Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-61/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimləri- Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi və məruzəsi ilə, Ağayev Rəşadət Əhməd oğlu və Əsgərova Ruhiyyə Orucəli qızından ibarət tərkibdə, X2 katibliyilə, Şikayət verən şəxs Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı tərəfindən qəbul edilmiş ##.##.2026cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın “Şikayət verən şəxs Azərbaycan Respublikası İXM-in 232-1 və 510.1-ci maddələri ilə inzibati qaydada məsuliyyətə cəlb olunması üçün qərarın surəti Abşeron RPİ-nin Saray PB-yə göndərilsin” hissəsinin ləğv olunmasına dair verdiyi şikayətin rədd edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarından şikayətçinin nümayəndəsi müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə audio və video yazı aparılmaqla keçirilən qapalı məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şikayət verən şəxs şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, R X1 qəbul etdiyi ##.##.2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın “Şikayət verən şəxs Azərbaycan Respublikası İXM-in 232-1 və 510.1-ci maddələri ilə inzibati qaydada məsuliyyətə cəlb olunması üçün qərarın surəti Abşeron RPİ-nin Saray PB-yə göndərilsin” hissəsinin qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı ilə şikayət rədd edilmişdir. (hakim Elvin Teymur-Zadə) Məhkəmənin qeyd edilən qərarından şikayətçinin nümayəndəsi müdafiəçi1 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qərarının ləğv olunmasını, məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilərək, Abşeron RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, R X1 tərəfindən HK-*/*** saylı material üzrə qəbul edilmiş ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın nəticə hissəsinin 2-ci bəndinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli avtomobilin nikah dövründə əldə edilməsi onun ümumi birgə mülkiyyət sayılmasına dair qanuni prezumpsiya yaradır. Avtomobilin digər tərəfin adına qeydiyyatı bu prezumpsiyanı aradan qaldırmır. Əmlakın bölgüsü üzrə mülki işin mövcudluğu və avtomobilin özgəninkiləşdirilməsinə qoyulmuş qadağa isə onun hüquqi statusunun real və həll olunmamış mübahisə predmeti olduğunu təsdiq edir. Belə şəraitdə İXM-in 232-1-ci maddəsinin əsas elementi olan "özgənin əmlakı" əlaməti şübhəsiz müəyyən edilməmiş, 510.1-ci maddə üzrə ictimai qaydaya qəsd və cəmiyyətə açıq hörmətsizlik göstərilməmiş, eyni faktın iki qarşılıqlı istisna edən dispozisiya üzrə tövsifi əsaslandırılmamışdır. Maddi məsuliyyət normasındakı bu boşluqlar şikayətçinin ziyanına analogiya və genişləndirici şərhlə doldurula bilməz. Xətai RPİ-nin ##.##.2025-ci il tarixli oxşar qərarı da göstərir ki, ər-arvad arasında nikah dövründə əldə edilmiş əmlakla bağlı məsuliyyət məsələsi həll edilərkən əvvəlcə ümumi birgə mülkiyyət rejimi və "özgə əmlakı" elementi qiymətləndirilməlidir. Hesab edir ki, birinci instansiya məhkəməsi bu əsas hüquqi məsələləri tam araşdırmadığından və cavablandırmadığından qərar qanuni və əsaslı sayıla bilməz. Bundan başqa, iş materiallarında zərərin 450 manat olduğunu müəyyən edən qiymətləndirmə rəyinin mövcudluğuna baxmayaraq, məhkəmə həmin sübutu araşdırmamış, əvəzində 5.000 manatlıq ilkin iddianı qərarın faktiki təsvirinə daxil etmişdir. Material tələb edilmədən, zərərin həqiqi məbləği və onun mülkiyyət rejimi ilə əlaqəsi yoxlanılmadan qəbul edilmiş qərar faktiki əsasdan məhrumdur. Bu prosessual çatışmazlıqlar CPM-in 28.4, 144, 145, 450 və 451.2.7- ci maddələrinin tələblərinə zidd olmaqla qərarın ləğvini tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq şikayətçi, onun nümayəndəsi, Abşeron rayon prokurorluğunun nümayəndəsi, qərarından şikayət verilmiş təhqiqtçı məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası CPM-nin 450.3-cü maddəsinə əsasən onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Apellyasiya məhkəməsi iş materiallarını yoxlayıb, proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)- **/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, R X1 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yaşayan X3 ##.##.2026-cı il tarixdə DİN-in 102 xidmətinə və Abşeron RPİ-nin Saray PB-nə müraciət edərək ##.##.2026-cı il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, Saray MTK-nın qarşısında saxladığı, özünə məxsus olan "Mercedes" markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq və arxa qapısının boşanma ərəfəsində olduğu əri Şikayət verən şəxs tərəfindən məhlul tökülməklə yararsız hala salınaraq ona 5.000 (beş min) manat maddi ziyan vurulduğunu bildirmişdir. X3 müraciəti əsasında toplanmış HK-*/*** nömrəli materialdan müəyyən edilir ki, hadisə yerinə və avtonəqliyyat vasitəsinə baxış keçirilərək protokol tərtib olunmuş, fotoşəkillər çəkilərək materiala əlavə edilmişdir. Həmçinin hadisə yerində olan "Güvən" restoranının müşahidə kameraları vasitəsi ilə qeydə alınmış videogörüntülərə X3 iştirakı ilə baxış keçirilərkən əlində butulkaya bənzər əşya tutmuş, əynində qara rəngli köynək və qara rəngli şalvar olan şəxsin dayanacaqda saxlanılmış avtomobilə yaxınlaşması müəyyən edilmiş, Şəhla Kazımova həmin şəxsin əri Şikayət verən şəxs olduğunu bildirmişdir. HK-*/*** nömrəli materialda olan BB****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Mercedes Benz" markalı, GLC 300 modelli, 27492030989061 mühərrik nömrəli, WDC0G4JB6HF236125 ban nömrəli, tünd boz metallik rəngli, ** QN *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2025-ci il tarixdə X4 mülkiyyətində qeydiyyata alınmışdır. HK-*/*** nömrəli materialda olan BA****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Mercedes Benz" markalı, GLC 300 modelli, 27492030989061 mühərrik nömrəli, WDC0G4JB6HF236125 ban nömrəli, tünd boz metallik rəngli, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2025-ci il tarixdən X3 mülkiyyətində qeydiyyata alınmışdır. Apellyasiya şikayətinə əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-16(5-97)- ***/**** nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkməsinin icraatında olan e-2(5-97)- ****/**** saylı mülki iş yekunlaşanadək “Mercedes-Benz GLC300” markalı, WDC0G4JB6HF236125 ban nömrəli, **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Məhkəmə kollegiyası işin hallarını nəzərə alıb, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, həmin dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, materialdan göründüyü kimi "Mercedes Benz" markalı, GLC 300 modelli, 27492030989061 mühərrik nömrəli, WDC0G4JB6HF236125 ban nömrəli nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Belə olan halda həmin avtomobilin özgəninkiləşdirilməsinə qadağa qoyulması faktı onun mülkiyyət hüququnun məhz Şikayət verən şəxs və X3 birgə mülkiyyət hüququ ilə aid olmasını təsdiq edən yekun məhkəmə aktı kimi qəbul edilə bilməz. Həmçinin hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə mübahisə predmeti olan avtomobilə dair tərəflərin əmlak hüquqlarının və həmin əmlakın hüquqi rejiminin yekun olaraq müəyyən edilməsi barədə məhkəmə aktı qəbul edilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, şikayətçinin Azərbaycan Respublikası İXM-in 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin mövcud olmaması barədə dəlilinə dair birinci instansiya məhkəməsi düzgün olaraq olaraq hesab etmişdir ki, həmin məsələyə yalnız şikayətçinin əməlinin şəxsi münasibətlərindən irəli gəlməsi barədə fikri əsasında məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən qabaqcadan hüquqi qiymət verilə bilməz. Nəzərə alınmalıdır ki, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həlli məqsədilə materialların aidiyyəti üzrə göndərilməsi şəxsin artıq inzibati qaydada təqsirli hesab edilməsi, onun təqsirinin qəti müəyyən olunması qənaətinə gəlməyə əsas vermir. Bu yalnız əməldə inzibati xəta əlamətlərinin olması ehtimalı ilə bağlı toplanmış materialın inzibati xəta haqqında işə baxmağa səlahiyyətli orqana göndərilməsindən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 453.6 və 454-cü maddələrinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında hakimin çıxardığı qərarın qanuniliyinin və əsaslılığının yoxlanılması üzrə apellyasiya instansiyası məhkəməsi həmin qərarı ləğv edib qərarın və hərəkətin qanunsuz hesab olunması barədə, yaxud da birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, R X1 ##.##.2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın “Şikayət verən şəxs Azərbaycan Respublikası İXM-in 232-1 və 510.1-ci maddələri ilə inzibati qaydada məsuliyyətə cəlb olunması üçün qərarın surəti Abşeron RPİ-nin Saray PB-yə göndərilsin” hissəsindən verilmiş şikayətin rədd edilməsinə dair Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və CPM-nin 122, 442, 449-451 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(*-***)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Bu qərar qətidir, ondan kassasiya şikayəti və ya protesti verilməsi hüququ Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır.
Məhkəmə qərarları › İş №6(3-8)-61/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-61/2026
09.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver