Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 6(3-9)-23/2026 17.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən), Hacıyev Pərviz Vaqif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi Ələskərov Sənan Adil oğlunun katibliyi ilə. Beyləqan rayon prokurorluğunun müstəntiqi Məhəmməd Mahmudovun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2026-cı il tarixli, *-*-***/*-******/**** nömrəli qərarından İmanova Aynurə Rəftar qıznın şikayətinin təmin edilməməsi barədə Beyləqan Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarından şikayətçi İmanova Aynurə Rəftar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq, kollegiya qərar verdi. İ.İŞİN HALLARI: İmanova Aynurə Rəftar qızı şikayət verərək, Beyləqan rayon prokurorluğunun ## #### 2026-cı il tarixli, *-*-***/*-******/**** nömrəli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının ləğv edilərək işin yenidən araşdırılması üçün Beyləqan rayon prokurorluğuna qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon Prokurorluğunun ## #### 2026-cı il tarixli, qərarın təsviri hissəsində göstərilmiş hallara əsasən, onun polis şöbəsində saxlanıldığı müddətdə işgəncəyə, fiziki zorakılığa məruz qalmağı sübuta yetirilməmişdir. Lakin tərəfindən təqdim olunmuş sübutlar, o cümlədən məhkəmə-tibbi ekspertiza rəyi, tibbi arayış və video disk qiymətləndirilməmişdir, onlar açıq şəkildə göstərir ki, o, xəsarət almışdır. Polis şöbəsinə daxil olarkən üzərində zorakılıq əlamətləri olmamışdır (tutulma protokoluna əsasən). O, birbaşa məhkəməyə aparılmış və orada qollarında olan xəsarətləri hakimə göstərmişdir. Hakim də Prokurorluğa məktub yazaraq fiziki zorakılıq faktının araşdırılmasını tələb etmişdir. Əgər şəxs sağlam vəziyyətdə polis şöbəsinə daxil olur və ordan xəsarət alaraq çıxırsa, bu, polis əməkdaşlarının qanunsuz davranışının sübutudur. Onun zorakılığa məruz qalmadığını sübut etmək yükü Beyləqan rayon polis şöbəsinin üzərinə düşür. Polis şöbəsində olarkən növbətçi hissə onun üzərinə təcili tibbi yardım çağırmışdır, lakin prokurorluq təkcə onun tərəfindən təcili tibbi yardıma edilən müraciətləri araşdırmışdır. Düzgün sorğu verməmişdir. Şəxs özü polis şöbəsində ətraf aləmdən təcrid olunmuş şəkildə olarkən, köməksiz vəziyyətdə özünə təcili tibbi yardım çağıra bilməz. Bütün bu hallara baxmayaraq, onun təqdim etdiyi sübutlara (ekspert rəyi, tibbi arayış, video disk) qiymət verilməmişdir. İ. Müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Polis mərhələsində müdafiə hüququnun pozuntuları: ## ###### 2025-ci il tarixində Beyləqan rayon polis şöbəsində fiziki zorakılığa (saçından, qolundan tutma, sürükləmə) məruz qalmışdır. Psixoloji təzyiq və hədə-qorxuya məruz qalmışdır. İzahatlarını təzyiq altında alınmasına məruz qalmışdır. Sağlamlıq vəziyyəti pisləşmiş və təcili tibbi yardım çağırılmışdır. Müdafiəçi ilə real olaraq təmin olunmamışdır. “Şənbə-bazar günü vəkil olmur” deyib vəkil tələbi rədd edildi. Vəsatət versə də, 15-## ###### 2025-ci il tarixində Beyləqan rayon Vəkil bürosunda növbətçi vəkillərin olub-olmaması ilə bağlı nə Beyləqan Rayon Məhkəməsi, nə də Beyləqan rayon prokurorluğu tərəfindən heç bir araşdırma aparılmamışdır. Protokoldan göründüyü kimi barəsində inzibati xəta haqqında icraat aparılan şəxs vəkillə təmin olunmamış, vəkildən imtina ilə bağlı heç bir ərizə ondan alınmamışdır. Polis şöbəsi video müşahidə kameraları ilə mühafizə olunur, həmin lent yazısı onun pis rəftara məruz qaldığını sübut edirdi. Lakin Beyləqan RPŞ video kameraların bir günün içində xarab olduğunu bildirərək həmin görüntüləri təqdim etməkdən imtina etmişdir. Onlar heç bir işdə öz zorakılıqlarını gizlətmək üçün videogörüntüləri məhkəməyə təqdim etmirlər. Kameraların bir günün içində xarab olması real görünmür. 2025-ci il ## ###### saat 20:45 radələrində polis əməkdaşı şəxs barədə tutma protokolunu tərtib etmişdir. Protokolda ərizəçinin 2025-ci il ## ###### 17:00 radələrində deyil, 15 noyabr 20:45də tutulduğu göstərilmişdir. O, protokolu imzalamaqdan imtina etmişdir. Real tutulma anı daha tez olmuş, lakin onu qanunsuz olaraq artıq saxlamaq üçün protokolda real tutulma anı gec göstərilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx X5 Beyləqan rayon şöbəsində ## ###### 2025-ci il tarixində Aynurə İmanova məhkəmədən çıxan kimi müayinə olunmuş, ekspertə və cərrah həkimə 2025-ci il ## ###### tarixində polis tərəfindən pis rəftara məruz qaldığını, Qərib Musayev, Rahil Bayramov və adını bilmədiyi digər polis əməkdaşları tərəfindən ona işgəncə verildiyini bildirmişdir. Ona ambulator karta açılmış və xəsarətlərin ölçüsü müəyyən edilmiş, tibbi arayış verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx X5 Beyləqan rayon şöbəsinin ##.##.2025-ci il ***/** saylı məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Aynurə İmanova Rəftar qızının hər iki yuxarı ətraflarında qançırlar olmuşdur. Qeyd olunan xəsarətlər küt əşyaların təsirindən törənmişdir. Müddəti müayinədən 3-5 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Göründüyü kimi ilkin olaraq göstərilmiş 2025-ci il ## ###### tarixinə uyğundur. Beyləqan RPŞ-nin ## ###### 2025-ci il tarixli, ****** nömrəli inzbati qaydada tutma haqqında protokolda zahiri baxış zamanı bədən xəsarətləri aşkar olunmadı qeyd edilmişdir. Bu əlamətlərin Beyləqan RPŞ-nin inzbati binasında saxlanılan zaman polisin pis rəftarı nəticəsində yarandığını sübut edir. Belə ki, Aynurə İmanova Beyləqan RPŞ-dən birbaşa məhkəməyə aparılmış, o bədənində olan xəsarətləri hakimə göstərmiş və polis şöbəsində başına gələnləri hakimə olduğu kimi danışmışdır. Hakim Polis Şöbəsində saxlanılarkən Aynurə İmanovaya qarşı polis əməkdaşı Qərib Musayev tərəfindən fiziki zorakılıq edilməsi faktının araşdırılması üçün Beyləqan Rayon Prokurorluğuna ## ###### 2025-ci il tarixində məktub yazmışdır. Həmin məktub və inzibati qaydada tutma haqqında protokol iş matariallarına əlavə edilmişdir. İmanova Aynurə Rəftar qızının təqdim etdiyi ##.##.2025-ci il tarixli **** nömrəli tibbi arayışın surətindən görünür ki, Aynurə İmanova ##.##.2025- ci il tarixdə, saat 12:45 də Beyləqan RMX-da cərrahın müayinəsində olmuş və ***** nömrəli ambulator kartada diaqnozu "Hər iki bazunun qançırı"qeyd edilmişdir. II. İnzibati icraat zamanı sübutların təhrif olunması və prosessual qaydaların kobud pozulması barədə: İş materiallarında olan MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokol və AzA seriyalı ****** nömrəli İnzibati qaydada tutma haqqında protokol vizual baxış zamanı aydın görünən iki fərqli əl xətti ilə doldurulmuşdur. Hər iki sənəddə tərtib edən vəzifəli şəxs kimi İTB-nin sahə rəisi, R Pərviz Tarverdiyevin adı qeyd olunsa da, faktiki olaraq həmin sənədlərin başqa şəxs - İTB baş inspektoru, həmin vaxt İTBnin rəis əvəzedici R Qərib Musayev tərəfindən yazıldığının şahidi olmuşdur. Hesab edir ki, iki fərqli əl yazısının olduğu sənədlərin ayrı-ayrı şəxslər tərəfindən tərtib olunduğunu deməyə əsas verir. Vəzifəli şəxs polis Qərib Musayev birinci instansiya məhkəməsində dindirilərkən etiraf etmişdir ki, "Orada olan rəis müavininin, yəni Emil Mustafazədənin göstərişi ilə əmr verdik, saxladıq, tutduq, protokol tərtib elədik". Bu etiraf birbaşa sübut edir ki, protokollar obyektiv araşdırma nəticəsində deyil, yuxarı rəhbərliyin qabaqcadan verdiyi qanunsuz göstəriş (əmr) əsasında, qərəzli şəkildə və səlahiyyəti olmayan şəxs tərəfindən "hazırlanmışdır". Həmin müavin onu səhər şöbəyə zəng vasitəsi ilə çağırtdıran şəxsdir. X1 15 noyabr səhər saat 9:32də ona zəng vuranda məhz həmin E.Mustafazadənin onu şöbəyə çağırdığını demişdi. Azərbaycan Respublikası İXTM-nin 76.2-ci maddəsinə əsasən, qanun pozulmaqla və ya səlahiyyəti olmayan şəxsin müdaxiləsi ilə əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Göstərilən faktlar sənədlərin hüquqi qüvvəsini tamamilə itirdiyini və sübutlar siyahısından çıxarılmalı olduğunu təsdiq edir. Bu cür kobud prosessual pozuntular iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsi və işə xitam verilməsi üçün mütləq əsasdır. DVD/Video sübut. Qərarda ## ###### 2025-ci il tarixli xəsarətlə bağlı videonun əks olunduğu DVD diskə qiymət verilməmişdir, faktiki olaraq heç bir video baxış aparılmamışdır. Bu hal hesab edir ki, sübutların tam və obyektiv araşdırılmadan qərar qəbul edilmişdir. Qanunvericiliyin tələbinə görə iş üzrə bütün sübutlar tam araşdırılmalıdır. Ziddiyyətlər aradan qaldırılmalıdır. Tərəflərin vəsatətləri qiymətləndirilməlidir. Lakin DVD/video sübutlar faktiki olaraq araşdırılmamışdır. Şahid ifadələri arasında olan ziddiyyətlər qiymətləndirilməmişdir. Onun vəsatətləri nəzərə alınmamışdır. IV. ## ###### 2026-cı ildə keçirilən məhkəmə iclasında baş verənlərə məhkəmənin və prokurorluğun laqeyd yanaşması. Həmin iclasda polis əməkdaşı, şahid X2 tərəfindən o və ailəsi söyülərək dəfələrlə təhqir edilmiş, fiziki zor tətbiqinə cəhd göstərilmiş, həyat və sağlamlığa qarşı hədə-qorxu səsləndirilmiş, məhkəmə katibi tərəfindən zaldan çıxarılmışdır. Məhkəmə və prokurorluq qanunvericiliyə müvafiq olaraq onu cinayət məsuliyyətinə cəlb etməmişdir. Eyni şəxs, yəni X2 həm də polis şöbəsində ona qarşı zorakılıq etmiş, izahat və protokolların tərtibində iştirak etmişdir. Öz ifadəsində izahat və protokolların tərtibində iştirak etdiyini təsdiq etmişdir. ## ###### 2026- cı il tarixli iclasın 56-cı dəqiqəsindən etibarən onun ifadəsi alınmış, ifadə verərkən sualına cavab olaraq onu idman paltarında zorakılıqla polis şöbəsinə apardığını rəhbərliyini göstərişi ilə əmr verib, protokol tərtib etdiyini, saxladığını özü də təsdiq etmişdir. A. İmanova sual verir: “Siz hadisə baş verən zaman idman edirdinizmi? Siz idman paltarında olanda axı hakimiyyət səlahiyyətlərinə malik deyildiniz, müliki geyimdə mənim boynumun dalından tutub sürükləyib şöbəyə apara bilməzdiniz”. Qərib Musayev cavab verir: “Bəli, idman edirdik. İdman paltarında idim. Apara bilərdim”. ## ###### 2025-ci il tarixli iclasda /Qərib Musayev izahatında Aynurə İmanovadan izahat alınarkən, protokol tərtib olunarkən həmin otaqda onun yanında olduğunu bildirir. Göründüyü kimi zorakılıq edən şəxsin izahat alınmasında və protokolların tərtibində iştirak etməklə hadisələri sürətləndirmək və qorxu hissini artıraraq təzyiq altında izahatın alınmasına yönəlib. Protokolların tərtibində şəxsən zorakılıq edən şəxsin özü iştirak etməsi onun obyektivliyinə şübhə yaradır. Həmin protokollara və sənədlərə vizual olaraq baxdıqda Pərviz Tarverdiyev tərəfindən tərtib olunduğu yazılsa da, xətlərin fərqli olduğunu görmək üçün xüsusi bilik tələb olunmur. İnzbati xəta haqqında MN 24003594 protokol və İnzibati qaydada tutma haqqında AZA ****** nömrəli protokolların hər ikisinin Pərviz Tarverdiyev tərəfindən tərtib olunduğu qeyd edilsə də, hər iki protokola zahiri baxış keçirdikdə eyni şəxs tərəfindən tərtib olunmadığını görmək heç də xüsusi bilik tələb etmir. Protokolları ona qarşı zorakılıq edən şəxs, yəni Qərib Musayev yazırdı. Polis Şöbəsində işləyən polislərin çoxunun arvadı həmin məktəbdə işləyib, uşaqları orda oxuduğuna görə onlar direktordan aslılıq münasibətindədir. Onun direktordan prokurorluğa edilən müraciətinə görə bütün bu hadisələri onun başına qəsdən gətiriblər. V. İşdə olan şahid ifadələri arasında ziddiyyətlər var: Eyni şahidlərin 17-## ###### 2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatlar ilə ##.##.2026-cı ilə tarixli məhkəmə iclasında verdiyi ifadələri fərqlidir. Bəzi şahidlər, Elşən Abuzərli ##.##.2026-cı il tarixli məhkəmə iclasına ümumiyyətlə gəlmədilər. ##.##.2026-cı il tarixli məhkəmə iclasına gələn şahidlər əvvəlki ifadələrini dəyişdirdilər. Onların Beyləqan rayon prokurorluğuna verdikləri izahatlarla məhkəmədəki ifadələri ziddiyətlidir. Beyləqan Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ilə şikayətçi İmanova Aynurə Rəftar qızının şikayəti təmin edilməmiş, Beyləqan rayon prokurorluğunun müstəntiqi Məhəmməd Mahmudovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2026-cı il tarixli #.##.2026-cı il tarixli, 2-2- ***/*-******/**** nömrəli qərarı qanuni hesab edilmişdir. İmanova Aynurə Rəftar qızı məhkəmənin qərarından Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. II.APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Məhkəmə iş üzrə təqdim edilən sübutlara düzgün qiymət verməmişdir. Belə ki, X3 Beyləqan Rayon Prokurorluğuna verdiyi izahatı Xüsusilə video materiallar ümumiyyətlə tədqiq edilməmişdir. Fiziki zorakılıq və pis rəftar ## ###### 2025-ci il tarixdə Beyləqan rayon polis şöbəsində saxlanılan zaman ona qarşı fiziki zorakılıq tətbiq edilmiş, nəticədə bədən xəsarətləri yaranmışdır. Bu hal məhkəmə-tibbi ekspertiza rəyi ilə və tibbi arayışla, video disklə təsdiq olunur, lakin məhkəmə bu sübutlara hüquqi qiymət verməmişdir. Şahidlərin ilkin izahatları ilə məhkəmə ifadələri arasında ciddi ziddiyyətlər mövcuddur. Beyləqan RPŞ-nin ## ###### 2025-ci il tarixli, ****** nömrəli inzibati qaydada tutma haqqında protokolundan görünür ki, İmanova Aynurə Rəftar qızına zahiri baxış zamanı bədən xəsarətləri aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyininin “xxxx” X5 Beyləqan rayon şöbəsinin ##.##.2025-ci il ***/** saylı məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Aynurə İmanova Rəftar qızının hər iki yuxarı ətraflarında qançırlar olmuşdur. Qeyd olunan xəsarətlər küt əşyaların təsirindən törənmişdir. Müddəti müayinədən 3-5 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Həmçinin, X2 rayon prokurorluğuna verdiyi izahatında bildirmişdir ki, “izahatı alındıqdan sonra həftə sonu olduğuna görə iş günü ## ###### 2025- ci ildə Aynurə İmanovanı Beyləqan Rayon Məhkəməsinə aparmışlar. Göründüyü kimi Aynurə İmanovada tutularkən heç bir xəsarət olmamış, sonradan inzibati qaydada tutulmuş və tutulduğu vaxtdan onun barəsində olan inzibati xəta haqqında materiala məhkəmədə baxıldığı vaxta qədər polisin nəzarətində olmuş (Q.Musayev izahatı ilə bunu təsdiq etmişdir) və ##.##.2025-ci il tarixli ekspert rəyində göstərilən xəsarətlərin 3-5 gün əvvələ aid olması, onun Beyləqan RPŞ-nin inzibati binasında saxlanıldığı tarixlərə uyğunluq təşkil edir. Qeyd olunanlarla yanaşı, A.İmanovanın inzibati xəta haqqında iş üzrə icraat başlanıldığı ilk andan onun müdafiə hüququ pozulmuş, ona ümumiyyətlə müdafiəçi təqdim olunmamışdır. Hətta nəinki inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, hətta ona inzibati qaydada tutma da tətbiq edilməsinə baxmayaraq, müdafiəçi ilə təmin edilməmişdir. Lakin məhkəmə bu qaydada əldə olunmuş sübutları mötəbər hesab etmişdir. A.İmanovanın ilkin araşdırma zamanı verdiyi etirafedici izahat deyil, onun məhkəmə iclasında verdiyi izahat mötəbər hesab edilməlidir. Bundan başqa, hadisənin polis şöbəsinin daxilində baş verməsinə baxmayaraq, heç bir videogörüntü sübutlar siyahısına əlavə edilməmiş, əksinə A.İmanovanın tələb etməsinə baxmayaraq, yənə də təqdim olunmasından imtina olunmuşdur. Bu da A.İmanovanın izahatında bildirdiklərinin həqiqət olması qənaətinə gəlməyə əsas verir. Həmçinin, inzibati xəta haqqında və inzibati qaydada tutma haqqında hər iki protokolların vizual olaraq aşkar şəkildə müxtəlif xətlərlə tərtib olunması da, onların İTB-nin sahə rəisi Pərviz Tarverdiyevin adından imzalanmasına baxmayaraq (A.İmanova inzibati xəta haqqında protokolun Q.Musayev tərəfindən doldurdulduğunu bildirmişdir), faktiki olaraq müxtəlif şəxslər tərəfindən tərtib edilməsi barədə dəlilini də əsaslı edir. Həmçinin ,X3 Rayon Məhkəməsinə verdiyi ifadəsində Emil Mustafayevin göstərişi ilə tutduq ,saxladıq,protokol tərtib elədik.Protokol tərtib olunarkən mən də Aynurə İmanova İlə eyni otaqdaydım demişdir.X8 Rayon Məhkəməsinin ## ###### 2026- cı il tarixli iclasında Aynurə İmanovanın sual verir ki,siz mülki geyimdə idman paltarında mənim boynumun arxasından tutub sürütləyib Polis Şöbəsinə aparıb protokol tərtib edə bilməzdiniz,siz həmin vaxt mülki geyimdəydiniz hakimiyyət səlahiyyətlərinə malik deyildiniz.O,isə bildirir ki,apara bilərdim.Bununla da özü əvvəlki iclaslarda verdiyi ifadəsini təkzib etmişdir.Belə ki,əvvəlki izahatlarında Aynurə İmanovaya toxunmadığını nə üçün onun adını çəkdiyini bilmədiyini bildirimişdir.Lakin,sonrakı izahatında rəhbərin göstərişi ilə tutduq, saxladıq, protokol tərtib etdik şənbə-bazar günü olduğundan ## ###### 2025-ci il tarixində birbaşa Beyləqan Rayon Məhkəməsinə apardıq orda 150 manat cərimə oldu bildirir. Protokolların tərtib olunmasında Qərib Musayev şəxsən özü xüsusi fəallıq göstərib, hətta onu hədələyirdi ki, “...sən birdə 102-yə zəng eləsən sənin başına oyun açacağam, Beyləqanda Karrupsiyadan danışmaq olmaz. Biz nə deyirik onu yaz, yoxsa inzbati xəta haqqında protokolu CM 221-ci maddəsinə dəyişəcəm . Sənə 30 sutka verəcəyik ağlın başına gəlsin, padvalda bir qadın var, gecəni onan qalacaqsan”. X6 da onun müvvəqəti saxlanma yerində olanda onun ünvanına nəlayiq sözlər işlədərək əlindəki telefonla onu videoya çəkirdi. X12 və X16 Rayon Prokurorluğuna etdiyi müraciətlərə görə onu hədələyir və arvadı Aygül İsgəndərlinin orda işlədiyini direktordan birdə şikayət etsə hakimə zəng edib onu həbs etdirəcəklərini deyirdi. Həmin şəxsdə Qərib Musayevlə birlikdə onu fiziki zorakılıq, işgəncə verərək və qeyri -insani davranmış pilləkanlarla aşağı-yuxarı saçından, şalvarın belindən, qollarımdan tutub başıaşağı vəziyyətə ora-bura, pilləkanlara, divara dəyə-dəyə onu sürütləmiş, başına və bədəninə fiziki ağrılar yetirmişdirlər.Əşyaları pilləkanlardan aşağı töküldü.Çantanın içində nə var hamısını açıb yerə tökdülər.Telefonunu əlindən almışdılar. Bütün bu işgəncə və əzablardan sonra özünü pis hiss etmiş, ətrafa yığılan polislərdən heç bir “KİŞİ“ demədi ki,bu qızla niyə belə davranırsız. Başı və bədəni ağrılar içində qalmış, burnundan qan açıldığına və qusduğuna görə bir neçə dəfə təcili yardım çağırmışdılar. Təcili yardım ona iynələr vurmuş ilkin yardım etmişdir. Beləcə ailəsindən xəbərsiz 48 saat ac-susuz soyuq otaqda qalmışdır. Beyləqan rayon prokurorluğu X2 hərəkətlərini çox gec də olsa araşdırmışdır. Polis əməkdaşı olduğu üçün onun barəsində ciddi tədbir görməmiş, sadəcə təqdimat verməklə kifayətlənmişdir. Onun barəsində xidməti yoxlanılma aparılması üçün RPŞ-yə təqdimat göndərmişdir. İntizam tədbiri görülməsi məsələsini qaldırmışdır. Göründüyü kimi, X2 həm ona qarşı qanunsuz əməllər edib, həm də ona qarşı şahidlik edir, bu qəbul edilməzdir. Bu hal onun ifadələrinin obyektivliyini ciddi şəkildə şübhə altına alır. Birinci instansiya məhkəməsində ## ###### 2026-cı il və ## #### 2026-cı il tarixli proseslər zamanı öz şikayətlərini təkrar etmiş, lakin məhkəmə təkrar bu şikayətlərə baxmamışdır. Heç bir vəsatəti təmin etməmiş, obyektiv və hərtərəfli araşdırma aparmamış qarşı tərəf polis olduğu üçün prosessual bərabərlik prinsipini iclasda dəfələrlə pozmuş, orqanın nümayəndəsinə üstünlük vermiş, barəsində inzibati icraat aparılan şəxsin hüquqlarının polis əməkdaşı tərəfindən pozulmasına reaksiya verməmiş və onun hüquqlarının məhdudlaşması ilə nəticələnən qərəzli hərəkətlərə yol verməklə səthi qərar qəbul etmişdir. Sübutların mümkünlüyü və onun barəsində çıxarılmış qərarın əsası kimi dəlillərin sübut kimi əhəmiyyətinin qiymətləndirilməsi zamanı qanun pozuntularına yol verilmiş və məhkəmə onun tutulması vaxtını düzgün olaraq müəyyən etməmiş, ona qarşı polis şöbəsində pis rəftar edilməsi məsələsini və onun üzərində axtarış aparılması zamanı prosessual tələblərə əməl edilib-edilmədiyini araşdırmamışlar. Məhz bu səbəbdən də apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını obyektiv araşdırmaya əsaslanmadan, səthi şəkildə ədalətsiz və qanunsuz qərar qəbul edildiyindən ləğv etmişdir. Bundan başqa axtarış aparılmasını zəruri edən səbəblər göstərilməmiş, cəmi bir nəfər səlahiyyəti olmayan şəxs tərəfindən, yəni xadimə tərəfindən şəxsin üzərinə baxış keçirilmişdir. Cəmi bir nəfər hal şahidi iştirak etmişdir. Hal şahidi qaydaya görə ən azı iki nəfər olmalıdır. “Beyləqan rayon prokurorluğunda zorakılıq faktı araşdırılır” deyərək üzərindən səthi olaraq keçmişdir. Zorakılıq faktına xususi diqqət yetirməmiş, məhkəmə - tibbi ekspertinin rəyini almadan tələm-tələsik qərar qəbul etmişdir. 2025-ci il ## ###### tarixli məhkəmə tibbi ekspertinin rəyinə görə onun bədənində döyülmə üçün xarakterik xəsarətlər vardır. Polis əməkdaşları tərəfindən imzalanmış sənədlər və ifadələr Qərib Musayev və Pərviz Tarverdiyev tərəfindən fərqli qələmdən istifadə olunmaqla eyni anda tərtib edilmişdir. Pərviz Tarverdiyev adından tərtib olunan iki sənəddə xətlər tamam fərqlidir. X4 xüsusi fəallıq göstərərək həmin sənədləri özü tərtib edib. Polis əməkdaşlarının ifadələri peşəkar polis əməkdaşı tərəfindən diktə edilmiş və onlar eyni şeyləri demişlər. İstintaq və məhkəmələrdəki proseslər zamanı bu faktlar araşdırılmamış və bununla bağlı hər hansı tədbir görülməmişdir. İnzibati xətanın törədilməsi ilə bağlı sübutların müvafiq prosessual tələblərin pozulması ilə əldə edildiyini və İmanovanın təqsirini sübuta yetirmədiyini, xüsusilə, ## ###### 2025-ci il tarixli iclasda Elşən Abuzərli və Namiq Zeynalov, Samir Abbasov, Elməddin Məmmədovun ifadələri bir-birinə ziddiyyət təşkil etmişdir. Həmçinin, bütün şahidlərin birinci instansiya məhkəməsində ## ###### 2025-ci il tarixində işə baxılan zaman verdikləri ifadələr ilkin ifadələrindən fərqli olmuşdur. qında protokolundan görünür ki, İmanova Aynurə Rəftar qızına zahiri baxış zamanı bədən xəsarətləri aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyininin “xxxx” X5 Beyləqan rayon şöbəsinin ##.##.2025-ci il ***/** saylı məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Aynurə İmanova Rəftar qızının hər iki yuxarı ətraflarında qançırlar olmuşdur. Qeyd olunan xəsarətlər küt əşyaların təsirindən törənmişdir. Müddəti müayinədən 3-5 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Həmçinin, X2 rayon prokurorluğuna verdiyi izahatında bildirmişdir ki, “izahatı alındıqdan sonra həftə sonu olduğuna görə iş günü ## ###### 2025-ci ildə Aynurə İmanovanı Beyləqan Rayon Məhkəməsinə aparmışlar. Göründüyü kimi Aynurə İmanovada tutularkən heç bir xəsarət olmamış, sonradan inzibati qaydada tutulmuş və tutulduğu vaxtdan onun barəsində olan inzibati xəta haqqında materiala məhkəmədə baxıldığı vaxta qədər polisin nəzarətində olmuş (Q.Musayev izahatı ilə bunu təsdiq etmişdir) və ##.##.2025-ci il tarixli ekspert rəyində göstərilən xəsarətlərin 3- 5 gün əvvələ aid olması, onun Beyləqan RPŞ-nin inzibati binasında saxlanıldığı tarixlərə uyğunluq təşkil edir. Qeyd olunanlarla yanaşı, A.İmanovanın inzibati xəta haqqında iş üzrə icraat başlanıldığı ilk andan onun müdafiə hüququ pozulmuş, ona ümumiyyətlə müdafiəçi təqdim olunmamışdır. Hətta nəinki inzibati xəta haqqında iş üzrə icraat balanılmış, hətta ona inzibati qaydada tutma da tətbiq edilməsinə baxmayaraq, müdafiəçi ilə təmin edilməmişdir. Lakin məhkəmə bu qaydada əldə olunmuş sübutları mötəbər hesab etmişdir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin III bəndinə əsasən hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 65.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlandığı vaxtdan müdafiəçi və nümayəndə inzibati xətalar haqqında işlər üzrə icraatda iştirak etməyə buraxılırlar. Törədilmiş inzibati xətaya görə fiziki şəxs barəsində inzibati qaydada tutma tətbiq edildiyi hallarda müdafiəçi həmin şəxs inzibati qaydada tutulduğu vaxtdan inzibati xəta haqqında iş üzrə icraatda iştirak etməyə buraxılır. ## ###### 2025-ci il tarixli iclasın təxminən 9:00-cu dəqiqəsində sədr Qərib Musayevə sual verməmişdən əvvəl o, “yalan deyir” ifadəsini işlətmiş, sədr ona irad bildirərək sual verilmədən cavab verməsinin yolverilməz olduğunu qeyd etmiş, əksinə, həmin iclas zamanı şahid qismində çıxış edən Qərib Musayev tərəfindən onun ünvanına açıq şəkildə təhqiredici ifadələr işlədilmişdir. Belə ki, ona qarşı “sən müəllim adına ləkəsən”, “qardaşının yerində olsam utanaram” kimi ifadələr səsləndirmişdir. Bu ifadələr onun şərəf və ləyaqətini alçaldan açıq təhqir xarakteri daşıyır. Lakin bu faktlar protokolda ümumiyyətlə əksini tapmamışdır. O, həmin iclasda zorakılığa məruz qaldığını bir daha bildirmiş və emosional vəziyyətdə olmuş, lakin bu hallar da düzgün qeyd edilməmiş, ## ###### 2026-cı il tarixli iclas üzrə Qərib Musayev tərəfindən “tərbiyəsiz”, “anan, bacın tərbiyəsizdir”, “qanacaqsız”, “səni öldürəcəm”,pəncərədən atacam”, “birtəhər edəcəm” kimi ifadələr uca səslə və açıq şəkildə səsləndirilmişdir.Aynurə İmanova hakim Tamerlan İslamova müraciət edərək protokol tərtib edilməsini,hadisənin rəsimləşdirilməsini istəsə də hakim orqanın numayəndəsinə heç bir reaksiya verməmişdir.Bu ifadələr məhkəmə zalında, digər şəxslərin iştirakı ilə səsləndirilmiş və onun şərəf və ləyaqətini alçaltmışdır.Məhkəməyə hörmətsizlik edilmişdir.. Hadisə zamanı onun atasının üzərinə doğru hərəkət edilmiş, o, məhkəməyə hörmət edərək münaqişəyə qoşulmamış, iclas katibi tərəfindən Qərib Musayev məhkəmə zalından uzaqlaşdırılmışdır. Bütün hallar məhkəmənin videomüşahidə kameraları vasitəsilə qeydə alınmış, lakin protokolda öz əksini tapmamış, protokolda DVD-yə baxış keçirildiyi yazılsa da, faktiki olaraq heç bir video baxış aparılmamışdır. ## ###### 2026-cı ildə keçirilən məhkəmə iclasinda polis əməkdaşı, şahid X2 tərəfindən o və ailəsi söyülərək dəfələrlə təhqir edilmiş, fiziki zor tətbiqinə cəhd göstərilmiş, həyat və sağlamlığa qarşı hədə-qorxu səsləndirilmiş, məhkəmə katibi tərəfindən zaldan çıxarılsa da, məhkəmə onu müvafiq məsuliyyətə cəlb etməmişdir. Öz ifadəsində izahat və protokolların tərtibində iştirak etdiyini təsdiq etmişdir. ## ###### 2026-cı il tarixli iclasın 56cı dəqiqəsindən etibarən onun ifadəsi alınmış, ifadə verərkən sualına cavab olaraq onu idman paltarında zorakılıqla polis şöbəsinə apardığını rəhbərliyin göstərişi ilə əmr verib, protokol tərtib etdiyini, saxladığını özü də təsdiq etmişdir. ## ###### 2025-cı il tarixli iclasda Qərib Musayev izahatında Aynurə İmanovadan izahat alınarkən protokol tərtib olunarkən həmin otaqda onun yanında olduğunu bildirir. Göründüyü kimi zorakılıq edən şəxsin izahat alınmasında və protokolların tərtibində iştirak təşkil etməklə hadisələri sürətləndirmək və qorxu hissini artıraraq təzyiq altında izahatının alınmasına yönəlib. Protokolların tərtibində şəxsən zorakılıq edən şəxsin özü iştirak etməsi onun obyektivliyinə şübhə yaradır. Həmin protokollara və sənədlərə vizual olaraq baxdıqda Pərviz Tarverdiyev tərəfindən tərtib olunduğu yazılsa da, xətlərin fərqli olduğunu görmək üçün xüsusi bilik tələb olunmur. İnzibati xəta haqqında MN ******** saylı protokol və inzibati qaydada tutma haqqında AZA ****** nömrəli protokolların hər ikisinin Pərviz Tarverdiyev tərəfindən tərtib olunduğu qeyd edilsə də hər iki protokola zahiri baxış keçirdikdə eyni şəxs tərəfindən tərtib olunmadığını görmək heç də xüsusi bilik tələb etmir. Protokolları ona qarşı zorakılıq edən şəxs, yəni Qərib Musayev yazırdı. Polis şöbəsində işləyən polislərin çoxunun arvadı həmin məktəbdə işləyib, uşaqları orda oxuduğuna görə onlar direktordan aslılıq münasibətindədir. Onun direktordan prokurorluğa edilən müraciətinə görə bütün bu hadisələri onun başına qəsdən gətiriblər. Sonuncu dəfə isə məktəbdə hər sinifdən 200-300 manat pul yığıldığına görə korrupsiya faktının araşdırılması üçün məktəb direktoru Gülbəniz Cəfərovanın və onun müavini Lətafət Məmmədovanın fəaliyyətinin araşdırılması üçün Baş Prokuror yanında Korrupsiya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş, müraciətin araşdırılması Beyləqan rayon prokurorluğuna həvalə edilmişdir. Belə ki, məktəbdə 40-dan çox sinif var, ərizəçinin sağ qolu direktorun onu qəzalı sinifdə dərs keçməyə məcbur etməsi və sinif otağının qəzalı olması səbəbinə görə yıxılıb sındıqdan sonra dövlət tərəfindən tam əsaslı təmir olunub. Lakin, direktor yenə də müəllim və şagirdlərdən siniflərdə pul yığmaq üçün göstəriş verib. Bu barədə şagirdləri də narazılığını bildirib. İmanova şagirdlərin beyninin dərslərlə məşğul olmalı olduğu halda məktəbdə uşaqlardan bir-bir pul yığılması, onların bu işlərə cəlb olunması faktının düzgün olmadığını hesab etmiş, araşdırılması üçün orqanlara müraciət etmişdir. Həmçinin, direktor müavini Lətafət Məmmədovanın “rüşvət ver cədvəlini düzəldim” sözlərini İmanovaya deməsinə görə passiv rüşvət faktının araşdırılması üçün prokurorluğa müraciət etmişdir. Barəsində araşdırılma aparılmış L.Məmmədova həmin sözləri guya kinayə ilə İmanovaya dediyini bildirmişdir. Uşaqların valideyni isə direktordan aslılıq münasibətində olduğu üçün pulu könüllü verdiklərini izahatlarında qeyd etmişlər. Bu araşdırmanın getdiyi bir vaxtda direktor məktəbə özünə yaxın müxtəlif insanları çağıraraq müəllimə hədə-qorxu gəlmiş,onun qəsdən dərs prosesinin pozulmasına bilərəkdən şərait yaratmışdır. O isə məcbur qalıb DİN-ə müraciət etməli olmuşdur. Sonra isə məktəbə polislər gəlmiş, bir neçə gün sonra isə ona zəng edərək şöbəyə çağırmışlar. Bundan sonra isə ona qarşı qanunsuz hərəkətlərə yol vermiş, “Beyləqanda korrupsiyadan danışmaq olmaz” deyərək 102 xidmətinə etdiyi müraciətlərə görə ona işgəncə, fiziki və psixoloji zorakılıq etmiş, 30 sutka həbs olunacağı ilə hədələmiş, başının üstündə duraraq təzyiq altında iki dəfə izahat almışlar. Qeyd edir ki, Aynurə İmanova 15 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olur və onun iki iş yeri var. Bu günə kimi barəsində heç bir intizam və ya inzibati tənbeh verilməmişdir. Lakin, məktəbdə işlədiyi ilk ildən - 2020-ci ildən direktor və müavin onu incitməyə başlamış, “biz başqa adam gözləyirdik, sən təyin olundun” deyib işləməyə imkan verməmişlər. O, hazırda ikinci ali təhsil alır, təhsil haqqını ödəmək üçün məcbur onların bu dözülməz davranışlarına dözmüşdür. Ordan canını qurtarmaq üçün bir neçə yerə işlə bağlı müraciət etməli olmuşdur. Bir neçə dəfə dövlət qulluğunun müsahibə mərhələsində və direktorların işə qəbulu imtahanlarında iştirak etmiş, test mərhələsini uğurla keçsə də, direktor müsahibə mərhələsində ona maneçilik törətmişdir. Bundan başqa məktəb direktoru təhsil məzuniyyəti dövründə ## ###### 2025-ci il tarixində İXM-in 510 və 535 maddələrinə görə Beyləqan RPŞ-də şənbə- bazar günü protokol tərtib olunduğu üçün izahat tələb etmişdir. Bu Polis əməkdaşlarının ona gizli malumat ötürdüyünü, direktor-polis əməkdaşları arasında əlaqə olduğunu sübuta yetirir. Belə ki, ## ###### 2025-ci il tarixində məhkəmə qərarı elektron sistemə oturmamışdı. Lakin, direktor artıq məlumatlı idi. O, təhsil məzuniyyətində olduğu dövrdə ondan izahat tələb edilmiş, işə çıxan kimi iştirakı və xəbəri olmadan formal olaraq pedaqoji şura çağırıb onu işdən azad edibdir. Halbuki, heç bir protokol məhkəmənin qərarından yüksək ola bilməz. Onun təqsirliliyi müəyyən olunmamış, məhkəmənin qərarı qüvvəyə minməmişdi. Həmçinin, əmək fəaliyyəti zamanı baş verməmişdir. Birinci instansiya məhkəməsində ## ###### 2026-cı il və ## #### 2026-cı il tarixli proseslər zamanı A.İmanova öz şikayətlərini təkrar etmiş, lakin məhkəmə təkrar bu şikayətlərə baxmamışdır. Heç bir vəsatəti təmin etməmiş, obyektiv və hərtərəfli araşdırma aparmamış qarşı tərəf polis olduğu üçün prosessual bərabərlik prinsipini iclasda dəfələrlə pozmuş, orqanın nümayəndəsinə üstünlük vermiş,barəsində inzibati icraat aparılan şəxsin hüquqlarının polis əməkdaşı tərəfindən pozulmasına reaksiya verməmiş və onun hüquqlarının məhdudlaşması ilə nəticələnən qərəzli hərəkətlərə yol verməklə səthi qərar qəbul etmişdir. Sübutların mümkünlüyü və A. İmanova barədə çıxarılmış qərarın əsası kimi dəlillərin sübut kimi əhəmiyyətinin qiymətləndirilməsi zamanı qanun pozuntularına yol verilmiş və məhkəmə onun tutulması vaxtını düzgün olaraq müəyyən etməmiş, A.İmanova ilə polis şöbəsində pis rəftar edilməsi məsələsini və onun üzərində axtarış aparılması zamanı prosessual tələblərə əməl edilib-edilmədiyini araşdırmamışlar.Axtarış aparılmasını zəruri edən səbəblər göstərilməmiş, cəmi bir nəfər səlahiyyəti olmayan şəxs tərəfindən, yəni xadimə tərəfindən şəxsin üzərinə baxış keçirilmişdir. Cəmi bir nəfər hal şahidi iştirak etmişdir. Hal şahidi qaydaya görə ən azı iki nəfər olmalıdır. “Beyləqan rayon prokurorluğunda zorakılıq faktı araşdırılır” deyərək üzərindən səthi olaraq keçmişdir. Zorakılıq faktına xususi diqqət yetirməmiş, məhkəmə -tibbi ekspertinin rəyini almadan tələm-tələsik qərar qəbul etmişdir.2025-ci il ## ###### tarixli məhkəmə tibbi ekspertinin rəyinə görə İmanovanın bədənində döyülmə üçün xarakterik xəsarətlər vardır. Polis əməkdaşları tərəfindən imzalanmış sənədlər və ifadələr Qərib Musayev və Pərviz Tarverdiyev tərəfindən fərqli qələmdən istifadə olunmaqla eyni anda tərtib edilmişdir. Pərviz Tarverdiyev adından tərtib olunan iki sənəddə xətlər tamam fərqlidir. X4 xüsusi fəallıq göstərərək həmin sənədləri özü tərtib edib. Polis əməkdaşlarının ifadələri peşəkar polis əməkdaşı tərəfindən diktə edilmiş və onlar eyni şeyləri demişlər. İstintaq və məhkəmələrdəki proseslər zamanı bu faktlar araşdırılmamış və bununla bağlı hər hansı tədbir görülməmişdir. Lakin bu ziddiyyətlər aradan qaldırılmamışdır. 6. ## ##### 2026-cı il tarixli Şirvan Apellyasiya Məhkəməsi qərarı İş üzrə mühüm sübutlardan biri də Şirvan Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarıdır. Həmin qərarda mənə məxsus bədən xəsarətlərinin Beyləqan Rayon Polis Şöbəsində saxlanılma zamanı və polis əməkdaşlarının pis rəftarı nəticəsində yarandığına hüquqi qiymət verilmişdir. Bu hal xəsarətlərin polis şöbəsində baş verməsini təsdiqləyən mühüm sübutdur. Göstərilənlərə əsasən Beyləqan Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli , *(*-***)- */**** nömrəli qərarı ləğv edilməsi, Beyləqan rayon prokurorluğunun ## #### 2026-cı il tarixli 2- 2- ***/*-******/**** nömrəli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı qanunsuz hesab edilməsi və iş üzrə materiallar tam, obyektiv araşdırılması üçün müvafiq orqana qaytarılılması xahiş olunur. II.Proses iştirakçılarının çıxışları: Şikayətçi İmanova Aynurə Rəftar qızı ərizə göndərərək məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, lakin kollegiya şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə məlumat verilmiş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Beyləqan rayon prokuroru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Cinayət- Prosessual Məcəlləsinin 453.3-cü maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. IV.Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət- Prosessual Məcəlləsi) 454-cü maddəsinə əsasən “… cinayət prosesini həyata keçirən orqanlarının qərar və hərəkətlərinin qanuniliyinin yoxlanılması məsələlərinə dair hakimin qərarından şikayət və ya protest verilməsi və onun qanuniliyinin və əsaslılığının yoxlanılması bu Məcəllənin 452 və 453-cü maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir”. Məhkəmə nəzarəti cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il ## ###### tarixli Qərarı). Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarəti, müvafiq qərarla hüquqları pozulmuş və ya pozulma təhlükəsi altına qoyulmuş şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi və bərpası üçün vacib funksiyanı yerinə yetirərək, məhkəməyə müraciət etmək konstitusiya hüququnun həyata keçirilməsini təmin edir. Qeyd olunan nəzarət müstəqil və qərəzsiz məhkəmə hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin orqan, nəzarət obyekti kimi çıxış edən qərarın əsasında dayanmış faktiki halların obyektiv qiymətləndirilməsi nəticəsində öz əsaslandırılmış qərarını qəbul edir və bununla da şəxslərin hüquqları və qanuni mənafeləri təmin olunur. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın qanuniliyi və əsaslılığı üzərində məhkəmə nəzarətinin nəticəsi hamı üçün məcburi olan, qanuni, əsaslandırılmış və ədalətli məhkəmə qərarının qəbulunda ifadə olunur. Həmin qərar dövlət məcburiyyəti ilə təmin olunur və mübahisəli məsələnin mahiyyəti üzrə həll olunduğu ədalət mühakiməsi aktı qismində çıxış edir. Şikayətin müəllifi şikayətində məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmamasını iddia edərək, tələbini Cinayət-Prosessual Məcəlləsinin 399.1.2. və 401-ci maddələrində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. Həmin maddələr əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Apellyasiya şikayətinin və məhkəmə nəzarəti qaydasında şikayətin dəlilləri ilə əlaqədar kollegiya qeyd edir ki, Beyləqan rayon prokuroru X7 Apellyasiya Məhkəməsinə yazmış olduğu ## #### 2026-cı il tarixli məktubdan məlum olur ki, mübahisələndirilən qərar prokurorun ## #### 2026-cı il tarixli qərarı ilə ləğv edilmişdir. Qeyd olunan hal əsas verir ki, birinci instansiya məhkəməsi məhkəmə nəzarəti qaydasında verilmiş şikayətin dəlillərini, qərarın qanuniliyini tam və hərtərəfli araşdırmamışdır. Bu vəziyyət özü-özlüyündə birinci instansiya məhkəməsinin qərarının qanunsuz olmasını təsdiq edir. Belə olan halda, kollegiya əlavə araşdırma aparmadan Beyləqan Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarının qanunsuz olması qənaətinə gəlir. CPM-in 212.4.2-ci mаddəsinə görə məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır. CPM-in 442.2.1-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq , mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara baxır. CPM-in 446.1 və 446.1.1-ci maddələrilə əsasən istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi məsələlərinin məhkəmədə baxılması üçün müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasdır. Həmin Məcəllənin 451.1.2-ci mаddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və ya qərarlarının qanuniliyinin yoxlanılmasının nəticələrinə dair hakim, barəsində şikayət verilmiş hərəkətin və ya qərarın qanunsuz hesab edilməsi və bu qərаrın ləğv edilməsi bаrədə qərar çıxarа bilər. CPM-in 398.1. və 398.1.2-ci maddələrinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 454-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İmanova Aynurə Rəftar qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin *(*-***)-*/**** nömrəli, ## ### 2026-cı il tarixli qərarı ləğv edilsin. Qərar dərhal qanuni qüvvəyə minir, qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilmir.
Məhkəmə qərarları › İş №6(3-9)-23/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №6(3-9)-23/2026
17.06.2026 · Cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə verilmiş şikayətlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver