Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 6(3-9)-21/2026 12.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası – hakim Həşimov Yaşar Xanoğlan oğlunun sədrliyi, hakimlər – Əliyev Əli Abdulla oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi ilə, Şikayətçi Abbasov İsa Misir oğlunun Ağcabədi RPŞ TB-nin təhqiqatçısı R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) prosessual hərəkətlərinin qanunsuz hesab edilərək üzərinə müraciətə cavab verilməsi öhdəliyinin qoyulması və barəsində qanunamüvafiq tədbir görülməsi üçün qərarın surətinin Daxili İşlər Nazirliyinə göndərilməsi barədə nəzarət qaydasında verdiyi şikayətin geri qaytarılmasına dair Ağcabədi Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarından şikayətçi İsa Abbasov tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abbasov İsa Misir oğlu məhkəmə nəzarəti qaydasında şikayət verərək Ağcabədi RPŞ TB-nin təhqiqatçısı R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) prosessual hərəkətlərinin qanunsuz hesab edilərək üzərinə müraciətə cavab verilməsi öhdəliyinin qoyulması və barəsində qanunamüvafiq tədbir görülməsi üçün qərarın surətinin AR Daxili İşlər Nazirliyinə göndərilməsini xahiş etmişdir. Ağcabədi Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli *(*-***)-*/**** nömrəli qərarı (hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi) ilə Abbasov İsa Misir oğlunun şikayəti geri qaytarılmışdır. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qərarından narazı qalan şikayətçi Abbasov İsa Misir oğlu tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. İŞİN HALLARI: Abbasov İsa Misir oğlu birinci instansiya məhkəməsinə Ağcabədi Rayon X2 Bölməsinin təhqiqatçsısı R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) prosessual hərəkətlərindən məhkəmə nəzarəti qaydasında şikayətlə müraciət edərək Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) prosessual hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini, onun üzrinə müraciətə cavab verilməsi öhdəliyinin qoyulması və barəsində qanuna müvafiq tədbir görülməsi üçün qərarın surətinin Daxili İşlər Nazirliyinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, ## #### 2026-cı il tarixdə, saat 22-00 radələrində DİN 102 xidmətinə zəng edərək Hindarx qəsəbəsində yerləşən həyatyanı evin həyətində İsa Abbasova məxsus avtomobilə daxil olaraq onu oğurlamağa cəhd edilməsinə dair şikayət etmişdir. Həmin axşam Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən avtomobilə baxış protokolu tərtib edilmədən İ.Abbasovdan ərizə, bir neçə gün sonra isə izahat alınmışdır. X3 təhqiqatçısı X1 icraatındadır. İ.Abbasovun dəfələrlə şifahi olaraq şikayətinə baxılmalı müddətinin keçməsi barədə müraciətlərinə cavab verilməyib və fakt üzrə hər hansı bir qərar qəbul edilməyib. Hesab edir ki, hadisədə şübhələndiyi şəxslərdən rüşvət alınıb. Buna görə də, qəsdən süründürməçiliyə yol verilir. Bununla da, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbləri pozulur. Ağcabədi Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-***)*/**** saylı qərarı ilə şikayət geri qaytarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Birinci instansiya məhkəməsinin qərarından Abbasov İsa Misir oğlu apellyasiya qaydasında şikayət verərək qərarın ləğv edilməsini, Ağcabədi rayon X2 Bölməsinin təhqiqatçısı R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) prosessual hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul eilməsini, onun üzərinə şikayətə cavab verilməsi öhdəliyinin qoyulması və Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) barəsində qanuna müvafiq qaydada tədbir görülməsi üçün qərarın surətini Daxili İşlər Nazirliyinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ## ##### 2026-cı il tarixdə Ağcabədi Rayon X2 Bölməsinin təhqiqatçısı R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) prosessual hərəkətlərindən məhkəmə nəzarəti qaydasında Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.4-cü maddəsini rəhbər tutaraq bilavasitə Ağcabədi Rayon Məhkəməsinə şikayət verilmişdir. ## #### 2026-cı il tarixdə saat 22-00 radələrində DİN-in 102 xidmətinə zəng edərək Hindarx qəsəbəsində yerləşən həyatyanı evin həyətində İsa Abbasova məxsus avtomobilə daxil olaraq onu oğurlamağa cəhd edilməsinə dair şikayət etmişdir. Həmin axşam Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən avtomobilə baxış protokolu tərtib edilmədən İ.Abbasovdan ərizə, bir neçə gün sonra isə izahat alınmışdır. X3 təhqiqatçısı X1 icraatındadır. İ.Abbasovun dəfələrlə şifahi olaraq şikayətinə baxılmalı müddətinin keçməsi barədə müraciətlərinə cavab verilməyib və fakt üzrə hər hansı bir qərar qəbul edilməyib. Edilibsə də nəticəsi barədə İsa Abbasova rəsmi məlumat verilməyibdir. Hesab edir ki, hadisədə çübhələndiyi şəhslərdən rüşvət alınıb. Buna görədə qəsdən süründürməçiliyə yol verilir. Bununlada Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələbləri pozulur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə əsasən, cinayət prosesini həyata keçirən orqan çikayətləri daxil olduğu andan etibarən 10 gün müddərinə baxaraq əsaslandırılmış qərar qəbul edir və nıticəsi barədə şikayətçiyə məlumat verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 122.2.3, 122.2.4, 442.2.2 və 449.1.1-ci maddələrini rəhbər tutaraq Ağcabədi Rayon Məhkəməsindən Ağcabədi rayon X2 Bölməsinin təhqiqatçısı R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) prosessual hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul eilməsini, onun üzərinə şikayətə cavab verilməsi öhdəliyinin qoyulması və Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) barəsində qanuna müvafiq qaydada tədbir görülməsi üçün qərarın surətini Daxili İşlər Nazirliyinə göndərilməsini xahiş etmişdir. ## ##### 2026-cı il tarixdə şkayət Ağcabədi Rayon Məhkəməsində qeydə alınmışdır. # ### 2026-cı il tarixdə şikayıt üzrə 6(5-106)-3/2026 iş üzrə qərar çıxarılması barədə “Elektron Məhkəmə” portalı vasitəsi ilə məlumatlanıdırılmış. # ### 2026-cı il tarixdə, saat 09:04-də şikayət üzrə 6(5-106)-3/2026 iş üzrə “Şikayətin geri qaytarılması barədə” qərarın mətni “Elektron Məhkəmə” portalı vasitəsi ilə elektron kabinetdə yerləşdirilmişdir. Qeyd olunan qərarın aşağıda göstərilənlərə əsasən əsassız hesab edilməlidir:
1. Məhkəmə baxışının yeri və vaxtı barədə məlumatlandırılmamış.
2. Şikayətin geri qaytarılması barədə qərar Cinayət Prosessual Məcəllənin tələblərinə ziddir.
3. Hakim qərarını Cinayət Prosessual Məcəllənin 122.2.3, 449.3, 450-451 və 454 maddələri ilə əsaslandırmasının hüquqi əsası yoxdur.
PROSESSUAL MƏSƏLƏLƏR:
Apellyasiya baxışının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş şikayətçi, prosessual hərəkətlərindən şikayət verilmiş Ağcabədi RPŞ TB-nin təhqiqatçısı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə şikayətçinin, habelə səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılıb yekunlaşdırılmasını mümkün hesab etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ###### tarixli Qərarına əsasən məhkəmə nəzarəti cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür. Azərbaycan Respublikası CPM-in 442.2.2-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə nəzərdən keçirərək aşağıdakı əsaslara görə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Abbasov İsa Misir oğlunun müraciəti əsasında Ağcabədi RPŞ TB-də araşdırma aparılmış, həmin material üzrə cinayət tərkibinin əlamətləri olmadığına görə təhqiqatçı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ## ##### 2026-cı il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş, İ.Abbasova Azərbaycan Respublikası CPM-in 212.3-cü maddəsi ilə nəzərdə tutulmuş müraciət etməklə bağlı hüquqların izah edilməsi, Abbasov İsa Misir oğlunun müraciəti əsasənda 5 (beş) manat dəyərində Niva markalı **-RX-*** dövlət qeydiyyatlı avtomobilin kilid açarına yad predmet salaraq ziyan vurmuş naməlum şəxslərin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati icraat açılması üçün qəbul edilmiş qərarın surətinin Ağcabədi RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinə göndərilməsi müəyyən olunmuşdur. İ.Abbasov məhkəmə nəzarəti qaydasında verdiyi ##.##.2026-cı il tarixli şikayətində Ağcabədi RPŞ TB-nin təhqiqatçısı R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) prosessual hərəkətlərinin qanunsuz hesab edilərək üzərinə müraciətə cavab verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, İ.Abbasovun ilkin müraciəti üzrə ##.##.2026-cı il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında prosessual qərar qəbul edilmişdir. Beləliklə də, müraciət üzrə müvafiq araşdırma aparılmış və onun nəticəsində qərar verilmişdir. Bu halda şikayətçinin hüquqlarının müdafiəsi üçün nəzərdə tutulmuş effektiv hüquqi vasitə həmin qərardan qanunla müəyyən edilmiş qaydada şikayət verməkdir. Məhz bu qərarın qanuniliyi və əsaslılığı mübahisələndirilə bilər. Buna görə də, müvafiq araşdırma aparılmaması və nəticənin bildirilməməsi ilə bağlı ilkin şikayət öz predmetini itirmiş, faktiki olaraq lüzumsuz hala çevrilmişdir. Şikayətçi hüquqlarının bərpası məqsədilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aidiyyəti üzrə prokurora və ya məhkəməyə şikayət vermək hüququndan istifadə etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli qərarında qeyd etmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 449.3.5-ci maddəsinin məzmununa uyğun olaraq, məhkəmə nəzarəti qaydasında yoxlanılması mümkün olan prosessual hərəkətlərin və qərarların sırasında cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar da göstərilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarəti, cinayət işinin başlanması mərhələsində hüquqları pozulmuş və ya pozulma təhlükəsi altına qoyulmuş şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi və bərpası üçün vacib funksiyanı yerinə yetirərək, məhkəməyə müraciət etmək konstitusiya hüququnun həyata keçirilməsini təmin edir. Yuxarıda qeyd olunan normativ-hüquqi aktların tələblərini əlaqəli şəkildə nəzərdən keçirən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxslərinin cinayət-prosessual fəaliyyətində qəbul etdiyi qərarların və onların hərəkətlərinin qanuniliyini və əsaslılığını məhkəmə nəzarəti qaydasında yoxlayır, bu yolla cinayət prosesini həyata keçirən orqanın prosessual qərarlarına faktiki məhkəmə nəzarətini də təmin etmiş olur. Lakin, o da qeyd edilməlidir ki, məhkəmə yoxlanılması və qiymətləndirilməsi cinayət-prosesini həyata keçirən orqanın səlahiyyətinə aid olan məsələyə maddi-hüquqi qiymət verə bilməz, məsələn, cinayət işi başlaya və ya cinayət işinin başlanması üçün şərait yaradan əsaslar formalaşdıra bilməz. Məhkəmə daha çox cinayət prosesini həyata keçirən orqanların, fiziki və hüquqi şəxslərin şikayəti əsasında başladıqları araşdırmanı tam, hərtərəfli aparıb-aparmamasını, habelə işin müəyyən edilmiş faktiki hallarına cinayət və cinayət-prosessual qanununvericiliyin tələbləri baxımından düzgün qiymət verib-vermədiklərini yoxlaya, eləcə də bu orqanların maddi və prosessual hüququ düzgün tətbiq edib-etmədiyini müəyyən edə bilər. Məhkəmə nəzarətinin həyata keçirilməsinin prosedur qaydalarına gəldikdə isə qeyd olunmalıdır ki, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkət və qərarlarının qanuniliyinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Məhz bu məhkəmə instansiyası cinayət prosesini həyata keçirən orqanların araşdırmanı tam, hərtərəfli aparıb-aparmadıqlarını və hüququ düzgün tətbiq edib-etmədiklərini öz səlahiyyətləri çərçivəsində yoxlamağa borcludur. Nəticədə məhkəmə cinayət prosesini həyata keçirən orqanın qərarını qanuni hesab edir, yaxud yuxarıda qeyd edilən tələblərə cavab verməyən qərarı ləğv edib araşdırmanın təkrar aparılmasını təmin edir. Apellyasiya instansiyası məhkəməsi isə işə mahiyyəti üzrə baxan məhkəmə kimi birinci instansiya məhkəməsinin, cinayət prosesini həyata keçirən orqanların prosessual hərəkətlərinə və qərarlarına düzgün qiymət verib-verməməsini yoxlayır, eyni zamanda, əgər birinci instansiya məhkəməsi işə baxarkən səhvə yol vermişdirsə, bu səhvi aradan qaldırır və fiziki və hüquqi şəxslərin şikayətləri üzrə birbaşa qərar qəbul edir. Azərbaycan Respublikası CPM-nin 212.4.2-ci maddəsinə görə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarını ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həm də onu qeyd edir ki, şikayətdə göstərilən təhqiqatçının hərəkətsizliyi ilə bağlı hallar aradan qaldırılmış və nəticədə ərizəçinin müraciəti əsasında cinayət işinin başlanmasının rədd edilməsi barədə prosessual qərar qəbul edilmişdir. ##.##.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla müəyyən edilir ki, təhqiqatçı Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən müraciət üzrə şikayətçinin, barəsində şikayət olunan şəxsin və digər aidiyyəti şəxslərin izahatları alınmış, toplanmış məlumatlar qiymətləndirilərək yekunda prosessual qərar qəbul edilmişdir. Belə olan halda, təhqiqatçının heç bir prosessual fəaliyyət göstərmədiyi və ya hərəkətsiz qaldığı qənaətinə gəlmək mümkün deyildir. Əksinə, həyata keçirilmiş prosessual hərəkətlər və qəbul olunmuş qərar təhqiqatçının öz səlahiyyətlərini icra etdiyini təsdiq edir. Buna görə də, təhqiqatçının hərəkətsizliyindən verilmiş şikayət əsassız hesab edilməlidir. Şikayətçi qəbul edilmiş qərarla razılaşmadığı təqdirdə həmin qərardan qanunla müəyyən olunmuş qaydada şikayət vermək hüququna malikdir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında yekun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 442, 450, 451, 452, 453, 454-cü maddələrini rəhbər tutaraq,
QƏRARA ALDI:
Şikayətçi Abbasov İsa Misir oğlunun apellyasiya şikayəti təmin edilməsin. Ağcabədi Rayon Məhkəməsinin # ### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi tarixdən qüvvəyə minir. Qərardan şikayət və ya protest verilməsinə yol verilmir.