Məhkəmə qərarları › İş №6(3-9)-20/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-9)-20/2026

21.05.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 6(3-9)-20/2026 21.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Hacıyev Pərviz Vaqif oğlu (sədrlik edən), X9 və Sultanov Cavid Rizvan oğlundan ibarət tərkibdə, Babayev Variq Baloğlan oğlunun katibliyi, Füzuli rayon prokurorunun böyük köməkçisi, R X4 iştirakı ilə, Füzuli rayon prokurorunun böyük köməkçisi, R X4 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” ## ###### 2026-cı il tarixli qərarından Şikayət verən şəxs tərəfindən verilmiş şikayətin təmin edilməsinə dair Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-*/**** nömrəli qərarından Füzuli rayon prokuroru, R Ramiz Əliyev tərəfindən verilmiş apellyasiya protestinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı (hakim İsmayılov Elmir Akif oğlunun sədrliyi) ilə Şikayət verən şəxs şikayətinin təmin edilməsi, Füzuli rayon prokurorunun böyük köməkçisi, R X4 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarın ləğv edilməsi və istintaq zamanı şikayətdə göstərilən halların, eyni zamanda şikayətçi və barəsində şikayət verilən şəxs tərəfindən təqdim edilmiş və istintaq zamanı toplanmış sübutların hərtərəfli, tam və obyektiv araşdırılması, istintaq zamanı göstərilənlərlə kifayətlənməməklə qarşıya çıxan digər halların da hərtərəfli, tam və obyektiv yoxlanılaraq iş üzrə qanuni qərar qəbul edilməsinin təmin edilməsi, qərarın icrasına nəzarətin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırılması barədə yekun qərar qəbul edilmişdir. İŞİN HALLARI Şikayət verən şəxs məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Füzuli rayon prokurorunun böyük köməkçisi, R X4 ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, külli miqdarda şəxsi əmlakını (hazırda 300 başa yaxın xırdabuynuzlu heyvanların) etibar etdiyi qardaşı, Füzuli rayon sakini X14 tərəfindən talanaraq mənimsənilməsi ilə əlaqədar qanuni tədbirlər görülməsi və pozulmuş əmlak hüququnun bərpa edilməsi barədə ##.##.2025-ci il tarixdə Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) göndərilmiş əsaslı şikayət ərizələri üzrə, həmin rayonun prokuroru və prokurorluğun digər əməkdaşlarının qanunsuz maddi maraqları zəminində uzun müddət ərzində qanuni tədbirlər görülmür və onlar cəzasızlıq və özbaşınalıq mühitindən istifadə edərək, hüquqazidd hərəkətlərini davam etdirirlər. Belə ki, rayon prokurorluğu şikayət ərizəsinin araşdırılması prosesində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 204.1, 207.1.1, 207.1.2, 207.1.3, 207.3.2, 212.3, 210, 144, 145, 95, 85ci maddələrinin tələbləri kobud şəkildə pozmuş və ya onları düzgün tətbiq edilməmiş və nəticədə məqsədli şəkildə ciddi pozuntulara yol vermişdir. Təqdim olunan fakt üzrə Ş.Əsədov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işinin başlanılıb istintaq aparılması üçün tərəfindən prokurorluğa kifayət qədər sübutlar, dəlillər, şahidlərin siyahısı, mənimsənilmiş əmlakımızın hazırda olduğu yerin ünvanı (maddi sübutlar) təqdim olunmasına baxmayaraq, zəruri qanuni tədbirlər görülməmiş və artıq ##.##.2026-cı il tarixdə 3-cü dəfə qanunsuz və əsassız şəkildə cinayət işinin başlanılmasının rədd ediməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə 3-cü qərarda da çoxlu sayda qəsdən saxtalaşdırmalar, hüquqi və prosessual normaların kobud şəkildə pozulması hallarına yol verilmişdir. Ona görə də zərurət yarandığından cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ## ###### 2026-cı il tarixli qərarının ləğv edilməsi və təqdim edilmiş materiallar üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə yenidən tam və obyektiv ibtidai araşdırma aparılması öhdəliyinin Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) həvalə edilməsi barədə qərar qəbul edilməsi məqsədilə məhkəməyə müraciət etməli olmuşdur. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Birinci instansiya məhkəməsinin qərarından Füzuli rayon prokuroru, R Ramiz Əliyev apellyasiya protesti verərək, Füzuli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- */**** nömrəli qərarının ləğv edilməsini və Füzuli rayon prokurorunun böyük köməkçisi, R X4 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “cinayət işi başlaıııİmasının rədd edilməsi haqqında" qərarın qanuni hesab edilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, Şikayət verən şəxs qardaşı X14 tərəfindən özünə məxsus xırdabuynuzlu heyvanların mənimsənilməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğundan Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) müraciət daxil olmuşdur. Həmin müraciət əsasında rayon prokurorluğunda Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) müstəntiqi, R Elsun Məstanov tərəfindən araşdırma aparılmış, ## ###### 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən X14 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsassız olduğundan ## ###### 2025-ci il tarixli qərar ilə ləğv edilərək, material əlavə araşdırmanın aparılması üçün Elsun Məstanova qaytarılmışdır. X19 ## ###### 2026-cı il tarixli qərarı ilə yenidən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən X14 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Bir daha həmin qərar ## ###### 2026-cı il tarixli qərarla ləğv edilərək, material əlavə araşdırmanın aparılması üçün Füzuli rayon prokurorunun böyük köməkçisi, R Rəhman Cəfərova təqdim edilmiş və onun tərəfindən araşdırma davam etdirilmişdir. Araşdırma zamanı Şikayət verən şəxs izahatında göstərmişdir ki, X14 onun qardaşıdır. ## ###### 2004-cii il tarixdə atası X2 rəhmətə getmişdir. O və həyat yoldaşı X12 2005-ci ildə Şəmsəddin Əsədova 41 baş doğar qoyun təhvil verib Bakı şəhərinə getmişlər. Şəmsəddin Əsədov onlara demişdir ki, həmin 41 baş doğar qoyunun saxlanması xərclərini çıxdıqdan sonra təbii artımdan qalan gəliri onlara verəcək. Həmin 41 baş qoyunu o və Ələddin Hümbətov birlikdə işləyərək əldə etmişlər. Yəni həmin qoyunların miras əmlaka aidiyyəti yoxdur. 2005-ci ildən sonrakı 3 il ərzində hər il onların paylarına düşən gəliri soruşduqda Şəmsəddin əvvəlcə bildirmişdir ki, “təbbi artımı satmışam, özümə pul lazım olduğu üçün xərcləmişəm, onun yerinə xırda buynuzlu heyvan qoyacam”. 2008-ci ildən sonrakı illərdə isə bildirmişdir ki. “təbii artımdan olan quzuları satmağı məsləhət bilmirəm, quzularınızı artırıram ki, gələcəkdəki sayları daha çox olsun". 2009-cu ildə Şəmsəddin Əsədov onların Bakı şəhərində yaşadıqları evə gələrkən heyvanlarının sayının 100 baş olduğunu demişdir. Bundan sonra onlar həmin 100 baş heyvanlarının hamısını satmaq qərarına gəlmiş, bunun üçün Füzuli rayonuna gəlmişlər. Heyvan almaq fikrində olmaq istədiyini bildikləri Turab Kazımovu (telefon nömrəsi: 051- 464- 32-34) Füzuli rayonu. Şpartı Düzündəki fermaya çağırmış, Turab Şəmsəddindən onlara məxsus olan 17 baş doğar qoyunu almış, həmin 17 baş qoyunun pulunu onlara vermişdir. Satışdan əvvəl Şəmsəddin 100 baş qoyunu satacağım söz versə də 17 başını sürüdən ayırmış, Turab da ona çox sayıda qoyun lazım idi, bilsə idi Ağcabədidən buna görə Şpartıya maşın tutub gəlməzdi deyərək narazılıq etmişdir. Şəmsəddindən heyvanın qalanının harada olduğunu soruşduqda sonuncu sürülərin bir-birinə qarışdığını, heyvanları ayırd edə bilmədiyini, ayırt etdikdən sonra onlara xəbər edəcəyini, bundan sonra onlara məxsus bütün heyvanları sata biləcəklərini demişdir. Şəmsəddin bundan sonrakı illər ərzində hazıradək onlara “axtarıram", “heyvanlarınızı avırt edib Sizə verəcəm” deyib onları yola vermişdir. Ona görə də şikayət etməmişlər. Bu barədə qohumlarının əksəriyyəti Şəmsəddinə tənə ilə bildirdikdə ki “düz iş görmürsən", sonuncu da hər dəfə yola vermişdir ki, “qoyunları verəcəm". Lakin Şəmsəddin 2024-cii ilin ortalarında demişdir ki, “Sizin məndəki bütün heyvanlarınızı satıb pulunuzu özünüzə vermişəm”. Lakin həmin qoyunları nə vaxt, hansı ildə, neçə baş və hansı qiymətə satıb pulunu kimə verdiyini deməmişdir. O, Şəmsəddin Əsədov barəsində qanuni tədbir görülməsini və heyvanlarının onlara geri qaytarılmasını tələb edir. X12 izahatında həyat yoldaşı Şikayət verən şəxs göstərdiklərini eyniylə təsdiq etmişdir. Həmçinin araşdırma zamanı X14 izahatında göstərmişdir ki, o, hazırda heç bir yerdə işləmir, xırdabuynuzlu heyvanların təsərrüfatı ilə məşğuldur. Şikayət verən şəxs onun bacısıdır. Şikayət verən şəxsnm müraciətləri ilə tanış olmuşdur. Atası X2 2004-cü il tarixdə rəhmətə getmişdir. Onlar ailədə 5 oğlan, 4 qız olmuşlar. X6 ölməzdən əvvəl qoyunçuluq təsərrüfatı ilə məşğul olmuşdur. Öləndən sonra təsərrüfata o baxmışdır. Şikayət verən şəxs iddia etdiyi 40 baş doğar qoyunu atası ona sağlığında verməmişdir. Ümumiyyətlə atasından qalan təsərrüfatdan onun qardaşları və bacıları arasında heç bir bölgü olmamışdır. O. təsərrüfatını yctişdirdib öz zəhməti ilə böyütmüşdür. Yəni Şikayət verən şəxs ona ümumiyyətlə qoyun və ya digər formada daşınar-daşınmaz əmlak verməmişdir. Bacısı Şikayət verən şəxs evlənəndən sonra Bakıya köçmüşdür. Təqribən 2016-eı ildən onların arasında münasibət soyuq olmuşdur. Bacısı Şikayət verən şəxs həyat yoldaşının bacısı onun qardaşının həyat yoldaşıdır. 2016-cı ildə qardaşının həyat yoldaşı onunla evlə bağlı münaqişə etmişdir. O vaxtdan bacısı Şikayət verən şəxs həyat yoldaşı, yəni yeznəsi ilə də münasibəti olmamışdır. Bacısı Şikayət verən şəxs ilə həyat yoldaşı onunla aralarında olan soyuqlıığa görə müxtəlif bəhanələr gətirməklə hüquq mühafizə orqanlarına əsassız şikayətlər etmişlər. Bu şikayətlərin əsası yoxdur. Bacısı Təranə ona ümumiyyətlə qoyun verməmişdir. Həmçinin atası sağlığda bacısı Şikayət verən şəxs əmlak verməmişdir. Bacısı Şikayət verən şəxs onunla bağlı dəfələrlə şikayət etməyinin səbəbi vaxtı ilə baldızı ilə onun arasında yaranmış evlə bağlı münaqişə olmuşdur. Bacısı Şikayət verən şəxs həyat yoldaşı ondan müxtəlif bəhanələrlə şikayət etməsi üçün bacısı Şikayət verən şəxs psixoloji təsir göstərmişdir. Qısaca Şikayət verən şəxs rayon prokurorluğuna ünvanlandığı ərizələrində göstərdiyi xüsusatlarııı heç biri reallığa uyğun deyil. X14 əlavə izahatında göstərmişdir ki, o, atasının sağlığında, yəni 2002-ci ildə öz şəxsi qoyunlarının içərisindən iki baş ana qoyun və iki baş bala quzunu Təranə üçün ayırmış, Təranənin həyat yoldaşı Ələddin də bir erkək toğlu, bir ana qoyun və bir quzunu satın alaraq onun Təranə üçün ayırdığı heyvanların içinə qatmışdır. Bu üsulla 2008-ci ildə Təranənin dişi və erkəklə birlikdə 17 qoyunu olmuşdur. Ələddin ona zəng edərək həmin qoyunları satmaq istədiyini demişdir. O da kirvələri olan Turab Kazımovla əlaqə saxlamış, sonuncuya Təranənin onda 17 baş qoyununu olduğunu və həmin qoyunları satmaq istədiyini demişdir. Turab da bununla razılaşmış, onun Füzuli rayonu, Şpaıtı Diiziindəki fermasına gəlmiş. Ələddinin yanında 17 baş qoyunun pulunu Ələddinə vermiş və çıxıb getmişdir. X13 izahatında qardaşı Şəmsəddin Əsədovun göstərdiklərini eyni ilə təsdiq etmişdir. X3 izahatında göstərmişdir ki, X14 və Şikayət verən şəxs ataları Abdulla ilə ailəlikcə kirvəlik münasibətləri var. Hər iki şəxslə münasibəti yaxşıdır, aralarında düşmənçilik və ədavət yoxdur. Təxminən 2008-ci ildə Şəmsəddin Əsədov ona zəng edərək bacısı Şikayət verən şəxs onun fermasında olan 17 baş qoyununu satmaq istədiyini bildirmiş, o da ferma təsərrüfatı ilə məşğul olduğu üçün həmin qoyunları almaq qərarına gəlmişdir. Bunun üçün özü maşın təşkil etmiş və Şəmsəddinin Ftizuli rayonu. Şpartı Düzü adlanan ərazidəki fermasına getmişdir. Həmin vaxt fermada Şəmsəddin və Təranənin əri Ələddin də orada olmuş. Şəmsəddin fermadakı qoyunların içərisindən 17 başını ayırıb ona təqdim elmiş və o da həmin qoyunların pulunu Ələddinə vermişdir. Aradan 17 ildən çox müddət keçdiyi üçün həmin məbləği xatırlamır. O, pulu Ələddinə verdikdən sonra Şəmsəddin Ələddinə demişdir ki, “Təranənin qoyunları qutardı". Yəni O. həmin vaxt Şəmsəddin və Ələddinə “bilsəydim 17 baş qoyun satacaqsmız Ağcabədidən maşın tutub Şpartıya gəlməzdim" deməmişdir. X7, Şikayət verən şəxs və ya hər hansı şəxs tərəfindən izahat verməməsi, eləcə də yanlış izahat verməsi ilə bağlı təzyiq edilməmişdir. İzahatları alınmış X8, X11 və X1 izahatlarında Şikayət verən şəxs məxsus xırdabuynuzlu heyvanların X14 tərəfindən mənimsənilməsi barədə heç bir məlumatlarının olmadıqlarını qeyd etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Mənimsəmə talamanm müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsiııə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Araşdırma zamanı 2005-ci ildə, eləcə də hər hansı müddət ərzində X14 tərəfindən ona etibar edilmiş özgə əmlakı olan Şikayət verən şəxs məxsus xırda buynuzlu heyvanların talanması öz təsdiqini tapmamışdır. Ona görə də Füzuli rayon prokurorunun böyük köməkçisi, R X4 ## ###### 2026-cı il tarixli qərarı ilə X14 barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir. Şikayət verən şəxs həmin qərardan məhkəmə nəzarəti qaydasında Füzuli rayon məhkəməsinə şikayət etmişdir. Məhkəmə ## ###### 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi əsası kimi Şəmsəddin Əsədova məxsus fermaya baxış keçirilməməsini, sonuncu ilə Şikayət verən şəxs izahatları arasındakı ziddiyətlərin olmasını rəhbər tutmuşdur. Lakin araşdırma materiallarından da göründüyü kimi Şikayət verən şəxs qardaşı Şəmsəddin Əsədova öz qoyunlarını 2004-cü ildə saxlayıb çoxaltmağa vermişdir. Xırdabuynuzlu heyvanın 22 il yaşamasının qeyri-mümkün olması səbəbi ilə Şəmsəddin Əsədova məxsus fermaya baxış keçirilməsi Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 146.3.2-ci maddəsində nəzərdə tutulmuş ibtidai araşdırmanın uzadılmasına, yəni süründürməçiliyə səbəb olacaqdır. Bundan başqa, cinayət-prosessual qanunvericilik cinayət işlərində ifadələr arasında yaranmış ziddiyətləri aradan qaldırmaq üçün üzləşdirmə istintaq hərəkətinin aparılmasına imkan versə də materialların araşdırılması zamanı belə bir imkan tanınmamışdır. Bununla belə Şikayət verən şəxs ilə Şəmsəddin Əsədovun izahatları arasındakı ziddiyətlər Şikayət verən şəxs müraciətlərində özünün göstərdiyi şahidlərin izahatları təhlil edilmiş, həyat yoldaşı X12 başqa izahatları alınmış həmin şəxslər Şikayət verən şəxs göstərdiklərini təsdiq etməmişlər. Göründüyü kimi, məhkəmə nəzarət qaydasında verilmiş şikayətə baxan zaman məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan, işə baxılan zaman müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halları sübuta qiymət vermədən, yalnız Şikayət verən şəxs göstərdiklərini əsas alaraq Füzuli rayon prokurorunun böyük köməkçisi, R X4 tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli “cinayət işi başlanıİmasının rədd edilməsi haqqında” qərarı ləğv etmişdir. Şikayətçi Şikayət verən şəxs azpellyasiya protestinə etiraz verərək, protestin təmin edilməməsini və Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR Apellyasiya baxışı zamanı Füzuli rayon prokurorunun böyük köməkçisi, R X4 apellyasiya protestinin dəlillərini müdafiə edərək və həmin dəlillərə uyğun çıxış edərək, protestin təmin olunmasını, məhkəmənin qərarının ləğv edilməsini və ## ###### 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın qanuni hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Şikayətçi Şikayət verən şəxs məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işə Şikayət verən şəxs iştirakı olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ###### tarixli Qərarına əsasən məhkəmə nəzarəti cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür. Azərbaycan Respublikası CPM-in 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli qərarında qeyd etmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 449.3.5-ci maddəsinin məzmununa uyğun olaraq, məhkəmə nəzarəti qaydasında yoxlanılması mümkün olan prosessual hərəkətlərin və qərarların sırasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar da göstərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarəti, cinayət işinin başlanması mərhələsində hüquqları pozulmuş və ya pozulma təhlükəsi altına qoyulmuş şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi və bərpası üçün vacib funksiyanı yerinə yetirərək, məhkəməyə müraciət etmək konstitusiya hüququnun həyata keçirilməsini təmin edir. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarətinin mahiyyəti ondan ibarətdir ki, adıçəkilən nəzarət müstəqil və qərəzsiz məhkəmə hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin orqan nəzarət obyekti kimi çıxış edən qərarın əsasında dayanmış faktiki halların obyektiv qiymətləndirilməsi nəticəsində öz əsaslandırılmış qərarını qəbul edir və bununla da şəxslərin hüquqları və qanuni mənafeləri təmin olunur. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarətinin nəticəsi hamı üçün məcburi olan, qanuni, əsaslandırılmış və ədalətli məhkəmə qərarının qəbulunda ifadə olunur. Həmin qərar dövlət məcburiyyəti ilə təmin olunur və mübahisəli məsələnin mahiyyəti üzrə həll olunduğu ədalət mühakiməsi aktı qismində çıxış edir. Yuxarıda qeyd olunan normativ-hüquqi aktların tələblərini əlaqəli şəkildə nəzərdən keçirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxslərinin cinayət-prosessual fəaliyyətində qəbul etdiyi qərarların və onların hərəkətlərinin qanuniliyini və əsaslılığını məhkəmə nəzarəti qaydasında yoxlayır, bu yolla cinayət prosesini həyata keçirən orqanın prosessual qərarlarına faktiki məhkəmə nəzarətini də təmin etmiş olur. Lakin, o da qeyd edilməlidir ki, məhkəmə, yoxlanılması və qiymətləndirilməsi cinayət-prosesini həyata keçirən orqanın səlahiyyətinə aid olan məsələyə maddi-hüquqi qiymət verə bilməz, məsələn, cinayət işi başlaya və ya cinayət işinin başlanması üçün şərait yaradan əsaslar formalaşdıra bilməz. Məhkəmə daha çox cinayət prosesini həyata keçirən orqanların, fiziki və hüquqi şəxslərin şikayəti əsasında başladıqları araşdırmanı tam, hərtərəfli aparıb-aparmamasını, habelə işin müəyyən edilmiş faktiki hallarına cinayət və cinayət-prosessual qanununvericiliyin tələbləri baxımından düzgün qiymət veribvermədiklərini yoxlaya, eləcə də bu orqanların maddi və prosessual hüququ düzgün tətbiq edibetmədiyini müəyyən edə bilər. Məhkəmə nəzarətinin həyata keçirilməsinin prosedur qaydalarına gəldikdə isə qeyd olunmalıdır ki, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkət və qərarlarının qanuniliyinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Məhz bu məhkəmə instansiyası cinayət prosesini həyata keçirən orqanların araşdırmanı tam, hərtərəfli aparıb-aparmadıqlarını və hüququ düzgün tətbiq edib-etmədiklərini öz səlahiyyətləri çərçivəsində yoxlamağa borcludur. Nəticədə məhkəmə cinayət prosesini həyata keçirən orqanın qərarını qanuni hesab edir, yaxud yuxarıda qeyd edilən tələblərə cavab verməyən qərarı ləğv edib araşdırmanın təkrar aparılmasını təmin edir. Apellyasiya instansiyası məhkəməsi isə işə mahiyyəti üzrə baxan məhkəmə kimi birinci instansiya məhkəməsinin, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkətlərinə və qərarlarına düzgün qiymət verib-verməməsini yoxlayır, eyni zamanda, əgər birinci instansiya məhkəməsi işə baxarkən səhvə yol vermişdirsə, bu səhvi aradan qaldırır və fiziki və hüquqi şəxslərin şikayətləri üzrə birbaşa qərar qəbul edir. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya protestinin dəlilləri üzrə nəzərdən keçirib, proses iştirakçısını dinləyib aşağıdakı əsaslara görə hesab edir ki, protest təmin edilməməli, məhkəmənin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Şikayət verən şəxs tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətdən görünür ki, belə hesab edilir ki, onun külli miqdarda şəxsi əmlakı (hazırda 300 başa yaxın xırdabuynuzlu heyvan) onları etibar etdiyi qardaşı, Füzuli rayon sakini X14 tərəfindən talanaraq mənimsənilmiş, lakin faktla bağlı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) müstəntiqi tərəfindən hərtərəfli araşdırma aparılmamış və nəticədə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarından görünür ki, Şikayət verən şəxs müraciəti əsasında rayon prokurorluğunda Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) müstəntiqi, R Elsun Məstanov tərəfindən araşdırma aparılmış, ## ###### 2025-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən X14 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Füzuli rayon prokurorunun ## ###### 2025-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilərək, material əlavə araşdırmanın aparılması üçün Elsun Məstanova qaytarılmışdır. X19 ## ###### 2026-cı il tarixli qərarı ilə yenidən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən X14 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179-cu maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Füzuli rayon prokurorunun ## ###### 2026-cı il tarixli qərar ilə bir daha həmin qərar ləğv edilərək, material əlavə araşdırmanın aparılması üçün Füzuli rayon prokurorunun böyük köməkçisi, R Rəhman Cəfərova təqdim edilmiş və onun tərəfindən araşdırma davam etdirilmişdir. Füzuli rayon prokurorunun böyük köməkçisi, R X4 tərəfindən **c-** nömrəli material üzrə araşdırma aparılmış və ## ###### 2026-cı il tarixli qərar ilə toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən X14 barəsində Azərbaycan Respublikası CM-nin 179-cu maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Apellyasiya müraciəti ilə əlaqədar Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) toplanmış **c-** nömrəli material öyrənilərkən müəyyən edilmişdir ki, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ## ###### 2026-cı il tarixli qərarın əsasında dayanmış fakt araşdırma zamanı 2005-ci ildə, eləcə də hər hansı müddət ərzində X14 tərəfindən ona etibar edilmiş özgə əmlakı olan Şikayət verən şəxs məxsus xərda buynuzlu heyvanların talanması faktının öz təsdiqini tapmaması olmuşdur. Birinci instansiya məhkəməsində məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, “cinayət prosesini həyata keçirən orqan tərəfindən eyni ittiham üzrə üçüncü dəfə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarlar əsasında sübutlara lazımınca hüquqi qiymət verilməmiş və ətraflı araşdırma aparılmamış, qərarından şikayət verilən orqan hazırki iş üzrə vəzifələrini formal olaraq icra etmişdir. Belə ki, sadəcə izahatları almaqla kifayətlənmək, şikayət edilən şəxsin ona qarşı irəli sürülən ittihamı təkzib etməsinə əsaslanmaq və məhdud dairədə araşdırma apararaq mövcud sübutlara qiymət verməməklə cinayət işinin rədd edilməsi barədə ardıcıl olaraq qərarlar qəbul etmək orqan tərəfindən qanunsuzluğa yol verildiyini və qərarların əsassız şəkildə qəbul edildiyini əks etdirir. Bu isə orqanın işin həqiqi hallarını müəyyən etməyə deyil, əvvəlcədən müəyyən etdiyi mövqeyini saxlamasına yönəldiyini göstərir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, Şikayət verən şəxs müraciəti əsasında aparılmış araşdırma üzrə Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən ardıcıl olaraq ##.##.2025-ci il, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlar qəbul edilmiş, ilk iki qərar isə məhz araşdırmanın natamam aparılması, sübutlara səthi yanaşılması və işin hallarının tam yoxlanılmaması səbəbindən prokurorluğun özü tərəfindən ləğv edilmişdir. Buna baxmayaraq, sonuncu – ##.##.2026-cı il tarixli qərarın məzmunundan görünür ki, əvvəlki qərarların ləğvinə səbəb olmuş çatışmazlıqlar faktiki olaraq aradan qaldırılmamış, araşdırma yenə əsasən şəxslərin izahatlarının alınması ilə məhdudlaşdırılmış, iş üzrə mühüm əhəmiyyət kəsb edə biləcək digər halların yoxlanılması istiqamətində zəruri prosessual tədbirlər həyata keçirilməmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası CPM-in tələblərinə əsasən ibtidai araşdırma orqanı iş üzrə yalnız şəxslərin izahatlarını almaqla kifayətlənməməli, işin obyektiv hallarının müəyyən edilməsi üçün bütün mümkün araşdırma imkanlarından istifadə etməli, həm təqsirləndirici, həm də bəraətverici halları eyni dərəcədə yoxlamalıdır. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar isə yalnız o halda qanuni və əsaslı hesab edilə bilər ki, araşdırma nəticəsində cinayət hadisəsinin olmaması və ya şəxsin əməlində cinayət tərkibinin mövcud olmaması barədə yekun qənaətə gəlməyə imkan verən kifayət həcmdə və qarşılıqlı şəkildə yoxlanılmış materiallar əldə edilmiş olsun. Hazırkı halda isə materiallardan görünür ki, araşdırma zamanı izahatı alınmış X14 ilkin izahatında Şikayət verən şəxs ona ümumiyyətlə hər hansı qoyun və ya digər əmlak vermədiyini, belə bir halın baş vermədiyini bildirsə də, sonradan verdiyi əlavə izahatında artıq Şikayət verən şəxs üçün müəyyən sayda heyvanların ayrıldığını, həmin heyvanların sayının sonradan 17 başa çatdığını və 2008-ci ildə həmin heyvanların Turab Kazımova satıldığını göstərmişdir. Başqa sözlə, əvvəlcə şikayətçinin ona hər hansı əmlak etibar etməsini tam şəkildə inkar edən şəxs, sonradan məhz şikayətçiyə aid olduğunu bildirdiyi heyvanların mövcudluğunu və satıldığını etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, bu cür ziddiyyətli izahatlar iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi halda, həmin ziddiyyətlərin səbəbləri araşdırma orqanı tərəfindən aradan qaldırılmamış, onlara hüquqi qiymət verilməmiş, bununla bağlı əlavə yoxlama tədbirləri görülməmişdir. Halbuki cinayət-prosessual qanunvericiliyin tələblərinə görə sübutlar arasında mövcud olan ziddiyyətlərin aradan qaldırılması ibtidai araşdırma orqanının vəzifəsidir və belə ziddiyyətlər aradan qaldırılmadan “cinayət hadisəsinin təsdiqini tapmaması” nəticəsinə gəlinməsi obyektiv araşdırma prinsipi ilə uzlaşmır. Bundan başqa, kollegiya qeyd edir ki, araşdırma zamanı tərəflər arasında uzun müddət ərzində telefon əlaqələrinin olub-olmaması, onların qarşılıqlı əlaqələrinin intensivliyi, eləcə də şikayətçinin iddia etdiyi kimi uzun illər ərzində heyvanların qaytarılması, satılması və bölüşdürülməsi ilə bağlı mütəmadi danışıq və münasibətlərin mövcud olub-olmaması istiqamətində hər hansı araşdırma aparılmamışdır. Həmçinin iş materiallarında adı keçən və 2008-ci ildə qoyunların bir hissəsini aldığını bildirən Turab Kazımovla tərəflər arasında telefon əlaqələrinin mövcudluğu, həmin əlaqələrin vaxtı, xarakteri və intensivliyi də yoxlanılmamışdır. Halbuki şikayətçinin izahatına görə, qoyunların satışı məsələsi əvvəlcədən Turab Kazımovla razılaşdırılmış, sonuncu Füzuli rayonunun Şpartı düzü adlanan ərazisində yerləşən fermaya məhz həmin məqsədlə gəlmiş, tərəflər arasında satış və heyvanların sayı ilə bağlı müzakirələr aparılmışdır. Belə olan halda, həmin şəxslər arasında telefon əlaqələrinin mövcudluğunun, xüsusilə də şikayətçinin göstərdiyi dövrlərdə qarşılıqlı zənglərin olub-olmamasının araşdırılması iş üzrə iddiaların inandırıcılıq dərəcəsinin, tərəflər arasındakı münasibətlərin real xarakterinin və hadisələrin inkişaf ardıcıllığının müəyyən edilməsi baxımından əhəmiyyətli ola bilərdi. Eyni zamanda iş materiallarından görünür ki, şikayətçi tərəfindən Turab Kazımovla aparıldığı bildirilən telefon danışığının audioyazısı daşıyıcısı da araşdırma materiallarına əlavə edilmişdir. Lakin həmin daşıyıcının məzmununun yoxlanılması, orada əks olunan danışığın iş üzrə əhəmiyyətinin araşdırılması istiqamətində ibtidai araşdırma orqanı tərəfindən hər hansı prosessual tədbir görülməmişdir. Məhkəmə baxışı zamanı da qeyd olunan daşıyıcıya baxış keçirilməsi mümkün olmamış, CD diskin texniki baxımdan yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. Araşdırma orqanı tərəfindən isə öz növbəsində həmin məlumat daşıyıcısının bərpası, məzmununun əldə olunması və ya zərurət olduğu halda mütəxəssis yaxud ekspert vasitəsilə tədqiq edilməsi istiqamətində hər hansı tədbir həyata keçirilməmişdir. Halbuki şikayətçi apellyasiya protestinə verdiyi etirazında həmin danışığın iş üzrə mühüm əhəmiyyət kəsb etdiyini, Turab Kazımovun danışıq zamanı qərarda göstərilən xüsusatları təsdiq etmədiyini bildirmişdir. Belə olan halda, həmin xüsusatın da araşdırılmadan kənarda saxlanılması aparılmış yoxlamanın tam, hərtərəfli və obyektiv olması barədə nəticəyə gəlməyə imkan vermir. Kollegiya apellyasiya protestində göstərilən “xırdabuynuzlu heyvanların 22 il yaşamasının qeyri-mümkün olması səbəbindən fermaya baxış keçirilməsinin əhəmiyyətsiz olması” barədə dəlili də əsaslı hesab etmir. Belə ki, şikayətçi tərəfindən irəli sürülən iddia konkret olaraq yalnız 2004-2005-ci illərdə mövcud olmuş heyvanlarla məhdudlaşmır, həmin heyvanların təbii artımı nəticəsində çoxaldılması, uzun illər ərzində saxlanılması və hazırda böyük sayda heyvanın mövcud olması ilə bağlıdır. Bununla yanaşı, hər hansı prosessual hərəkətin nəticəsiz olacağı qənaətinə yalnız obyektiv yoxlama apardıqdan sonra gəlinə bilər. Hazırkı halda isə şikayətçinin göstərdiyi ünvan üzrə ümumiyyətlə baxış keçirilməmiş, orada mövcud təsərrüfatın vəziyyəti, heyvanların sayı, təsərrüfatın xarakteri və iş üzrə əhəmiyyət kəsb edə biləcək digər hallar araşdırılmamışdır. Buna görə də ibtidai araşdırma orqanı tərəfindən yalnız ehtimal xarakterli mülahizələrlə həmin prosessual hərəkətin əhəmiyyətsiz hesab edilməsi düzgün yanaşma sayıla bilməz. Kollegiya, həmçinin apellyasiya protestində göstərilən “məhkəmənin yalnız şikayətçinin mövqeyinə əsaslanaraq müvafiq qərarı qəbul etməsi” barədə dəlillə də razılaşmağı mümkün saymır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə hər hansı şəxsin təqsirli olması barədə nəticəyə gəlməmiş, yalnız aparılmış araşdırmanın tam, hərtərəfli və obyektiv olmaması qənaətinə gəlmişdir. Məhkəmə nəzarəti qaydasında baxılan belə işlər üzrə məhkəmənin vəzifəsi şəxsin təqsirliliyini müəyyən etmək deyil, qəbul edilmiş prosessual qərarın qanuniliyini və əsaslılığını yoxlamaqdan ibarətdir. Bu baxımdan birinci instansiya məhkəməsinin gəldiyi nəticə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, şikayət üzrə aparılmış ilkin prosessual yoxlama qanunvericiliyin tələb etdiyi tamlıq, obyektivlik və hərtərəfli araşdırma prinsiplərinə cavab verməmişdir. Belə ki, şikayət edən şəxs Şikayət verən şəxs qardaşı Şəmsəddin Əsədovun ona məxsus heyvanları talayaraq, mənimsədiyini iddia etmişdir. Lakin icraat aparan orqan tərəfindən həmin iddiaların doğruluğunu müəyyən etmək üçün zəruri prosessual hərəkətlər tam şəkildə həyata keçirilməmiş, nəticədə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar hüquqi baxımdan əsaslandırılmamış xarakter daşımışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Şəmsəddin Əsədovun əməlində hər hansı bir cinayət əməlinin olub-olması Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən səmərəli şəkildə araşdırılmamışdır. Halbuki, Azərbaycan Respublikası CPM-nin 86.1, 86.2 və 86.2.1-ci mаddələrinə görə cinayət təqibini həyata keçirərkən təhqiqatçı qanunun tələblərini rəhbər tutaraq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişlərinə və öz daxili inamına əsaslanaraq, zəruri prosessual qərarlar qəbul edir, istintaq və ya digər prosessual hərəkətləri həyata keçirir. Təhqiqatçı törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxmaq, kifayət qədər səbəblər və əsaslar olduqda cinayət işi başlamaq, işi öz icraatına götürmək, cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək kimi vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 212.4.2-ci maddəsinə görə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarını ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. Həmin Məcəllənin 451.1.2-ci mаddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim, barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərаrın ləğv edilməsi bаrədə qərar çıxarа bilər. Bu baxımdan kollegiya hesab edir ki, hazırkı material üzrə aparılmış araşdırma CPM-nin tələb etdiyi tamlıq, hərtərəflilik və obyektivlik meyarlarına cavab vermədiyindən, Füzuli Rayon Məhkəməsi tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli qərarın ləğv edilməsi barədə gəlinmiş nəticə qanuni və əsaslı olmuşdur. Apellyasiya protestinin dəlilləri isə formal mülahizə xarakterli dəlillər olmaqla, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib edən hər hansı yeni və ya mötəbər sübutla təsdiqlənmədiyindən məhkəmənin qərarının ləğv edilməsi üçün əsas vermir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, hesab edir ki, apellyasiya protesti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 442, 450, 451, 452, 453, 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Füzuli rayon prokuroru, R Ramiz Əliyev tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərar qətidir, qərardan şikayət və ya protest verilə bilməz. Sədrlik edən: Pərviz Hacıyev Hakimlər: Pərviz Əhmədov Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar