Məhkəmə qərarları › İş №6(3-8)-59/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-59/2026

31.08.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-59/2026 31.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X1 katibliyilə, Şikayətçi Şikayət verən şəxs iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis pokovnik Rı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) HK-*/*** nömrəli təhqiqat materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsi Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis pokovnik- Rı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ## ### 2026cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsini Məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı (hakim Vüsalə Məmmədova) ilə şikayət təmin edilərək, Sumqayıt şəhər Polis İdarəsi Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis pokovnik Rı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) HK-*/*** nömrəli təhqiqat materialı üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ### 2026-cı il tarixli qərarı ləğv edilərək, HK-*/*** saylı araşdırma materialı araşdırmanın aparılması üçün Sumqayıt şəhər Prokurorluğu vasitəsi ilə Sumqayıt şəhər Pİ-nin Təhqiqat Şöbəsinə qaytarılmışdır. Məhkəmənin qeyd edilən qərarından Şikayət verən şəxs eyni məzmunlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının ləğv edilərək, iş materiallarının yenidən araşdırılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Sumqayıt şəhər prokurorluğunun nümayəndəsi və Sumqayıt şəhər Polis İdarəsi Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis pokovnik Rı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyadsı onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Apellyasiya məhkəməsinin iclasına videokonfrans əlaqə sistemi vasitəsilə qoşulmuş şikayətçi Şikayət verən şəxs məhkəmə kollegiyasına müraciət edərək, hazırki mərhələdə apellyasiya şikayətinə baxılması zərurəti aradan qalxdığından apellyasiya şikayətindən imtina etdiyini və müraciətinin nəzərə alınmasını xahiş etdi. Cinayət Prosessual Məcəllənin 396-cı maddəsinə əsasən apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətindən imtina barədə müraciəti nəzərə alınaraq apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 390, 396, 407 və 410-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətindən sonuncunun imtinası qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Bu qərardan kassasiya qaydasında şikayət və ya protest verilməsi hüququ Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar