AzərbaycanRespublikasıadından Qərar Şirvanşəhəri İş№6(3-9)-22/2026 12.06.2026 ŞIRVANAPELLYASIYAMƏHKƏMƏSI Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarından Imişli rayon prokuroru, R Valeh Səmədov tərəfindən verilmiş apellyasiya protestinə Şirvan ApellyasiyaMəhkəməsinininzibatibinasındaqapalıməhkəməiclasındabaxaraq,məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə Iş Baş Idarəsi Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək Imişli rayonu, Bəhrəmtəpə bələdiyyəsinin sədri X4 bələdiyyə iclası keçirmədən məhkəməyə iddiadan imtina edilməsi ilə bağlı ərizə verdiyinivəsonuncununəməllərinəhüquqiqiymətverilməsixahişetmişdir. Imişli rayon prokurorunun böyük köməkçisi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ##.##.2025-ci il tarixli qərarla toplanmış **C-** nömrəli material üzrə cinayət işinin başlanmasırəddedilmişdir. Həmin qərardan narazı qalan Şikayət verən şəxs Heydar oğlu məhkəmə nəzarəti qaydasında şikayət ərizəsi ilə müraciət edərək Imişli rayon prokurorunun böyük köməkçisi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ##.##.2025-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi və yenidən araşdırmaaparılmasıbarədəqərarqəbuledilməsiniməhkəmədənxahişetmişdir. Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı ilə Şikayət verən şəxs Heydar oğlu tərəfindən məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin qismən təmin edilməsi, Imişli Rayon Prokurorunun böyük köməkçisi, R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın qanunsuz və əsassız olduğu üçün ləğv edilməsi, hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən xüsusatlarla bağlı əlavəaraşdırmaaparılmasıqəraraalınmışdır. Məhkəmə qərarından narazı qalan Imişli rayon prokuroru R Valeh Səmədov apellyasiya protesti verərək, cinayət işinin başlanmasının rədd edilməsi haqqında Imişli rayon prokurorunun sabiq böyük köməkçisi R Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi haqqında Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-*/**** nömrəli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməsi və Şikayət verən şəxs Heydaroğlununşikayətinintəminedilməməsibarədəqərarqəbuledilməsinixahişetmişdir. PROTESTIN DƏLILLƏRI: Imişli rayon prokuroru, R Valeh Səmədov apellyasiya protestini onunla əsaslandırmışdır ki, hesab edir ki, həmin qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, yoxlama materiallarına əlavə olunan məhkəmə qərarlarının surətlərindən görünür ki, Şikayət verən şəxs ilə Bəhrəmtəpə bələdiyyəsi arasında bağlanmış ## ###### 2007-ci il tarixli torpaq icarəsi müqaviləsinə əsasən, ona kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən Bəhrəmtəpə bələdiyyəsinə məxsus boş torpaqdan 18,0 ha torpaq sahəsi 99 il müddətinə, illik 126 manat haqq ödəmək şərti ilə icarəyə verilmişdir. Imişli rayon Bəhrəmtəpə bələdiyyəsinin ##.##.2007-ci il tarixli ** saylı qərarına əsasən bağlanmış ##.##.2007-ci il tarixli icarə müqaviləsi üzrə icarəyə verilmiş Imişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən 30 ha, 60 ha və 2.60 ha kənd təsərrüfat təyinatlı torpaq sahələri üzərində Şikayət verən şəxs icarə hüquqları əmlakın daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Iddiaçı Şikayət verən şəxs cavabdehlər Rüstəmov Rahib Bəşir oğluna və digərlərinə (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Imişli rayon Bəhrəmtəpə bələdiyyəsi cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona icarə hüququ ilə məxsus olan Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən 18,0 ha torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Imişli Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlərin Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən, Bəhrəmtəpə bələdiyyəsinin mülkiyyətində olan və icarə hüququ əsasında iddiaçıya məxsus 18,0 ha torpaq sahəsindən çəkilən xərclərin əvəzi ödənilmədən çıxarılması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə cavabdeh R.Rüstəmov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin ## ###### 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçının cavabdehlərə qarşı ona icarə hüququ ilə məxsus olan Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən 18,0 ha torpaq sahəsindən çıxarma tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ### 2024-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iddiaçı Imişli rayonu Bəhrəmtəpə bələdiyyəsi cavabdehlər Rüstəmov Rahib Bəşir oğluna və digərlərinə qarşı cavabdehlərin Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən Bəhrəmtəpə bələdiyyəsinə məxsus olan və Şikayət verən şəxs Heydar oğlunun icarəsinə verilmiş 11,6 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin üzərində olan cavabdehlərə məxsus binaların, tikililər və qurğuların cavabdehlərin öz hesabına sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Imişli Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Rüstəmov Rahib Bəşir oğlu və digərlərinin Bəhrəmtəpə-Horadiz avtomobil yolunun sol tərəfində yerləşən Bəhrəmtəpə bələdiyyəsinə məxsus olan və Şikayət verən şəxs icarəsinə verilmiş 11,6 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsi üzərində olan cavabdehlər Rüstəmov Rahib Bəşir oğluna və digərlərinə məxsus binalar, tikililər və qurğuların onların öz hesabına sökülməsi və torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi qət edilmişdir. Cavabdeh Rüstəmov X2 Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2024-cü il tarixli, 2(106)- ****/**** nömrəli qətnaməsi ilə cavabdeh Rüstəmov Rahib Bəşir oğlunun apellyasiya şikayəti təmin edilməmiş və Imişli Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Rüstəmov X3 Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2024-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, həmin qətnamənin tamamilə ləğv edilməsinin və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ##.##.2025-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2024-cü il tarixli qətnaməsi ləğv edilərək, işin yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır. Apellyasiya baxışı zaman iddiaçı Imişli rayonu Bəhrəmtəpə bələdiyyəsi məhkəməyə ərizə ilə müraciət edərək, iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahişetmişdir.Odurki,ŞirvanApellyasiyaMəhkəməsininMülkikollegyiasının##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı Imişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin iddiadan imtinası qəbul edilərək, imişli Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, 2(036)- ***/**** nömrəli qətnaməsi ləğv edilmiş və mülki işin icraatına xitam verilmişdir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52-ci maddəsinə istinadən hesab etmişdir ki, iddiaçı imişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin iddia tələbindən imtina etməsi tərəflərin hüquq və maraqlarına toxunmur. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Həmin Məcəllənin 74-cü maddəsinə əsasən isə nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Mülki-Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina edə bilər. Iddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Lakin Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası iddiaçının iddiadan imtinasını qəbul edərkən onu qanuna zidd və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığını hesab edərək, onu qəbul etmişdir, əks halda imtinanı qəbul etməməli idi. Azərbaycan Respublikası CPM-nin 142.2-ci maddəsinə əsasən, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Beləlilklə, Şirvan Apellyasiya Məhkəməsi *(***)-***/**** nömrəli, ## ##### 2025-ci il tarixli qərardadı ilə Bəhrəmtəpə bələdiyyəsinin iddiadan imtinasını qanuni hesab edərək onu qəbul etmiş və həmin əsasla da mülki iş üzrə icraata xitam verilmişdir. Odur ki, qeyd olunanlar Imişli rayonu Bəhrəmtəpə bələdiyyəsinin sədri F.Məhərrəmovun əməllərində “iddiadan imtina” ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309-cu maddəsinin tərkib əlamətlərinin olmasını istisna edir. Yoxlama materialından görünür ki, Bəhrəmtəpə bələdiyyəsinin apellyasiya instansiyası məhkəməsində iddiadan imtina etməsi ilə əlaqədar qanunsuz hərəkətlərini ehtiva edən bütün sübutlar materiala əlavə olunmuşdur. Əvvəla həmin fakt Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərardadı ilə təsdiq olunur. Ikincisi F.Məhərrəmovun yoxlama zamanı rayon prokurorluğunda izahatı alınarkən də o, 2025-ci ili naprel ayının əvvəllərində Bəhrəmtəpə bələdiyyəsinin sədri seçildiyini, Rahib Rüstəmovun 1993-cü ildə mübahisəli ərazidə məskunlaşdığını nəzərə alaraq, sonuncunun xahişi ilə apellyasiya baxışı zamanı iddiadan imtina etdiyini göstərmişdir. Sadalanan xüsusatlar onun əməllərinə obyektiv hüquqi qiymətin verilməsi üçün kifayətdir. Bu baxımdan rayon prokurorluğunda aparılan yoxlama zamanı bələdiyyə sədri F.Məhərrəmovun əməllərinə məhz onun iddiadan imtina etməsi ilə əlaqədar hüquqi qiymət verilmişdir. Belə olan halda Şikayət verən şəxs yoxlama zamanı izahatının alınması qəbul edilmiş qərarın mahiyyətinə hər hansı təsir göstərmir və göstərə də bilməz. Odur ki, yoxlama zamanı onun izahatının alınmaması barədə rayon məhkəməsinin gəldiyi nəticə tamamilə əsassızdır. Bundan başqa, rayon məhkəməsinin qərarında qeyd olunur ki, alınan izahatlar arasında olan ziddiyyətlər araşdırılmadan, bununla da cinayət prosessual qanunvericiliyin tələbləri pozulmaqla tam, obyektiv və hərtərəfli araşdırma aparılmadan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Lakin həmin ziddiyyətlərin nədən ibarət olması qərarda öz əksini tapmamışdır. Ümumiyyətlə isə alınan izahatlardan görünür ki, onların arasında araşdırma predmeti ilə bağlı bağlı hər hansı ziddiyyət yoxdur.Yoxlama materialından görünür ki, araşdırmanı aparan Hərəkətindən (qərarından) şikayət verilən şəxs (AAS) ## ###### 2025- ci il tarixdə mobil telefonla Şikayət verən şəxs mobil telefonuna zəng edərək onu izahat vermək üçün rayon prokurorluğuna çağırmış, lakin sonuncu Bakı şəhərində yaşadığını, şikayət ərizələrindəgöstərdiyixüsusatlarıtəsdiqetdiyinibildirərəkçağırışagəlməmişdir.Çağırışadair müvafiq arayış tərtib olunaraq materiala əlavə olunmuşdur. Bundan başqa, rayon prokurorluğunda toplanaraq cinayət işinin başlanması rədd edilmiş material Imişli rayon məhkəməsi tərəfindən tələb edilərək öyrənilməsi üçün götürülməmişdir. Hakim materialla tanış olmadan, yalnız şikayətçi Şikayət verən şəxs məhkəmə zamanı göstərdiklərinə istinad etməklə cinayətişininbaşlanmasınınrəddedilməsihaqqındaqərarıləğvetmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında Imişli rayon prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X1 apellyasiya protestinin dəlillərinə uyğun izahat verərək protestin təmin edilməsini, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-***)-*/**** nömrəli qərarın ləğv edilməsi və ##.##.2025-ci il tarixdə qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarınqüvvədəsaxlanılmasıbarədəqərarqəbuledilməsinixahişetdi. Məhkəmə iclasında Şikayət verən şəxs Heydar oğlu izahat verərək protestin təmin edilməməsini, Imişli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli 6(5-131)-3/2026-nömrəli qərarınınqüvvədəsaxlanılmasınıxahişetdi. HÜQUQI MƏSƏLƏLƏR: Azərbaycan Respublikası CPM-nin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və CPM-nin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əəsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası verilmiş apellyasiya protestinin dəlillərini araşdırıb, həmin dəlilləri iş materiallarına əsasən yoxlayıb və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya protesti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədənsaxlanılmalıdır. Kollegiya əlavə olaraq qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qanuniliyi qiymətləndirilərkən əsas meyar araşdırmanı aparan orqanın gəldiyi nəticənin zahirən mümkün olub-olmaması deyil, həmin nəticəyə qədər aparılmış yoxlamanın cinayətprosessual standartlara uyğunluğu, sübutların toplanması və yoxlanılması ardıcıllığı, həmçinin şikayətdə göstərilən hər bir mühüm hala ayrıca hüquqi münasibət bildirilib-bildirilməməsidir. Bu səbəbdən protestdə yalnız yekun nəticənin müdafiə edilməsi, lakin həmin nəticənin formalaşmasına qədər buraxılmış araşdırma boşluqlarının təkzib edilməməsi protestin təmin edilməsiüçünəsasyaradabilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı məhkəmə nəzarəti icraatının predmeti X4 və ya digər şəxslərin əməllərində hər hansı cinayət tərkibinin qəti surətdə mövcud olubolmamasının müəyyən edilməsi deyil. Məhkəmə nəzarəti qaydasında baxılan məsələnin mahiyyəti cinayət təqibi orqanı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edilərkən cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunubolunmamasının, araşdırmanın tam, obyektiv və hərtərəfli aparılıb-aparılmamasının, habelə qəbul edilmiş nəticənin toplanmış materiallarla kifayət qədər əsaslandırılıbəsaslandırılmamasınınyoxlanılmasındanibarətdir. Cinayət-prosessual qanunvericiliyin mənasına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar yalnız iş üzrə əhəmiyyət kəsb edən halların tam müəyyən edilməsi, mövcud ziddiyyətlərin aradan qaldırılması, aidiyyəti şəxslərin izahatlarının alınması, zəruri sənədlərin toplanması və araşdırma predmetinə aid bütün xüsusatlara hüquqi qiymət verilməsi nəticəsində qəbul edilə bilər. Əks halda, cinayət təqibi orqanının gəldiyi nəticənin düzgün olubolmamasından asılı olmayaraq, həmin nəticənin əsaslandığı prosessual baza natamam hesab edilməlidir. CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət tərkibinin olmaması nəticəsinə gəlmək üçün araşdırma orqanı əvvəlcə hadisənin faktiki əsaslarını tam müəyyən etməli, sonra həmin faktları mümkün cinayət-hüquqi tərkiblərlə müqayisə etməli və yalnız bu müqayisəli təhlildən sonra rədd qərarı qəbul etməlidir. Faktiki hallar tam aydınlaşdırılmadan birbaşa hüquqi nəticəyə gəlinməsiprosessualqərarıəsaslandırılmışqərarkimixarakterizəetməyəimkanvermir. Apellyasiya protestində əsasən göstərilir ki, Şirvan Apellyasiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli qərardadı ilə Bəhrəmtəpə bələdiyyəsinin iddiadan imtinası qəbul edilmiş, mülki iş üzrə icraata xitam verilmiş və buna görə də bələdiyyə sədri Fətalı Məhərrəmovun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309-cu maddəsinin tərkib əlamətlərinin olması istisna edilmişdir. Kollegiya hesab edir ki, bu mövqe hazırkı mübahisənin predmetinəuyğundeyildir. Belə ki, mülki məhkəmə tərəfindən iddiadan imtinanın qəbul edilməsi həmin prosessual hərəkətin Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olub-olmamasının qiymətləndirilməsi deməkdir. Lakin mülki məhkəmə tərəfindən iddiadan imtinanın qəbul edilməsi faktı özlüyündə həmin imtinanın hansı qaydada formalaşması, bələdiyyədaxili qərar qəbuletmə prosedurlarına uyğun olub-olmaması, bələdiyyə sədrinin bu məsələdə müstəqil qərar vermək səlahiyyətinin mövcudluğu, bələdiyyənin kollegial iradəsinin ifadə edilib-edilməməsi, habelə vəzifəli şəxsin davranışında cinayət-hüquqi qiymətləndirmə tələb edən halların olub-olmaması məsələlərini həlletmir. Başqa sözlə, mülki iş üzrə qəbul edilmiş məhkəmə aktı cinayət-prosessual yoxlamanın predmetini təşkil edən halların araşdırılması və qiymətləndirilməsi vəzifəsini cinayət təqibi orqanının üzərindən götürmür. Mülki məhkəmə tərəfindən iddiadan imtinanın qəbul edilməsi həmin ərizənin hansı əsaslarla verildiyinin, bu zaman qanunla müəyyən edilmiş prosedurlara riayət olunub-olunmadığının və vəzifəli şəxsin davranışında cinayət qanunu ilə qadağan olunmuşəlamətlərinmövcudluğununayrıcayoxlanılmasıimkanınıistisnaetmir. Bu baxımdan protestdə CPM-in 142.2-ci maddəsinə edilən istinad da qərarın qanuniliyini təsdiq etmir. Həmin norma mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının cinayət icraatında yalnız hadisənin və ya hərəkətin olub-olmaması hissəsində məcburiliyini nəzərdə tutur. Lakin hazırkı halda mübahisə iddiadan imtina ərizəsinin təqdim olunubolunmaması ilə bağlı deyil, həmin ərizənin bələdiyyənin səlahiyyətli iradəsinə əsaslanıbəsaslanmaması, bələdiyyə sədrinin səlahiyyət hədlərini aşıb-aşmaması və bunun nəticələrinin cinayət-hüquqi qiymətləndirmə tələb edib-etməməsi ilə bağlıdır. Bu məsələlər mülki məhkəmə aktıiləhəlledilməmişdir. Iş materiallarından görünür ki, şikayətçinin müraciətinin əsas məzmunu yalnız bələdiyyə sədrinin məhkəmədə iddiadan imtina etməsi faktından ibarət olmamışdır. Şikayətdə torpaq sahəsinin faktiki istifadəsi, icarə hüququnun həyata keçirilməsinə maneələrin yaradılması, bələdiyyə orqanının hərəkətsizliyi, bələdiyyə sədrinin səlahiyyətlərinin hüdudları, bələdiyyənin mənafelərinin müdafiəsi ilə bağlı davranışları, iddiadan imtinanın kollegial qərara əsaslanıbəsaslanmaması və nəticədə şikayətçiyə vurulduğu iddia edilən zərər kimi çoxsaylı hallar göstərilmişdir. Bununla belə, ## ###### 2025-ci il tarixli qərarın məzmunundan görünür ki, araşdırma əsasən Şirvan Apellyasiya Məhkəməsinin qərardadına və Fətalı Məhərrəmovun izahatına istinad edilməklə aparılmış, şikayətin digər mühüm istiqamətləri üzrə zəruri yoxlama tədbirləri həyatakeçirilməmişdir. Kollegiya xüsusilə qeyd edir ki, materiallarda şikayətçi Şikayət verən şəxs prosessual qaydada alınmış ətraflı izahatı mövcud deyildir. Araşdırma orqanı tərəfindən onun mobil telefon vasitəsilə dəvət olunduğu və rayon prokurorluğuna gəlmədiyi göstərilsə də, bu hal şikayətçinin ümumiyyətlə dindirilməməsini əsaslandıra bilməzdi. Cinayət-prosessual qanunvericiliyin məqsədi müraciət etmiş şəxsin mövqeyinin formal şəkildə öyrənilməsi deyil, onun irəli sürdüyü faktiki halların tam müəyyən edilməsidir. Bu baxımdan şikayətçinin yazılı izahatının alınması, əlavə sənədlərinin tələb edilməsi, zərərin xarakterinin və həcminin müəyyənləşdirilməsi istiqamətindətədbirləringörülməsizəruriolmuşdur. Bundan başqa, şikayətin əsas dəlillərindən biri bələdiyyə sədrinin iddiadan imtina barədə ərizə verməsinin bələdiyyə iclasında müzakirə edilməməsi və belə qərarın bələdiyyənin kollegial iradəsinə əsaslanmaması ilə bağlı olmuşdur. Lakin araşdırma zamanı bələdiyyə üzvləri, iclas katibi və digər aidiyyəti şəxslər dindirilməmiş, müvafiq iclas protokolları, qərar kitabları,gündəliklərvəqeydiyyatsənədləritələbolunaraqyoxlanılmamışdır. Bələdiyyə sədrinin məhkəmədə iddiadan imtina etməsi zahirən prosessual nümayəndəlik hərəkəti kimi görünsə də, həmin hərəkətin bələdiyyəyə məxsus torpaq sahəsi, bələdiyyənin əmlak maraqları və üçüncü şəxslərin hüquqları ilə bağlı mühüm nəticə doğurduğu nəzərə alınmalıdır. Bu səbəbdən belə bir qərarın sadəcə sədrin şəxsi mülahizəsi ilə deyil, bələdiyyənin səlahiyyətli kollegial orqanının iradəsi əsasında formalaşıb-formalaşmadığı mütləq araşdırmapredmetiolmalıidi. Kollegiya hesab edir ki, məhz bu hal xüsusi əhəmiyyət daşıyır. Çünki şikayətin əsas hüquqi məzmunu iddiadan imtinanın mövcudluğu deyil, həmin imtinanın hansı iradəyə və hansı prosedura əsasən formalaşması məsələsidir. Bu xüsusat aydınlaşdırılmadan vəzifəli şəxsin davranışınayekunhüquqiqiymətverilməsimümkündeyildir. Iş materiallarından həmçinin görünür ki, məsələ adi vətəndaş müraciəti əsasında deyil, Ədliyyə Nazirliyi sistemində aparılmış araşdırma nəticəsində prokurorluq qarşısında qaldırılmışdır. Ədliyyə orqanı tərəfindən göndərilmiş materiallarda bələdiyyə sədrinin hərəkətlərinə hüquqi qiymət verilməsi zərurəti göstərilmiş, iddiadan imtina məsələsinin bələdiyyədaxili qaydada həll olunması ilə bağlı şübhələr ifadə edilmişdir. Belə məlumatlar mövcud olduğu halda cinayət təqibi orqanının vəzifəsi həmin məlumatları təkzib edən izahatla kifayətlənmək deyil, onların doğruluğunu və ya yanlışlığını obyektiv sübutlarla yoxlamaq olmuşdur. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə Iş Baş Idarəsinin müraciəti araşdırma orqanı üçün xüsusi yoxlama siqnalı kimi qiymətləndirilməli idi. Çünki həmin qurum bələdiyyələrin fəaliyyətinə nəzarət sahəsində ixtisaslaşmış dövlət orqanı olmaqla, bələdiyyədaxili qərar qəbuletmə qaydalarının pozulması ehtimalını irəli sürmüşdür. Bu cür məlumat yalnız izahatla deyil, rəsmi sənədlərin tələb edilməsi, bələdiyyə üzvlərinin dindirilməsi və prosedurun ardıcıllığının yoxlanılmasıyoluiləaraşdırılmalıidi. Bununla yanaşı, araşdırma zamanı torpaq sahəsinin hüquqi vəziyyəti, faktiki istifadə vəziyyəti, Rüstəmov Rahib Bəşir oğlunun həmin ərazidə qalmasının hüquqi əsasları, şikayətçiyə dəymiş mümkün zərərin mövcudluğu və həcmi, məhkəmə aktlarının icra vəziyyəti, habelə tərəflərinqarşılıqlımünasibətləriiləbağlıirəlisürülmüşdəlillərdətamaraşdırılmamışdır. Kollegiya hesab edir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbul edilməsi üçün sadalanan halların hər biri üzrə araşdırmanın aparılması, mövcud ziddiyyətlərin aradan qaldırılması və bundan sonra yekun hüquqi nəticəyə gəlinməsi tələb olunurdu. Belə araşdırma aparılmadan birbaşa olaraq əməldə cinayət tərkibinin olmaması barədə nəticəyə gəlinməsi cinayət-prosessual qanunvericiliyin tam, obyektiv və hərtərəfli araşdırmaprinsipiiləuzlaşmır. Protestdə birinci instansiya məhkəməsinin guya materialları tam tələb edib araşdırmaması barədə dəlil irəli sürülsə də, həmin dəlil prokurorluğun rədd qərarında mövcud olan çatışmazlıqları aradan qaldırmır. Apellyasiya baxışı zamanı yoxlama materialının məzmunu üzrə aparılan təhlil göstərir ki, araşdırma orqanı şikayətçinin əsas dəlilləri üzrə zəruri şəxsləri dindirməmiş, rəsmi sənədləri toplamamış və faktiki vəziyyəti yerində yoxlamamışdır. Bunagörədəprotestinbudəliliqərarınləğviüçünhüquqiəsashesabediləbilməz. Bu səbəbdən kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cinayət işinin başlanmasının rədd edilməsi haqqında ## ###### 2025-ci il tarixli qərarın ləğv edilməsinə dair düzgün nəticəyə gəlmişdir. Çünki həmin qərar qəbul edilərkən iş üzrə əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamış, şikayətin əsas predmetini təşkil edən xüsusatlar üzrə zəruri prosessual hərəkətlər yerinə yetirilməmiş və nəticədə cinayət tərkibinin olmaması barədə qənaətvaxtındanəvvəlformalaşdırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş pozuntulardan biri də ondan ibarətdir ki, araşdırma aparan prokurorluq orqanı müraciətin məzmununu bütöv şəkildə qiymətləndirməmiş, şikayətin predmetini süni surətdə daraltmaqla yoxlamanın istiqamətini yalnız Bəhrəmtəpə bələdiyyəsinin sədri Fətalı Məhərrəmov tərəfindən məhkəməyəiddiadanimtinabarədəərizətəqdimedilməsiməsələsiiləməhdudlaşdırmışdır. Halbuki iş materiallarından və şikayətçinin müraciətlərinin məzmunundan görünür ki, onun irəli sürdüyü iddialar təkcə iddiadan imtina faktının özünə deyil, daha geniş faktiki və hüquqi hallara aid olmuşdur. Belə ki, şikayətçi ona icarəyə verilmiş torpaq sahəsinin uzun müddət ərzində üçüncü şəxslər tərəfindən faktiki istifadə edildiyini, həmin torpaq sahəsi üzərində yaşayış və təsərrüfat fəaliyyətinin həyata keçirildiyini, nəticədə onun icarə hüquqlarını reallaşdırmaq imkanından məhrum olduğunu, bələdiyyə orqanının və onun vəzifəli şəxslərinin bu vəziyyətin aradan qaldırılması istiqamətində lazımi tədbirlər görmədiyini, sonradan isə bələdiyyə sədrinin bələdiyyənin iradəsini ifadə edən kollegial qərar olmadan məhkəmədə iddiadanimtinaetdiyinibildirmişdir. Başqa sözlə, müraciətdə yalnız bir prosessual hərəkətin – iddiadan imtina ərizəsinin verilməsinin qanuniliyi deyil, həm də torpaq sahəsinin hüquqi və faktiki vəziyyəti, icarə hüququnun həyata keçirilməsinə maneələrin mövcudluğu, bələdiyyə orqanının fəaliyyət və ya hərəkətsizliyi, bələdiyyə sədrinin səlahiyyətlərinin hüdudları, bələdiyyənin kollegial qərar qəbul etmə mexanizminə riayət olunub-olunmaması, habelə şikayətçiyə mümkün zərərin vurulması kimi bir-biriiləəlaqəli,lakinmüstəqilaraşdırmapredmetitəşkiledənhallarirəlisürülmüşdür. Cinayət-prosessual qanunvericiliyin tələblərinə görə cinayət haqqında məlumat üzrə yoxlama aparan orqan müraciətdə göstərilən halların yalnız bir hissəsini deyil, onun predmetini təşkil edən bütün əhəmiyyətli faktiki xüsusatları araşdırmalı, həmin halların hər biri üzrə müvafiq məlumat toplamalı və yalnız bundan sonra hüquqi nəticəyə gəlməlidir. Şikayətin məzmununda göstərilən bir sıra halların araşdırılmadan saxlanılması və yekun qərarın yalnız iddiadan imtina faktıüzərindəqurulmasıaraşdırmanıntamlığıvəobyektivliyiprinsipləriiləuzlaşmır. Kollegiya xüsusilə qeyd edir ki, bələdiyyə sədrinin iddiadan imtina etməsinin özözlüyündə cinayət tərkibi yaratmaması barədə nəticəyə gəlmək üçün ilk növbədə həmin hərəkətin hansı şəraitdə, hansı səlahiyyət əsasında, bələdiyyənin kollegial iradəsinə uyğun olaraq və ya ondan kənar həyata keçirilib-keçirilmədiyi müəyyən edilməli idi. Eyni zamanda həmin hərəkətin torpaq sahəsi üzərində mövcud hüquq münasibətlərinə, şikayətçinin icarə hüquqlarına və bələdiyyənin əmlak maraqlarına təsiri də araşdırılmalı idi. Bu hallar müəyyən edilmədən yalnız məhkəməyə iddiadan imtina ərizəsinin təqdim olunmasına istinad etməklə cinayət təqibinin başlanmasının rədd edilməsi barədə nəticəyə gəlinməsi kifayət qədər əsaslandırılmışhesabediləbilməz Həmçinin protestdə göstərilmişdir ki, araşdırmanı aparan vəzifəli şəxs ## ###### 2025-ci il tarixdə mobil telefon vasitəsilə Şikayət verən şəxsla əlaqə saxlamış, sonuncu Bakı şəhərində yaşadığını bildirmiş, əvvəlki müraciətlərində göstərdiyi halları təsdiq etdiyini qeyd etmiş və buna görə də onun əlavə izahatının alınmaması qəbul edilmiş qərarın mahiyyətinə təsir göstərəbilməz. Kollegiya hesab edir ki, belə yanaşma cinayət prosessual qanunvericiliyinin tələb etdiyi tam,hərtərəflivəobyektivaraşdırmastandartlarınauyğundeyildir. Ilk növbədə nəzərə alınmalıdır ki, hazırkı material üzrə müraciət etmiş şəxs məhz Şikayət verən şəxs olmuş və araşdırmanın əsas predmetini təşkil edən faktiki hallar bilavasitə onun tərəfindən irəli sürülmüşdür. Başqa sözlə, şikayətçi iş üzrə əsas məlumat mənbəyi, hadisələrin birbaşa iştirakçısı və araşdırılan halların faktiki daşıyıcısı hesab olunur. Belə olan halda onun mövqeyinin yalnız əvvəlki müraciətlərin məzmunu ilə müəyyən edilməsi və ya telefondanışığınadairtərtibedilmişarayışlaəvəzolunmasımümkündeyildir. Kollegiya xüsusilə vurğulayır ki, telefon danışığı barədə tərtib edilmiş xidməti arayış prosessual mənada izahat hesab edilə bilməz. Həmin arayışda şikayətçinin hansı suallara cavab verməsi, ona hansı halların dəqiqləşdirilməsi üçün müraciət olunması, təqdim etdiyi məlumatların məzmunu, əlavə sənədlərə istinad edib-etməməsi, habelə onun irəli sürdüyü iddiaların konkret faktiki əsasları öz əksini tapmamışdır. Bu səbəbdən belə arayışın prosessual izahatıəvəzetməsibarədənəticəyəgəlməkmümkündeyildir. Digər tərəfdən, materiallardan görünür ki, araşdırma orqanı şikayətçinin Imişli rayonuna gəlməməsini onun izahatının ümumiyyətlə alınmaması üçün kifayət edən əsas kimi qəbul etmişdir. Halbuki cinayət prosessual qanunvericiliyi və müasir prosessual təcrübə şəxsin yaşayış yerinin araşdırmanın aparıldığı inzibati ərazi vahidindən kənarda olması halında müxtəlifalternativprosessualimkanlardanistifadəedilməsiniistisnaetmir. Belə ki, araşdırmanı aparan vəzifəli şəxs tərəfindən şikayətçinin yaşayış yeri üzrə aidiyyəti prokurorluq və ya digər səlahiyyətli orqan vasitəsilə izahatının alınması barədə tapşırıq verilməsi, ondan yazılı izahat tələb olunması, elektron vasitələrlə izahatın təqdim edilməsinin təşkili, videokonfrans və ya digər məsafədən əlaqə vasitələri ilə izahatının alınması imkanları mövcud olmuşdur. Materiallarda isə göstərilən alternativ vasitələrdən hər hansı birinin tətbiq edilməsinəcəhdgöstərilməsibarədəməlumatmövcuddeyildir. Xüsusilə nəzərə alınmalıdır ki, şikayətçinin müraciəti yalnız bələdiyyə sədrinin iddiadan imtina etməsi məsələsi ilə məhdudlaşmırdı. O, torpaq sahəsindən istifadə imkanının məhdudlaşdırılması, üçüncü şəxslərin torpaqdan istifadəsi, bələdiyyənin hərəkətsizliyi, özünə dəymiş zərər, iddiadan imtinanın nəticələri və digər mühüm hallar barədə konkret iddialar irəli sürmüşdür. Həmin halların dəqiqləşdirilməsi üçün isə məhz şikayətçinin ətraflı prosessual izahatınınalınmasızəruriidi. Bu baxımdan kollegiya hesab edir ki, şikayətçinin izahatının alınmaması sadəcə formal xarakterli prosessual çatışmazlıq deyil, araşdırmanın nəticəsinə birbaşa təsir göstərə biləcək mühüm nöqsandır. Çünki araşdırma aparan orqan müraciətdə göstərilən halların əhəmiyyətli hissəsini məhz həmin şəxsdən soruşmalı, onun təqdim edə biləcəyi əlavə sübutları, sənədləri və faktiki məlumatları toplamalı idi. Bu edilmədən qəbul edilmiş qərarın tam, obyektiv və hərtərəfliaraşdırmanınnəticəsikimiqiymətləndirilməsimümkündeyildir. Odur ki, birinci instansiya məhkəməsinin şikayətçi Şikayət verən şəxs prosessual qaydada izahatının alınmamasını araşdırmanın natamam aparılmasının mühüm göstəricilərindən biri kimi qiymətləndirməsi əsaslıdır və apellyasiya protestinin əks mövqeyi məhkəməkollegiyasıtərəfindənqəbuledilmir. Məhkəmə kollegiyası ilk növbədə hesab edir ki, araşdırmanın natamam aparıldığını göstərən ən mühüm hallardan biri də şikayətin mərkəzi predmetini təşkil edən məsələnin – bələdiyyənin iddiadan imtina etməsi barədə iradəsinin hansı qaydada formalaşmasının araşdırılmamasıvəbuməqsədləzərurişəxslərindindirilməməsidir. Iş materiallarından görünür ki, şikayətçinin əsas iddiası yalnız Fətalı Məhərrəmovun məhkəməyə iddiadan imtina ərizəsi təqdim etməsindən ibarət olmamışdır. Şikayətin mahiyyəti ondan ibarətdir ki, həmin ərizə bələdiyyənin kollegial qərarı və ümumi iradəsi olmadan verilmiş, beləliklə də bələdiyyə sədrinin hərəkəti bələdiyyə orqanının deyil, yalnız onun şəxsi iradəsinin ifadəsiolmuşdur. Məhz bu səbəbdən araşdırmanın əsas istiqamətlərindən biri iddiadan imtina barədə qərarın həqiqətən bələdiyyənin kollegial iradəsinə əsaslanıb-əsaslanmadığının müəyyən edilməsi olmalı idi. Belə bir halın müəyyən edilməsi isə yalnız bələdiyyə sədrinin izahatı ilə kifayətlənməkləmümkündeyildir. Kollegiya qeyd edir ki, bələdiyyə qanunvericiliyinin mahiyyətindən irəli gələn əsas prinsiplərdən biri bələdiyyənin kollegial idarəetmə orqanı olmasıdır. Bu baxımdan bələdiyyənin hüquq və mənafelərinə təsir göstərən mühüm məsələlər üzrə qərarların hansı qaydada qəbul olunması, həmin məsələlərin iclaslarda müzakirə edilib-edilməməsi, üzvlərin mövqelərinin nə olması və qəbul edilmiş qərarın həqiqətən bələdiyyənin ümumi iradəsini ifadə edib-etməməsi xüsusiəhəmiyyətdaşıyır. Lakin materiallardan görünür ki, araşdırma aparan orqan tərəfindən bu istiqamətdə heç bir ciddi prosessual tədbir həyata keçirilməmişdir. Belə ki, iddiadan imtina məsələsinin bələdiyyə iclasında müzakirə olunub-olunmadığı, həmin məsələnin gündəliyə çıxarılıb-çıxarılmadığı, səsvermənin keçirilib-keçirilmədiyi, qərarın qəbul olunub-olunmadığı, protokolun mövcud olubolmadığıvəbələdiyyəüzvlərininbubarədəməlumatlıolub-olmadığımüəyyənedilməmişdir. Bu hallar müəyyən edilmədən isə şikayətçinin əsas iddiasının – yəni iddiadan imtinanın bələdiyyənin kollegial qərarına əsaslanmaması barədə dəlilinin təkzib edilməsi mümkün deyildir. Kollegiya xüsusilə vurğulayır ki, belə araşdırma aparılarkən ən azı həmin dövrdə fəaliyyət göstərmiş bələdiyyə üzvlərinin, bələdiyyə katibinin, əvvəlki bələdiyyə sədrinin və iddiadanimtinaərizəsinitəqdimetmişhazırkısədrinayrı-ayrılıqdadindirilməsizəruriidi. Çünki məhz həmin şəxslər iddiadan imtina məsələsinin bələdiyyə daxilində müzakirə olunub-olunmaması, hər hansı iclasın keçirilməsi, qərarın qəbul edilməsi, üzvlərin məlumatlandırılması və ümumilikdə bələdiyyənin iradəsinin formalaşması ilə bağlı birbaşa məlumat sahibi ola biləcək şəxslərdir. Onların mövqeləri alınmadan və qarşılıqlı müqayisə edilmədən bələdiyyənin həqiqi iradəsinin nə olması barədə obyektiv nəticəyə gəlmək mümkün deyildir. Bundan əlavə, materiallarda mövcud olan məlumatlardan görünür ki, əvvəlki dövrdə bələdiyyənin mövqeyi hazırkı mövqedən fərqlənmiş, bələdiyyə tərəfindən məhz torpaq sahəsinin boşaldılması tələbi ilə məhkəməyə müraciət edilmişdir. Sonradan isə həmin mövqedən imtina olunmuşdur. Bu dəyişikliklərin səbəbləri, hansı müzakirələrin nəticəsində baş verməsi və bələdiyyə üzvlərinin bu dəyişikliklə bağlı mövqeləri araşdırmanın mühüm predmetini təşkiletməliidi. Belə olan halda yalnız Fətalı Məhərrəmovun izahatına və məhkəmə qərardadının mövcudluğuna istinad edilməklə bələdiyyənin iradəsinin müəyyən edilmiş hesab olunması mümkün deyildir. Əks yanaşma kollegial idarəetmə prinsipi ilə uzlaşmamaqla yanaşı, şikayətin əsaspredmetininaraşdırılmamışqalmasınasəbəbolur. Məhkəmə kollegiyası hesab edir ki, bələdiyyə üzvlərinin, katibin, əvvəlki sədrin və digər aidiyyəti şəxslərin dindirilməməsi sadəcə əlavə araşdırma tədbirinin həyata keçirilməməsi deyil, məhz şikayətin əsas tezisinin yoxlanılmaması deməkdir. Şikayətin mərkəzində duran hal araşdırılmadan isə cinayət işinin başlanmasının rədd edilməsi barədə qəti nəticəyə gəlmək mümkünolabilməzdi. Bu səbəbdən birinci instansiya məhkəməsinin araşdırmanın natamam aparılması barədə gəldiyi nəticə əsaslıdır və apellyasiya protestində göstərilən əks dəlillər həmin nəticəni təkzibetməküçünkifayətetmir. Məhkəmə kollegiyası hesab edir ki, araşdırmanın natamam aparıldığını göstərən mühüm hallardan biri də iddiadan imtina məsələsinin bələdiyyə daxilində hansı qaydada həll edilməsini müəyyən etməyə imkan verən rəsmi sənədlərin əldə edilməməsi və tədqiq olunmamasıdır. Iş materiallarından görünür ki, şikayətçinin əsas iddialarından biri bələdiyyə sədrinin məhkəməyə təqdim etdiyi iddiadan imtina ərizəsinin bələdiyyənin kollegial qərarına əsaslanmaması ilə bağlı olmuşdur. Belə olan halda araşdırmanın ən vacib istiqamətlərindən biri həmin iradənin həqiqətən bələdiyyə tərəfindən formalaşdırılıb-formalaşdırılmadığının sənədlərləmüəyyənedilməsiolmalıidi. Lakin materiallardan görünür ki, araşdırma aparan orqan tərəfindən bu məqsədlə zəruri olan əsas sənədlər əldə edilməmiş və ya onların mövcudluğu barədə hər hansı araşdırma aparılmamışdır. Belə ki, ilk növbədə iddiadan imtina məsələsinin müzakirə edildiyi iddia olunan dövrə aid bələdiyyə iclaslarının protokolları tələb edilməli, həmin protokollarda belə bir məsələnin müzakirəyə çıxarılıb-çıxarılmadığı müəyyən olunmalı idi. Eyni zamanda bələdiyyənin qərar kitabı araşdırılmalı, iddiadan imtina ilə bağlı hər hansı qərarın qəbul olunub-olunmadığı yoxlanılmalıidi. Bununla yanaşı, iclas gündəliklərinin əldə olunması və tədqiqi zəruri idi. Çünki yalnız gündəliklərin araşdırılması yolu ilə həmin məsələnin ümumiyyətlə bələdiyyə iclasının müzakirə predmeti olub-olmadığınımüəyyənetməkmümkünolardı. Həmçinin bələdiyyənin qeydiyyat kitabları və sənəd dövriyyəsinə dair digər uçot sənədləri tələb edilməli, iddiadan imtina ərizəsinin bələdiyyədə qeydiyyatdan keçirilibkeçirilmədiyi, onun hansı tarixdə hazırlanması və göndərilməsi, bu barədə bələdiyyə aparatında hərhansısənəddövriyyəsininaparılıb-aparılmadığıyoxlanılmalıidi. Bundan başqa, əgər məsələ həqiqətən kollegial qaydada həll edilmişdirsə, həmin iclas üzrə səsvermə nəticələrinin, iştirakçı siyahılarının, üzvlərin mövqelərinin və qəbul edilmiş qərarınrəsmiləşdirilməsinitəsdiqedənsənədlərinmövcudluğumüəyyənedilməliidi. Kollegiya hesab edir ki, sadalanan sənədlər araşdırmanın köməkçi deyil, əsas sübut mənbələri hesab olunur. Çünki şikayətin mahiyyəti məhz bələdiyyə sədrinin hərəkətinin şəxsi iradənin nəticəsi olub-olmaması ilə bağlıdır. Bu məsələnin həlli isə ilk növbədə bələdiyyənin daxiliqərarqəbuletməprosesiniəksetdirənrəsmisənədlərinaraşdırılmasınıtələbedir. Başqa sözlə, iclas protokolları, qərar kitabları, gündəliklər, qeydiyyat kitabları və səsvermə nəticələri əldə edilmədən iddiadan imtina barədə ərizənin bələdiyyənin kollegial qərarına əsaslanıb-əsaslanmadığını müəyyən etmək obyektiv olaraq mümkün deyildi. Məhz həmin sənədlər vasitəsilə bələdiyyə üzvlərinin bu məsələdən xəbərdar olub-olmaması, müzakirənin aparılıb-aparılmaması, qərarın qəbul edilib-edilməməsi və nəticədə iradənin həqiqətənkollegialxarakterdaşıyıb-daşımamasımüəyyənediləbilərdi. Araşdırma aparan orqan isə belə sənədləri əldə etmədən və onların mövcudluğu barədə hər hansı prosessual tədbir həyata keçirmədən iddiadan imtina məsələsinin qanuni və səlahiyyət çərçivəsində həyata keçirildiyi qənaətinə gəlmişdir. Halbuki həmin nəticənin əsasını təşkiletməliolanilkinsənədlərümumiyyətləaraşdırılmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, bələdiyyənin iclas sənədlərinin əldə edilməməsi və yoxlanılmaması araşdırmanın tamlığı və obyektivliyi prinsiplərinin pozulmasına səbəb olmuş, nəticədə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın kifayət qədər araşdırılmışfaktikibazaəsasındaqəbuledildiyinisöyləməyəimkanverməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, araşdırmanın natamam aparıldığını göstərən mühüm hallardan biri də bələdiyyə sədri Fətalı Məhərrəmovun məhkəməyə təqdim etdiyi iddiadanimtinaərizəsininhansıhüquqivətəşkilatiəsaslarasöykəndiyininaraşdırılmamasıdır. Iş materiallarından görünür ki, prokurorluq tərəfindən qəbul edilmiş qərarın əsas hissəsi Şirvan Apellyasiya Məhkəməsinin iddiadan imtinanı qəbul etməsi faktı üzərində qurulmuşdur. Lakin belə yanaşma araşdırmanın predmetini təşkil edən məsələnin mahiyyətini tam əhatə etmir. Belə ki, hazırkı yoxlamanın predmeti məhkəmənin iddiadan imtinanı qəbul edibetməməsinin qanuniliyi deyil, bələdiyyə sədrinin həmin imtina barədə ərizəni hansı səlahiyyət əsasında verməsi, bu hərəkətin bələdiyyənin kollegial iradəsinə söykənib-söykənməməsi və onunsəlahiyyəthədləridaxilindəhəyatakeçirilib-keçirilməməsininmüəyyənedilməsidir. Məhz bu səbəbdən araşdırma aparan orqan iddiadan imtina ərizəsinin verilməsinin hüquqi əsaslarını ayrıca yoxlamalı idi. Araşdırma zamanı müəyyən edilməli idi ki, bələdiyyə sədrinə belə bir prosessual hərəkəti həyata keçirmək üçün ayrıca qərar verilmişdirmi, həmin məsələ bələdiyyə iclasında müzakirə olunmuşdurmu, bələdiyyə üzvlərinin iradəsi öyrənilmişdirmi və ümumiyyətlə, ərizə bələdiyyənin kollegial qərarının nəticəsi kimi təqdim edilmişdirmi. Kollegiya qeyd edir ki, hər hansı prosessual hərəkətin məhkəmə tərəfindən qəbul edilməsi həmin hərəkətin yaranma əsaslarının və ya ona səbəb olmuş daxili qərar qəbuletmə prosesinin cinayət-prosessual qaydada araşdırılmasını istisna etmir. Başqa sözlə, məhkəmənin iddiadan imtinanı qəbul etməsi özlüyündə bələdiyyə sədrinin həmin imtinanı vermək səlahiyyətinə malik olması və ya bu səlahiyyətdən qanuna uyğun istifadə etməsi barədə qəti nəticəçıxarmağaəsasvermir. Əks yanaşma qəbul edilərsə, şikayətçinin əsas iddiası – yəni bələdiyyə sədrinin bələdiyyənin iradəsini ifadə edən qərar olmadan hərəkət etməsi barədə dəlili ümumiyyətlə araşdırılmamış qalar. Halbuki cinayət təqibi orqanının vəzifəsi məhz bu iddianın həqiqətə uyğun olub-olmamasınımüəyyənetməkdənibarətidi. Materiallardan görünür ki, araşdırma zamanı bələdiyyə sədrindən onun hansı qərara, hansı protokola, hansı səlahiyyətverici sənədə və ya hansı kollegial iradəyə əsaslanaraq iddiadan imtina etməsi barədə ətraflı məlumat alınmamış, həmin halları təsdiq edə biləcək sənədlərtələbedilməmişvədigərşəxslərinizahatlarıiləmüqayisəlitəhlilaparılmamışdır. Iş materiallarından görünür ki, şikayətçi Şikayət verən şəxs icarə hüququna əsasən ona ayrılmış torpaq sahəsindən faktiki istifadə edə bilmədiyini, buna baxmayaraq icarə öhdəliklərini yerinə yetirdiyini, lakin torpaqdan istifadənin qarşısının alınması nəticəsində real iqtisadi faydadanməhrumolduğunubildirmişdir. Bu iddia yalnız mülki hüquq müstəvisində ümumi mübahisə kimi qiymətləndirilə bilməz. Çünki iddia edilən hallar təsdiq olunduğu təqdirdə, həm maddi zərər, həm də əldən çıxmış fayda formasındarealiqtisadinəticələrinyaranmasıehtimalıistisnaedilmir. Lakin prokurorluq tərəfindən aparılmış yoxlama zamanı bu istiqamətdə heç bir kompleks araşdırma aparılmamışdır. Belə ki, şikayətçinin icarə haqqını ödəməsinə dair sənədlər, torpaqdan faktiki istifadə imkanının olub-olmaması, istifadə edilməyən dövrün müddəti, həmin müddət ərzində kənd təsərrüfatı fəaliyyətindən əldə oluna biləcək gəlirlər, subsidiyaların və dövlət dəstəyinin itirilib-itirilməməsi, eləcə də torpaq sahəsi üzərində üçüncü şəxslərin faktiki istifadəsinəticəsindəyaranmışmümküniqtisadinəticələraraşdırılmamışdır. Eyni zamanda, şikayətçi tərəfindən göstərilən zərər iddialarının obyektiv qiymətləndirilməsi üçün müvafiq maliyyə-iqtisadi və ya torpaq qiymətləndirilməsi üzrə ekspertiza təyin edilməsi imkanından istifadə olunmamış, mütəxəssis rəyi alınmamışdır. Halbuki belə kateqoriyadan olan mübahisələrdə zərərin müəyyən edilməsi yalnız izahatlarla deyil, sənədli və ekspertəsaslıqiymətləndirməiləmümkündür. Bundan əlavə, torpaq sahəsinin faktiki vəziyyəti, istifadə forması və üçüncü şəxslərin oradan əldə etdiyi mümkün fayda da zərərin miqyasının müəyyən edilməsində mühüm rol oynayır. Lakin bu istiqamətdə də hər hansı yerində baxış, ölçmə, foto-video qeydlər və ya rəsmi akttərtibedilməmişdir. Kollegiya qeyd edir ki, iddia edilən hərəkətlərin cinayət-hüquqi qiymətləndirilməsi yalnız formal səlahiyyət məsələləri ilə məhdudlaşmır, həm də həmin hərəkətlərin real nəticələrinin – o cümlədən zərərin mövcudluğunun müəyyən edilməsini tələb edir. Zərərin müəyyən edilməməsi isə cinayət tərkibinin olub-olmaması barədə nəticənin obyektivliyinə birbaşa təsir edən mühüm faktordur. Iş materiallarından görünür ki, prokurorluq orqanı qiymətləndirmə apararkən faktiki olaraqikifərqli,lakinhüquqimahiyyətetibariləayrıolanməsələniqarışdırmışdır:
1. Məhkəmətərəfindəniddiadanimtinanınqəbuledilib-edilməməsi;
2. Bələdiyyə sədri tərəfindən həmin iddiadan imtinanın verilməsinin hüquqi səlahiyyətə əsaslanıb-əsaslanmaması. Kollegiya qeyd edir ki, bu iki məsələ mahiyyətcə fərqli hüquqi müstəvilərə aiddir və birinin mövcudluğudigərinibirmənalıolaraqşərtləndirmirvəyaistisnaetmir. Belə ki, məhkəmənin prosessual qaydada iddiadan imtinanı qəbul etməsi yalnız mülki iş üzrə icraata xitam verilməsi üçün əsas yaradan prosessual nəticədir və həmin hərəkətin arxa planında duran inzibati və ya təşkilati səlahiyyət məsələlərini müəyyən etmir. Məhkəmə yalnız təqdim olunmuş ərizənin prosessual nəticəsini qiymətləndirir, lakin həmin ərizənin bələdiyyə daxilində hansı qaydada formalaşmasını və səlahiyyətli orqanın iradəsini əvəz edib-etmədiyini araşdırmır. Bununla belə, prokurorluq tərəfindən aparılmış yoxlama zamanı məhz bu fərq nəzərə alınmamışdır. Belə ki, yalnız məhkəmə qərardadına istinad edilməklə bələdiyyə sədrinin hərəkətinin qanunauyğunluğu barədə nəticəyə gəlinmiş, lakin onun həmin prosessual hərəkəti etməyə səlahiyyətli olub-olmaması ayrıca və müstəqil araşdırma predmeti kimi qiymətləndirilməmişdir. Kollegiya xüsusilə vurğulayır ki, “məhkəmə iddiadan imtinanı qəbul etmişdir” faktı yalnız prosessual nəticəni ifadə edir və bu nəticə özlüyündə bələdiyyə sədrinin həmin imtinanı vermək üçün kollegial qərara, səlahiyyətverici aktlara və ya bələdiyyə üzvlərinin iradəsinə əsaslanıbəsaslanmamasısualınıcavablandırmır. Başqa sözlə, birinci sual (məhkəmənin imtinanı qəbul etməsi) prosessual xarakter daşıyır və mülki işin icraatına xitam verilməsi ilə bağlıdır, ikinci sual (sədrin səlahiyyəti) isə maddi-hüquqi və təşkilati səlahiyyət məsələsidir. Bu iki sual arasında birbaşa hüquqi bərabərlik mövcuddeyildir. Məhz buna görə də prokurorluğun yalnız məhkəmə aktına istinad etməklə kifayətlənməsi şikayətin əsas hüquqi mahiyyətini arxa plana keçirmiş, bələdiyyə sədrinin hərəkətinin qanunvericiliklə müəyyən edilmiş kollegial idarəetmə prinsiplərinə uyğun olubolmamasıməsələsiniaraşdırılmamışsaxlamışdır. Kollegiya hesab edir ki, belə yanaşma nəticəsində şikayətin əsas arqumenti – yəni bələdiyyə sədrinin kollegial iradə olmadan hərəkət etməsi barədə dəlili – hüquqi qiymətləndirmədənkənardaqalmışdır Iş materiallarının təhlilindən görünür ki, torpaq sahəsinin ölçüsü və tərkibi ilə bağlı birbiri ilə uzlaşmayan və hüquqi baxımdan aydınlaşdırılmamış müxtəlif rəqəmlər mövcuddur. Belə ki, müxtəlif sənədlərdə və izahatlarda 18 hektar, 30 hektar, 60 hektar, 2.60 hektar və faktiki istifadəiləbağlı11.6hektargöstəriciləriqeydedilmişdir. Bu rəqəmlərin bir-biri ilə uyğunluğunun təmin edilməməsi, onların hansı hüquqi əsaslara – icarə müqaviləsinə, bələdiyyə qərarına, kadastr ölçülərinə və ya faktiki istifadə vəziyyətinə aid olmasınınmüəyyənedilməməsiaraşdırmanınəsasboşluqlarındanbirinitəşkiledir. Belə ki, 18 hektar göstəricisi şikayətçinin iddiasında əsas icarə predmeti kimi göstərilmiş, lakin digər sənədlərdə daha geniş – 30 hektar və 60 hektar ərazilərə istinad edilmişdir. Eyni zamanda, bəzi materiallarda 2.60 hektar ayrıca sahə kimi qeyd olunmuş, lakin bunun həmin ümumi torpaq massivinə münasibətdə hansı hüquqi və ya kadastr vahidini ifadə etdiyi müəyyən edilməmişdir. Digər tərəfdən, faktiki istifadə və ya zəbt vəziyyəti kimi göstərilən 11.6 hektar rəqəmi isə nə icarə müqaviləsində, nə də bələdiyyə qərarında birbaşa əksini tapmayan, lakin yoxlamamaterialındaistifadəolunangöstəricikimiçıxışedir. Kollegiya qeyd edir ki, bu cür ziddiyyətli rəqəmlərin mövcudluğu torpaq sahəsinin obyekt kimi hüquqi müəyyənliyini birbaşa şübhə altına alır və onun cinayət-hüquqi qiymətləndirilməsi üçün ilkin şərt olan obyektin dəqiq identifikasiyasını zəruri edir. Lakin araşdırma aparan orqan tərəfindən bu uyğunsuzluqlar aradan qaldırılmamış, hansı sahənin mübahisə predmeti olduğu, həminsahəninsərhədləri,koordinatlarıvəkadastrməlumatlarımüəyyənedilməmişdir. Bundan əlavə, 18 hektar icarə sahəsinin 30 hektar və 60 hektar kimi daha geniş rəqəmlərlə yanaşı qeyd edilməsi həmin ərazinin faktiki istifadə və inzibati bölgü baxımından müxtəlif hissələrə bölünüb-bölünmədiyini, əlavə torpaq sahələrinin icarəyə daxil olub-olmadığını və ya qeyri-rəsmi istifadə predmetinə çevrilib-çevrilmədiyini müəyyən etməyi tələb edirdi. Lakin buistiqamətdəhərhansıekspertaraşdırmasıvəyakadastruyğunlaşdırılmasıaparılmamışdır. Eyni zamanda, 11.6 hektar göstəricisinin hansı metodika ilə müəyyən edildiyi, yerində baxış nəticəsində əldə olunub-olunmadığı, yoxsa sadəcə izahatlara əsaslandığı aydınlaşdırılmamışdır. Bu isə faktiki vəziyyətlə hüquqi sənədlər arasında əlaqənin müəyyən edilmədiyinigöstərir. Kollegiya hesab edir ki, torpaq mübahisələrində obyektin dəqiq müəyyən edilməsi əsas və ilkin şərt olmaqla, sonrakı hər hansı hüquqi nəticənin əsasını təşkil edir. Mübahisə predmeti olan torpaq sahəsinin ölçüsü və sərhədləri müəyyən edilmədən onun üzərində hər hansı hüququn pozulub-pozulmadığı barədə nəticə çıxarılması obyektiv və hərtərəfli araşdırma prinsipiiləuzlaşmır Iş materiallarından görünür ki, şikayətçi torpaq sahəsinin üçüncü şəxslər tərəfindən faktiki olaraq zəbt edildiyini, həmin ərazidə yaşayış və təsərrüfat fəaliyyətinin həyata keçirildiyini, əkin aparıldığını, tikililərin və digər qurğuların yerləşdirildiyini bildirmişdir. Bu iddia mübahisənin faktiki tərəfini təşkil etməklə yanaşı, cinayət-hüquqi qiymətləndirmə üçün əsas əhəmiyyət daşıyanhallardanbiridir. Lakin araşdırma zamanı bu iddiaların yoxlanılması üçün zəruri olan prosessual və faktiki tədbirlərhəyatakeçirilməmişdir. Belə ki, mübahisə predmeti olan torpaq sahəsinə yerində baxış keçirilərək faktiki istifadə vəziyyəti müəyyən edilməmiş, ərazidə kimin və hansı əsasla fəaliyyət göstərdiyi aydınlaşdırılmamışdır. Eyni zamanda, torpaq sahəsinin sərhədləri, istifadə sahəsinin həcmi və faktikizəbtiddialarınınrealvəziyyətəuyğunluğuyerindəyoxlanılmamışdır. Bundan əlavə, hadisə yerinin vəziyyətini təsdiq edən foto və video materiallar toplanmamış, həmin ərazinin əvvəlki və hazırkı vəziyyətini müqayisə etməyə imkan verən vizual sübutlarəldəedilməmişdir. Eyni zamanda, torpaq sahəsinin ölçülməsi, kadastr və ya geodeziya üsulları ilə faktiki istifadə sahəsinin müəyyən edilməsi həyata keçirilməmiş, mütəxəssis və ya yerölçən (geodeziya) rəyinə müraciət olunmamışdır. Halbuki belə kateqoriyadan olan mübahisələrdə obyektinfaktikivəziyyətinintexnikivasitələrləmüəyyənedilməsixüsusiəhəmiyyətkəsbedir. Bundan başqa, üçüncü şəxslərin torpaq sahəsində mövcudluğu, orada aparılan tikinti və ya təsərrüfat fəaliyyəti, həmin fəaliyyətin davamlılığı və hüquqi əsasının olub-olmaması da yerində baxış və müvafiq akt tərtib edilməklə müəyyən edilməli olduğu halda, bu istiqamətdə də heçbirprosessualtədbirgörülməmişdir. Kollegiya qeyd edir ki, hadisə yerinə baxış istintaq və ya yoxlama prosesinin formal elementi deyil, əksinə, faktiki halların mövcudluğunu və həqiqi vəziyyəti müəyyən etməyə imkan verən əsas sübut toplama metodudur. Bu metodun tətbiq edilməməsi isə faktiki iddiaların yoxlanılmadannəticəyəgəlinməsiilənəticələnmişdir Məhkəmə kollegiyası hesab edir ki, araşdırmanın natamam aparıldığını göstərən mühüm hallardan biri də Rüstəmov Rahib Bəşir oğlunun mübahisə predmeti olan torpaq sahəsindəmövcudluğununhüquqiəsasınınmüəyyənedilməməsidir. Iş materiallarında onun 1993-cü ildən həmin ərazidə yaşadığı və faktiki olaraq orada məskunlaşdığı göstərilsə də, bu fakt özlüyündə həmin şəxsin torpaq sahəsindən istifadə hüququnun mövcudluğunu təsdiq edən hüquqi əsas kimi qiymətləndirilə bilməz. Çünki uzunmüddətli faktiki yaşayış hüquqi rejim baxımından birbaşa olaraq mülkiyyət, icarə və ya digər istifadəhüququyaratmırvəmütləqşəkildəhüquqisənədlərlətəsdiqlənməlidir. Lakin araşdırma aparan orqan tərəfindən bu istiqamətdə heç bir kompleks yoxlama həyatakeçirilməmişdir. Belə ki, Rüstəmov Rahib Bəşir oğlunun həmin torpaq sahəsində mövcudluğunun hansı hüquqi əsasla həyata keçirildiyi – onun istifadəsinə dair hər hansı icarə müqaviləsinin, bələdiyyə qərarınınvəyadigərinzibatiaktınmövcudolub-olmamasımüəyyənedilməmişdir. Eyni zamanda, onun həmin ərazidən istifadə hüququnun ümumiyyətlə rəsmiləşdirilibrəsmiləşdirilmədiyi, bələdiyyə tərəfindən ona hər hansı şəkildə istifadə icazəsinin verilibverilmədiyivəyabuistifadəninfaktikizəbtxarakteridaşıyıb-daşımadığıaraşdırılmamışdır. Bundan əlavə, Rüstəmov Rahib Bəşir oğlunun torpaq sahəsindən istifadə etməsi ilə bağlı hər hansı ödəniş həyata keçirib-keçirmədiyi, bələdiyyəyə icarə haqqı və ya digər ödənişlər edib-etmədiyi də yoxlanılmamışdır. Halbuki bu hal onun istifadə münasibətinin hüquqi və ya qeyri-hüquqixarakterinimüəyyənetməküçünəsasəhəmiyyətkəsbedir. Kollegiya qeyd edir ki, yalnız faktiki yaşayış faktına istinad edilməklə şəxsin torpaq sahəsində qanuni istifadəçi olması barədə nəticə çıxarılması hüquqi baxımdan əsaslandırılmış hesab edilə bilməz. Belə nəticə yalnız müvafiq hüquqverici sənədlərin mövcudluğu və onların hüquqiqüvvəsininyoxlanılmasıiləmümkündür. Bu baxımdan, Rüstəmov Rahib Bəşir oğlunun torpaq sahəsində mövcudluğunun hüquqi əsasının araşdırılmaması, onun statusunun dəqiq müəyyən edilməməsi və istifadə münasibətlərinin hüquqi qiymətləndirilməməsi araşdırmanın natamamlığını göstərir və qəbul edilmişqərarınkifayətqədərfaktikivəhüquqibazaüzərindəqurulmadığınıtəsdiqedir Məhkəmə kollegiyası hesab edir ki, araşdırmanın natamam aparıldığını göstərən hallardan biri də bələdiyyə sədri Fətalı Məhərrəmov ilə torpaq sahəsindən istifadə edən Rüstəmov Rahib Bəşir oğlu arasında mümkün maraq toqquşması və şəxsi münasibətlərin araşdırılmamasıdır. Iş materiallarında şikayətçi tərəfindən həmin şəxslər arasında dostluq və ya yaxın münasibətlərin mövcudluğu barədə iddia irəli sürülmüşdür. Kollegiya qeyd edir ki, bu iddia özözlüyündəsübutolunmuşfaktkimiqəbulediləbilməzvəmütləqşəkildətəsdiqinitapmalıdır. Lakin cinayət-prosessual yoxlama çərçivəsində belə bir iddianın sübut olunmamış olması onun araşdırılmadan kənarda saxlanılmasına əsas vermir. Əksinə, bu cür hallar araşdırmanın obyektivliyi və qərəzsizliyi baxımından yoxlanılması zəruri olan istiqamətlərdən biridir. Belə ki, bələdiyyə sədrinin qəbul etdiyi qərarın və ya məhkəməyə təqdim etdiyi iddiadan imtina ərizəsinin üçüncü şəxsin xeyrinə nəticə doğurması iddiası mövcud olduqda, həmin şəxslər arasında hər hansı şəxsi, iqtisadi və ya digər maraq əlaqələrinin olub-olmaması ayrıca yoxlanılmalıidi. Lakin araşdırma aparan orqan tərəfindən bu istiqamətdə heç bir prosessual tədbir görülməmiş, tərəflər arasındakı münasibətlərin xarakteri, əvvəlki əlaqələr, birgə fəaliyyət və ya hərhansıasılılıqmünasibətlərimüəyyənedilməmişdir. Kollegiya hesab edir ki, mümkün maraq toqquşmasının araşdırılmaması yalnız formal çatışmazlıq deyil, eyni zamanda araşdırmanın obyektivliyinə birbaşa təsir edən mühüm boşluqdur. Çünki belə hallar sübut olunduğu təqdirdə vəzifəli şəxsin hərəkətinin motivasiyası və qərarverməprosesininneytrallığınaciddihüquqiqiymətverilməsinitələbedəbilər. Bu baxımdan, şikayətçinin irəli sürdüyü dostluq və ya yaxın münasibət iddiası sübut edilməmiş olsa belə, onun araşdırılmadan rədd edilməsi düzgün deyil və bu hal obyektiv, hərtərəflivəqərəzsizyoxlamaprinsipinəuyğunhesabediləbilməz. Mübahisələndirilən qərarın əsas qüsurlarından biri cinayət-hüquqi qiymətləndirmənin yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309-cu maddəsi ilə məhdudlaşdırılmasıdır. Materialın məzmunundan göründüyü kimi, şikayət yalnız “vəzifə səlahiyyətlərini aşma” kimi dar kvalifikasiyaya deyil, ümumilikdə vəzifəli şəxsin torpaq münasibətlərinə müdaxiləsi, bələdiyyə orqanının iradəsinin formalaşdırılması və icarə hüququnun həyata keçirilməsinə faktiki maneələrin yaradılması kimi kompleks faktiki hallara əsaslanır. Buna baxmayaraq, prokurorluq qərarında faktiki olaraq hüquqi qiymətləndirmə “CM-in 309-cu maddəsinin tərkibi yoxdur” nəticəsi ilə yekunlaşdırılmış, digər mümkün cinayət-hüquqi qiymətləndirilmələr üzrə hər hansı müqayisəli hüquqi analiz aparılmamışdır. Halbuki cinayətprosessual araşdırmanın tamlığı və obyektivliyi baxımından faktiki hallar yalnız bir maddə çərçivəsində deyil, müvafiq cinayət tərkibləri sistemi üzrə kompleks şəkildə qiymətləndirilməlidir. Belə ki, işin faktiki hallarının inkişafından asılı olaraq aşağıdakı cinayət-hüquqi tərkiblərin ilkinolaraqnəzərdənkeçirilməsizəruriidi: CM-in 308-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) – vəzifəli şəxsin öz səlahiyyətlərini qulluq mənafeyinə zidd şəkildə istifadə etməsi və bunun nəticəsində hüquq və qanunimənafelərəzərərvurulmasıehtimalı; CM-in 309-cu maddəsi (vəzifə səlahiyyətlərini aşma) – səlahiyyət həddinin aşılması vəbununhüquqinəticələrdoğurması; CM-in 313-cü maddəsi (vəzifə saxtakarlığı və ya rəsmi sənədlərlə bağlı sui-istifadə halları) – rəsmi sənədlərin hazırlanması, təqdim edilməsi və ya istifadəsi ilə bağlı qanunauyğunsuzluqehtimalları; həmçinin faktiki halların inkişafından asılı olaraq digər vəzifəli cinayətlərə dair tərkib əlamətləri. Lakin prokurorluq orqanı bu istiqamətlər üzrə hər hansı müqayisəli hüquqi analiz aparmadan, alternativ cinayət-hüquqi kvalifikasiyaları qiymətləndirmədən yalnız CM-in 309-cu maddəüzrənəticəçıxarmaqlaaraşdırmanınpredmetiniəsassızşəkildədaraltmışdır. Bu isə nəticə etibarilə həm faktiki halların hüquqi mahiyyətinin tam əhatə olunmamasına, həm də cinayət tərkibinin mövcudluğunun istisnası barədə qənaətin kifayət qədər əsaslandırılmamasına gətirib çıxarmışdır. Belə yanaşma cinayət-prosessual qanunvericiliyin tələbetdiyitam,hərtərəflivəobyektivaraşdırmaprinsipinəuyğunhesabediləbilməz Mübahisələndirilən qərarın əsas hüquqi səhvlərindən biri mülki xarakterli münasibətlərin mövcudluğuna istinad edilməklə cinayət-prosessual qiymətləndirmənin əvəzlənməsi və bununla da cinayət tərkibinin istisna edilməsi barədə nəticəyə gəlməsidir. Bu yanaşma hüquqi baxımdan düzgünhesabediləbilməz. Ilk növbədə qeyd olunmalıdır ki, mülki mübahisənin mövcudluğu cinayət tərkibini birbaşa olaraq istisna etmir. Mülki hüquq münasibətləri ilə bağlı mübahisə paralel olaraq, əgər faktiki hallarda vəzifəli şəxsin hərəkətlərində cinayət qanunvericiliyinin nəzərdə tutduğu əlamətlər mövcuddursa,həminəməllərmütləqşəkildəcinayət-hüquqimüstəvidəayrıcaaraşdırılmalıdır. Hazırkı halda isə prokurorluq orqanı əsasən mövcud məhkəmə aktlarına və tərəflər arasında formalaşmış mülki mübahisənin nəticələrinə istinad etməklə, faktiki halların cinayət hüququ baxımından ayrıca qiymətləndirilməsini aparmamış, bununla da mülki iş üzrə nəticəni cinayət-prosessualqiymətləndirməninəvəzedicisikimiqəbuletmişdir. Halbuki cinayət-prosessual araşdırmanın predmeti mülki hüquq münasibətlərinin mövcudluğu deyil, həmin münasibətlər çərçivəsində və ya onlardan kənarda hər hansı vəzifəli şəxsin hərəkətlərində cinayət tərkibinin olub-olmamasıdır. Yəni mübahisənin mülki xarakter daşıması, özlüyündə, mümkün vəzifə cinayətlərinin istisna edilməsi üçün hüquqi əsas təşkil etmir. Bu baxımdan prokurorluq qərarında mülki mübahisəyə istinad edilməklə cinayət-hüquqi qiymətləndirmənin daraldılması və cinayət tərkibinin araşdırılmaması cinayət-prosessual qanunvericiliyin tam, obyektiv və hərtərəfli araşdırma prinsipi ilə uzlaşmır və nəticə etibarilə hüquqiqiymətləndirməninnatamamlığınışərtləndirir. Mübahisələndirilən qərarda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə istinad edilərək cinayət işinin başlanmasının rədd edilməsi barədə nəticəyə gəlinmişdir. Lakin həmin normanın tətbiqi üçün zəruri olan faktiki və hüquqi əsasların yetərli şəkildəformalaşdırıldığımateriallardangörünmür. CPM-in 39.1.2-ci maddəsinin tətbiqi yalnız o halda mümkündür ki, toplanmış materiallar üzrə cinayət hadisəsinin mövcud olmaması və ya əməlində cinayət tərkibinin olmaması barədə nəticə etibarlı, hərtərəfli və obyektiv araşdırma nəticəsində, ziddiyyətsiz faktiki baza əsasında formalaşdırılsın. Hazırkı halda isə yuxarıda sadalanan bir sıra mühüm halların – şikayətçinin tam izahatının alınmaması, bələdiyyə üzvlərinin dindirilməməsi, iclas protokollarının və digər bələdiyyə sənədlərinin əldə edilməməsi, torpaq sahəsinin faktiki vəziyyətinin yerində yoxlanılmaması, Rüstəmov Rahibin hüquqi statusunun müəyyən edilməməsi, mümkün maraq toqquşmasının araşdırılmaması və zərərin hesablanmaması – tam və obyektiv şəkildə araşdırılmasıtəminedilməmişdir. Belə olan halda, sadalanan hallar araşdırılmadan cinayət hadisəsinin olmaması və ya cinayəttərkibininolmamasıbarədəqətinəticəyəgəlməkhüquqibaxımdanmümkündeyildi. Odur ki, apellyasiya protestinin dəlilləriəsassızolduğundantəminedilməməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2015-ci il tarixli qərarına əsasən məhkəmə nəzarəti Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nisbətən yeni institutdur. 2000-ci il # ######## tarixindən qüvvəyə minmiş CPM-in 442.2-ci maddəsi məhkəmə nəzarətinin obyektini müəyyən edərək göstərir ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə aşağıdakılara baxır: hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair vəsatət və təqdimatlara, bununla yanaşı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə. Həmçinin cinayət prosesində istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, habelə əməliyyat-axtarış tədbirinin keçirilməsi halında mütləq qaydada məhkəmə nəzarətininmövcudluğununəzərdətutur. Bundan başqa Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il # ###### tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə nəzarəti icraatında məhkəmə əsasən iki vəzifə daşıyır: cinayət təqibi üzrə müvəkkil edilmiş orqanlar və vəzifəli şəxslər tərəfindən edilən ayrı-ayrı hərəkətlərin və qəbul olunan qərarların qanuniliyinin təmin olunması; cinayət prosesi iştirakçılarının hüquq və azadlıqlarının qorunması (əsassız və qanunsuz məhdudlaşdırılmasının istisnaedilməsi,hüquqlarınpozulmasınasonqoyulmasıvəpozulmuşhüquqlarınbərpası). Azərbaycan Respublikası CPM-nin 449.1.4 və 449.1.5-cü maddələrinə əsasən, məhkəmə nəzarətini həyata keçirən məhkəməyə cinayət prosesini həyata keçirən müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun prosessual hərəkətlərindənvəyaqərarlarındanşikayətveriləbilər. Həmin Məcəllənin 450.6.5-ci maddəsinə əsasən hakim cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuni və əsaslı olub-olmaması barədə bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələbləri və özünün daxili inamıəsasındaqərarçıxarırvəməhkəməiclasındaiştirakedənşəxslərədərhalelanedir. Həmin Məcəllənin 451.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanuni hesab edilməsi barədə yaxud barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərarın ləğv edilməsibarədəqərarlardanbiriniçıxarır. Nəticə etibarilə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı cinayət təqibi orqanının əvəzinə cinayət tərkibinin mövcudluğu barədə yekun nəticə çıxarmaq məqsədi daşımır. Həmin qərarın mahiyyəti yalnız ondan ibarətdir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar natamam araşdırma əsasında qəbul edilmişdir və bu səbəbdən əlavə araşdırmaaparılmadanqanunivəəsaslıhesabediləbilməz. Beləliklə, məhkəmə kollegiyası yekun nəticəyə gəlir ki, apellyasiya protesti əsassız olduğuna görə təmin edilməməli, Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)- */****nömrəliqərarıdəyişdirilmədənsaxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 398.1.1, 450, 451 və 454-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA A L D İ:
Apellyasiya protestitəminedilməsin. Imişli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-*/**** nömrəli qərarı Imişli Rayon Prokuroru, R Valeh Səmədov tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədənsaxlanılsın. Qərarqəbuledildiyiandandərhalsonraqanuniqüvvəyəminir. Qərardanşikayətvəprotestveriləbilməz.