun tələblərinə əsasən belə tədbirin həyata keçirilməsi yalnız məhkəmənin qərarı əsasında mümkündür. Lakin nə əməliyyat materiallarında, nə də cinayət işində belə bir məhkəmə qərarı mövcud deyildir. Bundan başqa, ##.##.2024-cü il tarixli əməliyyat qərarında ümumiyyətlə güdmə tədbirinin keçirilməsi nəzərdə tutulmamışdır. CM-in 234-cü maddəsi üzrə aparılan araşdırmada güdmə tədbirinin təxirəsalınmaz qaydada keçirilməsi qanunla nəzərdə tutulmamışdır. Buna baxmayaraq həmin tədbir heç bir qanuni əsas olmadan həyata keçirilmişdir. Bundan əlavə müdafiə etdiyi şəxs Şikayət verən şəxs bildirmişdir ki, saxlanılarkən onun üzərində və idarə etdiyi avtomobildə heç bir narkotik vasitə olmamış, sonradan həmin maddələr polis əməkdaşları tərəfindən süni şəkildə onun üzərinə və avtomobilinə yerləşdirilmişdir. O, saxlanıldıqdan sonra fiziki və psixoloji təzyiqlərə məruz qaldığını, zor tətbiq edilməklə ittihamı qəbul etməyə məcbur edildiyini də qeyd etmişdir. Şikayətdə polis əməkdaşı X1 məxsus “Redmi” markalı mobil telefonun Şikayət verən şəxs avtomobilində qalması faktı da göstərilmiş və bunun baş vermiş hadisələrin obyektivliyinə ciddi şübhə yaratdığı vurğulanmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən müdafiəçi müdafiəçi1 apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya şikayətinin təmin edilməsini və X1 tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Abşeron rayon prokurorluğunun nümayəndəsi və qərarından şikayət verilmiş X1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası CPM-nin 450.3-cü maddəsinə əsasən prokurorluğunun nümayəndəsinin və qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Apellyasiya məhkəməsi iş materiallarını yoxlayıb, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan ##.##.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, ##.##.1980-ci ildə Cəlilabad rayonunda anadan oImuş, Cəlilabad rayonu Cəlilabad şəhəri Məhəmməd Hadi küçəsi ev 40-da qeydiyyatda olan və Abşeron rayonu Şəfəq qəsəbəsində yerləşən şəhərcikdə 35-ci binada yaşayan Şikayət verən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 10-cu maddəsinin İ hissəsinin 10-cu bəndinə əsasən əməliyyat-axtarış fəaliyyətinin subyektləri bu Qanunla müəyyən edilmiş qaydada “insanların güdülməsi” növündə əməliyyataxtarış tədbirləri tətbiq edə bilərlər; 12-ci maddəsinin İ bəndinə əsasən əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar, yazılı tapşırıq və ya rəsmi sorğu yalnız Azərbaycan Respublikasının qanunvericiliyinin əsasında belə səlahiyyətə malik olan şəxs tərəfindən verilə bilər; 14-cü maddəsinin İ hissəsinə əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi əməliyyat-axtarış fəaliyyəti subyektinin rəhbərliyinin nəzarəti altında həyata keçirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 445.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında aşağıdakı əməliyyat axtarış tədbirləri həyata keçirilir: telefon danışıqlarına qulaqasma; poçt, teleqraf və digər göndərişlərin yoxlanılması; texniki rabitə kanallarından və digər texniki vasitələrdən məlumatın çıxarılması; binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi; texniki vasitələrdən istifadə etməklə və ya səs yazan, video, foto, kino və digər çəkiliş cihazların quraşdırılması yolu ilə yaşayış yerinin müşahidə edilməsi; insanların güdülməsi; 445.2-ci maddəsinə əsasən “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir; 15.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan və ya tutulma, yaxud həbsə alma hallarından başqa hər hansı şəxsin axtarışı və şəxsi müayinəsi, onun toxunulmazlığı hüququnu pozan digər prosessual hərəkətlər bu şəxsin və ya onun qanuni nümayəndəsinin iradəsi əleyhinə aparıla bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən avtomobillə izlənilməsi və həmin hərəkətin “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində nəzərdə tutulmuş “güdmə” əməliyyat-axtarış tədbiri olmasına dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, ##.##.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq Şikayət verən şəxs olduğu yerin müşahidəsi aparılmaqla izlənilməsi, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yolanılması, polis orqanına gətirilməsi və üzərinə, ondan aşkar edilmiş əşyalara videoçəkiliş vasitəsilə baxış keçirilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, əməliyyat-axtarış tədbirləri “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və cinayət-psosessual qanunvericiliyinin müvafiq müddəalarına uyğun həyata keçirilmişdir, o cümlədən əməliyyat tədbirinin keçirilməsini özündə əks etdirən diskə məhkəmə iclasında baxış keçirilərkən heç də Şikayət verən şəxs əməliyytaçılar tərəfindən güdülməsi müəyyən olunmur, həmin görüntülərdə əks olunanlar keçirilmiş əməliyyat tədbirinin müəyyən bir hissəsi olmaqla güdülmə deyildir. Məhkəmə kollegiyası işin hallarını nəzərə alıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır; 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən orqanın aşağıdakı şəxslərinin prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilər: təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin); tutulmanı və ya tutulan şəxsin həbs yerlərində saxlanılmasını həyata keçirən şəxsin; əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxsin; müstəntiqin; ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun. 449.2-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından aşağıdakı şəxslər şikayət vermək hüququna malikdirlər: təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi; zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi; qərarın qəbul edilməsi və ya hərəkətin aparılması nəticəsində hüquq və azadlıqları pozulan digər şəxslər; 451-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi və ya barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsi barədə qərar çıxarır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki Abşeron RPİ-nin X7 baş əməliyyat müvəkkili X1 tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan verilmiş şikayətin təmin edilməməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-nin 122, 212, 442, 449-451 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Şikayət verən şəxs müdafiəçisi müdafiəçi2 Abşeron RPİ-nin X7 baş əməliyyat müvəkkili X1 tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan verdiyi şikayətin təmin edilməməsinə dair Abşeron Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Bu qərar qətidir, ondan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №6(3-8)-54/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-54/2026
04.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver