Azərbaycan Respublikası adından Qərar Sumqayıt şəhəri İş № 6(3-8)-62/2026 21.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əsgərova Ruhiyyə Orucəli qızı (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Elçin Qüdrət oğlundan ibarət tərkibdə, Şükürov Cahangir Fəxrəddin oğlunun katibliyi, Şikayət verən şəxs iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan verilmiş şikayət üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından Şəkərova Vüsalə Binyət qızı tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət verən şəxs Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarını ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Şikayət verən şəxs ##.##.2026-cı il tarixində Azırbaycan Respublikası DİN-nin 102 xidmətinə və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə şikayət ərizəsi ilə müracit etmişdir Belə ki, ##.##.2026-cı il tarixdə "Facebook" sosial şəbəkəsində "Şikayət verən şəxs" adlı hesabında paylaşdığı şəxsi fotonun şərh bölməsində Rauf Qarayev adlı istifadəçi tərəfindən təhqir və böhtan xarakterli şərh yazılması, şərhdə onun şərəf və ləyaqətini alçaldan, şəxsi həyatına müdaxilə edən ifadələr işlədilməsi, daha sonra isə ##.##.2026-cı il tarixində əməkdaşı olduğu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rəsmi elektron poçt ünvanına elektron ünvan 1 ünvanından onun barəsində böhtan və təhqir xarakterli məktub göndərilməsi olmuşdur. Daha sonrakı tarixdə barəsində eyni məzmunlu məktub Milli Məclisin sədrinə də ünvanlanmışdır. Onun iş yerinin rəsmi poçt ünvanına göndərilən, həm də Milli Məclisə ünvanlanan məktubda qeyd olunan məlumatlar tam böhtan xarakterlidir, həqiqəti əks etdirmir. Onun çalışdığı Agentlikdə Mirzəyev soyadlı, həmçinin də övladlarının siyahısında Ruslan və Marina adlı övladı, X1 adlı arvadı olan heç bir əməkdaş çalışmır. Bu informasiyalar insan resursları şöbəsinin bazasında aşkar edilmədiyindən, məktub göndərilən ünvan və məktubda qeyd olunan məlumatların saxta olması mübahizəsizdir. Həmçinin də ona məxsus olan nömrəyə hər hansı bir qadından qeyd olunan məzmunda heç bir vaxt, heç bir zəng edilməmişdir, onun şəxsi həyatına, əxlaqına və iş fəaliyyətinə qarşı həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini alçaladan ifadələrə yol verilmişdir. Bu saxta, böhtan xarakterli məlumatlar digər şəxslər, o cümlədən də rəhbərlik arasında yayılmış və onun nüfuzuna sarsıdıcı zərbə vurmuşdur. Onun təxmininə görə iş yerin mail ünvanına böhtan və təhqir məzmunlu məlumat yazan və "Facebook" hesabında onu təhqir edən şəxs eyni şəxsdir. ruslanmarsoviçelektron ünvan 2 poçt ünvanı və "Facebook" sosial şəbəkəsində Rauf Qarayev adlı istifadəçi saxta olmuş, barəsində internet informasiya ehtiyatında saxta istifadəçi adı, profil və ya hesablardan istifadə edilməklə, kütləvi nümayiş etdirməklə ona böhtan atılmış, şəxsiyyəti təhqir edilmişdir. Belə ki, özünü Rauf Qarayev adı ilə tədim edən edən şəxs özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim etmiş olsa da, sonradan ona belə bir şəxsin həmin müəssisədə çalışmadığı məlum olmuşdur. Qeyd edilən halların araşdırılması və hüquqi qiymət verilməsi üçün tərəfindən DİNnin müvafiq qurumuna şikayət verilmişdir. Belə ki, ona böhtan atan şəxsin kimliyinin müəyən edilməsi üçün onun müstəqil araşdırma aparmaq kimi imkanı yoxdur, yol verilmiş cinayəti törədən şəxs isə cinayət məsuliyyətindən kənarda qalmamalıdır. Şikayəti ##.##.2026-cı il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-də törədilmiş və ya hazırlanan ciayətlər barəsindən məlumatların qeydiyyatı kitabında NK-1/1837 sayla qeydiyata alınaraq araşdırılması və prossesual qərar qəbul edilməsi məqsədi ilə R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) həvalə edilmişdir. Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) isə heç bir araşdırma aparmadan NK-*/**** nömrəli materiala dair ## #### 2026-cı il tarixli "Cinayət işi başlanmasının rədd edilməsi haqqında" qərar qəbul etmişdir. Aşağıda şərh edilənlərə əsasən material üzrə qəbul edilmiş qərar qanunsuz hesab edilməklə ləğv edilməlidir. Qərarda cinayət işinin başlanmasının rədd olunması heç bir əsaslanma aparmadan həyata keçirilmişdir. Bununla da onun cinayət əməlindən müdafiə olunmaq kimi hüququ kobud şəkildə pozulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı (hakim E.Əliyev) ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan Şəkərova Vüsalə Binyət qızı tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin təmin edilməməsi qərara alınmışdır. Şikayət verən şəxs qərardan apellyasiya şikayəti verərək, qərarların ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, ##.##.2026-cı il tarixində Azırbaycan Respublikası DİN-nin 102 xidmətinə və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə şikayət ərizəsi ilə müracit etmişdir. Şikayət ərizəsinin verilməsinə səbəb ##.##.2026-cı il tarixdə “Facebook” sosial şəbəkəsində “Şikayət verən şəxs” adlı hesabında paylaşdığı şəxsi foto ilə bağlı şərh bölməsində Rauf Qarayev adlı istifadəçi tərəfindən təhqir və böhtan xarakterli şərh yazılması, şərhdə onun şərəf və ləyaqətini alçaldan, şəxsi həyatına müdaxilə edən ifadələr işlədilməsi, daha sonra isə ##.##.2026-cı il tarixində əməkdaşı olduğu Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rəsmi elektron poçt ünvanına elektron ünvan 3 ünvanından barəsində böhtan və təhqir xarakterli məktub göndərilməsi olmuşdur. Daha sonrakı tarixdə barəsində eyni məzmunlu məktub Milli Məclisinn sədrinə də ünvanlanmışdır. Onun işəgötürəninin rəsmi poçt ünvanına göndərilən, həm də Milli Məclisə ünvanlanan məktubda qeyd olunan məlumatlar tam böhtan xarakterlidir, həqiqəti əks etdirmir. Onun çalışdığı Agentlikdə Mirzəyev soyadlı, həmçinin də övladlarının siyahısında Ruslan və Marina adlı övladı, X1 adlı arvadı olan heç bir əməkdaş çalışmır. Bu informasiyalar insan resursları şöbəsinin bazasında aşkar edilmədiyindən, məktub göndərilən ünvan və məktubda qeyd olunan məlumatların saxta olması mübahizəsizdir. Həmçinin də ona məxsus olan nömrəyə hər hansı bir qadından qeyd olunan məzmunda heç bir vaxt, heç bir zəng edilməmiş, şəxsi həyatına, əxlaqına və iş fəaliyyətinə qarşı həqiqətə uyğun olmayan, şərəf və ləyaqətimi alçaladan ifadələrə yol verilmişdir. Bu saxta, böhtan xarakterli məlumatlar digər şəxslər, o cümlədən də rəhbərlik arasında yayılmış və onun nüfuzuna sarsıdıcı zərbə vurmuşdur. Onun təxmininə görə iş yerinin mail ünvanına böhtan və təhqir məzmunlu məlumat yazan və “Facebook” hesabında onu təhqir edən şəxs eyni şəxsdir. ruslanmarsoviçelektron ünvan 2 poçt ünvanı və “Facebook” sosial şəbəkəsində Rauf Qarayev adlı istifadəçi saxta olmuş, barəsində internet informasiya ehtiyatında saxta istifadəçi adı, profil və ya hesablardan istifadə edilməklə, kütləvi nümayiş etdirməklə ona böhtan atılmış, şəxsiyyəti təhqir edilmişdir. Belə ki, özünü Rauf Qarayev adı ilə tədim edən edən şəxs özünü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim etmiş olsa da, sonradan ona məlum olmuşdur ki, belə bir şəxs həmin müəssisədə çalışmır. Qeyd edilən halların araşdırılması və hüquqi qiymət verilməsi üçün tərəfindən DİN-nin müvafiq qurumuna şikayət verilmişdir. Belə ki, ona böhtan atan şəxsin kimliyinin müəyyən edilməsi üçün onun müstəqil araşdırma aparmaq kimi imkanı yoxdur, yol verilmiş cinayəti törədən şəxs isə cinayət məsuliyyətindən kənarda qalmamalıdır. Şikayəti ##.##.2026-cı il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-də törədilmiş və ya hazırlanan ciayətlər barəsindən məlumatların qeydiyyatı kitabında NK-1/1837 sayla qeydiyata alınaraq araşdırılması və prossesual qərar qəbul edilməsi məqsədi ilə R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) həvalə edilmişdir. Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) isə heç bir araşdırma aparmadan NK-*/**** nömrəli materiala dair ## #### 2026-cı il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərardan tərəfindən məhkəmə nəzarəti qaydasında şikayət verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)- **/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə şikayəti təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, barəsində şikayət verilən qərar üzrə və həmin qərarın qəbul edilməsinə əsas olmuş material üzrə ibtidai araşdırma aparmış şəxs tərəfindən kifayət qədər araşdırma aparılmış və cinayət hadisəsinin olub-olmamasını müəyyən etmək üçün bütün prosessual hərəkətlər yerinə yetirilmişdir. Məhkəmə hesab etmişdir ki, şikayətçi Şikayət verən şəxs ona böhtan atıldığını hesab edirsə, bu zaman xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edə bilər. Bildirmək istəyir ki, ona internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atılmış və təhqir olunmuşdur. Şikayəti üzrə təhqiqatçı barəsində böhtan və təhqir dolu məlumatları yayan şəxsin kimliyinin araşdırılması üçün heç bir addım atmamışdır. Halbuki, şikayətində də qeyd etmişdir ki, barəsində yalan, təhqir və böhtan xarakterli məlumat yayan şəxsin imza yerində və profilində qeyd edilmiş adlar saxtadır, belə bir şəxslər möcvud deyillər. Yəni onu hədəfə almış şəxs sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablardan istifadə etmişdir. Lakin R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) isə “saxta istifadəçi adlar, profil və ya hesablar”ın həqiqiətdə kimə məxsus olmasının araşdırılması və müəyyən edilməsi üçün heç bir araşdırma aparmadan NK-*/**** nömrəli materiala dair ## #### 2026-cı il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Məhkəmə də təhqiqatçının mövqeyi ilə razılaşaraq şikayətini təmin etməmişdir. Bununla da onun cinayət əməlindən müdafiə olunmaq kimi hüququ kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Cinayət Prosessual Məcəllənin 122.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət verilir. Həmin Məcəllənin 454-cü maddəsinə əsasən istintaq hərəkətlərinin məcburi aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, habelə cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin dəlillərini müzakirə edib, cinayət prosesi iştirakçılarının izahatlarını dinləyərək, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ## #### 2026cı il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət hadisəsinin əlamətlərinin olmasını və əməldə cinayət tərkibinin olmasını sübuta yetirə biləcək zəruri dəlillərin olmadığı müəyyən edildiyi üçün material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 207-ci maddəsinin 1-ci bəndinin məzmununa görə, təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki və ya hüquqi şəxs tərəfindən daxil olmuş, habelə onun səlahiyyətlərinə aid olan və kütləvi informasiya vasitələrində əks etdirilmiş və təsdiq edən sənədlərlə birgə təqdim edilmiş məlumatı dərhal qeydə almalı və ona baxmalı, zəruri hallarda törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat (aşkar cinayətlər haqqında məlumatlar istisna olmaqla) alındıqdan sonra 3 (üç) gün müddətində, bu mümkün olmadıqda 10 (on) gündən, ekspertin rəyinin alınması ilə əlaqədar və ya bu Məcəllənin 207.3-cü maddəsində nəzərdə tutulmuş hallarda isə 30 (otuz) gündən artıq olmayan müddətdə cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair ilkin yoxlama aparmalı, törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxılmasının (aparılmış yoxlamanın) nəticələri üzrə cinayət işinin başlanması və ya cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etməlidir. Bununla əlaqədar kollegiya qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 37, 38, 39, 41 və 46-cı maddələrinin tələblərinə əsasən cinayət təqibi yalnız əməldə konkret cinayət tərkibinin əlamətlərini təsdiq edən kifayət qədər sübutlar olduqda həyata keçirilə bilər və belə sübutlar mövcud olmadıqda başlanılmış cinayət təqibinə xitam verilməsi qanunun tələbidir. Belə ki, CPMnin 46.3-cü maddəsinə əsasən cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Eyni zamanda CPM-nin 39.1.2-ci maddəsinə görə əməldə cinayət tərkibi olmadıqda başlanılmış cinayət təqibinə xitam verilməlidir. CPM-nin 41.1ci maddəsi də təhqiqatçı, müstəntiq və ya prokurorun cinayət təqibini istisna edən hallar müəyyən edildikdə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul etməsini imperativ qaydada nəzərdə tutur. Şikayət verən şəxs müraciətində onu təhqir edən şəxsin araşdırılmasını və prosessual qərar qəbul edilməsini xahiş etmişdir. Onun müraciətinin əsasını barəsində sosial şəbəkələrdə, o cümlədən elektron poçt vasitəsi ilə edilən böhtan və təhqir xarakterli məlumatların aydınlaşdırılmasını xahiş etmişlər. Cinayət işinin rədd edilməsinə dair materialdan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 147, 148, 148-1-ci maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə cinayət işinin və cinayət təqibinin başlanması rədd edilmişdir. Lakin nəzərə alınmamışdır ki, həmin maddələr üzrə araşdırma aidiyyatı məhkəmədir. Bu isə təhqiqatçı tərəfindən həmin maddələr üzrə araşdırma aparılmasını istisna etsə də, həmin şikayət ərizəsində göstərilən xüsusatlar üzrə, yəni şikayət verən şəxsin İP ünvanı və digər elektron verilənlər (İKT sistemi vasitəsilə əldə edilən məlumatlar) vasitəsi ilə araşdırma aparılmasını istisna etmir. Həmin hal üzrə də araşdırmanın aparıldığı müəyyən edilməməklə, cinayət işinin başlanmasının rədd edilməsi qənaətinə gəlinmişdir. Cinayət Prosessual Məcəllənin 124.1.2-ci maddəsinə görə hadisənin cinayət hadisəsi olubolmaması, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmaması, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi, onun təqsirli olub-olmaması, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar yalnız sübutlar vasitəsilə müəyyən edilir. Həmin Məcəllənin 138.1-ci maddəsinə görə sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 139.0.1 və 139.0.3-cü maddələrinə görə cinayət hadisəsinin baş vermə faktı və halları, eləcə də cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayət əlamətlərinin mövcudluğu cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 146.1-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 212.1-ci maddəsinə əsasən cinayət işinin başlanması üçün əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin rədd olunması qənaətinə gəlinərkən cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. Bu isə birinci instansiya məhkəməsi tərəfindən Şikayət verən şəxs şikayətində göstərdiyi halların araşdırılması, mübahisələndirilən hal üzrə düzgün qiymət verilməsi barədə gəlinən nəticənin qanuni və əsaslı hesab edilməsini istisna edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 122, 442, 449-451 və 454cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Şəkərova Vüsalə Binyət qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarı və Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Material yenidən əlavə araşdırılma aparılması üçün Sumqayıt şəhər Məhkəməsinin vasitəsi ilə Sumqayıt şəhər Prokurorluğuna qaytarılsın. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.
Məhkəmə qərarları › İş №6(3-8)-62/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-8)-62/2026
21.09.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver