Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-58/2026 02.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI (qərarın qanuniliyinin və əsaslılığının yoxlanılmasına dair) Hakim Ağayev Rəşadət Əhməd oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Hüseynzadə Elsevər Ismayıl oğlunun katibliyi, qərarından şikayət verilən şəxs Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) müstəntiqi X2, məhkəmə nəzarəti qaydasında şikayət vermiş şəxs Şikayət verən şəxs və onun nümayəndəsi - Sumqayıt şəhər * saylı Vəkil Bürosunun vəkili Nümayəndə Bahadır oğlunun iştirakları ilə, Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında verdiyi şikayətlə bağlı Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında audio-video yazı aparılmaqla keçirilən qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : Şikayət verən şəxs şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) müstəntiqi X2 “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi barədə” ## ### 2026-cı il tarixli qərarının qanunsuz hesab edilməklə, ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı ilə (hakim B.R.Ələkbərov) Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) müstəntiqi X2 “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi barədə” ## ### 2026-cı il tarixli qərarının qanunsuz hesab edilməklə, ləğv edilməsi barədə Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməməsi və həmin qərarın qanuni hesab edilməsi qərara alınmışdır. Şikayət verən şəxs Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarını ## #### 2026-cı il tarixdə müşahidə məktubuna imza etməklə qəbul etmiş, budan sonra sonuncu və onun vəkili tərəfindən sözügedən qərardan apellyasiya şikayəti verilmiş və şikayət ## #### 2026-cı il tarixdə poçt vasitəsi ilə Sumqayıt Apellaysiya Məhkəməsinə daxil olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ## #### 2026-cı il tarixli, *(*- *)-**/**** nömrəli qərarı ilə Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarından şikayət vermiş şəxsin vəkili Nümayəndə Bahadır oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Bundan sonra, ## #### 2026-cı il tarixdə Şikayət verən şəxs yenidən Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarından apellyasiya şikayəti və buraxılmış müddətin bərpası haqqında ərizə verərək, onun məhkəməyə çatımlılıq hüququnun nəzərə alınaraq apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini və apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı ilə (hakim G.C.Quluzadə) Şikayət verən şəxs apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair ərizəsi təmin edilməklə, Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** saylı qərarından apellyasiya şikayəti verilməsi üçün prosessual müddət bərpa olunmuş və sözügedən qərardan Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətnini işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI : Qərarla razılaşmayan Şikayət verən şəxs apellyasiya şikayəti verərək Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarının ləğv edilməsi və Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) müstəntiqi X2 “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın aidiyyəti üzrə göndərilməsi barədə” ## ### 2026-cı il tarixli qərarından verilmiş şikayətinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etməklə şikayətini onunla əsaslandırmışdır ki, onun əvvəlki müraciəti üzrə qəbul edilmiş qərar apellyasiya instansiyası məhkəməsinin qərarı ilə ləğv edilərək material təkrar araşdırma üçün Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) qaytarılsa da, təkrar araşdırma hərtərəfli və obyektiv aparılmamış, nəticədə cinayət işinin başlanmasının rədd edilməsi barədə yenidən qərar qəbul edilmişdir. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən ona qarşı qanunsuz fiziki zor tətbiq edilmiş, nəticədə müxtəlif bədən xəsarətləri almış, həmçinin ona məxsus qayıq və qayıq mühərrikləri ilə bağlı qanunsuz hərəkətlərə yol verilmişdir. Bu halların araşdırılması zamanı müstəntiq həmin əməkdaşların izahatları ilə kifayətlənmiş və onun izahatında göstərdiyi xüsusatları lazımi qaydada yoxlamamışdır. Məhkəmə-tibbi ekspertizasının ## ###### 2025-ci il tarixli *** nömrəli rəyi ilə onun bədənində, o cümlədən sağ göz və göz yuvası nahiyəsində, sağ əlin arxa səthində və sağ əlin üçüncü barmağında xəsarətlərin müəyyən edildiyini, həmin xəsarətlərin bərk küt əşyanın təsirindən yarandığını və sağlamlığa yüngül zərər vurma kimi qiymətləndirildiyini bildirmişdir. Onun fikrincə, həmin xəsarətlərin yaranma səbəbi və halları lazımi qaydada araşdırılmamışdır. Ona məxsus qayığın və iki ədəd “Yamaha” markalı mühərrikin götürülməsi ilə bağlı halların da tam araşdırılmadığı, qayığa dair sənədlərin mövcud olduğu və həmin sənədləri təqdim etməyə hazır olduğunu bildirmişdir. Müstəntiq tərəfindən alınmış izahatlar arasında ziddiyyətlər və araşdırılmalı digər hallar olduğu halda, həmin xüsusatlar yoxlanılmamış, hadisəni bilavasitə görən şəxslərin müəyyən edilməsi və digər sübutların toplanılması istiqamətində zəruri araşdırma hərəkətləri aparılmamışdır. Həmçinin video görüntünün çəkilmə vaxtı, üsulu və kim tərəfindən çəkilməsi ilə bağlı halların müəyyən edilmədiyini, qayığın üzərindəki yazıların mənşəyinin də araşdırılmadığını, həmçinin, birinci instansiya məhkəməsinin onun tərəfindən irəli sürülmüş vəsatət və etirazları lazımi qaydada araşdırmamış, məhkəmə qərarının müstəntiqin qərarında göstərilən halların təkrarlanmasından ibarət olduğu və iş üzrə mühüm məsələlərin araşdırılmadan qalmışdır. PROSES IŞTIRAKÇILARININ IZAHATLARI : Məhkəmə kollegiyasının iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs nümayəndəsi Nümayəndə Bahadır oğlu apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək onu da əlavə etdi ki, Sumqayıt Apellyasiya Məhkəməsinin əvvəlki qərarı ilə müstəntiqə müəyyən tapşırıqlar verilsə də, həmin tapşırıqlar prokurorluq tərəfindən tam və obyektiv icra olunmamış, araşdırma yarımçıq aparılmışdır. Şifahi şəkildə dəfələrlə müstəntiqin istinad etdiyi videoyazı faylının nə vaxt və hansı şəraitdə çəkildiyi barədə mötəbər sübutların tələb edilməsinə baxmayaraq lazımi qaydada təqdim olunmamışdır. Video kadrların nə vaxt və hansı şəraitdə çəkildiyi barədə mötəbər sübutlar yoxdur. Müstəntiq videodakı hava şəraitinin şikayətçinin göstərdiyi tarixlərə uyğun olmadığını iddia etsə də, faylın detallı məlumatları (fayl detalları/metadata) təmin edilməmişdir. Bu isə həmin videonun manipulyasiya olunması və başqa vaxta aid edilməsi şübhələrini artırır. Həmçinin, Şikayət verən şəxs barmağında olan sarğı məsələsinə gəldikdə, müstəntiq bu xəsarəti istehza ilə qarşılamış, barmağın təzyiq və ya başqa səbəbdən zədələndiyini irəli sürmüşdür. Lakin şikayətçi tərəf münaqişə zamanı xəsarət aldığını bildirmiş, müstəntiq isə bunu obyektiv araşdırmaqdan imkan verməmişdir. Bundan başqa, taxta qayıqların üzərindəki yazılarla bağlı kimyəvi ekspertizanın keçirilməsi barədə tərəflərindən verilmiş vəsatətlər müstəntiq tərəfindən rədd edilmişdir. Hesab edirlər ki, həmin yazılar Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən öz qanunsuz əməllərini ört-basdır etmək məqsədilə sonradan yazılmış ola bilər. Müstəntiq DSX əməkdaşlarının şfahi izahatlarına və polisin təhqiqatçısının tərtib etdiyi sənədlərə birtərəfli şəkildə istinad etmiş, lakin şikayətçi tərəfin təqdim etdiyi balıqçı şahidlərin ifadələrini nəzərə almamışdır. DSX əməkdaşları ilə Şikayət verən şəxs arasında uzun sürən çəkişmələrin olduğu və şikayətçiyə qarşı intizam tənbehlərinin tətbiq edilməsi tərəflər arasında qərəzin və maraqlar toqquşmasının olduğunu göstərir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şikayətçi Şikayət verən şəxs çıxış edərək onu da əlavə etdi ki, nümayəndəsinin bildirdiyi iddialarla tam razıdır. 2020-ci ildən dənizdə hərəkətlə bağlı müəyyən qadağalar tətbiq olunmuşdu. Özünün dəniz mütəxəssisi olduğunu, digər şəxslərin qanunsuz olaraq dənizə çıxmasına və qadağan olunmuş zonalarda hərəkət etməsinə göz yumulur, bu qanunsuzluqlara qarşı çıxış etdiyi və etirazını bildirdiyi üçün DSX əməkdaşları tərəfindən ona və onunla birlikdə çalışan balıqçılara qarşı qərəzli mövqe formalaşmışdır. Buradan başlayan prinsipiallıq nəticəsində onun qayığının sənədlərini ləğv etdirilir, icazə verilmir və dalbadal əsassız inzibati cərimələr yazılır. Qayıqları bəzən özü çıxarır, bəzən də işçiləri çıxarır. Onun özünün də, işçilərinin də dənizə çıxış üçün icazəsi var. Ayın 19da barmağı sarğılı idi. Lakin sarğının olması xəsarətin başqa vaxt alınması anlamına gəlmir. Onun işi elədir ki, əli mütəmadi olaraq iplərdən, tilovdan kəsilir və ya zədələnir. Ayın 19-da günorta saatlarında onun qayığı sahildə olarkən DSX əməkdaşları gələrək ona fiziki təzyiq göstərmiş, əlindən telefonu alınmış, həmin vaxt baş verən əlbəyaxa münaqişə zamanı o özünü müdafiə etməyə məcbur olmuşdur. Bütün bu hadisələr barədə rəsmi şikayətlər etmiş və sosial şəbəkələrdə işıqlandırmışdır. Məhz bu şikayətlərinə görə ona qarşı qərəzli mövqe nümayiş etdirilir. Məhkəmə kollegiyasının iclasında iştirak edən qərarından şikayət verilən şəxs Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) müstəntiqi X2 apellyasiya şikayətinin dəlillərilə razılaşmayaraq, apellyasiya şikayətinə etiraz edib şikayətin əsassız olduğunu bildirməklə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etməklə onu da əlavə etdi ki, şikayətçi tərəfinin bildirdiyi fikirlərlə razı deyildir. Iş materiallarında olan videoşəkillər, səs yazıları və digər sənədlər tam şəkildə araşdırılmışdır. Videoçəkilişlərin tarixi və digər detalları materiallarda aydın göstərilmişdir. Qayıqların üzərindəki yazılar və boya məsələsinə gəlincə, qayıqların fotoşəkilləri aktlaşdırılaraq işə əlavə olunmuşdur. DSX əməkdaşlarının özləri ilə boya aparıb qayığa yazı yazması barədə iddialar tamamən absurddur. Şikayət verən şəxs əlavə izahatı alınmış, Sumqayıt Apellyasiya Məhkəməsinin ləğv qərarında göstərilən bütün xüsusatlar üzrə araşdırmalar aparılaraq hüquqi qiymət verilmişdir. Şikayətçi iddia edir ki, ayın 19-da DSX əməkdaşları tərəfindən döyülərək xəsarət almış, lakin toplanmış sübutlar bu iddiaları təsdiq etmir. Şikayət verən şəxs öz səs yazısında da qayıqdakı yazıları uşaqların yazdığını etiraf etməsi faktı mövcuddur. Toplanmış materiallar üzrə hüquqi qiymət verildiyindən şikayətin təmin olunmamasını xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMin) 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. CPM-in 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından - məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir. CPM-in 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. CPM-in 207-ci maddəsinin 1-ci bəndinin məzmununa görə, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və mediada əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almalı və ona baxmalı, zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalı, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməlidir. CPM-nin 46.3-cü maddəsinə əsasən cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır. CPM-nin 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər (CPM-nin 212.3-cü maddəsi). CPM-nin 449.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından CPM-in 449.2-ci maddəsində nəzərdə tutulan şəxslər məhkəməyə şikayət vermək hüququna malik olduqlarından cinayət işinin başlanmasının rədd edilməsi CPM-in 449.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti qaydasında məhkəmə araşdırmasının predmetinə daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2009-cu il tarixli Qərarından göründüyü kimi CPM-in 449.2-ci maddəsinin mənasına görə təhqiqatçının, müstəntiqin, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindən (hərəkətsizliyindən) və qərarlarından cinayət prosesinin iştirakçıları, habelə onların müvafiq olaraq müdafiəçisi və ya qanuni nümayəndəsi o hissədə şikayət verə bilərlər ki, prosessual hərəkətlər və qəbul olunmuş prosessual qərarlar həmin cinayət prosesi iştirakçılarının hüquqlarına və qanuni maraqlarına toxunsun. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəməyə təqdim edilmiş Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) istintaq edilmiş **C-** nömrəli materialı əsasında toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq etməklə gəldiyi qənaəti əsasında aşağıda qeyd olunanlara görə birinci instansiya məhkəməsinin nəticəsini qanuni və əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, şikayətçi Şikayət verən şəxs müraciəti üzrə araşdırma aparılmış, həmin araşdırmanın nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə müstəntiq tərəfindən qərar qəbul edilmişdir. Həmin qərardan verilmiş əvvəlki şikayət üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı ilə araşdırmanın əlavə aparılması zəruri hesab edilmiş və müəyyən halların araşdırılması istiqamətində müvafiq göstərişlər verilmişdir. Bundan sonra material yenidən araşdırılmış, şikayətçinin, DSX əməkdaşlarının əlavə izahatı alınmış, iş üzrə mövcud olan video və səs yazıları, sənədlər, izahatlar və digər materiallar tədqiq edilmiş, nəticədə cinayət işinin başlanması üçün əsasların olmadığı qənaətinə gəlinmişdir. Apellyasiya şikayətində əsasən araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmadığı, videoçəkilişin əldə edilmə vaxtı və şəraitinin müəyyən olunmadığı, həmin faylın metadata məlumatlarının təqdim edilmədiyi, şikayətçinin barmağındakı xəsarətin araşdırılmadığı, qayıqların üzərindəki yazılarla bağlı kimyəvi ekspertizanın keçirilməsinin təmin edilmədiyi, DSX əməkdaşlarının izahatlarına birtərəfli üstünlük verildiyi və şikayətçinin təqdim etdiyi şəxslərin ifadələrinin nəzərə alınmadığı iddia olunur. Məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmır. Əvvəla, cinayət işinin başlanması məsələsinə dair araşdırmanın nəticəsində konkret şəxsin cinayət törətməsinə dair kifayət qədər əsasların olub-olmaması müəyyən edilməlidir. Araşdırma mərhələsində bütün mümkün sübutların məhkəmə baxışı zamanı olduğu kimi toplanılması və qiymətləndirilməsi tələb olunmur. Bununla belə, cinayət işinin başlanması üçün cinayət əlamətlərinin mövcudluğunu ehtimal etməyə əsas verən kifayət qədər məlumatların olub-olmaması araşdırılmalıdır. Hazırkı iş üzrə isə belə məlumatların əldə edilməsi istiqamətində zəruri araşdırma hərəkətləri həyata keçirilmiş və nəticədə şikayətçinin irəli sürdüyü halların cinayət hadisəsinin mövcudluğunu təsdiq etmədiyi müəyyən edilmişdir. Şikayətçinin DSX əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə iddiası da iş materialları ilə öz təsdiqini tapmamışdır. Şikayətçinin bədənində xəsarətlərin müəyyən edilməsi həmin xəsarətlərin məhz onun göstərdiyi vaxtda və şəraitdə, konkret olaraq DSX əməkdaşlarının hərəkətləri nəticəsində yaranmasını avtomatik olaraq təsdiq etmir. Bu baxımdan, xəsarətin mövcudluğu ilə onun yaranma səbəbi arasında fərq qoyulmalı və cinayət hadisəsinin müəyyən edilməsi üçün digər sübutlarla qarşılıqlı əlaqədə qiymətləndirilməlidir. Araşdırma zamanı isə şikayətçinin bu barədə izahatları digər materiallarla müqayisəli şəkildə yoxlanılmış, onun iddiasını təsdiq edən kifayət qədər obyektiv məlumat əldə edilməmişdir. Şikayətçinin barmağındakı sarğının araşdırılmaması barədə dəlilə gəldikdə, həmin hal da özlüyündə DSX əməkdaşları tərəfindən ona fiziki zor tətbiq edilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, şikayətçinin öz izahatında da əlinin iş fəaliyyəti ilə əlaqədar müxtəlif vaxtlarda zədələnə bildiyini bildirməsi nəzərə alınmaqla, barmaqdakı xəsarətin konkret hadisə ilə səbəbli əlaqəsinin müəyyən edilməsi zəruridir. Iş materiallarında isə belə əlaqəni təsdiq edən mötəbər sübut müəyyən edilməmişdir. Videoçəkilişlərlə bağlı apellyasiya şikayətinin dəlilləri də əsaslı hesab edilə bilməz. Araşdırma materiallarında mövcud olan video və səs yazıları digər sübutlarla birlikdə tədqiq edilmiş və onların məzmununa hüquqi qiymət verilmişdir. Şikayətçi tərəfindən həmin görüntülərin başqa tarixə aid olması və ya manipulyasiya edilməsi barədə irəli sürülən ehtimallar isə konkret və obyektiv sübutlarla təsdiq olunmamışdır. Təkcə faylın data məlumatlarının ayrıca təqdim edilməməsi videoçəkilişin saxtalaşdırılması və ya başqa vaxta aid edilməsi barədə nəticəyə gəlmək üçün kifayət etmir. Qayıqların üzərindəki yazıların sonradan DSX əməkdaşları tərəfindən yazılması barədə iddia da ehtimal xarakterlidir və bunu təsdiq edən hər hansı obyektiv sübut müəyyən edilməmişdir. Qayıqların fotoşəkillərinin aktlaşdırılaraq araşdırma materiallarına əlavə edilməsi, habelə şikayətçinin öz səs yazısında qayıqlardakı yazıların uşaqlar (şikayətçinin işçiləri) tərəfindən yazılması barədə ifadəsinin olması həmin iddianın mötəbərliyini əhəmiyyətli dərəcədə istisna edir. Bu səbəbdən kimyəvi ekspertizanın keçirilməsinin zəruri olması barədə nəticəyə gəlmək üçün əsas yaranmamışdır. Şikayətçinin və nümayəndəsinin DSX əməkdaşları ilə əvvəlki mübahisələrin və onlara münasibətdə tətbiq edilmiş intizam və inzibati tədbirlərin qərəzli münasibətin mövcudluğunu göstərməsi barədə dəlilləri də cinayət hadisəsinin törədilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Tərəflər arasında əvvəlki münasibətlərin mövcudluğu müəyyən ehtimallar yarada bilsə də, həmin hal konkret hadisə üzrə cinayət əlamətlərinin mövcudluğunu sübut etmir. Bunun üçün həmin iddianı təsdiq edən obyektiv və yoxlanıla bilən məlumatlar tələb olunur ki, araşdırma materiallarında belə məlumatlar müəyyən edilməmişdir. Şikayətçi tərəfindən təqdim edilmiş balıqçıların ifadələrinin araşdırılmaması barədə dəlilə münasibətdə isə qeyd edilməlidir ki, araşdırma zamanı toplanmış sübutların hər biri digər sübutlardan təcrid olunmuş şəkildə deyil, məcmu halında qiymətləndirilmişdir. Hər hansı şəxsin izahat verməsi həmin izahatın avtomatik olaraq mötəbər və həlledici sübut kimi qəbul edilməsini şərtləndirmir. Həmin şəxslərin hadisəni birbaşa müşahidə edib-etməməsi, məlumatın hansı mənbədən əldə edilməsi və digər sübutlarla uyğunluğu nəzərə alınmaqla qiymətləndirilməlidir. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, şikayətçi tərəfindən irəli sürülən halların əhəmiyyətli hissəsi ehtimal və fərziyyə xarakteri daşıyır. Cinayət işinin başlanması üçün isə yalnız mümkün və ya ehtimal olunan hallar deyil, cinayət əlamətlərinin mövcudluğunu əsaslandıran kifayət qədər real və obyektiv məlumatlar olmalıdır. Hazırkı materiallarda belə məlumatların mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, araşdırma zamanı şikayətçinin müraciətində göstərdiyi hallar yoxlanılmış, mövcud sübutlar və əldə edilmiş məlumatlar qarşılıqlı əlaqədə qiymətləndirilmiş, cinayət işinin başlanması üçün əsas verən kifayət qədər məlumatların olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi də şikayətə baxarkən araşdırmanın nəticələrini və təqdim olunmuş materialları düzgün qiymətləndirərək müstəntiqin qərarının qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Apellyasiya şikayətində göstərilən dəlillər isə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir və həmin nəticənin qanunsuz və ya əsassız olduğunu göstərən hər hansı yeni, obyektiv və mötəbər məlumat təqdim olunmamışdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətə baxarkən iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən etmiş, təqdim olunmuş materiallara düzgün hüquqi qiymət vermiş və qanuni nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə həmin nəticəni dəyişdirmək üçün hüquqi əsas yaratmır. Məhkəmə kollegiyası iş materiallarının araşdırılması nəticəsində gəldiyi qənaətinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən material üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmış, şikayətçinin müraciətində göstərilən bütün məsələlər yoxlanılmış, adı çəkilən şəxslərin izahatının alınması, aparılan araşdırmanın həddində qərar qəbul edilməsi nəzərə alınaraq şikayətdə qeyd edilən hallarla bağlı araşdırma aparılaraq qiymətləndirildiyindən Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalı, Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalıdır. Belə ki, CPM-nin 212.4 və 212.4.2-ci maddələrinə görə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında verilmiş şikayət üzrə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. Qeyd olunanlara əsasən və CPM-nin 122, 212, 442, 449-451 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI : Siyəzən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Şikayət verən şəxs apellyasiya şikayəti təmin edilməsin. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan kassasiya qaydasında şikayət və ya protest verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-8)-58/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-58/2026
02.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver