Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-56/2026 12.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, Quba rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) İlqar oğlunun iştirakı ilə, Quba RPŞ-nin İB-nin müstəntiqi Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) İlqar oğlunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ### 2026-cı il tarixli qərarından verilmiş şikayət üzrə Quba Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından Əskərov İmran Əskər oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) İlqar oğlunun HK/*-**** nömrəli material üzrə ## ###### 2025-ci il tarixli qərarı ilə Əskərov İmran Əskər oğlunun Quba RPŞ-ə şikayət ərizəsi əsasında toplanılmış HK\*-**** nömrəli material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Quba Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Quba Rayon Polis Şöbəsinin İB-nın müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) İlqar oğlu tərəfindən HK-*/**** saylı material üzrə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərarın ləğv edilməsi, Quba Rayon Polis Şöbəsində toplanılmış HK-*/**** saylı material qərarda qeyd olunan çatışmazlıqlar nəzərə alınaraq araşdırmanın davam etdirilməsindən ötrü Quba Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin *(*-*)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə Quba RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) İlqar oğlunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2025-ci il tarixli qərarından məhkəmə nəzarəti qaydasında verdiyi şikayətin qismən təmin edilməsinə dair Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Quba rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) İlqar oğlunun HK/*-**** nömrəli material üzrə ## ### 2026-cı il tarixli qərarı ilə Əskərov İran Əskər oğlunun şikayətində bildirdiyi xüsusatlarda heç bir cinayət əməlinin və cinayət tərkibinin olmaması, həmçinin cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçdiyinin nəzərə alınaraq cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, ## ###### 2025-ci il ildə Quba rayonu Prokurorluğuna, daha sonra AR DİN-i R X2 şəhərində keçirilən vətəndaş qəbulunda iştirak edib, **** nömrəli layihə-smeta dəyəri 1 438 560 000 (bir milyard dörd yüz otuz səkkiz milyon beş yüz altmış min) rubl olan mərhum M.Əsədovun təşəbbüsü ilə 1988-ci ildən istifadəyə verilmiş ARda ən müasir və yeganə dövlət əmlak kompleksinin Dövlət Mülkiyyətinin Özəlləşdirilməsi haqqında Qanununa- Dövlət Proqramlarına zidd qanunsuz ləğv edilməklə dövlət reyestrindən çıxarılaraq, “xxxx” qiymətləndirmə Firması vasitəsi ilə 93 milyon manat qiymətləndirilməklə, fərqin əlavə kapital fondu hesabına silinərək dövlət əmlaklarının sökülərək talan edilməklə paylı mülkiyyətə çevrilməklə yarımçıq qalmış “örtülü bazar” sözləri ilə yarımçıq tikili kimi satılması, altındakı torpaq sahəsinin isə Quba Bələdiyyəsinin ## #### 2003-cü il tarixli ** saylı qərarı ilə ünvanı isə ünvan 1atılması, sonradan həmin əmlakların Qusar rayon Məhkəməsinin adından tərtib edilmiş 21 yanvar-## #### 2007-ci il tarixli saxta qətnamələri ilə leqallaşdırılması ilə əlaqədar cinayət əməlinə hüquqi qiymət verilməklə dövlətimizin və həmin müəssisələrdə işləyən əmək kollektivi üzvlərinin əmək, mülkiyyət hüquqlarının bərpasını xahiş etmişdir. Əskərov İmran Əskər oğlu yuxarıda qeyd ediləm qərardan Məhkəmə nəzarəti qaydasında şikayətini Quba rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə qismən ləğv edilmiş, appelyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmasını bildirmişdir. İş yenidən baxılması üçün Quba rayon Polis Şöbəsinə qaytarılmış, lakin müstəntiq ## ### 2026-cı il tarixli “cinayət işinin rədd edilməsi haqqında” cinayət hadisəsi barədə məhkəmə tərəfindən müəyyən edilən cinayət əməllərinə guya heç bir sübut təqdim edilmədiyindən hüquqi qiymət vermədən bilə-bilə təkrar eyni məzmunlu qanunsuz-“cinayət işinin rədd edilməsi haqqında” ## ### 2026-cı il tarixli qərarını qəbul etdiyini bildirmişdir. Quba Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı (hakim N.Xəlilova) ilə Əskərov İmran Əskər oğlunun Quba rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) İlqar oğlu tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə ## ### 2026-cı il tarixli qəbul edilmiş qərarın ləğv edilməsi ilə bağlı şikayətinin təmin edilməməsi, Quba rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) İlqar oğlunun HK-*/**** nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə ## ### 2026-cı il tarixli qərarın qanuni hesab edilməsi qərara alınmışdır. Əskərov İmran Əskər oğlu şikayət ilə eyni məzmunlu qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Cinayət Prosessual Məcəllənin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin dəlillərini müzakirə edib, cinayət prosesi iştirakçılarının izahatlarını dinləyərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsinin 1-ci bəndinin məzmununa görə, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almalı və ona baxmalı, zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması, habelə bu Məcəllənin 207.4-cü maddəsində nəzərdə tutulmuş iki və ya daha artıq istintaq və ya prosessual hərəkətlərin həyata keçirilməsi ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalı, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 37, 38, 39, 41 və 46cı maddələrinin tələblərinə əsasən cinayət təqibi yalnız əməldə konkret cinayət tərkibinin əlamətlərini təsdiq edən kifayət qədər sübutlar olduqda həyata keçirilə bilər və belə sübutlar mövcud olmadıqda başlanılmış cinayət təqibinə xitam verilməsi qanunun tələbidir. Belə ki, CPM-nin 46.3-cü maddəsinə əsasən cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Eyni zamanda CPM-nin 39.1.2-ci maddəsinə görə əməldə cinayət tərkibi olmadıqda başlanılmış cinayət təqibinə xitam verilməlidir. CPM-nin 41.1-ci maddəsi də təhqiqatçı, müstəntiq və ya prokurorun cinayət təqibini istisna edən hallar müəyyən edildikdə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etməsini imperativ qaydada nəzərdə tutur. Göründüyü kimi qanunun tələblərinə görə törədilmiş cinayət haqqında ərizə üzrə ilkin yoxlama aparılan zaman cinayət işi başlananadək müstəntiq ərizədə göstərilən hallarla bağlı araşdırma apararaq müəyyən etmişdir ki, şikayət ərizəsində göstərilən hallar araşdırılmış, şikayət verən şəxsin, həmçinin şikayətdə göstərilənlər ilə bağlı maraqlı şəxslərin izahatları alınmış, həmçinin şikayətində göstərilən xüsusatlar material üzrə qərar ləğv edilərək yenidən araşdırılma üçün göndərilərkən göstərişlər nəzərə alınmaqla araşdırılmışdır. Bundan əlavə şikayət üzrə iddia olunan hallar üzrə cinayət təqibinin aparılması sübut olunmaması ilə yanaşı, sübut olunacağı təqdirdə də cinayət işinin başlanmasının cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə də mümkünsüz olması əsası ilə də cinayət işinin başlanmasının rədd edilməsi qənaətinə gəlinmişdir. Cinayət Prosessual Məcəllənin 124.1.2-ci maddəsinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar yalnız sübutlar vasitəsilə müəyyən edilir. Həmin Məcəllənin 139.0.1 və 139.0.3-cü maddələrinə görə cinayət hadisəsinin baş vermə faktı və halları, eləcə də cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətlərinin mövcudluğu cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 146.1-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Bundan əlavə şikayət üzrə cinayət işinin başlanması istənilən CM-nin 320.1-ci maddəsi böyük ictimai təhlükə tərötməyən cinayətlər kateqoriyasına aid edilir ki, Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Cinayət Prosesual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayətdə göstərilən xüsusatlar isə cinayət işinin başlanılması üçün əsas olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq cinayət işinin başlanmasının rədd olunmasına dair qərarı qanuni hesab etmişdir. Apellyasiya şikayətində göstərilən dəlilləri mahiyyəti üzrə qanuni və əsaslı olan qərarın ləğvi üçün formal mülahizə kimi dəyərləndirilməklə əsaslı hesab edilməməlidir. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız hesab edilməli, Quba Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 453.6.1 və 454-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Quba Rayon Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti təmin edilməsin. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-8)-56/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-56/2026
12.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver